TROMB

TROMB I is. [ yun. ] tib. Qan damarında əmələ gələn qan laxtası.

TROMB II is. [ ital. ] coğr. Atmosferin burulğanlı, çox güclü, şaquli hərəkəti, xortumu.

TRAP
TUR
OBASTAN VİKİ
Tromb
Tromb — (r trombe, ital. tromba — hərfi mənada "boru" deməkdir) — atmosferin burulğanlı, diametri yüz metrədək çatan, çox güclü şaquli hərəkətidir. Tromb quru üzərində ilin isti dövründə tropik kontinental havada, atmosferin termik stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Trombda küləyin sürəti 50–100 m/saniyə olub, yüksək dağıcıdı qüvvəyə malikdir. Tromb ABŞ-də müşahidə edilən tornadoya oxşayır. Metereoloji tromb- atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50–100 m/san-yə çatır) və eni 100 m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-də baş verən tornadoya oxşayır. Onun təkrarlanması son 10–35 ildə 8–10 dəfə artmışdır.
Braço-du-Trombudo
Braço-du-Trombudo (port. Braço do Trombudo) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 3682 nəfərdir. Ərazisi 90,426 кm²-dir. Əhalinin sıxlığı 41,1 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.
Tromba Marina
Tromba Marina (dəniz trumpeti) (Çexcə Trumšajt.) — Musiqi aləti. Bu alət üçgən bir dabana dayanan kəsik konus şəklindəki bir gövdə boyundan ibarətdir. Adətən 4 və ya 7 fut (2 m)hündürlüyündə simli çalğı alətidir. Orta əsrlərin ruporuna (dənizdə danışmaq üçün istifadə olunan alət, megafon) bənzəməsi ilə onun adına bənzər adla adlandırılmışdır. Bu sim dayanmadan çalınır lakin bəzi nöqtələrdə simə yüngülcə toxunaraq təbii harmoniyalar çalınır. Alət 15-ci əsrdə İngiltərədə məşhur idi daha sonradan Avropaya yayıldı.
Trombin
Trombin (II laxtalanma faktoru) — serin proteaza, insan və heyvanlarda qanın laxtalanma sisteminin ən mühüm kompanenti. Tombin fermentlərin hidrolaz sinfinə aid olub, arginin və lizin qalıqlarından əmələ gələn peptid rabitələrinin hidrolozini katalizə edir. Məhdud substrat finksiya daşıyır. Trombin fibrinogeni fibrinə və onu isə fibrinopeptidlərə parçalayır. Bundan başqa qanın V, VII, VIII, XIII laxtalanma faktorlarını aktivləşdirir. Trombin qaraciyərdə yaranır, protrombin halında qan zərdabında olur. F2 gen defektli olarsa, bu disprotrombinemiyaya səbəb olur ki, nəticə etibarilə iflic riskini artırmış olur. Normada qaraciyərdə sintez olunmuş və qana ötürülmüş protrombinin trombinə keçməsinə təbii orqanizm substantı olan antitrombin III (AT III) mane olur, beləliklə də qanın laxtalanması nizamlanmış olur. Əks təqdirdə qanda olan protrombinin tombinə çevrilməsi nəticəsində trombinin miqdarı artar, fibrinogenin fibrinə keçməsi baş verər nəticə etibatilə əmələ gələn tromb kütlələri damarları tıxamış olardı.
Trombositlər
Trombositlər - qanda mikro litrdə 200-300.000 nisbətində olur. Trombositlərin təxminən 30%-i dalaqda toplanır. Trombositlərin əsas funksiyası qanın laxtalanması ilə bağlıdır. Bundan əlavə onlar immunoloji reaksiyalar,məsələn;iltihab prosesində də iştirak edirlər. Trombositlərin hüceyrə nüvəsi yoxdur və bunlar laxtalanma üçün əhəmiyyətlidir. Trombosit qeyri-kafiliyi halında qanama görülər. Bu qanamanın əlaməti göyümsü ləkələrdir. Bu narahatlığın mütləq müalicəsi lazımdır əks halda təhlükəli ola bilər. Trombositlər, qanın laxtalanmasında əhəmiyyətli vəzifəyə sahib olub, çox ədəddə granül ehtiva edən rəngsiz hüceyrə parçalarıdır. Megakaryosit deyilən sümük iliyinin böyük hüceyrələrinin parçalarından meydana gələr.
