Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xrizomonadlar dəstəsi
Xrizomonadlar dəstəsi (lat. Chrysomonadina ) — Qamçılılar sinfinə aid olan dəstə. Bu dəstəyə daxil olan qamçılılar şirin sularda və dənizlərdə yaşayırlar. 1–3 ədəd qamçıya malikdirlər. Xromotoforları qızılı-qonur və ya yaşıl rəngli olub, disk şəklindədir. Xrizomonodların bəziləri yalançı ayaqlar əmələ gətirirlər. Həmçinin koloniya halında yaşayan formaları da vardır. B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası.