Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tibet
Tibet (çin. 西藏 Şican, tib. བོད་ Bod, Bö, q.türk 𐱅𐰇𐰯𐰇𐱅 Tüpüt) — Mərkəzi Asiyada Tibet dağətəyində yerləşən tarixi-coğrafi ərazi. Fərqləndirici cəhəti tibet dili və tibet buddizmi olan mədəni və dini birlik. Yerli əhalisi — tibetlilərdir. 1950-ci ildə Çin tərəfindən işğal edildikdən sonra Tibet xarici vətəndaşlar üçün qapalı məkan olub. Yalnız 1984-cü ildə Çin mərkəzi hökumətinin icazəsindən sonra bura səyahət etmək imkanı yaranıb. Tibetin ərazisinə yalnız Çin hökumətinin nəzarəti altında turistik qrupların tərkibində daxil olmaq olar. Paytaxtı Lxasa şəhəridir. Şəhər VII əsrdə şahzadə Sronçzen Qamponun əmri ilə Tibetin rəsmi paytaxtına çevrilmişdir.
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. == Tire == Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. == Uzun tire == Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Kartal Tibet
Kartal Tibet (27 mart 1939, Ankara – 1 iyul 2021, İstanbul) ― Türk kino aktyoru və rejissor.
Siret çayı
Siret çayı (rum. Siret, ukr. Серет, mac. Szeret, antik dövrdə — Hierasus)— Dunayın sol qoludur. == Coğrafi mövqeyi == Başlanğıcını Karpat dağlarından götürür, daha sonra isə Moldova yüksəkliyindən keçir. Onun uzunluğu-740 km-dir. Hövzəsinin sahəsi isə- 43 960 km²-dir. Çay dağlıq ərazilərdən Ukrayna ərazisindən 115 km məsafədə axır. Daha sonra Rumıniyanın ərazisinə daxil olur. == Əsas qolları və qidalanması == Sucava, Balaca Siret-Ukrayna ərazisindən axan qollarıdır.
Tiaret vilayəti
Tiaret vilayəti (ərəb. تيارت‎) — Əlcəzairin 48 vilayətindən biri. Özündə 14 rayonu birləşdirən Tiaret vilayətinin ərazisi 20 674 Km2-dır. == Ərazisi == Tiaret vilayətinin ərazisi 20 674 Km2-dır. Tiaret vilayətinə 14 rayon daxilidir. Vilayətin paytaxtı Tiaret şəhəridir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Tiaret vilayətinin əhalisi 846 824 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Tibet Universiteti
Tibet Universiteti (çin. 西藏大学) — Çin Xalq Respublikasının Tibet Muxtar Vilayətindəki yerləşən əsas ali təhsil müəssisəsi. Universitet 2 kampustan ibarətdir. Onlardan biri Lhasa, digəri isə Nyinqçidə yerləşir. == Tarixi == Universitetin əsası rəsmi olaraq 20 iyul 1985-ci ildə qoyulmuşdur. == Maliyyə vəziyyəti == Universitetin maddi qaynağı Çin hökuməti tərəfindən təmin edilir.
Tibet ardıcı
Tibet ardıcı (lat. Juniperus tibetica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Tibet buddizmi
Tibet buddizmi və ya Lamaizm — əsasən Çin Xalq Respublikasında, Monqolustan, qismən Hindistan, Nepal və Butanda, az sayda isə dünyanın bir çox ölkələrində ardıcıllları olan dini təlim, buddizmin qolu.
Tibet dili
Tibet dili – (tibet dilində|བོད་སྐད་|bod skad|phökä’) – Tibetdə yerli əhalinin dili. Çin Xalq Respublikasının Tibet Muxtar Rayonunda və bəzi bölgələrində, həmçinin Hindistan, Nepal və Pakistanda (balti və puriq dilalektləri) qismən yayılıb. Təqribən 6 milyon nəfər danışan var. Sino-tibet dil ailəsinin tibet-birma yarımailəsinə aiddir. == Ədəbiyyat == Генрих Август Йешке. «Tibetan grammar», London, 1883. Чома де Кёрёши. Essay towards a dictionary, Tibetan and English, Kəlküttə, 1834; Budapeşt, 1984. Чома де Кёрёши. Grammar of the Tibetan language, Kəlküttə, 1834; Budapeşt, 1984.
