TƏHQİRLİ sif. Heysiyyəti alçaldan, mənliyinə toxunan, təhqir edən; təhqiramiz, təhqiranə. Təhqiredici söz. – Xan şahın bu təhqirli məktubundan sınmadı. Çəmənzəminli. [Bəndalının anası] ona təhqirli (z.) baxır. Mir Cəlal.