Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tiker
Tiker (ing. ticker symbol) və ya ehtiyat simvolu. Birjada spesifik ehtiyatların hesablanması üçün nəzərdə tutulub. Valyutaların kodu tikerin analoqu sayılır. Tiker Tomas Edison tərəfindən ixtira edilmişdir.
Ticket to Ride (albom)
Ticket to Ride — The Carpenters albomu.
Hacker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. == Yaranma tarixi == Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Vickery
Coys Uinifred Vikeri (ing. Joyce Winifred Vickery; 15 dekabr 1908 – 29 may 1979, Melburn) — Avstraliya botaniki.
Cicer
Noxud (Cicer arietinum L. ) — Paxlakimilər fəsiləsindən birillik ot bitkisi. Noxudun vətəni Şərqi Əfqanıstan və Şimal-Qərbi Hindistan hesab edirlir, burada onu bizim eradan əvvəl IV əsrdə becərməyə başlamışlar. == Yaşıl noxud == Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. == Qida və yem dəyəri == Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər. Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir.
Kiker
Kiker (alm.kicker – futbolçu) və ya Fusbol (alm.Fußball – futbol) futbola əsaslanan stolüstü oyun. Habelə kiker – həmin oyunu oynayan adam. İxtiralar Belə hesab edilir ki, stolüstü futbolu ilk dəfə Citroёn firmasının işçilərindən biri Lyusen Rozanqartan (Lucien Rosengarten) icad etmişdir. İlk patenti isə redaktor və şair Qalisialı Alexandro Finnisterre (Alejandro Finisterre) almışdır. Finisterre ispaniya vətəndaş müharibəsi zamanı Madriddə faşist bombardmanı vaxtı yaralanmışdır. Xəstəxanada o, azyaşlı uşaqların futbol oynaya bilmədiklərini görərək stolüstü tennis ideyası haqqında düşünmüşdür. Alexandro öz tanışı bask dülgəri Fransisko Xaver Altunudan xahiş edir ki, onun göstərdiyi formada futbol stolu düzəltsin. İxtira 1937-ci ildə patent alsa da Finisterre patent kağızını fazişmdən Fransaya qaçan zaman fırtınada itirmişdir. Amma bu stolüstü futbolun yaranmsı haqqındakı versiyalardan biridir. XX əsrin əvvəllərində bu işə çoxlu patentlər verilmişsə də, onlardan hansının birinci və bu gün stolüstü tennisə uyğun olduğunu müəyyənləşdirmək mümkün deyil.
Tikei
Tikei (fr. Tikei) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Takapotodan 70 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Atollun sahəsi 4 km²-dir. Daxilində laqun vardır. == Tarixi == Fakahina ilk dəfə 1722-cü ildə holland səyyahı Yakob Roqqeven tərəfindən kəşf edilmişdir. O, adanı Karlshoff olaraq adlandırır. 1816-cü ildə rus səyyahı Otto von Kosebu adanı yenidən kəşf edilmişdir. O, adanı Rumyansev adası olaraq adlandırır. == İnzibati bölgüsü == İnzibati baxımından Takaroa kommunasına daxildir.
Tizer
Tizer (ing. teaser "cəlb edən") — tapmaca kimi qurulmuş bir reklam mesajı. Məhsul haqqında bir hissə məlumat verilir, amma məhsulun özü göstərilmir, və beləcə alıcılarda maraq hissi oyadaraq, özünə cəlb edir. Tizerlər adətən məhsulun irəliləyişinin ən erkən mərhələrində göstərilir. Tizer istifadəsinə əsaslanan marketinq üsulu tizer reklaması adlanır. Tizerlərdə ikimənalı və təxribat xarakterli ifadələr və təsvirlər tətbiq edilə bilər. Hesab edilir ki, ilk tizer "MJB Coffee" brendinin irəlilədilmə kampaniyası üçün istifadə olunmuşdu. 1906 ildə San-Fransisko şəhərin yolları boyunca intriqa xarakterli elanlar peyda olunurdu, əlanların üstündə "Niyə?" ("Why?") sualı var idi.. == Texnologiya == Adətən tizerlər seriyalarla gəlir. Tizer reklam kampaniyası 2 mərhələdən keçir.