Tibet mastifi
Tibet mastifi — ən qədim it cinslərindən biri. Bu it cinsi ən qədim sayılır. Tibet mastifi iri köprəklər cinsi molossun "ulu baba"sı hesab olunur. Rəvayətlərə görə, bu itlərdən Buddada və Çingizxanda da varmış.
Tibet müsəlmanları
Tibet Müsəlmanları (Tibet: ཁ་ཆེ་, Wylie: kha-che; eyni zamanda Kache yazılır), Tibetdə azlıq təşkil edirlər. Müsəlman olmalarına baxmayaraq, ayrı-ayrılıqda tanınan Huey müsəlmanlarından fərqli olaraq Çin Xalq Respublikası hökuməti tərəfindən Tibet müsəlmanları rəsmi olaraq tanınırlar. Tibet sözü olan Kachee hərfi mənasında Kəşmir deməkdir. == Tarixi == Tibet və İslam dünyası ilə qarşılaşma ilk olaraq Səkkizinci əsrin ortalarında İpək Yolu ilə ticarətin və Fərqanə Vadisindəki müsəlman qüvvələrin hərbi varlığının birləşməsindən sonra başladı. İslam dünyasının Tibet haqqında olan qeyri-müəyyən biliklərinə baxmayaraq, Tibetdən bəhs edən bir neçə ilk İslam əsəri var idi. Belə mənbələrdən biri Əbu Səid Qardezinin Zeyn əl-Əxbar adlı müəllifi olduğu bir əsərdir. Əsərdə, Tibetlilərin mühiti, fantastik mənşəyi, kralın ilahiliyi, əsas mənbələr (misk kimi) və Tibetə gedib-gələn ticarət yollarının təsviri qeyd edilmişdir. Sadnalegs dövründə (799–815), Qərb üçün ərəb güclərinə qarşı başlanan bir müharibə var idi. Tibetlilər bir sıra ərəb qoşunlarını əsir götürərək 801-ci ildə şərq sərhədində xidmətə göndərirdilər. Tibetlilər qərbdə Səmərqənd və Kabilə qədər fəal idilər.
Tibet qoralı
Tibet qoralı (lat. Naemorhedus baileyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Növün latın adı Britaniya kəşfiyyatçısı Federika Marşman Beylinin (1882–1976) şərəfinə adlanlandırılmışdır. Bu növ əsasən Myanmanın şimalı, Çinin cənub-şərqi və Hindistanın şimal-şərqində yayılmışlar. Tibet qoralları 2000–4500 metr hündürlüklər arasında yayılmışlar. Mövsümü miqrasiya edirlər. Miqrasiya əsasən iynə yarpaqlı ərazilərlə enli yarpaqlı ərazilər arasında olur. Gündüz həyat tərzi keçirirlər. Əsasən səhər və gecəyə yaxın faha çox hərəkət edirlər. Mamırlar qidasında üstünlük təşkil etsə də, otlada qidalanırlar.
Tibet soyqırımı
Tibet soyqırımı — Çin tərəfindən 1959-cu ildə Tibetdə törədilən soyqırımı.
Tibet tülküsü
Tibet tülküsü (lat. Vulpes ferrilata) — itkimilər dəstəsinə, tülkülər cinsinə aid növ. == Xarici görünüş == Tibet tülküsü tülkülər arasında ən kiçik ölçülərinə malik olanıdır. Dişləri yaxşı inkişaf etmişdir. İri yırtıcı dişlərə sahibdir. Tülkünün dərisi qalın, sıx xəzlə örtülüdür. Bu xəz onu güçlü küləklərdən qorumağa imkan verir. Üz hissəsi ilk baxışda dördbucaqlı formadadır. Bunun bu cür olmasına səbəb boğaz ətrafında uzun tüklərinin olmasıdır. Böyür hissələri sarı-qəhvəyi rəngə çalır.
Tibet yaylası
Tibet yaylası (çin. 青藏高原, Pinyin: Qingzang Gaoyuan, Tibet dilində: བོད་ས་མཐོ) — Himalay dağları ilə Kunlun dağları arasında yerləşən, dünyanın ən böyük və hündür yaylası. Yaylanın əsas hissəsi Çin Xalq Respublikasının ərazisində, az bir hissəsi isə Kəşmirin ərazisinə düşür. Orta hündürlüyü 4877 m-dir. Bu üzdən yaylanı "Dünyanın damı" adlandırırlar. Ümumi sahəsi 2,5 milyon km²-dir. == Geologiyası == Tibet yayalası 50 milyon il öncə, Kaynozoy erasında Hindistan tektonik piltəsinin Avrasiya piltəsi ilə toqquşması nəticəsində formalaşmışdı. Toquşma zamanı meydana gələn Himalay dağlarının qalxması ilə birgə Tibet yayalasıda yüksəldi. İndi də Tibet seysmik cəhətdən aktiv ərazi hesab olunur və orta hesabla ildə 1 sm qalxır.Poleozoyda, 200 milyon il əvvəl müasir Tibet yayalasının bir hissəsi Tetis okeanının hövzəsinə daxil idi. 100 milyon il əvvəl isə Qondvana parçalanmağa başladı və Hindistan piltəsi Afrikadan ayrılaraq şimala doğru ildə 15 sm sürətlə hərəkət etməyə başladı.
