Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Trombin
Trombin (II laxtalanma faktoru) — serin proteaza, insan və heyvanlarda qanın laxtalanma sisteminin ən mühüm kompanenti. Tombin fermentlərin hidrolaz sinfinə aid olub, arginin və lizin qalıqlarından əmələ gələn peptid rabitələrinin hidrolozini katalizə edir. Məhdud substrat finksiya daşıyır. Trombin fibrinogeni fibrinə və onu isə fibrinopeptidlərə parçalayır. Bundan başqa qanın V, VII, VIII, XIII laxtalanma faktorlarını aktivləşdirir. Trombin qaraciyərdə yaranır, protrombin halında qan zərdabında olur. F2 gen defektli olarsa, bu disprotrombinemiyaya səbəb olur ki, nəticə etibarilə iflic riskini artırmış olur. Normada qaraciyərdə sintez olunmuş və qana ötürülmüş protrombinin trombinə keçməsinə təbii orqanizm substantı olan antitrombin III (AT III) mane olur, beləliklə də qanın laxtalanması nizamlanmış olur. Əks təqdirdə qanda olan protrombinin tombinə çevrilməsi nəticəsində trombinin miqdarı artar, fibrinogenin fibrinə keçməsi baş verər nəticə etibatilə əmələ gələn tromb kütlələri damarları tıxamış olardı.
Drombon
Heyvalı (əvvəlki adı: Drombon və ya Drmbon) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Drombon kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Drmbon kəndi Heyvalı kəndi adlandırılmışdır. Heyvalı kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. == Tarixi == XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş erməni ailələri burada yerləşdikdən sonra kənd Drmbon (Heyvalı toponimindən erm.-yə kalkadır) kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edildi. Oykonim "heyva ağacları olan yer" mənasındadır. Heyvalı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Heyvalı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Tromb
Tromb — (r trombe, ital. tromba — hərfi mənada "boru" deməkdir) — atmosferin burulğanlı, diametri yüz metrədək çatan, çox güclü şaquli hərəkətidir. Tromb quru üzərində ilin isti dövründə tropik kontinental havada, atmosferin termik stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Trombda küləyin sürəti 50–100 m/saniyə olub, yüksək dağıcıdı qüvvəyə malikdir. Tromb ABŞ-də müşahidə edilən tornadoya oxşayır. == Metereoloji tromb == Metereoloji tromb- atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50–100 m/san-yə çatır) və eni 100 m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-də baş verən tornadoya oxşayır. Onun təkrarlanması son 10–35 ildə 8–10 dəfə artmışdır.
David Fromkin
David Fromkin (27 avqust 1932, Miluoki, Viskonsin – 11 iyun 2017, Manhetten, Nyu-York ştatı) — ABŞ tarixçisi. == Başlıca Əsərləri == A Peace to End All Peace: Creating the Modern Middle East 1914–1922 (1989) ISBN 0-8050-0857-8, ISBN 0-8050-6884-8 (paperback). "Britain, France, and the Diplomatic Agreements." In The Creation of Iraq, 1914–1921, ed. Reeva Spector Simon and Eleanor H. Tejirian, 134–145. New York: Columbia University Press, 2004. Europe's Last Summer: Who started the Great War in 1914? (2004) ISBN 0-375-41156-9, ISBN 0–375-72575-X (paperback). In the Time of the Americans: FDR, Truman, Eisenhower, Marshall, MacArthur, The Generation That Changed America's Role in the World (1995) ISBN 0-394-58901-7, ISBN 0-679-76728-2 (paperback). The Independence of Nations (1981). Praeger, New York City, ISBN 0-03-059777-3.
Tromelin adası
Tromelin adası (fr. Tromelin) — Hind okeanında yerləşən yaşayışı olmayan ada. Adaya Mavriki iddia edir. Bununla belə Fransanın nəzarətindədir. Ada Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyinin bir parçası olan Fransanın Cənub və Antarktika əraziləri bölgəsinin Eparse adaları zonasına daxildir. Coğrafi baxımından isə Mavriki daxili adalarına daxildir. == Coğrafiya == Ada Hind okeanının cənubunda, Madaqaskardan 450 km şərqdə yerləşir. Ada vulkan mənşəllidir. Burada qoruq təşkil edilmişdir. Adada uçuş zolağı vardır.
