Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Timey (dialoq)
"Timey" (yun. Τίμαιος) — Platonun kosmologiya, fizika və biologiyaya həsr olunmuş ən mühüm traktatlarından biri. Eramızdan əvvəl 360-cı ildə sokratik dialoq şəklində yazılmışdır. Bu dialoq həmçinin Atlantida haqqında məlumat verir (daha ətraflı təsviri yarımçıq “Kritiy” dialoqunda əldə etmək olar). Dialoqda iştirak edənlər: Sokrat, Lokriyalı Timey, Kritias, Hermokrat . Bu dialoq orta əsr fəlsəfəsinin, o cümlədən Şartr məktəbi adlanan ideyaların inkişafına, eləcə də İntibah fəlsəfəsinə və müvafiq olaraq sonrakı dövrlərin bütün Avropa fəlsəfəsinə əhəmiyyətli təsir göstərmişdir. == Məzmunu == Dialoqun tərkibi üç qeyri-bərabər hissədən ibarətdir. Başlanğıcda Sokrat ideal dövlət anlayışını qısaca təkrarlayır (q.yun. πολιτεία), mahiyyəti hər bir insanın öz ruhunun ləyaqətinə uyğun olaraq bir peşə seçməsidir: əkinçilər (q.yun. γεωργοί), mühafizəçilər (q.yun.
Timeleya
Timeleya (lat. Thymelaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi.
İmeyl
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Tidey
Tidey ( q.yun. Τυδεύς ) — qədim yunan mifologiyasında personaj, Kalidonlu Eney və Peribeyanın oğlu, Diomedin atası. Yeddilər Fivə qarşı kampaniyasının liderlərindən biri olmuşdur. Bu personajın adı "İliada"da (4, 375-400; 5, 800-815) və Esxilin "Yeddilər Fivə qarşı" (2,380-415-ci epizodlar) əsərlərində çəkilir. Arqonavtdır.
Maks Rimelt
Maks Rimelt (alm. Max Riemelt‎; * 7 yanvar 1984 - Şərqi Berlin) - Almaniyalı kino aktyor. == Bioqrafiya == Maks Rimelt Berlin şəhərində anadan olub və indiyə kimi öz doğma şəhərində yaşayır. Onun bir qızı var. Maks heç bir teatr məktəbində təhsil almayıb. Buna baxmayaraq, o özünün ilk aktyorluq fəaliyyətini hələ 11 yaşında, oxuduğu məktəbin teatr dərnəyində həyata keçirmiş və orada bir çox tamaşalarda iştirak etmişdi. Geniş tamaşaçı auditoriyasına Maks Rimeltin adı 1998-ci ilin Milad bayramı günü təqdim olunan "İki tənha məşhur" adlı miniserialın təqdimatından sonra tanınmışdı. Serialın ardınca Maks tezliklə 50-dən artıq fərqli film və televiziya proyektlərində iştirak etməyə dəvət almışdı. Çəkilişlə parallel olaraq Maks uğurla təhsili davam etməyi özünə məqsəd qoymuşdu. 2007-ci ildə o aktyor peşəsində tam iş saatını götürərək, hərbi xidmətdən imtina etmiş və bundan sonra məktəb təhsilini tamamilə dayandırmağı qərara almışdı.
Lively Premonition
Lively Premonition — ABŞ musiqiçisi Cordananın dördüncü studiya albomu. 18 oktyabr 2024-cü ildə Grand Jury Music tərəfindən buraxılacaq.
Time
Nəşrlər Time (jurnal) — həftəlik informasiya jurnalı. Mahnılar Time (İzabo) — 2012 Avroviziya Mahnı Müsabiqəsi mahnısı Big Time — C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnı Remember the Time — Maykl Ceksonun mahnısı.
Ainu Times
Ainu Times (azərb. Aynu vaxtları‎) – aynu dilində nəşr olunan yeganə jurnal. İlk sayı 20 mart 1997-ci ildə işıq üzü görüb. Jurnalda həm katanaka, həm romaci qrafikaları ilə məqalələr nəşr olunur. 2006-cı ildən redaktoru gitaraçı Takaşi Hamadadır. İldə 4 sayı nəşr olunur. Hər sayın buraxılmasından 3 ay sonra onun yapon dilindəki tərcüməsi çapdan çıxır.