Tibet çaytikanı
Tibet çaytikanı (lat. Hippophae tibetana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin çaytikanı cinsinə aid bitki növü.
Turet sindromu
Turet sindromu (Turet xəstəliyi, Jil de la Turet sindromu) — mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğu. Əvvəllər Turet sindromu nadir və qəribə bir xəstəlik hesab edilməklə yanaşı, həm də senzuradan kənar, cəmiyyətdə yersiz və təhqiredici hesab edilən söz və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu, lakin bu simptom Turet sindromu olan şəxslərin çox az qismində görülür. İndiki dövrdə bu xəstəlik nadir hesab olunmur, üstəlik heç də həmişə düzgün diaqnoz qoymaq mümkün olmur. Çünki əksər hallarda simptomlar yüngül formada müşahidə edilir. 1000 uşaq arasında 1–10 nəfər Turet sindromundan əziyyət çəkən olur, 10 nəfərdən artığı isə müxtəlif tik pozğunluqları yaşayır. Turet sindromu olan şəxslərin intellekt səviyyəsi və ömür müddəti normada olur. Uşaqların əksəriyyətində tiklərin kəskinliyi yeniyetməlik dövrünün başa çatmasından sonra azalır, Turet sindromunun ağır dərəcəsi isə yetkinlik dövründə çox nadir müşahidə edilir. Xəstəliyin dəqiq səbəbləri məlum olmasa da, sindromun etiologiyasında genetik və ekoloji faktorlar müəyyən rol oynayır. Əksər hallarda müalicəyə ehtiyac duyulmur. Çünki hər bir konkret tik üçün effektiv ola bilən dərman vasitəsi mövcud deyil, lakin xəstənin vəziyyətini yaxşılaşdıran dərmanların və müalicə metodlarının tətbiqi özünü doğruldur.
Tibet xenomelesi
Tibet xenomelesi (lat. Chaenomeles thibetica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü.
Tibet büldürüyü
Tibet büldürüyü (lat. Syrrhaptes tibetanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin büldürük cinsinə aid heyvan növü.
Uzun tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. == Tire == Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. == Uzun tire == Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Britaniyanın Tibet ekspedisiyası
Britaniyanın Tibet ekspedisiyası — (həmçinin Britaniyanın Tibetə hücumu) - 1903-1904-cü illərdə Britaniya imperiyasının Tibetə qarşı müstəmləkə təcavüzü aktı. Böyük Oyunun son mərhələsinin ən böyük hərbi ekspedisiyası. XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində Rusiya və Britaniya imperiyaları arasında gərgin müstəmləkə və siyasi rəqabətin nəticəsində baş vermiş hadisə. Müdaxilə Britaniya Hindistan Ordusunun köməyi ilə həyata keçirilib. == Tarixi == XIX əsrin birinci yarısında Himalay əyalətlərində (Nepal, Butan və Sikkim) Britaniya təsirinin güclənməsi Hindistan və Tibet arasında daha sıx münasibətlərə səbəb oldu. 1886-cı ildə Lord Defering Kolman Maklayın ticarət ekspedisiyasını Tibetə göndərdi. Lakin bu ekspedisiya Sikkimdən kənara çıxmadı və Tzin sülaləsiinın tələbi ilə Hindistana qayıtmağa məcbur oldu. Bu cür vəziyyət qoşunları ilə Sikkimi işğal edən və Britaniya ərazisinə basqınlar törədən tibetliləri həvəsləndirdi. 1888-ci ildə hərbi ekspedisiya təşkil edildi. Tibetlilər məğlub edilərək Çumbi vadisidən qovuldu.