Romain Mahiyeu
Romain Mahiyeu (17 fevral 1995) — Fransalı peşəkar kişi BMX velosipedçisi. Romain Mahiyeu Fransanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Romain Mahiyeu 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.294 saniyəlik nəticəsi ilə 29-cu yeri tutdu.
Romain Rikkardi
Romain Rikkardi (26 iyul 1988) — İtaliyalı peşəkar kişi BMX velosipedçisi. Romain Rikkardi İtaliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Romain Rikkardi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.074 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu.
Tromba Marina
Tromba Marina (dəniz trumpeti) (Çexcə Trumšajt.) — Musiqi aləti. Bu alət üçgən bir dabana dayanan kəsik konus şəklindəki bir gövdə boyundan ibarətdir. Adətən 4 və ya 7 fut (2 m)hündürlüyündə simli çalğı alətidir. Orta əsrlərin ruporuna (dənizdə danışmaq üçün istifadə olunan alət, megafon) bənzəməsi ilə onun adına bənzər adla adlandırılmışdır. Bu sim dayanmadan çalınır lakin bəzi nöqtələrdə simə yüngülcə toxunaraq təbii harmoniyalar çalınır. Alət 15-ci əsrdə İngiltərədə məşhur idi daha sonradan Avropaya yayıldı.
Yuri Trubin
Aktyor
Mayk Tomlin
Michael Pettaway Tomlin (15 mart 1972-ci ildə anadan olub) Milli Futbol Liqasında (NFL) Pittsburgh Steelers komandasının baş məşqçisi olan Amerika futbol məşqçisidir. 2007-ci ildə Steelers-ə qoşulduqdan sonra o, komandanı on pley-off qaçışına, yeddi divizion tituluna, üç AFC Çempionatı Oyununa, iki Super Bowl oyununa və Super Bowl XLIII tituluna çıxardı. 36 yaşında Tomlin Super Bowl-u qazanan ən gənc baş məşqçi oldu, bu rekord daha sonra Super Bowl LVI -da Sean McVey tərəfindən qırıldı. Onun heç vaxt məğlub olduğu mövsüm olmayıb.
Ceyms Tobin
Ceyms Tobin (ing. James Tobin) (5 mart 1918 – 11 mart 2002) — amerikalı iqtisadçı, Keynsçi maliyyə bazarları nəzəriyyəsi sahəsində mütəxəssis. İnvestisiya davranışı qaydası ilə bağlı apardığı tədqiqatlar maliyyə bazarına aid olan biliklərin artmasına səbəb olmuşdur. Bu tədqiqatlarına görə 1981-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Harvard Universitetində təhsilini başa vurduqdan sonra, ABŞ hərbi dəniz donanmasında xidmət etmişdir. 1946–1949-cu illərdə Harvard Universitetinin təqaüdçüsü olmuşdur, 1947-ci ildə Harvard Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1950-ci ildən Yel Universitetində işləməyə başladı və 1957-ci ildə burada professor dərəcəsinə yüksəldi. == Fəaliyyəti == 1941–1943-cü illərdə Vaşinqtonda (Kolumbiya) Qiymətlərin Tənzimlənməsi İdarəsinin, Mülki Təchizat və Hərbi İstehsal Şurasının iqtisadçısı işləmişdir. 1949-cu ildə Kembric Universitetində Tətbiqi iqtisadiyyat bölməsində (Böyük Britaniya) işləmişdir. 1950-ci ildən Yel Universitetinin adyunkt professoru, 1957-ci ildən həqiqi (tam) professoru olmuşdur.
Robin Benqtsson
Robin Benqtsson (isv. Robin Bengtsson; 27 aprel 1990, Revesjö[d], Elvsborq[d]) — İsveç müğənnisi. O, "I Can't Go On" mahnısı ilə İsveçi Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ölkəsinə beşinci yeri qazandırmışdır. == Musiqi karyerası == Robin Benqtsson 27 aprel 1990-cı ildə İsveçin Svelyunqa şəhərində anadan olmuşdur. İsveç tamaşaçısı Robin Benqtssonu ilk dəfə ölkədə keçirilən "Idol 2008" müsabiqəsində tanımağa başlamışdır. Robin həmin müsabiqədə 3-cü yeri qazanmışdır. Robin 2009-cu ilin ortalarında Merion Music albom şirkəti ilə anlaşma imzalamış və daha sonra "Another Lover's Gone" adlı ilk sinqlını dinləyicilərə təqdim etmişdir. 2010-cu ildə Robin Karl Martindahl və Daniel Karlsson ilə birlikdə Haitidə baş verən zəlzələ nəticəsində həlak olan insanlara həsr edilmiş "Wake Up World" mahnısını ifa etmişdir. Həmin ildə müğənni eyni zamanda İsveçin Wipeout yarışmasında iştirak etmiş və ikinci yeri qazanmışdır. 2016-cı ildə Robin Benqtsson uzun müddətdən sonra səhnəyə geri dönüş etmiş və İsveçin ən böyük musiqi festivalı olan Melodifestivalen mahnı müsabiqəsinə qatılmışdır.
