Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tiny Toon Adventures (oyun)
Tiny Toon Adventures - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1991-ci ildə yaradılan macəra oyunudur. == Məzmun == Baster Banni adında dovşan varlı ailədən olan Montana Maksın, onun sevdiyi Bebs Bannini qaçırtdığı üçün onu xilas etməyə çalışır. Bunun üçün Baster Banni Montananın hazırladığı müxtəlif maneələrdən keçməlidir. Baster Banniyə macəralar zamanı ördək Plaki Dak, tasman iblisi Dizzi Devil və pişik Furball kömək edir. Basteri məğlub etmək üçün Montana Elmayra Daff, Roderik Ret, Ceni Splayser və bir çox qəhrəmanların köməyindən istifadə edir. Sonda Baster Banni Montananı məğlub edərək Bebs Bannini xilas edir.
Tiny Toon Adventures (videooyun)
Tiny Toon Adventures - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1991-ci ildə yaradılan macəra oyunudur. == Məzmun == Baster Banni adında dovşan varlı ailədən olan Montana Maksın, onun sevdiyi Bebs Bannini qaçırtdığı üçün onu xilas etməyə çalışır. Bunun üçün Baster Banni Montananın hazırladığı müxtəlif maneələrdən keçməlidir. Baster Banniyə macəralar zamanı ördək Plaki Dak, tasman iblisi Dizzi Devil və pişik Furball kömək edir. Basteri məğlub etmək üçün Montana Elmayra Daff, Roderik Ret, Ceni Splayser və bir çox qəhrəmanların köməyindən istifadə edir. Sonda Baster Banni Montananı məğlub edərək Bebs Bannini xilas edir.
Tiny Toon Adventures (video oyun)
Tiny Toon Adventures - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1991-ci ildə yaradılan macəra oyunudur. == Məzmun == Baster Banni adında dovşan varlı ailədən olan Montana Maksın, onun sevdiyi Bebs Bannini qaçırtdığı üçün onu xilas etməyə çalışır. Bunun üçün Baster Banni Montananın hazırladığı müxtəlif maneələrdən keçməlidir. Baster Banniyə macəralar zamanı ördək Plaki Dak, tasman iblisi Dizzi Devil və pişik Furball kömək edir. Basteri məğlub etmək üçün Montana Elmayra Daff, Roderik Ret, Ceni Splayser və bir çox qəhrəmanların köməyindən istifadə edir. Sonda Baster Banni Montananı məğlub edərək Bebs Bannini xilas edir.
Tiny Toon Adventures: Babs’ Big Break
Tiny Toon Adventures: Babs’ Big Break - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunu.
Tiny Toon Adventures: Buster Busts Loose!
Tiny Toon Adventures: Buster Busts Loose - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur.
Tiny Toon Adventures: Buster’s Hidden Treasure
Tiny Toon Adventures: Buster’s Hidden Treasure — Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunudur. "Tiny Toon Adventures" seriyanın bu epizodu resenziya saytlarında yüksək mövqe qazanmışdır. == Hekayə == Dovşanlardan xoşlanmayan qəddar varlı Montana Maks Baster Banni adında dovşanın sevgilisi Bebs Bannini qaçırır. Bu müddətdə isə pis Cin qızılları oğurlayır. Baster Banni həm sevgilisini, həm də qızılları tapmaq üçün macəralara qatlaşmağa məcbur olur. Oyundakı raundlar müxtəlif yerlərdə: Meşədə, qarda, dağda, adada və s. Hər raundun sonunda Boss vardır. Baster Banni Bossları məğlub etdikdən sonra onlara işləyən köməkçilər Banninin tərəfinə keçir. Gəmi raundunda Montana Maks ilə vuruşur və ona qalib gəlir. Bu raundda qızılları tapır.
Tiny Toon Adventures 2: Trouble in Wackyland
Tiny Toon Adventures 2: Trouble in Wackyland - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur.
Tiny Toon Adventures 2: Montana’s Movie Madness
Tiny Toon Adventures 2: Montana’s Movie Madness - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunu. == Məzmun == Cizgi qəhrəmanları kinoteatrda filmə baxmaq üçün yığılıblar. Kinoteatrın sahibi isə Montana Maksdır və onların hansı filmə baxacaqlarını yalnız özü təyin edəcəkdir. Maks onun göstərəcəyi filmlərin ən yaxşı olduğunu deyirdi. Bundan şübhələnən Bebs Benni bu barədə Baster Banniyə deyir. Baster Banni isə filmdə iştirak etməyə qərara gələrək, ekranın içinə daxil olur. Banni macəra boyunca Vestern, Samuray, Gələcək və Canavar məzmunlu dörd filmi silməlidir. Hər filmin sonunda isə Montana Maks ilə döyüşməyə məcbur olur. Montana Maksa, Roderik Rat və Rhubella Rat kimi personajlar kömək edir. Banniyə isə Qoqo Dodo vasitəsilə Bebs Banni, Plaki Dak, Hemton C. Pig, Fifi La Fume, Şirli MakLun, Furrball, Konkord Kondor, Li'l Snizer ve Dizzi Devil kömək edir.
Tinyo-Jamezye
Tinyö-Jamezyö (fr. Tignieu-Jameyzieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38507. Kommunanın 2006-cı il üçün əhalisi 5 373 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 27 km şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Tinyö-Jamezyö
Tinyö-Jamezyö (fr. Tignieu-Jameyzieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38507. Kommunanın 2006-cı il üçün əhalisi 5 373 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 27 km şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Tin
Tin—etrusk mifologiyasında baş tanrı. Baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, önəmli məsələlərin çözümü şura gənəşməsindən keçirdi . == İstinadlar == == Həmçinin bax == Etrusklar == Xarici keçidlər == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Huanq Tinq
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Tina Karol
Tina Qriqoryevna Karol (ukr. Тіна Григорівна Кароль), doğum adı Tatyana Qriqoryevna Liberman (ukr. Тетяна Григорівна Ліберман; d. 25 yanvar 1985, Orotukan, Yaqodin, Maqadan vilayəti, RSFSR, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (2017). == Həyatı == Tina Karol 25 yanvar 1985-ci ildə Rusiyanın Maqadan vilayətində yerləşən Orkutan qəsəbəsində anadan olmuşdur.1992-ci ildə ailəsi ilə birlikdə Ukraynaya köçən Tina 2004-cü ildə Kiyev Ali Musiqi Məktəbini bitirmişdir."Novaya Volna-2005" müsabiqəsində iştirak etdikdən sonra Ukraynada populyarlıq qazanmışdır. 2006-cı ildə buraxdığı “Show me your love” albomu uğur qazanır və Ukrayna Tinanı 2006 Avroviziya Mahnı Müsabiqəsinə göndərməyi qərara alır. Yunanıstanın paytaxtı Afinada keçirilən müsabiqədə Tina “Show Me Your Love” (Azərbaycan dilində: "Mənə sevgini göstər") mahnısını ifa edir və 7-ci yerə layiq görülür. İndiyədək onun 3 albomu və 8 sinqlı işıq üzü görüb.
Tina Macorino
Tina Macorino (ing. Tina Marie Majorino; 7 fevral 1985) — İtalyan əsilli ABŞ aktrisasıdır. == Seçilmiş filmoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Tina Macorino — IMDb səhifəsi Interview in Stumped?
Tina Törner
Tina Törner (ing. Tina Turner; 26 noyabr 1939[…], Braunsvill[d], Tennessi[…] – 24 may 2023, Küsnaxt[d]) — amerikalı müğənni, rəqqas, aktrisa və yazıçı. "Rok-n-Roll kraliçası" kimi tanınan Törner solo ifaçı kimi uğurlu karyerasına başlamazdan əvvəl Ike & Tina Turner Revue qrupunun aparıcı müğənnisi kimi tanınıb. Tina Törner eyni zamanda moda ikonu olaraq da məşhurlaşmışdır. == Həyatı == Əsil adı Anna Mae Bulok olan Tina Törner, 1939-cu ilin 26 noyabr tarixində ABŞ-nin Tennessi ştatında yerləşən kiçik Natbuş şəhərində anadan olmuşdur. Sent-Luis şəhərində yerləşən gecə klublarında səhnəyə çıxmağa başlayan Tina Törner sonralar evlənəcəyi gitarist İka Turner tərəfindən kəşf edilmişdir. 1956-cı ildə İka Turnerin yaratdığı qrupa vokalist olaraq qoşulması çütlüyün arasında olan münasibəti evliliyə qədər aparmışdır. İka Turnerin irrasional hərəkətləri səbəbindən çütlük 1975-ci ildə ayrılır. 1975–1983-cü illər aralığında fəaliyyəti istədiyi kimi alınmayan Törner, 1983-cü ildə Capitol adlı albom şirkəti ilə müqavilə imzalayır. Al Qreen tərəfindən məşhurlaşdırılan Let's Stay Together mahnısını ifa etməsi Törnerin məşhurluğunun artmasına səbəb olur və İngiltərə Top 10 sinql arasına girməyi bacarır.
Tina Çou
Tina Çou (ing. Tina Chow; 18 aprel 1950, Leykvyu[d], Ohayo – 24 yanvar 1992, Pasifik-Paliseyds[d], Kaliforniya) və ya doğum adı ilə Bettina Luiza Luts (ing. Bettina Louise Lutz) – yaponəsilli ABŞ modeli, restorançısı, zərgərlik dizayneri və heykəltəraşı. == İlk illəri == Tina Çou 1950-ci ildə Ohayo ştatının Leykvyu qəsəbəsində doğulmuşdur. Onun doğum adı Bettina Luiza Lutsdur. Anası Mona Furuki yapon, atası Volter Edmund Luts isə almanəsilli amerikalı olmuşdur. Volter Furuki ilə ABŞ ordusunun tərkibində Yaponiyada hərbi xidmət edərkən tanış olmuşdur. Bettina bir neçə aylıq olanda valideynlərinin sevgisindən bəhs edən "Mən yapon müharibə gəlini idim" filmində rol oynamışdır.Bettina 1966-cı ildə ailəsi ilə birlikdə iş səbəbilə Tokioya köçmüş, daha sonra Tokioda yerləşən Sofiya Universitetinə daxil olmuşdur. == Karyerası == Tina Çou karyerasına 1968-ci ildə Yaponiyanın "Shiseido" kosmetika şirkəti üçün, eləcə də, İssey Miyake üçün modellik etməklə başlamışdır. Tezliklə dəb şoularında çıxış etməyə, fotoqraflar üçün modellik etməyə, jurnal üzlükləri və reklamlarda yer almağa başlamışdır.
Ting (nəşriyyat)
Ting — Azərbaycan Yazıçılar Birliyinin üzvü, 10-dan çox rəngarəng və tərbiyəvi uşaq kitablarının müəllifi Çinarə Köçərlinin təsis etdiyi nəşriyyat. “Sağlam ting, saf meyvədir” devizi ilə fəaliyyətə başlayıb. 2021-ci ildə Ting nəşriyyatı VII Bakı Beynəlxalq Kitab Sərgisi, Sumqayıt Kitab Sərgisi, Gəncə Kitab Sərgisi, Milli Kitab və b. sərgilərdə iştirak etmişdir. == Haqqında == 2021-ci ildə Türkiyənin tanınmış uşaq yazarı Ufuk Tufanla birlikdə çox önəmli bir layihəyə imza atıb. Belə ki, Kitabi-Dədə Qorqud hekayələrindən ilham alaraq Ufuk Tufanın qələmə aldığı və 5 fərqli dəyərə yer verdiyi “Bamsı Beyrək Divlər Ölkəsində”, “Banu Çiçək Pərilər Diyarında” adlı, nəfis tərtibatlı, 8 yaşdan yuxarı uşaqlara xitab edən hekayələrdən ibarət, müxtəlif rəsmlərdən ibarət, qədim türk kəlimələrinin açıqlamasından və kitabın sonunda dəyərləndirmə testlərindən ibarət 112 səhifəlik kitab işıq üzü görüb. Kitablarda “Dədə Qorqud” dastanının önəmli qəhrəmanlarının səyahəti, başlarına gələn müxtəlif hadisələr uşaqların həyəcan və maraqla kitabı oxumasına səbəb olsa da, daha çox onlara müsbət mənəvi keyfiyyətləri aşılayır, türk millətinin qəhrəman və qorxmazlığını anladır. Belə ki, qəhrəmanların simasında vətən sevgisi, sülhsevərlik, vətənpərvərlik, sirindillik, sadəlik kimi xüsusiyyətlər öyrədilir. Mərhəmətli, nikbin, ədalətli, fədakar olmağa çağırır. Heyvanları sevməyin, təbiəti qorumağın mühümlüyü vurğulanır.Bununla yanaşı “Məktəbə hazırsanmı?”, Gülarə Rüstəmovanın “Oduvançiki”, Diana Quşanovanın kitablarını da nəşriyyatda nəşr etdirilmişdir.
Tint Myaat
Tint Myaat (14 aprel 2002) — Myanmalı üzgüçü. Tint Myaat Myanmanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tint Myaat birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 1:02.54 saniyəlik nəticəsi ilə 43-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Huan Tin
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. == Karyerası == Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Tin (Hurand)
Tin (fars. تين‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (11 ailə).