Tibet-Birma dilləri
Tibet-Birma dilləri - Sino-Tibet dil ailəsinin alt qrupu. Cənub-Şərqi Asiyanın yüksək dağlıq ərazilərində və həmçinin Cənubi Asiyada və Şərqi Asiyada yaşayan 400-ə yaxın xalqı birləşdir. Tibet-Birma dillərində danışan 60 milyon insandan təqribən yarısı birma dilində, 13%-ə yaxını isə Tibet dilində danışırlar. Bu alt qrupun belə adlanmasının əsas səbəbi qrup daxilində üstünlük təşkil edən dillərin təsnifatına görədir (Birma dilində danıanlar-32 milyon nəfər, Tibet dilində danışanlar-8 milyon nəfər). Tibet-Birma dilləri Hindistan ərazisində əsasən Himalay dağ silsiləsi uzunu Ladakh, Himaçal Pradeş, Siqqim, Arunaçal Pradeş ştatlarında, eləcə də Qərbi Benqal, Assam, Meqhalaya, Naqaland, Manipur, Tripula və Mizoram ştatlarında yayılmışdır. Tibet-Birma dillərinə karbi, meitei, lepcha dilləri, eləcə də Tibet, Şərqi Himalay, Tani, Brahmaputra, Anqami-Poçuri, Tanqkhul, Zeme, Kukish və s. dialektləri aiddir. == Tarixi == Hindistanın şimаl-şərqində əsаsən Tibеt-Birmа xalqlаrının yаşаdığı ərаzilərdə mürəkkəb еtnik vəziyyət yаrаnmışdır. Bu bölgənin cоğrаfi vəziyyəti əsаsən dаğlıqdır, dağlаr isə sıх mеşələrlə örtülmüşdür. Bu dа əhаli qruplаrının dаğınıq, bir birindən izоlyаsiyа оlunmuş şəkildə yаşаmаsınа gətirmişdir.
Tibet Muxtar Vilayəti
Tibet muxtar vilayəti (tib. བོད་རང་སྐྱོང་ལྗོངས་; Bod-rang-skyong-ljongs; çin. sadə. 西藏自治区, pinyin: Xīzàng Zìzhìqū; ТАР) — Çinin qərbində muxtar bölgə. == Tarixi == 2005-ci ildə Tibetdə demokratik islahatların keçirilməsinə başlanmasının və feodal-təhkimçilik quruluşunun dağıdılmasının 46 ili tamam oldu, bu müddət ərzində sosial inkişaf və insan hüquqlarının müdafiəsi sahəsində böyük dəyişikliklər baş vermişdir. 1959-cu ilə qədər Tibetdə feodal-təhkimçilik quruluşu hakim idi, siyasi yanaşmada teokratiya – Bütün Tibet əhalisinin 5%-dən azını təşkil edən dini rəhbərliyin və feodalların diktaturası hökm sürürdü. Uzun əsrlər ərzində “13 maddə Məcəlləsi” və “16 maddə Məcəlləsi” fəaliyyət göstərmişdi ki, bunlara əsasən Tibetin bütün əhalisi 3 kateqoriya və 9 dərəcəyə bölünürdü, həm də onların hər birinin hüquqları dəqiq müəyyən edilirdi. 17 iyul 1959-cu ildə Tibet muxtar Rayonunun təşkili üzrə hazırlıq komitəsi Tibetdə demokratik islahatların keçirilməsi haqqında qərar qəbul etdi, bu zamandan etibarən Tibetin bütün ərazisində demokratik dəyişikliklərin həyata keçirilməsi uğrunda kütləvi hərəkatlar başladı. 21 sentyabr 1959-cu ildə adı çəkilən komitə torpaq üzərində feodal-təhkimçilik mülkiyyətinin ləğv edilməsi və yeni mülkiyyət formasının tətbiqi haqqında qərar qəbul etdi. Bununla yanaşı Tibetdə ruhani rəhbərliyin və feodal əyanlarının siyasi diktaturası ləğv edildi və milli rayon muxtariyyəti sisteminin həyata keçirilməsinə başlanıldı.
Tibet imperiyasının xronologiyası
Bu, Tibet imperiyasının VI əsrdən IX əsrə qədər olan tarixinin xronologiyasıdır.
