Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ən çox oxunan kitablar
Bu siyahıda bu günə kimi ən çox tirajlarla satılan kitablar yer almışdır. Bu siyahıda komikslər və dərslik kitabları yer almayıblar. Bibliya, Quran çox güman ki, ən çox yayılmış kitablardır.Amma bu kitabların nüsxələrinin sayını dəqiq bilmək mümkün olmadığından, onlar bu siyahıya daxil edilməyiblər. Siyahıdan eləcə də bəzi siyasi kitablar çıxarılıblar. Məsələn Adolf Hitlerin və Mao Tszedunun yazdıqları kitablar: "Üç muşketyor", "Pinokyo", "Alisa möcüzələr ölkəsində", "Don Kixot" kimi əsərlər də hansı tirajla satıldıqları məlum olmadığı üçün siyahıda yoxdurlar. Harri Potterin 7 kitabının isə hər birinin ayrı ayrılıqda satış tirajı bilinmədiyindən siyahıda hamısı bir seriya kitab kimi yer alıblar. Həmçinin bax: Biznes Kitabları ilə özünü inkişaf etdir. == Ən çox satılan bir cildlik kitablar == === 100 milyon nüsxədən çox === === 50-100 milyon nüsxə === === 30-50 milyon nüsxə === === 20-30 milyon nüsxə === === 10-20 milyon nüsxə === === Satış tirajı məlum deyil === Qeyd: Bu kitabların satış tirajları məlum deyil, amma ən azı 10 milyon dənə nüsxələri olduğu sübut olunduğundan bu siyahıda yer alırlar.
Toxuma
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. == Toxumaların növləri == Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir === Epiteli toxuma === Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Xunan
Xunan (çin. sadə. 湖南, pinyin: Húnán ; tələffüzü, rəsmi olaraq: çin. sadə. 湖南省, pinyin: Húnán Shěng) — Çin Xalq Respublikasında əyalət. Ərazisi 211854.69 km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 65.700.762 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 66.389.300 nəfər, inzibati mərkəzi Çanqşa şəhəridir.
İnternetimə toxunma!
İnternetimə toxunma! (türk. İnternetime Dokunma!) — 15 may 2011-ci ildə Türkiyənin 30 şəhərində eyni anda keçirilən etiraz aksiyası. Aksiyalar İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən ölkədə internetə senzura gətirilməsi səbəbindən başladı. == Etirazlar == 22 avqustda tətbiq ediləcək senzuraya qarşı çıxmaq məqsədi ilə bir çox ildə etiraz aksiyaları keçirildi. 15 may 2011-ci ildə Amsterdam, Köln və Vyana ilə Türkiyədə 30 fərqli ildə senzuraya qarşı etirazlar keçirildi.
Birləşdirici toxuma
Heyvan orqanlarının əsas hissəsini təşkil edir. Birləşdirici toxuma orqanizmdə əsasən müdafiə və dayaq funksiyasını yerinə yetirir. Birləşdirici toxumanın müxtəlif funksiya yerinə yetirən bir neçə növü var. Bu qrupa lifli, sümük, qığırdaq, qan və piy toxumaları aiddir. Birləşdirici toxumada, adətən, hüceyrəarası maddə çox olur.Birləşdirici toxuma və ya başqa adı ilə daxili mühit toxuması orqanizimdə digər toxumalardan daha geniş yayımış toxuma növüdür. Bu toxuma latınca adı ilə isə “textus conjuctivus” adlanır.Əsasən dayaq sistemində yerləşir.TDV-BTI === Xüsusiyyətləri === Onun əsas xüsusiyyətləri isə aşağıdakı formada göstərilir: Xarici mühitlə birbaşa əlaqədə deyil. Ümumilikdə toxuma və onun hüceyrələri polyarlıq xüsusiyyətinə malikdir. Bu toxumanın hüceyrələrində mübadilə prosesi eyni formada gedir. Buna səbəb bütün hüceyrələrin daxili mühitin içərisində yerləşməsidir. Bu toxuma orqanların həm daxilində həmdə aralarında olmaqla yeganə sistem yaradır.
