TOUCH

touch1

n 1. toxunma, əl vurma, dəymə; 2. əlaqə, münasibət; in ~ with smb. bir kəslə təmasda; to get in ~ with smb bir kəslə əlaqə saxlamaq; to lose ~ with smb. bir kəslə əlaqəni itirmək; 3. toxunma hissi, lamisə; soft to the ~ ələ yumşaq deyən; 4. ştrix, cizgi; to put the finishing ~ es sonuncu cizgiləri çəkmək; 5. səciyyəvi xüsusiyyət, xassə, cizgi; personal ~ şəxsi xüsusiyyət; 6. yanaşma, yaxınlaşma (insanlara); ədəb, nəzakət; He has a marvellous touch in dealing with children O, uşaqlarla əla yola gedir; 7. zərrə, bir az / çimdik; a ~ of salt bir çimdik duz; 8. yüngül tutma (xəstəlik), a ~ of the sun yüngül gün vurması; 9. tərz, üsul (rəssamda və s.); 10. sınaq, sınama; to put / to bring to the ~ sınağa çəkmək, sınamaq; 11. sl zorla / hədələməklə / fırıldaqla qoparma (pul və s.); 12. id. futbol və s. meydanının yan xəttdən kənar meydanı; in ~ yan xəttdən kənar;

◊ a ~ typist cəld / gözüyumulu çap edən makinaçı; common ~ yoldaşlıq hissi; in / within ~ əlinin altında, yaxında

touch2

v 1. toxunmaq, əl vurmaq, dəymək; Don’t touch my papers Mənim kağızlarıma toxunma / toxunmayın; 2. (on) aid / dəxli olmaq, toxunmaq (mövzuya, məsələyə və s.); It touches your interest closely Bu, bilavasitə sənin / sizin marağına / marağınıza toxunur; 3. korlamaq, yüngül zərər vermək; Frost touched the plants Şaxta bitkiləri korladı / bitkilərə zərər vurdu; 4. təsir göstərmək; Nothing will touch these stains Bu ləkələri heç nə aparmaz; 5. əlaqədə / təmasda olmaq; How does this touch me? Bunun mənimlə nə əlaqəsi var? 6. almaq, qoparmaq (kələklə, fırıldaqla); He touched me for a large sum of money O məndən böyük məbləğdə pul qopartdı; to ~ at dən. daxil olmaq (limana); to ~ down yerə enmək; to ~ smb. on a sore bir kəsin yaralı yerinə toxunmaq;

◊ to ~ shore üzüb sahilə çıxmaq; to ~ bottom 1) son həddə çatmaq (qiymət haq.); 2) məsələnin mahiyyətinə varmaq; to ~ pitch şübhəli müəssisə ilə / şəxslə iş görmək; to ~ the spot hədəfə / yerinə düşmək; A glass of iced beer touches the spot on a hot day İsti gündə bir stəkan soyuq pivə yerinə düşür; Touch wood! Göz dəyməsin!

TOUCAN
TOUCH-AND-GO
OBASTAN VİKİ
Ubuntu Touch
Ubuntu Touch – (Ubuntu Phone olaraq da tanınır) Canonical Ltd.. və Ubuntu cəmiyyəti tərəfindən inkişaf etdirilən mobil əməliyyat sistemidir. Əməliyyat sistemi Ubuntunun mobil versiyasıdır. Əməliyyat sistemi sensor ekranlı telefon və planşetlər üçün nəzərdə tutulub.
Touch Me (I Want Your Body)
Touch Me (I Want Your Body) – Samanta Foks tərəfindən 1986-ci ildə ifa edilmiş mahnıdır. == Mahnı haqqında == "Touch Me (I Want Your Body)" mahnısı London şəhərində "Battery Studios" studiyasında yazılmışdır. Mahnının leyblı "Jive Records" səsyazma kompaniyasına məxsusdur. Bir sıra nəqarətlərdə ehtiraslı sözlər nəzərə çarpılır. Mahnı bir çox ölkələrin, o cümlədən, Kanada, İsveç, İsveçrə, Norveç, CAR, Finlandiya və Avstraliya ölkələrinin hit-paradlarında ilk pillədə uzun müddət qalmış, Avstriya ölkəsində 2-ci pillədə, Böyük Britaniya, İrlandiya və İtaliya ölkələrində 3-cü pillədə, ABŞ, Almaniya, Fransa ölkələrində 4-cü pillədə, digər ölkələrin hit-paradlarında isə mühüm pillələrdə səslənmişdir. 2004-cü ilin Avqust ayında mahnının kaver versiyası hazırlanmış və bu versiyanı İsveç ifaçısı Qünther ilə Samanta Foks duet şəklində oxumuşlar. Kaver versiya İsveç ölkəsinin hit-paradında ilk mövqe tutmuşdur. == Kaver versiyalar == 1987-ci ildə Böyük Britaniyanın "The KLF" qrupu tərəfindən səsləndirilən «All You Need Is Love» mahnısında bu mahnının bir sıra elementləri səsləndirilir. 2004-cü ildə İsveç ifaçısı Günther yeni vokal qrupu ilə mahnının kaver versiyasını səsləndirir. Mahnı klipində Samanta Foks iştirak edir.
TouchArcade
"TouchArcade" — ABŞ videooyun veb saytı. == Tarixi == "TouchArcade" 2008-ci ildə "Apple" ilə bağlı "MacRumors" məhsul saytının müəllifi Arnold Kim tərəfindən təsis edilmişdir. Saytın məzmununun əsas mövzusu mobil cihazlar və portativ oyun sistemləri üçün videooyunlardır. Saytın nəzərdən keçirdiyi əsas platforma "iOS"dir. Bununla belə, "TouchArcade" saytı "Android" və "Nintendo Switch" kimi digər platformalar üçün videooyun resenziyaları və xəbərləri dərc edir. Bundan əlavə, sayt podkast hazırlayır. "CNET" saytı "TouchArcade"i altıncı ən yaxşı videooyun bloqu adlandırmış, "Time" jurnalı isə özünün tərtib etdiyi internetdəki ən yaxşı əlli sayt siyahısına əlavə etmişdir. 2015-ci ildə sayt kraudfundinq platforması vasitəsilə vəsait toplama platformasını işə salmışdır. Saytın müəllifləriə görə, buna səbəb videooyun istehsalçılarının videooyun saytlarından daha az reklam sifariş etməsi və daha çox proqramdaxili reklamlara güvənməsi olmuşdur. "The Guardian" qeyd etmişdir ki, "TouchArcade" kraudfandinqə müraciət edən ilk müstəqil jurnalistika saytı deyil.