Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İmarətxana
İmarət və ya İmarətxana — Osmanlı İmperiyası dövründə yoxsullara kömək etmək üçün yaradılmış xeyriyyə təşkilatlarıdır. Başlanğıcda, imarətxanalarda; ətraf ərazilərdən şəhərə gələn, səyyahlara, kasıblara və imkansızlara ərzaq, tibbi və geyim köməyi edilirdi. Daha sonra imarətxanalar yalnız yemək verilən yerlərə çevrilmişdirlər. İmarətin xərcləri imarəti yaradan şəxs tərəfindən yaradılmış fondun gəlirləri ilə qarşılanırdı. Bəyliklər dövründə imarətləri fondlara təhvil vermə üsulu Osmanlı dövründə də davam etmişdir. Osmanlı imperiyasının ilk imarəti 1331-ci ildə fəth edildikdən bir neçə il sonra İznikdə yaradılmışdır. Demək olar ki, hər sosial kompleksdə bir imarətxana mövcud idi. Ümumiyyətlə düzbucaqlı plan üzərində qurulmuş imarətxanalarda, ortada üstü açıq bir həyət, həyətin ətrafında; Mətbəx, soba, yemək otaqları və müdirlərin otaqları yerləşirdi. İmarəti meydana gətirən hissələr yerli ehtiyaclara görə azaldılır və ya çoxaldılırdı. Misal üçün; II Bəyazidin İstanbulda tikdirdiyi imarətxanada ən çox məscid və mətbəx hissələrin diqqət verilirdi və xəstəxanası yox idi.