Nuri Oxudan
Nuri Oxudan (6 dekabr 1962) — Türk dövlət xadimi. == Həyatı == Əvvəllər Gönen Kənd İnstitutu olaraq bilinən indiki adı ilə Gönen Anadolu Müəllim Liseyini bitirib. 1986-cı ildə Mülküyə Məktəbi, İş idarəçiliyi bölməsini bitirib. Uludağ Universiteti, Sosial Elmlər Fakültəsi, İdarəetmə-Təşkilat şöbəsində magistr dərəcəsini oxuyub. 1989–1990-cı illərdə İngiltərədəki Canterbury və Margate-də bir il peşəkar bilik, ədəb və dil təhsili aldı. 1986-cı ildə Daxili İşlər Nazirliyinin açdığı bir aylıq planlaşdırma idarəetmə kursuna qatılıb. 1986-cı ildə 6 ay bir planlaşdırma mütəxəssisi olaraq işlədikdən sonra Bitlis bölgə qubernatoru, Amasya-Taşova bölgə baş məmuru, Bursa-Harmancıq, Van-Baxçasaray, Ərzurum-Narman, Gümüşxana-Kəlkid rayonlarında namizəd olmuşdur. Taşovada qubernator köməkçisi, Harmancıq, Baxçasaray, Narman, Kəlkit də bölgə qubernatorluğu, Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyi daxilində şöbə müdiri, ümumi müdir köməkçisi, Sakarya qubernatoru olmuşdur. 7 mart 2007-ci ildə Trabzon qubernatoru təyin edilib. Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin 10 iyun 2009-cu il tarixli 10030 nömrəli məktubu və Nazirlər Kabinetinin 11 iyun 2009-cu il tarixli qərarı ilə Şanlıurfa qubernatoru təyin edilmişdir.
Oxuyan qaratoyuq
Oxuyan qaratoyuq (lat. Turdus philomelos) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Oxuyan sərçələr
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Stroma (toxuma)
Stroma (toxuma) — Stroma (yunan dilindən στρῶμα "qat, yataq, örtük") struktur və ya birləşdirici rol oynayan toxuma və ya orqan hissəsidir . Səthləri təsnif etməyin bir neçə yolu var: bir təsnifat sxemi toxumaların funksiyalarına əsaslanır, digəri isə onların hüceyrə komponentlərini təhlil edir. Stromal toxuma bədənin dəstəklənməsinə və hərəkətinə kömək edən "funksional" sinifə aiddir. Stromal toxumanı təşkil edən hüceyrələr digər hüceyrələrin daxil olduğu bir matris kimi xidmət edir. Stroma müxtəlif növ stromal hüceyrələrdən ibarətdir. Stroma nümunələrinə aşağıdakılar daxildir: irs stroması buynuz qişa stroması yumurtalıq stroması tiroid vəzinin stroması timus stroması sümük iliyinin stroması limfa düyünlərinin stromal hüceyrəsi multipotent stromal hüceyrələr (mezenximal kök hüceyrələr) == Struktur == Stromada birləşdirici toxumalara rast gəlinir. Bu toxuma uyğun birləşdirici toxuma qrupuna aiddir. Birləşdirici toxumanın düzgün funksiyası qan damarları və stromal sinirlər də daxil olmaqla parenximal toxumanı qorumaq və yerli stresi azaltmaq üçün orqanlar qurmaq və mexaniki stressi yaymaqdır. Stromal toxuma əsasən birləşdirici toxuma hüceyrələrindən ibarət hüceyrədənkənar matrisdən ibarətdir. Hüceyrədənkənar matris əsasən əsas maddədən — əsasən proteoqlikanların aqreqatlarından ibarət məsaməli nəmləndirilmiş geldən və birləşdirici toxuma liflərindən ibarətdir.
Oxuyan qırğı
Oxuyan qırğı (lat. Melierax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Oxuyan qırğılar
Oxuyan qırğılar (lat. Melieraxinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Azərbaycanın qorunan əraziləri
Azərbaycanda qorunun ərazilərə daxildir: Azərbaycan Dövlət Qoruqları (11) Azərbaycanın Milli Parklar (8) Azərbaycanın Dövlət Oyun Qoruqları (24)Azərbaycan 9 iqlim qurşağında yerləşir. Burada 4500-ə yaxın bitki növü vardır ki, onlarında 240 endemik və reliktdir. Həmçinin 140 isə nəsli kəsilməkdə və qorunandır. Faunalardan 107 məməlilər, 394 quşlar, 54 sürünən, 9 amfibiyalar, 14000 həşərat və təxminən 108-i balıqlardır. İlk qoruqlar 1930-cu ildə Azərbaycanda yaradılmağa başlayır. Onlar Göygöl, Zaqatala və Gizildağdır. 1969-cu ildə təbiəti qorumaq üçün qanun qəbul edilir. Sonra 7 qoruqda onlara əlavə edilir: Şirvan, Bəsitçay, Qarayazı, Ağgöl, İsmayıllı, İlisu və Altıağac. Ümumilikdə Azərbaycan ərazisinin 10,3% qorunur.