Financial Times
Financial Times (FT) — Londonda gündəlik nəşr olunan beynəlxalq ingilis iqtisadi-siyasi qəzet və dünyanın qabaqcıl biznes xəbərləri və məlumatları təşkilatlarından biri. Dünyanın 24 şəhərində çap olunur: London, Lids, Liverpul, Dublin, Paris, Frankfurt, Stokholm, Milan, Madrid, Nyu-York, Çikaqo, Los-Anceles, San-Fransisko, Dallas, Atlanta, Mayami, Vaşinqton, Tokio, Honkonq, Sinqapur, Seul, Dubay, Yohannesburq və İstanbul. == Ümumi məlumat == Böyük Britaniyanın gündəlik qəzeti, maliyyə sferasında ingilis dilində çıxan ən nüfuzlu dövri nəşrlərdən biri. Əsası Londonda jurnalistlər C. Seridan və Q. Bottomli tərəfindən qoyulmuş, ilk nömrəsi 09.01.1888-ci ildə çap olunmuşdur. İndiki adı ilə 13.02.1888-ci ildən buraxılır. 1945-ci ildə "Financial News" (1884) qəzeti ilə birləşən "Financial Times"-ı B. Britaniyanın "Pirson" ("Pearson") nəşriyyat şirkəti əldə etmişdir. 1979-cu ildə qəzet ilk dəfə ölkə xaricində (Frankfurt-Maynda) nəşr olunmuş, elə həmin vaxtdan maliyyə sahəsində aparıcı dünya KİV-lərindən birinə çevrilmişdir. Özünün saytı (FT.com; 1995) olan ilk nəşrlərdən biridir. 2015-ci ildən "Financial Times" Yaponiyanın "Nikkey" mediakorporasiyasına məxsusdur. Tirajı 400 min nüsxədən çoxdur (2015).
Gay Times
Gay Times (2007-ci ildən — GT) — Böyük Britaniyanın homoseksual və biseksual auditoriyasına yönəlmiş ən populyar jurnal.. 1975-ci ildən bəri hər ay buraxılır. == Nəşr və məzmun == Gay Times (GT) jurnalı Millivres Prowler Group Ltd tərəfindən dərc olunur. Gay Times jurnalının ilk nömrəsi Lyuis Mennonun posteri ilə birlikdə 1984-cü ildə buraxılmışdı (başlanğıcda Gay Times 1975-ci ildə yaradılmış HIM jurnalının tərkib hissəsi idi). Millivres Prowler şirkəti həmçinin lezbiyan auditoriyaya yönəlmiş Avropanın aparıcı aylıq DIVA jurnalını, habelə transgender icması üçün META rəqəmsal jurnalını dərc edir. Bundan başqa onlar PinkPaper.com LGBT onlayn-xəbər brend saytının sahibidirlər. Gay Times ilin sonunda baş vermiş 13 ən əsas hadisələri dərc edir. Jurnalın əsas rubrikaları müsahibə, xəbər, musiqi, film, ədəbiyyat, moda və səyahət kimi maraqlı bölmələrdən ibarətdir. Burada həmçinin həyat tərzi, reklam, eskort və məsləhət xidmətləri də daxil olmaqla, böyük bir kataloq bölmə mövcuddur. Jurnalın üz qabığına çox sayda məşhur insanlar çəkilmişdilər.
The Times
"The Times" — 1785-ci ildə qurulmuş Britaniya qəzeti. 1788-ci ildən bəri bu adla fəaliyyət göstərməkdədir. Dünyanın ilk qəzetlərindən bir olan "The Times", Birləşmiş Krallığın ən önəmli yayın quruluşlarındandır. Xarici siyasət başda olmaqla böyük bir oxucu kütləsi yaratmaqda önəmli bir siyası rolu vardır. "The Sunny Times" ilə birlikdə Rupert Murdokun başçılığı ilə "News Corporation group"un sahib olduğu "News International" şirkətinin alt şirkəti olan "Times Newspapers Limited" tərəfindən yayımlanmaqdadır. The Times və The Sunday Times qəzetləri 1999-cu ilin mart ayından etibarən internetdə mövcuddur.