Tin (Xudafərin)
Tin (fars. طين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (8 ailə).
Tin Srbiç
Tin Srbiç (xorv. Tin Srbić;11 sentyabr 1996, Zaqreb) – Xorvat bədii gimnastı. == Haqqında == Üfüqi çubuqda hərəkətlər üzrə gimnastdır. 2017-ci ildə Montrealda keçirilən Bədii Gimnastika üzrə Dünya Çempionatında qızıl medal qazandı. Srbiç 2019-cu ildə Almaniyanın Ştutqart şəhərində keçirilən Dünya Bədii Gimnastika Çempionatında gümüş medal qazandı.
Tin Surəsi
Tin surəsi (ərəb. سورة التين‎ (oxunuşu: surətət-tin) - əncir surəsi) - Quranın 95-ci surəsi. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surə adını ilk ayədə işlənən və əncir mənasını verən tin sözündən götürmüşdür.
Çıonq Tin
Çıonq Tin (vyet. Trường Chinh) və ya əsl adı ilə Danq Suan Khu (vyet. Đặng Xuân Khu; 9 fevral 1907 – 30 sentyabr 1988, Hanoy) — Vyetnam inqilabçısı, dövlət, siyasi və partiya lideri, Vyetnam Kommunist Partiyasının baş katibi və ölkənin Dövlət Şurasının sədri. O, Vo Nquyen Zyap ilə birlikdə Vyetnam Fəhlə Partiyasının politbürosunun əsas hərbi strateqlərindən biri olmuşdur. == Mükafatlar == "Qızıl ulduz" ordeni "Lenin" ordeni (22 yanvar 1982) "Oktyabr inqilabı" ordeni (02 iyun 1987) "Klement Qotvald" ordeni (20 fevral 1987) Kiyevin fəxri sakini == İstinadlar == == Xarici keçidlər == Чыонг Тинь // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Horas və Tina
Tina Harmonun qətli
Tina Mari Harmonun (ing. Tina Marie Harmon; d. 9 iyun 1969-cu il, ABŞ, Ohayo, Kreston – ö. 29 oktyabr 1981-ci il, ABŞ, Ohayo, Kreston) — 29 oktyabr 1981-ci ildə Ohayo ştatı Lodi qəsəbəsində oğurlanan, təcavüz edilən və öldürülən 12 yaşlı amerikalı qız. Cəsədi aşkar edildikdən sonra o, Maple Mound qəbiristanlığında dəfn edildi. Əvvəlcə bir şəxs müfəssəl dəlillərə görə məhkum edildi, lakin sonunda hökm ləğv edildikdə sərbəst buraxıldı. Harmon cinayəti 2010-cu ildə ona təcavüz edən şəxsin DNT-si Robert Entoni Byuel ilə uyğun gəldikdə həll edildi. == Hadisənin tarixi == Deyilənə görə, Tina Harmon Ohayo ştatı Lodi qəsəbəsində atasının sevgilisi tərəfindən atıldıqdan sonra sonuncu dəfə iyirmi yaşlarında bir şəxslə görülüb.Harmonun cəsədi oğurlandıqdan beş gün sonra Ohayo ştatının Navarre qəsəbəsində bir neft quyusu sahəsinin yanında tapıldı. Onun paltarında cövüz rəngli xalça lifləri və it tükləri tapıldı.1982-ci ildə Ernest Holbruk və Henri Rey Raker- hər ikisi Harmona təcavüz etməyə və öldürməyə görə məhkum edildi. 1983-cü ildə Raker azad edildi.
Tin (Türk mifologiyası)
Tin - türk və altay xalq inancında ruh. Tın (Dın, Din, Çin, Çin) olaraq da deyilər. İnsan varlığının mənəvi hissəsi. Mücərrəd varlıq. == Mahiyyəti == Sabit və hərəkətli iki hissəsi vardır. Sabit qisiminə Sür, hərəkətli qisiminə də Süne adı verilər. İnsan doğularkən bir quş şəklində gəlib ağızından girər və ölərkən də yenə quş qılığında çıxıb gedər. İnsan öldüyündə hərəkətli ruhu (Sür) qırx gün əvvəl, sabit ruhu (Süne) isə ölüm anında Uluqayının yarpaqları arasına gedər. Bəzi varlıqların ruhları başqa bir yerde saxlanmışdır. Məsələn "Çoğun Qulaq" (çox qulaqlı) Yelbeğenin ruhu bir pınarda üzən sarı balığın qarınındakı gümüş sandıqda saxlıdır.