Estoniyanın qorunan əraziləri
Estoniyanın qorunan əraziləri 21 aprel 2004-cü ildə Estoniya parlamenti tərəfindən qəbul edilmiş və 10 May 2004-cü ildə qüvvəyə minmiş Təbiəti Mühafizə Qanunu (est. Looduskaitseseadus) tənzimlənir. == Mühafizə olunan ərazilər == Qanuna görə, qorunan ərazilərə insan fəaliyyəti ilə dəyişdirilməyən bir vəziyyətdə saxlanılan və ya təbii mühitin qorunub saxlanıldığı, bərpa edildiyi, tədqiq edildiyi və ya tanıdıldığı yerlər və xüsusi tələblərə əsasən istifadə olunan ərazilər daxildir. Aşağıdakılar qorunan ərazilərdir: Milli parklar Təbiəti mühafizə sahələri Təbiət parkları§10.1-də göstərilir: Sahə Respublika Hökumətinin qərarı ilə mühafizə olunan ərazi və ya xüsusi mühafizə zonası kimi mühafizə altına verilir.Bundan əlavə, qanun yaşayış yerlərinin qorunması üçün müəyyən edilmiş, qorunması üçün planlaşdırılan fəaliyyətlərin təsiri qiymətləndirildiyi və yaşayış yerlərinin əlverişli qorunma vəziyyətinə zərər verə biləcək fəaliyyətlərin qadağan olunduğu aşağıdakı xüsusi mühafizə sahələrini elan edir: Ciddi təbiət qoruğu (§ 29) Xüsusi idarəetmə zonası (§ 30) Məhdud idarəetmə zonası (§ 31)Estoniya SSR -nin dövründə zapovedniklər ("elmi təbiət qoruğu") kateqoriyasına aid edilən beş qorunan ərazi mövcud idi: Vilsandi, Viidumäe, Endla, Nigula və Matsalu. === Milli parklar === Milli park — təbii mühitin, landşaftların, mədəni irsin qorunması, qorunması, bərpası, tədqiqi və tətbiqi, qorunan ərazinin ətraf mühitindən balanslı istifadə edilməsi üçün nəzərdə tutulmuş mühafizə olunan ərazidir. Estoniyanın milli parkları aşağıdakılardır:Şimali Estoniyanın sahil mənzərələrinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Lahemaa Milli Parkı; Cənubi Estoniyanın dağlıq morena landşaftının təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Karula Milli Parkı; Estoniyanın keçid zonasının təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Soomaa Milli Parkı; Qərbi Estoniya arxipelaqının sahil mənzərələrinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Vilsandi Milli Parkı; Qərbi Estoniyanın xarakterik biotik icmalarının və Vyainameri dəniz bölgəsinin təbii və mədəni irsinin qorunması üçün nəzərdə tutulmuş Matsalu Milli Parkı; 2018-ci ildə qurulmuş Alutaqus Milli Parkı; Milli parkda ciddi təbiət qoruqları, xüsusi idarəetmə zonaları və məhdud idarəetmə zonaları mövcuddur. === Təbiəti mühafizə sahəsi === Təbiəti mühafizə sahəsi — təbii mühitin qorunması, bərpası, tədqiqi və tətbiqi üçün nəzərdə tutulmuş mühafizə olunan ərazidir. Təbiəti mühafizə zonasında mümkün zonalar sərt təbiət qoruğu, xüsusi idarəetmə zonası və məhdud idarəetmə zonasıdır. === Landşaftın qorunması sahəsi (təbiət parkı) === Landşaft qoruma sahəsi — qorunan ərazinin landşaftlarının qorunması, bərpası, tədqiqi, tətbiqi və istifadəsi üçün nəzərdə tutulmuş bir sahədir. Bir park, arboretum və meşə stendi landşaft qorunması ərazisinin xüsusi növləridir.
Toxumun Hazırlanması (1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Kinolent səpin üçün toxum növlərinin seçilməsi, təmizlənməsi qaydaları haqqındadır.