Robin Boreqar
Robin Boreqar (d. 23 fevral 1979) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Robin Boreqar, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Robin Boreqar, ABŞ yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasını 6:5 hesabı ilə məğlub edən ABŞ yığması, Afina Olimpiadasının bürünc medalına sahib oldu.
Robin Denholm
Robin M. Denholm (ing. Robyn M. Denholm; 27 may 1963) — avstraliyalı şirkət idarəçisi. Denholm 2018-ci ilin noyabr ayında Tesla şirkətində sədr vəzifəsinə təyin olunmuşdur. == Həyatı == Denholm 27 may 1963-cü ildə Yeni Cənubi Uelsin Milperra şəhərində anadan olmuşdur. Onun uşaqlığı valideynlərinin xidmət stansiyasında keçmişdir. Denholm elə uşaqlıqdan maliyyə məsələləri, avtomobillər və digər sahələrlə maraqlanmağa başlamışdır.Denholm Sidney Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə, 1999-cu ildə isə Yeni Cənubi Uels Universitetini ticarət üzrə magistr dərəcəsi ilə bitirmişdir. Denholm Avstraliya və Yeni Zelandiyada Mühasiblər İnstitutunun üzvüdür.
Robin Forbes
Robin Forbes (d. 24 aprel 1972; Brisben, Avstraliya) — Avstraliyanı təmsil edən batut gimnastı. Robin Forbes, 2000-ci ildə Avstraliyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Robin Forbes, 2000-ci ildə Avstraliya bayrağı altında elə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Forbes, 60.70 xal topladı və 12 idmançı sırasında 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Robin Hivens
Robin Hivens (27 noyabr 1964 və ya 1964, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası. == Həyatı == Hivens 1964-cü ildə Reuben Givens və Ruth Roper ailəsində anadan olmuşdur, lakin onun iki yaşı olanda anası və atası ayrılmışdır. 15 yaşında Sara Lorens Kollecində 1984-cü ildə təhsil almışdır. Onun ilk həyat yoldaşı Mayk Tyason (1988–1989) sonrakı həyat yoldaşı isə Svetozar Marinkoviç (1997–1998) olmuşdur. Hal-hazırda isə o məşhur tennisçi Murphy Censen ilə sevgilidir.
Robin Hud
Robin Qud, Robin Hud (ing. Robin Hood - Robin Hud) - normanlara qarşı mübarizə aparmış ingilis xalq balladası qəhrəmanı, incidilmişlərin və yoxsulların müdafiəçisi. == Xarici keçidlər == Robin Qud - Əsatir, yoxsa həqiqət?
Robin Nikolls
Robin Nikolls (d. 8 may 1990) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Robin Nikolls, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Robin Nikolls, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Robin Qosens
Robin Everardus Qosens (5 iyul 1994, Emmerix-am-Rayn, Almaniya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və Almaniya milli futbol komandasında sol cinah müdafiəçisi kimi çıxış edən peşəkar Almaniya futbolçusu. == Klub karyerası == === Vitess === Qosens Almaniyanın Emmerix-am-Rayn şəhərində anadan olmuşdur. Fortuna Elten, Boxolt və Rede klublarda çıxış etdikdən sonra 4 iyul 2012-ci ildə Vitess klubunun akademiyasına qəbul olmuşdur. 13 avqust 2013-cü ildə o, klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Bundan əvvəl Bundesliqa təmsilçilərindən olan "Borussiya Dortmund" klubunda baxışda olsa da, nəticə uğursuz olmuşdur. Qosens özü bu hadisəni fiasko adlandırmışdır. === Dordrext === 14 yanvar 2014-cü ildə Qosens mövsüm sonuna qədər Dordrext klubuna icarəyə verilmişdir. O, peşəkar karyerasında debütünü üç gün sonra Ekselsior klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.Qosens peşəkar karyerasında ilk qolunu 7 fevralda Emmen klubuna qarşı oyunda vursa da, komandası rəqibinə 1-6 hesabı ilə məğlub olmuşdur. Pley-off mərhələsi də daxil olmaqla mövsüm sonuna qədər Qosens 20 görüşdə meydana çıxdı. Komanda ikinci yeri tutaraq on doqquz illik fasilədən sonra yenidən Erediviziyaya vəsiqə qazandı.
