Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rough cut
Rough Cut istehsal zamanı əldə edilən media fayllarını istehsalın ssenari gedişatına uyğunlaşdırmaqla vahid media qeydinin yaradılmasına aiddir. Bu şəkildə montaj etməkdə məqsəd təsvirləri və səsləri ssenari ilə sinxronlaşdırmaqdır.Rough Cut mərhələsində hələ çəkilməmiş səhnələr əvəzinə "Storyboard" kadrları və ya düzəldilməmiş səs faylları ola bilər. Bu mərhələdə əlavə edilən media şəkillərinin uzunluğu az əhəmiyyət kəsb edir. Bu səbəbdən bu redaktə mərhələsində ani səs sıçrayışları və sürətli səhnə keçidləri görülür.
The Girl Who Leapt Through Time
The Girl Who Leapt Through Time (時をかける少女, Toki o Kakeru Shōjo), Zamanda sıçrayan qız və ya Toki o Kakeru Shōjo — Madhouse studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olmuş 2006-cı il elmi fantastika anime filmi. Kadokawa Herald Pictures tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir. Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirmişdir. Makoto Konno xalası Kazuko Yoşiyamadan zamanda səyahət etdiyini öyrənir, bundan istifadə edərək problemlərini həll etməyə başlayır. "The Girl Who Leapt Through Time" 15 iyun 2006-cı ildə ekranlara buraxılmışdır və müsbət rəylər almışdır. Anime filminin ingilis versiyasını Kadokawa Pictures U.S. istehsal etmiş, dublajı Ocean Productions həyata keçirmişdir. İngilis versiyası 2008-ci ildə Bandai Entertainment tərəfindən, 2016-cı ildə Funimation tərəfindən yayımlanmışdır. Reanimedia animeni Rusiya üçün lisenziyalaşdırmışdır. Animedən Yaponiyada əldə olunmuş gəlir 260 milyon yendir.
Rouge
Rouge, San-Paulu, Braziliya pop qrupudur. 2002 - 2006, 2017 - 2019 də fasiləsiz işləmişdir.
Truth (mahnı)
Truth (azərb. Həqiqət‎) — Azərbaycanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Çingiz Mustafayev "Truth" mahnısı ilə Azərbaycanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmək hüququ əldə etmişdir. Mahnı Boris Milanov, Trey Kempbell, Bo J, Pablo Dinero, Hostess və Çingizin əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Bəstəkarlardan Boris Milanov Bolqarıstanın 2016, 2017, 2018 və eyni zamanda Avstriyanın Avroviziya 2018 mahnılarını bəstələmişdir.
Ubuntu Touch
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
Elis Trou
Elis Trou (ing. Elise Ashlyn Trouw, 27 aprel 1999, Nyuport-Biç[d], Kaliforniya) Amerikalı müğənni, bəstəkar və multi-instrumentalistdir. Trou 1999-cu ildə Kaliforniyada Cənubi Afrikalı ata və Nyu Yorklu bir ananın ailəsində anadan olub. Evanescence-in "My Immortal" əsərini ifa etmək üçün piano dərsləri almağa başladı.
Are You Man Enough
Are You Man Enough (azərb. Sən əsl kişisən?‎) — C. C. Catch tərəfindən 1987-ci ildə ifa edilmiş mahnıdır.
One nights not enough
One Night's Not Enough (azərb. Bir gecə kifayət etmir‎) – C. C. Catch tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. Mahnı klipinin olmasına baxmayaraq bir çox ölkələrin hit-paradlarında yüksək mövqe qazanmışdır.