Bastian Trinker
Bastian Trinker (11 may 1990-cı ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən Avstriyalı peşəkar tennisçi. 12 dekabr 2015-ci ildə o, Dünya ATP reytinqində 241-ci sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Brayson Tiller
Bryson Djuan Tiller (d. 3 yanvar 1993, Luisvill, Kentukki) — Amerika müğənnisi, söz yazıçısı, repperi. 2015-ci ildə ilk albomu olan Trapsoul çıxmışdır.
Docker (proqram)
Docker — əməliyyat sistemi səviyyəsində virtuallaşdırma (başqa sözlə konteynləşdirmə) tətbiq edən proqram. İlk versiyası 2013-cü ildə Docker, Inc tərəfindən yaradılmışdır . Docker proqram təminatını "konteynerlər" vasitəsi ilə işə salır. Sadə bir misal göstərsək, bir konteyner veb servisi və veb tətbiqi işə salır, digər bir konteyner isə bu tətbiq tərəfiindən istifadə edilən verilənlər bazası servisini işə salır. Konteynerlər bir-birindən izolyasiya olur və hər birinin öz alətləri, kitabxanaları və konfiqurasiya faylları olur, amma bu konteynerlər bir-biri ilə xüsusi ayrılmış kanallar vasitəsi ilə əlaqə yarada bilir. Bütün konteynerlər sadəcə bir əməliyyət sisteminin nüvəsi üzərində işlədiyi üçün virtual maşınlardan daha az resurs istifadə edir.
Gəncə (tanker)
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Joe Cocker
Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[…], Şeffild, İngiltərə – 22 dekabr 2014[…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri. Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır. 2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır. Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir. == Diskoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Co Koker ilə əlaqəli mediafayllar var.
Kvinten Timber
Kvinten Rayan Krispito Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Yurrien ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Kvinten atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Kvinten Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Melaleuca tinkeri
Melaleuca tinkeri (lat. Melaleuca tinkeri) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Request Tracker
Request Tracker — sorğuları işləmək üçün pulsuz sistemdir. Request Tracker anlayışını müxtəlif cür konfiqurasiya etmək olar. Request Tracker e-poçtla göndərilən insident məlumatını avtomatik qeydiyyata alır və bu məlumatı göndərən istifadəçiyə bilet verir. İnformasiya verilənlər bazasında saxlanılır.
Typhlodromus rickeri
Typhlodromus rickeri (lat. Typhlodromus rickeri) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus rickeri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Vickers Valiant
Vickers Valiant (ing. Vickers Valiant) — bir vaxtlar Britaniya Hərbi Hava Qüvvələrində istifadə olunmuş dörd motorlu reaktiv bombardmançı təyyarəsidir. V Bombardmançıları (V-Bombers) deyilən nüvə hücumuna qarşı daşındırıcı bombardman təyyarəsidir. Digər iki V Bombardmançısı Avro Vulcan və Handley Page Victor-dur. Təyyarənin ilk prototipi 1951-ci ildə 18 may tarixində hazır olmuşdur. Prototip 27 aya hazırlanmışdır. Valiant başlanğıcda yüksək səviyyəli strateji bombardmançı əməliyyatlar üçün nəzərdə tutulmuş tutulmuşdu. Lakin aşağı rotadan uçan zaman təyyarədə ciddi problemlər yaranırdı. Bahalı bərpa proqramı ilə davam etməyin əksinə Valinət rəsmi olaraq 1965-ci ildə təqaüdə çıxdı. Onun vəzifəsini isə 1980-ci illərə qədər xidmət edən digər V Bombardmançıları yerinə yetirmişdir.
Vickers Wellington
Vickers Wellington — Vickers-Armstrong tərəfindən istehsal edilən İngiltərənin uzun mənzilli bombardmançısıdır. Təyyarə, İkinci Dünya Müharibəsinin ilk illərində Bombardman Komandanlığının əsas bombardmançılarından biri olaraq gecə bombardmançısı kimi geniş şəkildə istifadə edilmişdir.
