Omero Tonyon
Homero Tognon (it. Omero Tognon) 3 mart 1924, Padova, Veneto – 23 avqust 1990, Pordenone, Friuli-Venesiya-Culiya) — İtalyalı keçmiş futbolçu. Futbolçu karyerasın bitirdikdən sonra futbol məşqçisi olub. Oyunçu kimi əsasən "Milan" klubunda, eləcə də İtaliya millisində oynaması ilə tanınır. İkiqat İtaliya çempionudur .
Peşəkar futbolda debütünü 1945-ci ildə "Milan" klubunda edib. Ümumilikdə futbolçu karyerasının 11 mövsümünü "rossonerilər"in heyətində oynayıb. Uzun müddət komandanın əsas oyunçusu olub. Bu müddət ərzində o, iki dəfə İtaliya çempionu adını qazanıb.
O, peşəkar futbolçu karyerasını 1956–1958-ci illərdə oynadığı "Pordenone" klubunda başa vurub.