Moulin Rouge! (film, 2001)
Moulin Rouge! — 2001-ci ildə istehsal edilmiş, musiqili, romantik film. Filmin rejissoru, orodüsseri və ssenari müəllifi Baz Luhrmanndır. Qırmızı Pərdə prinsipi əsasında hazrlanmış filmdə Orfey əfsənəsi və Cüzeppe Verdinin "La Traviata" operasının motivlərindən istifadə edilmişdir. Filmdə gənc ingilis yazıçı – şairi olan Kristianın, ölümcül xəstə olan,Mulen Ruj gecə klubunun ulduzu, kabare aktrisa və kurtizan Satinə qarşı olan məhəbbətindən bəhs edilir. Hadisələr, incəsənət adamlarının yaşadığı ərazi kimi tanınan, Parisin Montmartre məhəlləsində cərəyan edir. Film səkkiz Oskar mükafatına namizəd göstərilmiş: Ən yaxşı bədii rejissor və Ən yaxşı paltar dizaynı nomanasiyalarında qalib gəlmişdir. Bu film iyirmi iki il ərzində Ən yaxşı şəkil nominasiyasında namizədliyi irəli sürülən ilk musicl idi. Film Avstraliyanın Sidney şəhərində, Fox Studiyasında çəkilmişdir. == Süjet == Filmdə hadisələr, 1900-cü ildə Paris şəhərində cərəyan edir.
One Night's Not Enough
One Night's Not Enough (azərb. Bir gecə kifayət etmir‎) – C. C. Catch tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. Mahnı klipinin olmasına baxmayaraq bir çox ölkələrin hit-paradlarında yüksək mövqe qazanmışdır.
Don't Stop 'Til You Get Enough
Don't Stop 'Til You Get Enough — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. == Kaver versiyalar == 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.
Moulin Rouge! Music from Baz Luhrmann's Film
Moulin Rouge! Music from Baz Luhrmann's Film – Baz Luhrmannın 2001-ci ildə çəkdiyi Mulen Ruj! Filminin musiqilərinin toplandığı albomdur. Albom 8 may 2001-ci ildə satışa çıxarılmışdır. Albomda filmdə istifadə edilmiş mahnıların əksəri yer almışdır. Lakin mahnıların bəzilərinin alternative versiyaları daxil edilmiş, iki – üç əsas mahnı isə alboma salınmamışdır. Mahnıların filmdə istifadə edilən original versiyaları və ekstra mahnılar isə ikinci albomda satışa çıxarılmışdır. == Mahnılar == Əsas film musiqisi Devid Bearvold və Kevin Gilbert tərəfindən yazılmış "Come What May" mahnısı albomda olan yeganə original mahnıdır. Açılış mahnısı – "Nature Boy" film üçün Devid Buvi tərəfindən ifa edilmişdir. Filmin gedişatı zamanı isə mahnı, filmdə Tuluzalı Henri rolunu canlandıran aktyor Con Lequizamo tərəfindən ifa edilir.
This Town Ain't Big Enough for Both of Us
This Town Ain't Big Enough for Both of Us (azərb. Bizim üçün bu şəhər kifayət qədər böyük deyil‎)— amerikalı Sparks rok-qrupun "Kimono My House" albomunun birinci mahnısıdır. 1974-ci ilin martında ("Barbecutie" ilə o biri tərəfində) sinql kimi buraxılmışdır. O, "UK Singles Chart"- da #2 (#5 — Hollandiya, #12 — Almaniya) yerə qalxmışdı və tarixdə qalan "öz dövrun ən orijinal sinqllardan biri" ləqəbi almışdı (Deyv Tompson, Allmusic).
Troq
Troq — çayların əmələ gətirdiyi xüsusi dərələr. Relyef formalarının yaranmasında buzlaqların rolu böyükdür. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı hərəkət edərkən çay dərələrindən fərqlənən təknəvari dərələr əmələ gətirir. Troq adlanan bu dərələrin yamacları dik, dibi hamar olur. Troq dərələrinin dibində, buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət təpə və tirələr (moren tirələri, təpələri) əmələ gəlir.
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2 — Baz Luhrmannın Mulen Ruj! filminin musiqilərinin satışa çıxarıldığı ikinci albom. Albom 26 fevral 2002-ci ildə çıxarılmışdır. Albom bir il əvvəl çıxarılmış birinci albomun davamıdır. Lakin birinci albomdan fərqli olaraq bu alboma bəzi mahnıların orijinal film versiyası daxil edilmişdir.