Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Toğlugötürən
Toğlugötürən (lat. Gypaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Adi toğlugötürən
Adi toğlugötürən (lat. Gypaetus barbatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin toğlugötürən cinsinə aid heyvan növü. == Təsviri == Qartal boyda iri yırtıcıdır (5-6 kq). Qanadları ensiz uzundur. Quyruğu uzun və pazvaridir. Çənəsinin altında sərt qıl lələklərdən ibarət "saqqal" var. Bel tərəfi göyümtül-boz, qarın tərəfi isə kürən, başı və boynu açıq rənglidir. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda dağların alp və nival qurşaqlarında nəsil verir. Oturaq yaşayır.
Toğlugötürənlər
Toğlugötürənlər (lat. Gypaetinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarınfəsiləsi.