Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qədim Uadan, Şinqetti, Tişit və Ualata ksarı
Mavritaniyadakı Qədim Uadan, Şinqetti, Tişit və Ualata ksarı 1996-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmışdır.Sözügedən şəhərlər XI əsrdə, Böyük Səhradan keçən Trans-Saxara ticarət karvanlarının dayanacaq yer olaraq qurulmuşdur.Bir zamanlar çiçəklənən Saxara mədəniyyət mərkəzləri olan bu şəhərlər bu gün təkcə ticarət yollarının köklü şəkildə dəyişməsi səbəbindən deyil, hər şeydən əvvəl səhranın getdikcə irəliləyən qumları səbəbindən bir çox çətinliklərlə yaşayır.
Sısert
Sısert (rus. Сысерть) — Rusiyada yerləşən şəhər (1946-cı ilə qədər şəhər tipinin qəsəbəsi), Sverdlovsk vilayətinin Sırset şəhər dairəsinin mərkəzi. 1932-ci ilə qədər Sısertski zavod (rus. Сысертский завод) kimi adlanırdı. Sısert komi-zıryan dilindən hidronimdir, "si" - "tüç", "syort" - "sıx küknar meşəsiylə çay vadisi", yəni "dar meşə vadisiylə çay". Bundan başqa birdənədə izah etmə var, Sısert başqırd dilindən "dumanlı yer" kimi tərcümə edilir. Çay vadisində dumanlar həqiqətən nadir şey deyil. 1879-cu ildə Sısertdə rus yazıçısı Pavel Bajov doğulub. == Tarixi == 1680-ci ildə məşhur filiz tanıyanlar qardaşlar Babinlər - Aramil qəsəbəsindən gələnlər - burada dəmir filizini tapdılar. Aramillilər kiçik sobalarda onu əridirdilər.
Tidore
Tidorе (ind. Pulau Tidore) — Malukk adalarına daxil olan və İndoneziyanın şərqində yerləşən ada. Halmahera adasından qərbdə yerləşir. == Coğrafiyası == Tidore öz növbəsində aktiv vulkandır. Vulkanın hündürlüyü 1730 m təşkil edir. Adanın cənubunda vulkanın qolu olan Kiematabu yerləşir. İnzibati mərkəzi — Saosio adanın şərq qutaracağında yerləşir. Burada Qoto limanı vardır. Şəhərin bu hissəsində bazar və avtovağzal fəaliyyət göstərir. Şəhərdə yerləşən sultan sarayı 2010-ci ildə restavrasiya olunmuşdur.
Tissot
Tissot SA (Fransızca tələffüz: [ti'so]) İsveçrə lüks saat istehsalçısıdır. Şirkət 1853-cü ildə Çarlz-Felisien Tissot və oğlu Çarlz-Emil Tissot tərəfindən İsveçrənin Le Locle şəhərində təsis edilmişdir. Bir neçə birləşmədən və ad dəyişikliyindən sonra Tissot SA-nın aid olduğu qrup 1998-ci ildə Swatch Group olaraq adlandırıldı.Tissot digər İsveçrə saat istehsalçısı olan Mathey-Tissot ilə əlaqəli deyil. == Tarix == === Müstəqil şirkət === Tissot 1853-cü ildə Charles-Félicien Tissot və oğlu Charles-Émile Tissot tərəfindən İsveçrənin Le Locle şəhərində, Jura dağlarının Neuçatel bölgəsində təsis edilmişdir. Ata və oğul komandası kassa ustası (Çarlz-Felisien Tissot) və saat ustası (Çarlz-Emil) kimi işləyirdilər. Oğlu gənc yaşlarından saat istehsalına maraq göstərib. İkisi o vaxt evlərini kiçik bir "fabrikə" çevirmişdilər. Çarlz-Emil Tissot 1858-ci ildə Rusiyaya getdi və savonnette cib saatlarını Rusiya İmperiyasında satmağa müvəffəq oldu. === Omega, SSIH, ASUAG, SMH === Tissot, 1930-cu ildə saat şirkəti Omega SA ilə birləşərək SSIH (Societe Suisse pour l ' Industrie Horloger) yaratdı:208 və bu dövrün Tissot-Omega saatı kolleksiyaçılar tərəfindən ciddi tələb olunur.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. == Coğrafiya == Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində «Şərq» mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. == İnzibati bölgü == Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Hibari Misora
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Kisoro (rayon)
Kisoro — Uqandanın Qərb bölgəsinə daxil olan rayon. == Yerləşməsi == Kisoro rayonu şimaldan Kanunqu rayonu, şərqdən Kabale rayonu, cənubdan Ruanda və qərbdən Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Kisoro qəsəbəsi Kabalenin qərbində, yol ilə taxminən 45 kilometr (28 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il əhali siyahıyaalınması zamanı rayon əhalisi 186 870 nəfər olaraq qiymətləndirilmişdir. 2002-ci il siyahıyaalınması zamanı əhalinin sayı 220 300 nəfər idi. 27 avqust 2014-cü il tarixində aparılan ölkə əhalisinin siyahıya alınması zamanı rayon əhalisi 281 705 nəfər təşkil etmişdir. == Din == 2002-ci ilin sentyabr ayına olan məlumata görə rayon sakinlərinin dini mənsubiyyəti: Xristianlıq - 95,8 faiz, İslam - 0,8 faiz, digərləri - 1,3 faiz, heç biri - 2,2 faiz.
