1. Uzununa (əriş) və eninə (arğac) sapları bir-birinin arasından keçirməklə parça, xalça və s. hazırlamaq. Mahud toxumaq. Çit toxumaq.
– Mürgüləyir nənəm taxıb çeşməyi; Düşür yerə toxuduğu əlcəyi.
[Sarıköynək] çox vaxt həyətdə oturub həsir toxuyardı.
// Eyni üsulla parça üzərində naxış, şəkil hörmək. Təkəlduz toxumaq. Buta toxumaq.
2. Hörmək.
Ağabəyim bütün günü … rəngin xəzəldən çələng toxuyur, dayəsinə min bir sual verirdi.
Çələng toxumağa, gül var, çiçək var.
3. “Özünü” sözü ilə – bax vurmaq 20-ci mənada.
Fatma qırğı kimi özünü təndirə toxuyur, kəhrəba kimi sarı çörəkləri əlində çıxarıb, buğlana-buğlana süfrənin üstünə atırdı.
4. məc. dan. Uydurmaq, özündən quraşdırmaq. Yalan toxumaq.