Xunan qalası
Xunan qalası - Erkən orta əsrlərə aid alban abidəsi. == Xunan qalası orta əsr mənbələrində == Orta əsr müəlliflərinin məlumatlarında Xunan qalasının Kür və Ehram çaylarının kəsişməsində yerləşdiyi qeyd olunmuşdu. X əsr ərəb coğrafiyaşünas-səyyahı əl-Müqəddəsi ərazi bütövlüyündən danışarkən Xunanın Arran tərkibində olmasını göstərmişdi. Digər tərəfdən orta əsr müəlliflərindən Məsud ibn Namdar Xunan qalasını Arran sərhədlərinin dayağı adlandırmış, Əl-İstəxri isə Xunan qalasının Kür və Xram çaylarının kəsişdiyi yerdə yerləşdiyini bildirməklə hündür bir təpəliyin üzərində olduğunu qeyd edirdi. Əl-Istəxrinin məlumatına görə, Bərdədən Gəncəyə 9 fərsəng, Gəncədən Şəmkirə 10 fərsəng, Şəmkirdən Xunana 21 fərsəng, Xunandan Qala ibn Qandamana 10 fərsəng, Qala ibn Qandamandan Tiflisə 12 fərsəngdir. Tiflisə yol Kür çayının sağ sahili ilə gedirdi. Tədqiqatçı N.M.Quliyevin məlumatına görə Əl-Istəxrinin Xunanı Qala-at-turab adlandırması təsadüfi deyil. “Turab” sözü ərəb dilində “torpaq” deməkdir. Görünür, Istəxri Xunan qalası ilə maraqlanarkən onun Xunandan başqa türkdilli digər adını - Torpaqqala eşitmişdir ki, onu ərəb dilində Qala-ət-Turab (“böyük təpə üzərində qala”) adlandırmışdır. M.Kalankatlı “Alban tarixi” əsərində Xunan qalasının adını çəkərək, yazırdı ki, Aran Araz çayından başlayaraq Hunan (Xunan) qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır..
Xunan şəhəri
Xunan şəhəri — orta əsrlərdə indiki Azərbaycan ərazisində mövcud olmuş şəhər. Şəhərin qalıqları 2011-ci ilin may ayında Qazax rayonun İkinci Şıxlı kəndi yaxınlığında Kür və Xram çaylarının kəsişdiyi yerdə tapılıb.
Bərpa olunan enerji
Bərpa olunan enerji — günəş, külək, dalğa, geotermal enerji,su və digər bərpa olunan mənbələrdən alınan enerjiyə deyilir. Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. Qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması və verilmiş ərazidə mövcudluğu. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiya, Danimarka və ABŞ-nin bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir.
İnterpretasiya olunan dil
İnterpretasiya olunan dil (en: Interpreted language) – əsasən proqram təlimatlarının əvvəlcədən maşın kodu-na çevrilmədən birbaşa və azad şəkildə icra edildiyi proqramlaşdırma dili tipidir. İnterpretator yazılmış proqram kodlarını birbaşa icra edir, bu zaman hər bir proqram elementini bir və ya daha çox altproqram-a tərçümə edir və sonra başqa bir dilə (adətən maşın kodu-na). İnterpretayiya olunan dil və kompilyasiya olunan dil terminləri çox da yaxşı təyin edilməmişdir, çünki teoremdə hər hansı bir proqramlaşdırma dili hər iki cür də tətbiq edilə bilər. Müasir proqramlaşdırma dillərinin tətbiqində bir platform üçün hər iki seçimin də təqdim olunması artan şəkildə məşhurdur.Yaxşı tanınmış Python (proqramlaşdırma dili), Ruby, PHP, JavaScript dilləri interpretasiya olunan dillərdir.
Gürcüstanın qorunan ərazilərinin siyahısı
Cənubi Qafqaz millətllərindən olan Gürcüstan, ətraf mühit, mədəni və ya buna bənzər dəyərlərinə görə qorunan bir neçə qorunan əraziyə sahibdir. Bunlardan ən qədimi - indi Laqodexi qoruğu kimi ərazilər tanınır - Gürcüstanın Rusiya imperiyasının tərkibində olduğu 1912-ci ilə təsadüf edir. Gürcüstanın qorunan ərazilərinin ümumi sahəsi 511,123 hektardır, bu ölkə ərazisinin təqribən 8.33% -ni təşkil edir. Mühafizə olunan ərazilərin ümumi sayı - 90. Gürcüstanda 14 sərt təbiət qoruğu, 11 milli park, 18 idarə olunan təbiət qoruğu, 40 təbii abidə və 2 qorunan landşaft var. Sərt təbiət qoruqları 140,672 ha, milli parklar isə 276,724 ha ərazini əhatə edir. 2014-cü ildə ziyarətçilərin ümumi sayı 279.000 nəfəri keçdi.