Tibel (Baltas)
Tibel (rus. Тибелево, başq. Тибел) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 189 nəfərdir. Kənd, rayon mərkəzindən 20 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 58 kilometr uzaqlıqdadır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (71%) üstünlük təşkil edir.
Timea Ray
Timer (Şaran)
Timer (başq. Тимер, rus. Тимирово) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 26 km, kənd sovetliyindən (Miçurinsk): 8 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 68 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (86%) üstünlük təşkil edir.
Yimey Vanq
Yimey Vanq – çinli qadın voleybolçu. Çin milli voleybol komandasının çapraz mövqedə oynayan hücumçusudur. Boş vaxtlarında pop musiqiyə qulaq asmağı sevən voleybolçu həmçinin basketbolla da maraqlanır. Karyerasına doğma vətəninin Liaoninq komandasında başlayan Vanq burada 2005-06 mövsümündə Çin ölkə çempionatının qızıl medalını qazanmışdır. Uğurlu çıxışı sayəsində Çin milli komandasında oynamaq şansını tapan voleybolçunun bu mənada ilk matçı 2005-ci ilə tasadüf edir. 2008 Yay Olimpiya Oyunlarında da iştirak şansı tapan voleybolçu doğma şəhəri Pekində keçirilən yarışda milli komandanın əlavə güclərindən biri olur. (ikinci heyətin üzvi kimi) Ev sahibləri yarımfinala qədər irəliləsələr də yarımfinalda Braziliya milli voleybol komandasına məğlub olur. Üçüncülük matçında qalib gələn Çin milli komandası bürünc mükafatlara yiyələnir. Bu oyunlarda az da olsa oynamaq şansı tapan Vanq isə ilk olimpiya bürüncünə sahib çıxır. Bundan sonra o, 2012 Lodon Yay Olimpiya Oyunlarında da iştirak etmişdi.
Yumi Tomey
Yumi Tomey (d. 1 iyun 1972) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 43 oyun keçirib, 6 qol vurub.
Futabatey Şimey
Futabatey Şimey (二葉亭 四迷, 28 fevral 1864, Kappazaka[d] – 10 may 1909, Benqal körfəzi) və ya əsl adı ilə Haseqava Tatsunosuke – Yaponiya yazıçısı və tərcüməçisi. İvan Turgenev və digər rus realistlərinin əsərlərini yapon dilinə tərcümə etmişdir. Yapon ədəbiyyatının ilk müasir romanı olan "Ukiqumo" (azərb. "Uçan bulud"‎, 1887) romanının müəllifi olmuşdur. == Həyatı və karyerası == 1864-cü ildə Yaponiyanın Tokio şəhərində samuaray ailəsində doğulmuşdur. Atası Haseqava Yoşikazu təhsil alması üçün onu Naqoya şəhərinə göndərmişdir. Atasının Şizuoka prefekturasının idarəçiliyinə təyin olunması səbəbilə ailə Matsue şəhərinə köçmüş və Futabatey burada Soçoşa məktəbinə daxil olmuşdur. 1897-cu ildə isə Tokioya köçmüşdür. O, 1881–1885-ci illərdə Tokio Xarici Dillər Məktəbində rusiyaşünaslıq üzrə təhsil almışdır. Futabateyin maddi problemləri olduğu üçün 1889-cu ilin iyulunda dövlət nəşrləri ofisindəki vəzifə təklifini qəbul etməli olmuşdur.
Washington Times
The Washington Times (azərb. Vaşinqton xəbərləri‎) — Vaşinqtonda nəşr olunan ABŞ-nin gündəlik qəzetlərdən biri. 17 ьay 1982-ci ildə Sun Myung Moon (Birləşmə kilsəsinin lideri, Birləşmə hərəkatı adı ilə tanınan) tərəfindən yaradılmış və 2010-cu ilə qədər Moon tərəfindən qurulan News World Communications beynəlxalq media konqlomerasına məxsus olan Moon və bir qrup köhnə idarəçilərə kağız satın aldı. Hal-hazırda, Birləşmə hərəkatının tam mülkiyyətində olan bir filialı olan Conglomerate Operations Holdings şirkətinə məxsusdur. Gündəlik nəşr Kolumbiya rayonunda və Maryland və Virciniya hissələrində paylanır. Milli auditoriyaya yönəlmiş həftəlik bir qəzet nəşri də dərc edilmişdir. Konservativ bir qəzet kimi açıqlanan The Washington Times, respublika prezidenti Ronald Reyqan tərəfindən təriflənmişdir. İqliməuyğunlaşmaya dair elmi konsensusu rədd edən bir çox sütun yayımlamışdır. Ues Prudenin redaktəsi altında (1992-2008), The Washington Times, Demokratik prezident Barak Obama haqqında irqçi şərh və konspirasiya nəzəriyyəsini nümayiş etdirmişdir.
Los Angeles Times
Los Angeles Times, qısaldılmış: LA Times (azərb. Los Anceles xəbərləri‎) — Los Ancelesdə nəşr olunan ABŞ-nin ən məşhur və nüfuzlu qəzetlərdən biri. Tirajına görə ABŞ-də 4-cü yeri tutur. == Tarixi == Los Angeles Times ilk olaraq 4 dekabr 1881-ci ildə Los Angeles gündəlik qəzet olaraq Nathan Cole, Jr və Thomas Gardiner rəhbərliyi altında nəşr olundu. Əvvəlcə qəzet Jesse Yarnell və Tomas J Kastilya məxsus Zerkalo nəşriyyatında çap edilmişdir. Yazı layihəsini ödəyə bilməyən Cole və Gardiner, qəzeti Zerkalo şirkətinə təhvil verdi. Bu vaxt, Samuel Mats, Times'ın yayınlanmaya davam etdiyi şərt ilə firmaya qatıldı. 1882-ci ilin iyulunda Harrison Gray Otis Santa Barbara'dan qəzet redaktoru olmaq üçün köçdü. Sonradan qəzetə uğur qazanmış Otis idi. Tarixçi Kevin Starr, Otisin "bütün zənginləşdirilməsi üçün bütün siyasi quruluşu və ictimai rəyini manipulyasiya edə biləcək bir iş adamı" olduğunu yazdı.
New York Times
"Nyu-York Tayms" (ing. The New York Times (Nyu-York vaxtı)) — ABŞ-də gündəlik qəzet. 1851-ci ildən Nyu-Yorkda "Nyu-York tayms şirkəti" tərəfindən nəşr edilir. Latın Amerikası və Avropa nəşrləri müvafıq olaraq Limada (Peru) və Parisdə (Fransa) çıxır. Tirajı 1 milyondan çoxdur. Qəzetin nüfuzu 1870–1871-ci illərdə New York City Hall Tweed Rings-in hökmranlığının sona çatmasına səbəb olan, Tammany Hall kimi şəhərdə tanınan şəhərin Demokratik Partiyasının rəhbəri William Tweed'i ifşa edən bir sıra məqalələr dərc edərkən artırdı. 1880-ci illərdə New York Times tədricən GOP adaylarının redaksiya dəstəyindən daha siyasi müstəqil və analitik bir qəzet olmaq üçün uzaqlaşdı; 1884-cü ildə Demokrat Qrover Klivlend (əvvəllər Buffalo meri və Nyu-Yorkun qubernatoru) ilk prezidentlik kampaniyasında qəzeti dəstəklədi. Bu keçid The New York Times qəzetinə mühafizəkarlar, biznes yönümlü oxucular, yüksək təbəqələrin oxucuları da daxil olmaqla oxucuların itkisi olsa da, qəzet bir neçə il ərzində oxucuların sayını bərpa etdi və yavaş-yavaş ədalətli və qərəzsiz bir qəzet kimi tanındı, xüsusilə də 1890-cı illərdə yeni bir sahibi, yayıncı, Chattanooga, Tennessee'dən Adolf Oks liderliyində.
The Japan Times
The Japan Times (azərb. Yaponiya Zamanı‎) — 1897-ci ildə qurulmuş Yaponiya qəzetidir. Qəzet Yaponiyanın iqtisadi-siyasi, sosial və mədəni həyatı barədə oxucuları ingilis dilində məlumatlandırır.
The Moscow Times
The Moscow Times — 1992-ci ildə yaranan qəzet.
Times Higher Education
"Times Higher Education" ("THE"), əvvəlki adı: "Times Higher Education Supplement" ("THES") — ali təhsil xəbərləri və digər məsələləri barədə ixtisaslaşmış həftəlik jurnal. Redaksiyası Londonda yerləşir.
The Financial Times
Financial Times (FT) — Londonda gündəlik nəşr olunan beynəlxalq ingilis iqtisadi-siyasi qəzet və dünyanın qabaqcıl biznes xəbərləri və məlumatları təşkilatlarından biri. Dünyanın 24 şəhərində çap olunur: London, Lids, Liverpul, Dublin, Paris, Frankfurt, Stokholm, Milan, Madrid, Nyu-York, Çikaqo, Los-Anceles, San-Fransisko, Dallas, Atlanta, Mayami, Vaşinqton, Tokio, Honkonq, Sinqapur, Seul, Dubay, Yohannesburq və İstanbul. Böyük Britaniyanın gündəlik qəzeti, maliyyə sferasında ingilis dilində çıxan ən nüfuzlu dövri nəşrlərdən biri. Əsası Londonda jurnalistlər C. Seridan və Q. Bottomli tərəfindən qoyulmuş, ilk nömrəsi 09.01.1888-ci ildə çap olunmuşdur. İndiki adı ilə 13.02.1888-ci ildən buraxılır. 1945-ci ildə "Financial News" (1884) qəzeti ilə birləşən "Financial Times"-ı B. Britaniyanın "Pirson" ("Pearson") nəşriyyat şirkəti əldə etmişdir. 1979-cu ildə qəzet ilk dəfə ölkə xaricində (Frankfurt-Maynda) nəşr olunmuş, elə həmin vaxtdan maliyyə sahəsində aparıcı dünya KİV-lərindən birinə çevrilmişdir. Özünün saytı (FT.com; 1995) olan ilk nəşrlərdən biridir. 2015-ci ildən "Financial Times" Yaponiyanın "Nikkey" mediakorporasiyasına məxsusdur. Tirajı 400 min nüsxədən çoxdur (2015).
Times New Roman
Times New Roman — serif şrift qarnituru əsasında 1931-ci ildə tipoqraf Stenli Morison və rəssam Viktor Lardent tərəfindən yaradılmış şrift. 1931-ci ildə, Morison "The Times" qəzetinin keyfiyyətsiz çap üsulu ilə bağlı məqalə yazdı və rəhbərliyi ittiham etdi. O, qəzetin reklam bölməsində işləyən rəssam, Viktor Lardentə yeni şrift nümunəsi yaratmaq üçün ona kömək etməyini xahiş etdi. Morison nümunə kimi Plantin şriftindən istifadə etdi. Şrifti, simvolların asan oxunması və daha az yer tutması üçün dəyişdirdilər. Alınmış şrift Times New Roman adlandırıldı. İlk dəfə The Times qəzetində 3 oktyabr 1932-ci ildə istifadə edildi və illər keçdikcə bu şriftə tələbat artdı.
Təməl Kotil
Təməl Kotil (türk. Temel Kotil; 3 dekabr 1959, Rizə, Rizə ili) — Türkiyə aviasiya mühəndisi. O, hal-hazırda Türk Aerokosmik Sənayesi şirkətinin baş direktorudur . Kotil bundan əvvəl 2005-ci ilin aprelindən 2016-cı ilin oktyabrına qədər Türk Hava Yollarının baş direktoru vəzifəsində çalışmışdır. 1991-ci ildə Türkiyəyə qayıtdıqdan sonra İstanbul Texniki Universitetində Aviasiya mühəndisliyi kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. Təyyarələrin dizaynı, struktur mexanikası və qabaqcıl hesablama mexanikası laboratoriyalarını qurmuş və onlara rəhbərlik etmişdir. Eyni zamanda, Kotilə idarənin kompüter mərkəzinin müdiri vəzifəsi də tapşırılmışdır. 1994–1997-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsində texniki şöbə müdiri vəzifəsində çalışmışdır. 2002–2003-cü illər arasında Nyu-Yorkda "Advance Innovative Technologies Inc."də Tədqiqat, Planlaşdırma və Koordinasiya Departamentinin rəhbəri vəzifəsində çalışmışdır. 2003-cü ildə Türkiyəyə qayıtmış və Türk Hava Yollarında texniki işlər üzrə icraçı vitse-prezident vəzifəsində işə götürülmüşdür.