Laura Tesoro
Laura Tesoro (d. 19 avqust 1996, Antverpen, Belçika) — Belçika müğənnisi və aktrisası. O, Belçikanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Laura eyni zamanda Belçikanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri tutmuşdur. == Həyatı və musiqi karyerası == === 1996-2014: Erkən illəri və karyeranın başlanğıcı === Laura Tesoro 19 avqust 1996-cı ildə Belçikanın Antverpen şəhərində anadan olmuşdur. Onun atası italyan, anası isə belçikalıdır. 2008-ci ildə Laura Belçikanın Witse teleserialında Evi Kuypers rolunu ifa etmişdir. Bu onun ilk aktrisalıq təcrübəsi olmuşdur. Daha sonra o, bir neçə müzikllarda da rol almışdır. 2009-cu ildə isə Laura Ketnetpop festivalında çıxış etmişdir.
Misora Hibari
Hibari Misora (29 may 1937, Yokohama – 24 iyun 1989, Tokio[d]) — Yaponiyalı müğənni, aktrisa.
Misost Kamberdiyev
Misost Kamberdiyev (oset. Хъамбердиаты Бимболаты фырт Мысост; 10 (23) iyun 1909, Kardjin[d], Şimali Osetiya Muxtar Vilayəti[d] – 5 dekabr 1931) — Osetin şairi. == Bioqrafiyası == Az torpaq kasıbı olan bir kəndlinin oğlu. Məktəbi bitirdikdən sonra Vladiqafqaz, Mozdok, Ardonda oxumuşdur. 1930-cu ildə Moskvadakı fəhlə sənət fakültəsinin ədəbi şöbəsini bitirir. Vətəninə qayıtdıqdan sonra redaktorluq və ədəbi işə başlayır. 1931-ci ildə 22 yaşında ağciyər vərəmindən dünyasını dəyişir. Vladiqafqazda Osetiya kilsəsinin yanında dəfn edilir. Osetiya ədəbiyyatının banisi Kosta Xetaqurovun, Vladiqafqazın uzun müddət bələdiyyə başçısı olan Qappo Bayevin və Osetiyanın digər nəcib insanlarının yanında dəfn edilmişdir. == Yaradılıcılığı == Uşaqlıqdan şeir yazmağa başlayır.
Çenq Pirort
Çenq Pirort (d. 5 aprel 1986) — Kambocalı üzgüçü. Çenq Pirort Kambocanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Çenq Pirort birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.52 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 102-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Tiso
Tiso — Linyphiidae fəsiləsinə aid hörümcək cinsi.
Tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü == Tort müxtəlif ölkələrdə == Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Şort
Şort, şortik və ya qısa şalvar (ing. shorts, ing. short — azərb. qısa‎ sözündən) — şalvarın qısaldılmış növü. Uzun zaman şort uşaq geyimi kimi olub, indi isə bütün yaş dəstələri üçün geyim sayılır. == Təsnifatı == Şortların təsnifatı uzunluğuna görə görə olur. Mini-şortlar (ing. hot pants) — ən qısa şortlar, demək olar ki, omba açıq Klassik şortlar — ombanın 1/2 və ya 1/3 açıq Bermud — uzunluğu dizdən yuxarı Bric — uzunluğu dizə qədərQeyd etmək lazımdır ki, dizdən aşağı olan şalvarlar şort sayılmır.