Tromboflebit
Tromboflebit — tromboz (qan laxtası) ilə əlaqəli flebit (damarın iltihabı). Aşağıdakı simptomlar və ya əlamətlər tez-tez tromboflebitlə əlaqələndirilir, baxmayaraq ki, tromboflebit yalnız ayaq damarları ilə məhdudlaşmır. Ağrı (təsirə məruz qalan ərazi) Dərinin qızartı / iltihabı Şiş Damarlar sərt və uzun Zəriflik Xəstəliyin inkişafında bir sıra səbəblər var: İnfeksiya Qanın laxtalanma əmələ gəlməsinə irsi və qazanılmış meyl (koaqulopatiya və ya trombofiliya) Qan axınının yavaşlaması Bədənin reaktivliyinin azalması Qan damarlarının divarlarının bütövlüyünün pozulması (damar zədəsi) Qanın tərkibində dəyişiklik Tromboflebitin səbəbləri arasında laxtalanma meylinin artması və damarlarda qan axınının yavaşlaması ilə əlaqəli pozuntular, məsələn, uzun müddət hərəkətsizlik, oturma — tromboflebitə səbəb olan qan laxtasının meydana gəlməsinə kömək edə bilər, lakin bu, nisbətən daha az baş verir. Tromboflebitlə əlaqəli spesifik pozuntulara dərinin səthinə yaxın olan damarlara təsir edən səthi tromboflebit, daha dərin damarlara təsir edən dərin damar trombozu və ağciyər emboliyası daxildir. Protein S, protein C çatışmazlığı və ya faktor V Leiden kimi ailəvi laxtalanma pozuntuları olanlar da tromboflebit riski altındadır. Tromboflebit, Behçet xəstəliyi də daxil olmaqla, vasküliti olan insanlarda tapıla bilər. Tromboflebit migrans bədxassəli xəstəliyin əlaməti ola bilər. Fəsadlar baxımından ən ciddilərindən biri səthi qan laxtasının dərin damar trombozu ilə əlaqəli olduqda baş verir; bu, daha sonra yerindən çıxa, ürəkdən keçərək və ağciyərlərin sıx kapilyar şəbəkəsini tıxaya bilər. Bu, həyatı üçün təhlükə yarada bilən ağciyər emboliyasıdır. Tromboflebitin diaqnozu ilk növbədə təsirlənmiş ərazinin görünüşünə əsaslanır.
Anal tromboz
Anal tromboz — Anal kanal ətrafında hemorroidal damar yumaqcıqlarının (kavernoz cisimciklərin) birinin və ya bir neçəsinin mənfəzinə qan laxtasının toplanması hadisəsidir.
Ağciyər tromboemboliyası
Ağciyər tromboemboliyası (ATE) — ağciyər kötüyünün və ya onun budaqlarının tromblarla tıxanması çox vaxt aşağı ətrafların dərin damar trombozları nəticəsində yaranır. Ağciyər tromboemboliyası ağciyər damarlarının trombla okklüziyası nəticəsində yaranan həyati təhlükəli vəziyyətdir. Qərb tibb ədəbiyyatında daha çox ağciyər emboliyası adı ilə daha geniş mənada istifadə olunur. Son illərdə bütün dünyada Venoz Tromboembolizm (VTE) termininin istifadəsinə də üstünlük verilir. Bu termin həm dərin venalarının trombozunu (DVT), həm ATE-ni əhatə edir. == Epidemiologiya == Tromboemboliya — geniş yayılmış ürək-damar patologiyasıdır. ABŞ-də hər il ATE 650000 insanda müəyyən olunur. Daha çox yaşlılarda rast gəlinsə də, cavanlar da bu haldan istisna olunmurlar və vaxtında aktiv müalicə tədbirləri aparılmazsa sağ mədəciyin kəskin çatışmazlığı fonunda ölüm baş verə bilər. ATE-nin cinsə görə ölüm hallarının nisbətini ABŞ-də aşağıdakı kimi müəyyən ediblər: Kişilərdə qadınlarla müqayisədə ölüm halları 20–30% yüksək olur; Yaşlılar arasında tromboemboliya daha çox kişilərdə rast gəlirsə, 55 yaşdan kiçik pasiyentlərdə ATE daha çox qadınlarda rast gəlinir. Lakin bəzi səhiyyə sistemi geriləmiş dünya ölkələrində ağciyər tromboemboliyası kimi ciddi xəstəliyi spesifik müayinə üsulları tam şəkildə olmadığına görə vərəm və digər xəstəliklər ilə səhv salırlar və xəstələr qeyri-spesifik müalicə terapiyası almaq məcburiyyətində qalırlar.
Portal vena trombozu
Portal vena trombozu — qapı venasının özündə və ya böyük şaxələrində (çöz və dalaq venaları, sağ və sol Qaraciyər şaxələri) kəskin və ya xroniki şəkildə ortaya çıxan, tam və ya hissəvi trombotik tıxanmadır. Xəstəliyin əsas əlaməti PH olsa da, kəskin və tam tıxanmalarda hepatosellular disfunksiya və digər qastrointestinal əlamətlər də (venoz işemiya) görünə bilər.
Trombositlərlə zənginləşmiş plazma
Trombositlərlə zənginləşmiş plazma, PRP (ing. platelet rich plasma) – xəstənin öz qanından alınmış plazma trombositlərlə zənginləşdirilir və trombositlərin sayı periferik qanla müqayisədə dəfələrlə artmış olur. Trombositlərin tərkibində olan inkişaf faktorları regenerasiya proseslərini gücləndirir. Oynağa yeridilən belə plazma iltihabi söndürür.