Wicked City
Wicked City (yap. 妖獣都市; azərb. Zalım Şəhər‎) – 1987-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Xarici keçidlər == Wicked City — Internet Movie Database saytında.
Yan Çikker
Yan Çikker (slovak. Ján Cikker; 29 iyul 1911[…], Banska Bistritsa – 21 dekabr 1989[…], Bratislava) — müasir Slovakiya klassik musiqisinin aparıcı eksponenti olan Slovakiya bəstəkarı. Slovakiya Milli Artisti, Herder mükafatı və IMC-UNESCO Beynəlxalq Musiqi Mükafatı ilə mükafatlandırılmışdır. == Həyatı == Çikker keçmiş Avstriya-Macarıstanda, bu günki Slovakiyada, Banska Bistritsa şəhərində anadan olub. Onun ilk musiqi müəllimi anası Mariya Psotkova və Uilyam Fiqus-Bistri idi. Orta məktəbi bitirdikdən sonra, 1930-cu ildən 1935-ci ilə qədər Praqa Konservatoriyasında oxumuş və orada Yarkoslav Kriçkanın bəstəkarlıq və orkestra kurslarına qatılmışdır. 1935-1936-cı illərdə Praqa Konservatoriyasının Magistr Peşə Liseyində oxudu, burada Vitezslav Novakın tələbəsi oldu. Daha sonra Vyanaya köçdü, 1936-1937-ci illərdə Feliks Veynqartner ilə birlikdə təhsil aldı. 1939-1949-cu illərdə Bratislava Konservatoriyasında dərs demişdir. 1945-1948-ci illərdə Slovak Milli Teatrı operasının repertuar məsləhətçisi olmuşdur.
Yurrien Timber
Yurrien David Norman Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Kvinten ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Yurrien atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 2 noyabr 2018-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Yurrien Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Yvette Vickers
Yvette Vickers (ing. Yvette Vickers; 26 avqust 1928[…], Kanzas Siti, Missuri – təq. 2010) — ABŞ aktyoru. == Həmçinin bax == 26 avqust 1928-ci ildə Kansas Citydə doğulub. 27 aprel 2011-ci ildə Los Angelesdə vəfat edib.
Zərdüşt (tanker)
Zoroastr — dünyada ilk neft tankeri. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 1994-cü ilin iyun ayının 10-da Bakı şəhərində "Azərmarka" şirkəti tərəfindən Nobel qardaşları şirkətinin yaradılmasının 115 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 25 manat, tirajı isə 50000 ədəd olan həmin markalardan biri "Zoroastr" gəmisinə həsr olunmuşdur.
Tinder fırıldaqçısı
Tinder fırıldaqçısı (ing. The Tinder Swindler) — 2 fevral 2022-ci ildə Netflix-də yayımlanan ingilis istehsalı sənədli film. Film Tinder tətbiqi vasitəsilə qadınları aldadan israilli cinayətkar Simon Leviev haqqındadır. == Məzmun == Doğum adı Şimon Hayut olan Simon Leviev Tinder adlı tanışlıq proqramında özünü almaz kralı olaraq tanınan Rusiya yəhudisi Lev Levievin oğlu olaraq təqdim etdi. Tinder-də tanış olduğu qadınları şam yeməyinə aparıb onlara müxəlif hədiyyələr alaraq özünü həqiqətən almaz kralının oğlu olduğuna inandırdı. Hətta qadınları şəxsi təyyarələrlə tətilə apardı. Möhtəşəm həyata sahib imiş kimi davranan Hayut tanış olduğu bütün qadınlara onu öldürmək istəyən düşmənləri olduğundan bəhs etdi. Qadınlara söhbət tətbiqləri vasitəsi ilə mühafizəçisinin düşmənləri tərəfindən yaralandığına dair saxta şəkillər göndərdi. Təhlükəsizlik məqsədi ilə öz kartından pul xərcləyə bilmədiyini və bu səbəblə geri qaytarmaq şərti ilə qadınlardan kart və nağd pul aldı. Bu üsulu bütün qurbanlarında istifadə etdi.