Poda Qorunan Təbiət Ərazisi
Poda Qorunan Təbiət Ərazisi — 1989-cu ildə Bolqarıstan Su və Ətraf Mühit Nazirliyi tərəfindən qorunan ərazi elan edildi. Bura Bolqarıstanda qeyri-hökumət təşkilatı və qeyri-Hökumət qorumaları cəmiyyəti olan Bolqar Quşları Müdafiə Cəmiyyəti (ing. Bulgarian Society for the Protection of Birds)(BSPB) tərəfindən tamamilə idarə olunan və ilk qorunan ərazidir. BSPB, Nazirlər Kabinetinin İdarəetmə Planı tərəfindən qəbul edilən fəaliyyətləri hazırlayır və həyata keçirir, lakin maliyyəsini giriş haqlarından, satılan hədiyyələrdən və verilən fondlardan alır. Cəmiyyət tənzimləmə vasitəsilə təbiətin qorunması, ekoloji təhsil və ekoturizm üçün davamlı bir model olmağı hədəfləyir. Bolqarıstanın cənub-şərqi Qara dəniz sahilindəki liman şəhəri Burqasdan cənubda yerləşən Poda, Qara dəniz və üç böyük göl – Vaya gölü, Mandra gölü və Atanasovsko gölü ilə əhatə olunmuşdur. Poda ilə qorunan ərazi ilə yanaşı, Burqaz gölləri adlanan böyük bir bataqlıq ərazisini meydana gətirirlər. Şərqi Avropa köçəri yolundan istifadə edən köçəri quşların çoxu üçün Via Pontika istirahət stansiyası olaraq bioloji əhəmiyyətli bir sahədir. 2002-ci ildə Poda Ramsar Konvensiyasına əsasən beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazilərinin Ramsar siyahısına daxil edildi. == Ekologiya == Nisbətən kiçik bir ərazini tutmasına baxmayaraq, Poda qorunan ərazisində 265 quş növü müşahidə edilmişdir.
Toxumun hazırlanması (film, 1953)
== Məzmun == Elmi-kütləvi filmdir. Kinolent səpin üçün toxum növlərinin seçilməsi, təmizlənməsi qaydaları haqqındadır.
Ümumdünya hörümçək torunun tarixi
Ümumdünya hörümçək toru ("WWW", "W3" və ya sadəcə olaraq "İnternet") — internetə qoşulmuş kompüterlər vasitəsilə ilə istifadəçilərin daxil ola biləcəyi qlobal informasiya mühiti. Termin tez-tez səhvən internetin sinonimi kimi istifadə olunur, lakin veb elektron poçt və Usenet kimi internet üzərindən fəaliyyət göstərən bir xidmətdir. İnternetin tarixi və hipermətn tarixi Ümumdünya hörümçək torundan daha qədimdir. 1989-cu ildə Tim Berners-Li CERN-də (fr. Conseil européen pour la recherche nucléaire; azərb. Avropa Nüvə Tədqiqatları Şurası‎) işləyərkən Ümumdünya hörümçək torunu yaratdı. O, müxtəlif konseptlər və texnologiyaları tətbiq edərək "universal əlaqəli məlumat sistemi"ni təklif etdi. Bu fikrin əsası isə məlumatlar arasındakı mövcud əlaqələr idi.Berners-Li, ilk veb-serveri, veb-brauzeri və HTML (ing. Hypertext Markup Language) sənəd formatlaşdırma protokolunu işləyib hazırlamışdır. 1991-ci ildə HTML-i istifadəyə verdikdən və 1993-cü ildə brauzerin mənbə kodunu ictimai istifadə üçün yayımladıqdan sonra, Mark Andrissenin Mosaic (sonralar Netscape Navigator) brauzeri vasitəsilə istifadəsi və quraşdırılması xüsusilə asan olan və tez-tez istifadə olunan bir çox veb brauzer yaradıldı.