Robin Qud
Robin Qud, Robin Hud (ing. Robin Hood - Robin Hud) - normanlara qarşı mübarizə aparmış ingilis xalq balladası qəhrəmanı, incidilmişlərin və yoxsulların müdafiəçisi. == Xarici keçidlər == Robin Qud - Əsatir, yoxsa həqiqət?
Robin Stjernberg
Robin Şernberq — İsveç müğənnisi.
Robin Uilyams
Robin Vilyams (ing. Robin Williams; 21 iyul 1951 – 11 avqust 2014) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı. == Həyatı == Məşhur Hollivud ulduzu, pantomim və səs janrının ustası Vilyams Çikaqoda doğulub. Bu yaxınlarda 57 yaşlı aktyor təngənəfəslik səbəbindən ABŞ-dakı qastrollarını təxirə salıb. O, Florida ştatında «Özünüməhv silahı» adlı yumoristik şounun 4 tamaşasını ləğv edib. Onun nümayəndəsi Dayyan Rouzen bildirib ki, Vilyams sağalandan sonra konsertlərini bərpa edəcək: «Təxirə salınan tamaşalara alınan biletlər ləğv edilməyəcək. Buna baxmayaraq, arzu edənlər biletləri geri qaytararaq pullarını ala bilərlər». Qeyd edək ki, Vilyams ötən ilin sentyabrından «Özünüməhv silahı» şousu ilə ABŞ-nin 80 şəhərini gəzib. Rouzen aktyorun harada olduğunu və əməliyyatın nə zaman olacağını açıqlamamışdı. Qeyd edək ki, bundan əvvəl «The Miami Herald» aktyorun kəskin ağrılarla Mayami xəstəxanalarından birinə aparıldığını bildirmişdi.
Robin Uorren
Robin Uorren (ing. John Robin Warren; 11 iyun 1937[…], Adelaida) — Avstraliya alimi, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Robin Vilyams
Robin Vilyams (ing. Robin Williams; 21 iyul 1951 – 11 avqust 2014) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı. == Həyatı == Məşhur Hollivud ulduzu, pantomim və səs janrının ustası Vilyams Çikaqoda doğulub. Bu yaxınlarda 57 yaşlı aktyor təngənəfəslik səbəbindən ABŞ-dakı qastrollarını təxirə salıb. O, Florida ştatında «Özünüməhv silahı» adlı yumoristik şounun 4 tamaşasını ləğv edib. Onun nümayəndəsi Dayyan Rouzen bildirib ki, Vilyams sağalandan sonra konsertlərini bərpa edəcək: «Təxirə salınan tamaşalara alınan biletlər ləğv edilməyəcək. Buna baxmayaraq, arzu edənlər biletləri geri qaytararaq pullarını ala bilərlər». Qeyd edək ki, Vilyams ötən ilin sentyabrından «Özünüməhv silahı» şousu ilə ABŞ-nin 80 şəhərini gəzib. Rouzen aktyorun harada olduğunu və əməliyyatın nə zaman olacağını açıqlamamışdı. Qeyd edək ki, bundan əvvəl «The Miami Herald» aktyorun kəskin ağrılarla Mayami xəstəxanalarından birinə aparıldığını bildirmişdi.
Robin Vorren
Robin Uorren (ing. John Robin Warren; 11 iyun 1937[…], Adelaida) — Avstraliya alimi, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Donald Trampın filmoqrafiyası
Donald Tramp — ABŞ-nin 45-ci prezidenti, biznesmeni və mediamaqnatı. O, müxtəlif illər ərzində filmlərdə və teleseriallarda epizodik rollarda çəkilmiş və televiziya verilişlərinin qonağı olmuşdur.