Tın kilsəsi
Tın önündə Müqəddəs Məryəm ana kilsəsi və ya sadəcə Tın kilsəsi (çex. Kostel Panny Marie před Týnem — Týnský chrám, ) – Praqanın mərkəzində, Köhnə Şəhər meydanında yerləşən qotik üslubunda kilsə. Özünün təkrarolunmaz görünüşü və nəfis bədii tərtibatına görə, kilsə Praqanın Stare Mesto rayonunun əsas dominantlarından sayılır. == Tarix == Keçmiş zamanlarda Tın kilsənin yerində gömrük binası və xəstəxana ilə birgə kiçik roman üslubunda tikili yerləşirdi. Hazırda kilsə sayca üçüncüdür. Kilsənin tikintisi XIV əsrdə Lüksemburqlu Yanın son hakimiyyət dövründə başlamışdı və yalnız 1511-ci ilə inşa işləri sona çatdırılmışdı. Daha sonralar Yanın oğlu Karl dövlət başçısı oldu və artıq XV əsrin əvvəllərində Tın kilsəsi nəinki Köhnə Şəhərin dini mərkəzlərindən biri, həmçinin Praqanın əsas husit kostyollarından da sayılırdı. 1621-ci ildə kilsənin binası iyezuitlərin istifadəsinə verilir. Məhz bu zaman kilsənin fasadında quraşdırılmış və Reformasiyanın rəmzi sayılan heykəlin qızıl kasası ilə «Həqiqət qalib gəlir» yazısı yığışdırılmışdı. Kafedralın əsasında roman və erkən qotika fundamenti yerləşir.
Bina
Bina — insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti.
Bing
Bing — Microsoft tərəfindən qurulan bir axtarış sistemidir. İlk dəfə "Microsoft" şirkətinin baş direktoru Stiv Balmer tərəfindən təqdim olunmuşdur. 2009-cu ilin ilk yarısında sınaq işlərinə başlayan və ictimaiyyətə adı əvvəl Kumo olaraq elan olunan Bing, "vərdişləri dəyişdirmə" iddiasıyla yola çıxdı. Bing sistemində ən əhəmiyyətli yeniliyin, veb-saytlarına keçid vermənin xaricində alt başlıqlar halında məlumatların də listələnməsi oldu. Windows Live Search axtarış sisteminin yerini alması və Google rəqib olması gözlənilən Bing, 1 iyun 2009 tarixində "beta" (sınaq) yayımıyla xidmətə qoşuldu.Bing axtarış sistemi 58 dildə istifadə edilə bilir. www.discoverbing.com adlı saytda təqdimatı edilən Bing'in bir fərqli xüsusiyyəti də hər gün dəyişən arxa plan rəsmidir.
Binə
Binə (dağ) — Şərur rayonu ərazisində dağ. Binə (Xəzər) — Bakının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Binə (Xocavənd) — Bakının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Binə (yaşayış məskəni) — müvəqqəti yaşayış məskənlərinin ilkin tipi olaraq bu və ya digər kəndin salınmasında başlanğıc mərhələ rolunu oynayan yer.
Cins
Cins (insan)
Fransa Hind-Çini
Fransa Hind-Çini (fr. Indochine française, vyet. Đông Dương thuộc Pháp, 東洋屬法, khm. ឥណ្ឌូចិនបារាំង, tay อินโดจีนฝรั่งเศส), Hind-Çin İttifaqı fr. Union indochinoise, çin. 法屬印度支那, tay สหภาพอินโดจีน, vyet. Liên bang Đông Dương, khm. សហភាពឥណ្ឌូចិន, laos ສະຫະພາບອິນໂດຈີນ) və ya Hind-Çin Federasiyası (fr. Fédération indochinoise, vyet. Liên đoàn Đông Dương, khm.
BIND
BIND (tələffüzü: bayınd) - internet məkanında ən çox istifadə olunan DNS proqram təminatıdır. 1980-cı illərdə Kaliforniya_Berkli_Universitetinin dörd tələbəsi tərəfindən yaradılmışdır. Buna görə Berkley Internet Name Domain (az:"Berkli İnternet Domen Adı") adlandırıblar. 2007-ci ilə qədər BIND zone verilənlərini ancaq mətn faylarda saxlamaq mümkün idi. 2007-ci ildə çıxan BIND-ın 9.4 versiyası zone məlumatlarını LDAP, Berkeley DB, PostgreSQL, MySQL, and ODBC kimi müxtəlif verilənlər bazası formatında saxlamağa imkan verdi.