Tibor Karoyi
Tibor Karoyi (mac. Károlyi Tibor; doğ. 15 noyabr 1961, Budapeşt, Macarıstan) — macar şahmatçısı; beynəlxalq usta (1983), nəzəriyyəçi, məşqçi. 1981-ci ildə Macarıstan yığmasının heyətində Avstriyanın Qrats şəhərində keçirilən gənclərin dünya çempionatında (26 yaşa qədər) 3-cü yeri tutub. 1984-cü ildə Macarıstan çempionu olub. Peter Leko və Yudit Polqarı çalışdırıb. Karoyinin dörd şagirdi müxtəlif illərdə (yeddi dəfə) yeniyetmələr arasında dünya çempionatlarının mükafatçısı olub. Karoyi debütlər sahəsində tanınmış mütəxəssisdir. Onun nəzəri məqalələri mütəmadi olaraq şahmat sahəsində aparıcı nəşr olan "New in Chess" jurnalında dərc olunur.Dörd şahmat kitabının müəllifidir. == Kitabları == Tibor Karolyi.
Tibor Klampar
Tibor Klampar (30 aprel 1953) — Macarıstanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Tibor Klampar Macarıstani 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 4-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Tibor Samueli
Tibor Szamuely (27 dekabr 1890, Niredxaza – 2 avqust 1919, Lixtenvört[d], Aşağı Avstriya[d]) — Macar kommunist siyasətçi, az ömür yaşamış Macarıstan Sovet Respublikasının rəhbərliyində təmsil olunmuşdur. == Gəncliyi == Şimali Macarıstandakı Nyíregyháza şəhərində yəhudi əsilli bir ailədə beş uşaqdan ən böyüyü olaraq dünyaya gəlmişdir. Universitet təhsilini 1908-ci ildə bitirdikdən sonra, Macarıstan Sosial Demokratlar partiyasına daxil olmuşdur. Eyni zamanda jurnalist fəaliyyəti ilə də, məşğul olurdu. Yazdığı məqalələrindən biri Avstriya-Macarıstan İmperiyası nümayəndələri tərəfindən təhlükəli hesab edilmiş və həbs edilmişdir. == Dünya müharibəsi == Birinci Dünya müharibəsi başlayan zaman ordu sıralarına alındı. Rus cəbhəsində döyüşərkən 1915-ci ilin may ayında əsir düşür. Sibirdə yerləşən əsir düşərgələrindən birinə yerləşdirilir. Burda xüsusi ilə rus inqilabçılarının təsiri altına düşərək, müharibə əleyhinə fikirləri qəbul etdi. Oktyabr inqilabı ilə birlikdə bolşeviklərin fikirlərini mənimsəmiş və Rusiya ərazisində olan müharibə əsirlərinin bu sahədə maarifləndiriəsi vəzifəsini öz üzərinə götürdü.
Tibor Szamuely
Tibor Szamuely (27 dekabr 1890, Niredxaza – 2 avqust 1919, Lixtenvört[d], Aşağı Avstriya[d]) — Macar kommunist siyasətçi, az ömür yaşamış Macarıstan Sovet Respublikasının rəhbərliyində təmsil olunmuşdur. == Gəncliyi == Şimali Macarıstandakı Nyíregyháza şəhərində yəhudi əsilli bir ailədə beş uşaqdan ən böyüyü olaraq dünyaya gəlmişdir. Universitet təhsilini 1908-ci ildə bitirdikdən sonra, Macarıstan Sosial Demokratlar partiyasına daxil olmuşdur. Eyni zamanda jurnalist fəaliyyəti ilə də, məşğul olurdu. Yazdığı məqalələrindən biri Avstriya-Macarıstan İmperiyası nümayəndələri tərəfindən təhlükəli hesab edilmiş və həbs edilmişdir. == Dünya müharibəsi == Birinci Dünya müharibəsi başlayan zaman ordu sıralarına alındı. Rus cəbhəsində döyüşərkən 1915-ci ilin may ayında əsir düşür. Sibirdə yerləşən əsir düşərgələrindən birinə yerləşdirilir. Burda xüsusi ilə rus inqilabçılarının təsiri altına düşərək, müharibə əleyhinə fikirləri qəbul etdi. Oktyabr inqilabı ilə birlikdə bolşeviklərin fikirlərini mənimsəmiş və Rusiya ərazisində olan müharibə əsirlərinin bu sahədə maarifləndiriəsi vəzifəsini öz üzərinə götürdü.