Tibet muxtar rayonu
Tibet muxtar vilayəti (tib. བོད་རང་སྐྱོང་ལྗོངས་; Bod-rang-skyong-ljongs; çin. sadə. 西藏自治区, pinyin: Xīzàng Zìzhìqū; ТАР) — Çinin qərbində muxtar bölgə. == Tarixi == 2005-ci ildə Tibetdə demokratik islahatların keçirilməsinə başlanmasının və feodal-təhkimçilik quruluşunun dağıdılmasının 46 ili tamam oldu, bu müddət ərzində sosial inkişaf və insan hüquqlarının müdafiəsi sahəsində böyük dəyişikliklər baş vermişdir. 1959-cu ilə qədər Tibetdə feodal-təhkimçilik quruluşu hakim idi, siyasi yanaşmada teokratiya – Bütün Tibet əhalisinin 5%-dən azını təşkil edən dini rəhbərliyin və feodalların diktaturası hökm sürürdü. Uzun əsrlər ərzində “13 maddə Məcəlləsi” və “16 maddə Məcəlləsi” fəaliyyət göstərmişdi ki, bunlara əsasən Tibetin bütün əhalisi 3 kateqoriya və 9 dərəcəyə bölünürdü, həm də onların hər birinin hüquqları dəqiq müəyyən edilirdi. 17 iyul 1959-cu ildə Tibet muxtar Rayonunun təşkili üzrə hazırlıq komitəsi Tibetdə demokratik islahatların keçirilməsi haqqında qərar qəbul etdi, bu zamandan etibarən Tibetin bütün ərazisində demokratik dəyişikliklərin həyata keçirilməsi uğrunda kütləvi hərəkatlar başladı. 21 sentyabr 1959-cu ildə adı çəkilən komitə torpaq üzərində feodal-təhkimçilik mülkiyyətinin ləğv edilməsi və yeni mülkiyyət formasının tətbiqi haqqında qərar qəbul etdi. Bununla yanaşı Tibetdə ruhani rəhbərliyin və feodal əyanlarının siyasi diktaturası ləğv edildi və milli rayon muxtariyyəti sisteminin həyata keçirilməsinə başlanıldı.
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Resekvent tirə
Resekvent tirə (rus. гряда ресеквентная, ing. resequent ridges) — ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir.
Tirə (İzmir)
Tirə (türk. Tire) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 64 km-dir. İlçənin şərqində Ödəmiş, şimalında Bayındır, qərbində Torbalı və Səlcuq ilçələri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 716 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 84,804 nəfərdir.
Tirə ada
Tirə ada (rus. гряда островная, ing. island ridge) — vulkan, yaxud mərcan mənşəli zəncirvari adalar. Sualtı silsilələrin, yaxud xətti yerləşmiş dağların su üzərinə çıxmış zirvələrindən təşkil olunur. Okeanların mərkəzi hissəsində adalar adətən düzxəttli, materiklərin yaxınlığında isə qövsvari yerləşir.
Tirə relyefi
Tirə relyefi (rus. Рельеф грядовый, ing. Ridge relief) — çay dərəsində, dəniz sahilində, yaxud səh­rada akkumulyativ mənşəli tirələrdən ibarət relyef.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Ciren
Cirən - türk və altay mifologiyasında və nağıllarda danışan at növü. Cerən və ya Ceyrən də deyilir. Danışa bilən, fövqəladə bir heyvandır. Kayçı Cerən və Kamçı Cerən ən yaxşı bilinən iki dənəsidir. Oçı Cerən, Gıl Cerən kimi adlara da rast gəlinir. == Etimologiya == (Cir/Yır/Yir) kökündən törəmişdir. Danışmaq, ötmək mənalarını ehtiva edər. Ərəbcə olduğu deyilsə də, at üzərində oynanan cirit (çövkən) adlı oyunun da söz kökündə Cir/Cer/Cər kökü yer ala bilər. Lakin bu hələlik sübut edilməmişdir. Ancaq bu məzmunda Cirən və Cirit sözləri birbaşa atla bağlı sözlər olaraq başa düşülməlidir.
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. == Tarixi == Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI–XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bugünkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Etiket
Etiket (fr.etiquette – mərasim, təşrifat) — 1)ictimai yerdə, başqa şəxslərin yanında, onlarla ünsiyyətdə olduqda davranış qaydaları; 2)malın, eksponatın və s.-nin üstünə yapışdırılan, üzərində onun adını, qiymətini və digər parametrlərini göstərməklə malı müşayiət edən yarlıq; 3)monarxların saraylarında diplomatik dairələrdə və s.-də qəbul edilmiş davranış qaydaları; 4)hər hansı bir cəmiyyətdə qəbul edilmiş davranış və nəzakət forması; 5)özünü necə aparmaq barədə qoyulmuş ciddi və möhkəm qaydalar. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sirte
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.