Licər
Licər — Qəbələ rayonu ərazisində dağdır. Bum çayından sağ tərəfdə yerləşir. Keçmişdə maldar ellərin yaylaq yeri olmuşdur. Oronim “su kənarı; səfalı, xarici görünüşcə gözəl” mənasındadır.
Təkər
Təkər (və ya çarx) — çevrəvi formaya malik olub mərkəzində deşik olan oxda bərkidilimiş lövhədir. Təkəri yalnız hər hansı bir oxa keçirdikdən sonra ondan hərəkətli bir hissə alınır. Təkərlərin uzunmüddətliyi onların yağlanması, oxda oturtma dəqiqliyi və sürtünməsindən asılıdır. Maşınlarda təkərlər əsasən nəqliyyat üçün tətbiq olunurlar. Müxtəlif mexanizmlərdə, qurğularda hərəkəti ötürən və nizama salan çarxşəkilli hissə. Dəzgahın çarxı. Dişli çarx. – Çarxlar hərlənir, xam pambığın çiyidini bir tərəfə çıxarır, mahlıcını bir tərəfə qalaqlayırdı. Ə. Vəliyev. 3.
Tiplər nəzəriyyəsi
Tiplər nəzəriyyəsi-maddələr sadə qeyri-üzvi maddələrdən (tiplərdən) törəyir və öz hidrogenlərinin qalıqlarla əvəz olunmasında əmələ gəlir. Bu nəzəriyyə radikallar nəzəriyyəsinin əksinə olaraq, molekulun dəyişən hissəsini əsas tutur, üzvi maddələrin reaksiyaları ilə qeyri-üzvi maddələrinin reaksiyaları arasında böyük oxşarlıq olduğunu irəli sürürdü. == Əsas tiplər == Ilk dövrdə bu nəzəriyyəni radikallar nəzəriyyəsinə zidd tutur və hətta radikal kəlməsini işlətməyərək, onu qalıqla əvəz edirdilər. Əsas tiplər H2O, HCl, NH3 və daha sonra CH4 qəbul olunmuşdur. Bu tiplərdə hidrogeni qalıqlarla əvəz edir və üzvi birləşmələrin bu, yaxud başqa tipə mənsubiyyətini aydınlaşdırmaqla onları müxtəlif siniflərə ayrırdılar. Məsələn, spirtlər, efirlər, turşular və onların törəmələri su tipinə aid edilir. Əsas tiplərdən törəyən üzvi maddələr bu tiplərin reaksiyalarını verməli idi. Su tipinə aid edilən spirtlərin su kimi natrium və PCl3 ilə reaksiyaya girməsi buna bir dəlil idi. == Qatışıq və mürəkkəb tiplər == Tiplər nəzəriyyəsini inkişaf etdirərək Kekule metan tipini aşkar etdi və beləliklə, tiplər sistemində doymuş karbohidrogenlərə yer tapmadı. Daha sonra tapılan bəzi maddələri məlum tiplərə aid etmək mümkün olmadığı üçün qatışıq və mürəkkəb tiplər irəli sürüldü.
Türkər Təkin
Türkər Təkin (11 mart 1940 – 17 mart 2008, İzmir) — Teatr rejissoru və aktyoru, kino və serial aktyoru. == Həyatı == 11 mart 1940-cı ildə Türkiyə Turqutda anadan olub. 1963-cü ildə Ankara Dövlət Konservatoriyası Teatr Bölümündən məzun olan Təkin, 1965-ci ildən 1978-ci ilə qədər Şəhər Teatrlarında çalışdı. 1978-ci ildə İzmir Dövlət Teatrı heyətinə keçərək buradan əməkli oldu. Bundan başqa, Türkər Təkin, kino və serial filmlərdə də rol alıb. Sənətkar, bir şiş səbəbindən müalicə aldığı xəstəxanada həyatını itirdi.