Timor dənizi
Timor dənizi (ind. Laut Timor,port. Mar Timor — narıncı dəniz) — Hind okeanında dənizdir. Avstraliya və Timor adası arasında yerləşir. Dənizin sahəsi — 432 min km²-dir. Ən dayaz yeri 200 metrdən az, ən dərin yeri — 3310 metrdir. Dənizin ən böyük körfəzi — Cozef-Bonopart körfəzidir.
Timor plitəsi
Timor plitəsi — mikroplitə olaraq Cənub-şərqi Asiya ərazisində yerləşir. Timor adasının təməlini təşkil edir. Sahəsi 0,0087 steradiondur. Adətən Avrasiya plitəsinin tərkib hissəsini təşkil edir. Hind-Avstraliya plitəsi ilə cənubdan, qərb və şimaldan isə Banda dəniz plitəsi ilə sərhədlənir. == Mənbə == Bird, P. "An updated digital model of plate boundaries". Geochemistry, Geophysics, Geosystems. 4 (3). 2003: 1027. doi:10.1029/2001GC000252.
Timor çəkçəkisi
Timor çəkçəkisi (lat. Saxicola gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Şərqi Timor
Timor-Leste Demokratik Respublikası (tetum. Repúblika Demokrátika Timór-Leste; port. República Democrática de Timor-Leste) — Cənub-Şərqi Asiyada dövlət. Şərqi Timor Timor adasının şərq hissəsində yerləşir. Ölkə Atauro və Jaku adaları ilə Oekussi-Ambeno anklav bölgəsini əhatə edir. Adanın qalan hissəsi Qərbi Timor isə İndoneziyanın tərkibindədir. Paytaxtı və ən böyük şəhəri Dili, ümumi sahəsi 15,007 kvadrat kilometrdir. Respublika ərazisi 13 regiona (distrito) bölünmüşdür. Şərqi Timor həm də XXI əsrdə yaranmış ilk dövlətdir. == Etimologiyası == "Timor" sözünün mənşəyi timur sözdən götürülüb və malay dilində "şərq" deməkdir.
Basqal Resort & Spa
Peter Veres Tibor
Peter Veres Tibor (mac. Tibor Péter Veres; 17 may 1941, Debretsen) — Macarıstan etnoqrafı, etnoqrafiya üzrə tarix elmləri namizədi. == Həyatı == Peter Veres Tibor 17 may 1941-ci ildə Macarıstanın Debretsen şəhərində anadan olmuşdur. O, Debretsendəki Pedaqoji Texnikumda, sonra Debretsen Universitetində və Moskvada Lomonosov Universitetinin Etnoqrafiya və tarix fakültəsində təhsil almışdır. Veres 1967-ci ildən Budapeştdəki Etnoqrafiya Muzeyində, 1975-ci ildən SSRİ Elmlər Akademiyasının Etnoqrafiya İnstitutunda aspirant, 1979-cu ildən Macarıstan Elmlər Akademiyasının Etnoqrafiya Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi olmuşdur. Onun işi Macarıstanın tarixdən əvvəlki dövrü sahəsində fundamentaldır. O, birtərəfli ekstremal mövqelər arasında macar xalqının miqrasiyasına və həyat tərzinə işıq salmağa kömək etmişdir. Veresin tədqiqatı Macarıstan və SSRİ jurnallarında dərc olunmuşdur. Onun tədqiqat istiqamətləri fin-uqor etnoqrafiyası, fin-uqor və macarların etnogenezi və etnik mənsubiyyət nəzəriyyəsidir. == Əsərləri == The ethnogenesis of the Hungarian people.
Tibor Erdey-Druz
Tibor Erdey-Qruz (mac. Erdey-Grúz Tibor; 27 oktyabr 1902, Budapeşt – 16 avqust 1976, Budapeşt) — Macarıstanlı kimyaçı və siyasətçi. 1952-1953-cü illərdə Ali Təhsil naziri və 1953-cü ildən 1956-cı ilədək Təhsil naziri vəzifələrini icra etmişdir.
Tibor Erdey-Qruz
Tibor Erdey-Qruz (mac. Erdey-Grúz Tibor; 27 oktyabr 1902, Budapeşt – 16 avqust 1976, Budapeşt) — Macarıstanlı kimyaçı və siyasətçi. 1952-1953-cü illərdə Ali Təhsil naziri və 1953-cü ildən 1956-cı ilədək Təhsil naziri vəzifələrini icra etmişdir.