Trombositopeniya
Trombositopeniya – trombositlərin sayının 150.000 az olması. Əsas səbəbləri: trombosit yaranmasının pozulması və və ya parçalanmasının artmasıdır. Ən çox autoimmun trombositopeniyaya rast gəlinir. Spontan qanaxma və qanaxma müddətinin uzanması olur. SLE-də rast gələn haldır. Bəzən həyatı təhlükəyə salan trombositopeniya (20.000 az hospitalizasiya gösrərişdir) olur. Nadir hallarda isə SLE idiopatik trombositopeniya kimi başlayır.
Trombotik trombositopenik purpura
Trombotik trombositopenik purpura, TTP, Eli Moschcowitz sindromu – birincili və ikincili (immunodepressiv dərmanlar, xərçəng, HİV infeksiyası, ağır hamiləlik, Eschericha coliyə bağlı hemorragik kolit). Letallıq yüksəkdir. 5 əlaməti var: qızdırma, mental status pozulması, böyrək zədələnməsi, hemolitik anemiya, trombositopeniya. İdiopatik ola və SLE-də yarana bilər (bu kəskin TTP adlanır) və bu əsas xəstəliyin kəskinləşməsi kimi qəbul edilə bilər. Periferik qanda şistositlərin tapılması, komplementin normal səviyyəsi və ADAMTS13 aktivliyinin aşağı olması və ya ona qarşı AT aşkarı SLE üçün xarakterik deyildir. SLE üçün xarakterik Kumbs-müsbət hemolitik anemiyanın olmasını istisna etmək lazımdır. SLE bağlı kəskin TTP-də metalloproteinazanı əvəz etmək üçün təcili plazmaferez aparılır, sonra isə təzə dondurulmuş plazma köçürülür. QK, immunodepressantlar və rituksimab istifadə edilir, trombosit kütləsinin köçürmək məsləhət deyil.
Tromboz
Tromboz (thrombōsis "laxtalanma" ← q.yun. θρόμβος "laxta") — qan damarlarının içərisində qan laxtalarının (trombların) ömür boyunca formalaşması prosesi olub, qanın sərbəst axınını əngəlləyir. Tromboz həm bədənin qoruyucu mexanizmi, həm də patoloji proses ola bilər. Birinci halda, tromboz qanaxmanın dayandırılmasına kömək edir: qan damarı zədələndikdə qan laxtalanma sistemi aktivləşir, qan laxtası (tromb) əmələ gəlir, damar divarındakı qüsuru örtərək qan itirilməsinin mexaniki olaraq qarşısını alır. İkinci halda, tromboz müxtəlif xəstəliklərin və patoloji vəziyyətlərin gedişatını çətinləşdirir (ateroskleroz, infeksiyalar və s.). Damar divarına bərkiməmiş və qan axını boyunca sərbəst dövr edən qan laxtasına emboliya deyilir . Tromboembolizm, ilkin əmələ gəlmə və fiksasiya yerindən qopmuş trombun parçası ilə qan damarının kəskin tıxanmasıdır. Tromb arteriya lümeninin kəsik sahəsinin 75% -dən çoxunu əhatə etdikdə, qan axını və müvafiq olaraq toxumaya oksigen o qədər azalır ki, hipoksiya əlamətləri və metabolik məhsulların, o cümlədən laktik turşunun yığılması görünür. Obstruksiya 90%-dən çox olduqda, hipoksiya, oksigenin tam çatışmazlığı və bədəndə hüceyrələri və toxumalarının ölümü müşahidə edilə bilər. Trombozun inkişafına aşağıdakı amillər (Virxov triadası) səbəb olur: qanın tərkibi (hiperkoaqulyasiya və ya trombofiliya); damar divarının zədələnməsi (endotel hüceyrələrinin zədələnməsi); qan axınının xarakteri (staz, turbulentlik).
Trombodinamika testi
Trombodinamika testi qan laxtalanması sisteminin qlobal bir testidir. Yüksək həssaslıqla qan laxtalanma sisteminin pozğunluqlarını, həm hipo, həm də hiperkoaqulyasiyanı aşkar etməyə imkan verir. Trombların əmələ gəlməsinə meyilliliyin erkən diaqnozu üçün uyğundur. Metod Rusiya Tibb Elmləri Akademiyasının Hematoloji Elmi Mərkəzinin fiziki biokimya laboratoriyasında biologiya elmləri doktoru Fəzail Ataullaxanovun rəhbərliyi ilə hazırlanmışdır. Bu üsula əsaslanan diaqnostik avadanlıq "Hemakor" şirkəti tərəfindən istehsal olunur. Trombodinamika testi - in vivo laxtalanma şəraitinə yaxın şəraitdə, lokallaşdırılmış laxtalanma aktivatoru vasitəsilə başlayan qan laxtalanmasının məkan-zaman dinamikasının in vitro tədqiqi üçün nəzərdə tutulmuşdur. Trombodinamika testi qan laxtalanması zamanı baş verən proseslərin məkan fərqliliyini nəzərə alır. Test plazmanın incə qatında qarışdırılmadan aparılır. Bunu həyata keçirmək üçün qan plazma nümunələri su termostatında yerləşən şəffaf ölçmə küvətinin kanallarına yerləşdirilir. Sonra laxtalanmış qan ilə əhatə olunmuş lövhə küvətə daxil edilir.

Digər lüğətlərdə