Albaniyanın bərpa olunan enerjisi
Albaniyanın Bərpa olunan enerjisinə bioyanacaq, geotermal mənbələr, su, günəş və külək ilə işləyən elektrik stansiyaları daxildir. Albaniyanın bərpa olunan energetikasının əsasını hidroelektrostansiyalar təşkil edir, baxmayaraq ki çəkilmə zamanı və ya su aşağı səviyyədə olanda energetika ilə problemlər yaşanır. Albaniyanın günəş, külək və geotermal mənbələrin istifadəsi üçün böyük potensiala malikdir, bu da Aralıq dənizi iqlimi, təbii su quyuları və balkan dağların mövcud olması ilə bağlıdır. == Su elektrik stansiyaları == Elektrik enerjisinin əsas mənbəyi SES-di, hansı ki hər halda daimi dəyişikliklərə görə etibarsız sayılır. Albaniya 2012-ci ildə 100 min yaşayış evini elektriklə təmin edilməsi üçün Verbumd adlı Avstriya şirkəti ilə Aşta SES-in tikintisi barədə müqavilə bağlamışdı. == Günəş elektrik stansiyaları == BMT-nin inkişaf proqramı Albaniyada günəş batareyalarının tikintisini planlaşdırır. Proqram daxilində 75 min m² sahəli panellərin quraşdırılması üçün 2,75 milion ABŞ dolları xərcləndi. 2010-cu ildə 10 700 m² quraşdırılmışdır, batareyaların qalan hissəsinin tikintisi 2015-ci ildən davam etdirildi. Günəş batareyaları ildə 2100 - 2700 günəş saatı üçün nəzərdə tutulub. Bu növ energetika yaşayış evləri, kommersiya və sənaye binalarının istilik və elektriklə təchizatı üçün istifadə oluna bilər.
Azameti idarə olunan qoruğu
Azameti idarə olunan qoruğu ( gürc. აჯამეთის აღკვეთილი ) - Gürcüstanın Zestafoni Bələdiyyəsi bölgəsi, Bağdati Bələdiyyəsindəki qorunan bir ərazidir . Azametinin məşhur palıdlarını və digər yerli florasını qoruyur. Ağacların bəziləri 120 ilə 200 yaş arasındadır. Qoruq yerli faunanı da qoruyur. == Coğrafiya == Azameti idarə olunan qoruğu Kutaisidən 15 km məsafədə yerləşir. İlk dəfə 1935-ci ildə yaradılıb. Qoruğun iki qorunan ərazisi var: Azameti Muxnari (3742 ha), Rioni çayı sahilində Kvirila və Xanistşali və Vartsişe arasında kütləvi (1106 ha), Hanistskalinin sol tərəfində. == Flora == Sahənin 4723 hektarı palıd meşələri, 93 hektarı - vələs meşələr və 23 hektar şərq buynuzu ilə örtülmüşdür. Vartsixe'nin meşəlik ərazisi Azameti İdarə Qoruğuna daxil edilir və nadir Üçüncü dövr dövrünə aid nadir qalıqları qorumaq üçün ilk dəfə 1946-cı ildə qurulmuşdur: İmeretiya palıd və Qafqaz qarağası Dendroflora 60 növə malikdir.
Dəqiq idarə olunan sursat
Dəqiq idarə olunan sursat, həssaslıqla idarə olunan sursat, həssas başlıqlı sursat, həssas başlığa malik olan sursat, PGM, smart silah, smart sursat, smart bomba – müəyyən bir hədəfi dəqiqliklə vurmaq, yan zərərləri minimuma endirmək və nəzərdə tutulan hədəflərə qarşı öldürücülük dərəcəsini artırmaq üçün nəzərdə tutulmuş idarə olunan sursatlara verilən addır. Birinci Körfəz Müharibəsi zamanı idarə olunan döyüş sursatları atılan silahların yalnız 9%-ni təşkil edirdi, lakin buna baxmayaraq bütün müvəffəqiyyətli vuruşların 75%-ni təşkil edirdi. İdarə olunan silahlar ümumiyyətlə daha çətin hədəflərə qarşı istifadə olunsalar da, hər atılan silaha görə onların hədəflərini məhv etmək ehtimalı 35 dəfə daha çox idi. Dəqiq idarə olunan sursatların meydana çıxması köhnə bombaların “idarə olunmayan bombalar”, “lal bombalar”, “axmaq bombalar”, “bacarıqsız bombalar”, “qabiliyyətsiz bombalar” və ya “dəmir bombalar” adı altında yenidən adlandırılması ilə nəticələnmişdir.