Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tundra
Tundra — Yerin təbii zonası. Tundra Yer kürəsinin tayqadan şimalda olan hissəində yerləşir. Xarakterinə görə tundra bataqlıq, torflu və daşlıqlı olur. Tundranın aşağı sərhəddi arktikanın başlanğıcı hesab edilir. == Ərazisi == Tundra Şimali Amerikanın şimal hissəsinin, Kanada arxepelaqını, Qrenlandiyanın buz örtməyən yerlərini və Avrasiyanın şimal zolağını tutur. == İqlimi == Tundra bitkinin həyatı üçün şərait olduqca sərtdir. Yay qısa və soyuqdur. Ən isti ayın orta temperaturu 10 – 12 C-dən yuxarı qalxmır. İllik yağıntının miqdarı 200 – 300mm-dir. Qış uzun keçir və bərk küləklər əsir.
Chelaseius tundra
Chelaseius tundra (lat. Chelaseius tundra) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chelaseius cinsinə aid heyvan növü.
Tundra ququşu
Amerika qu quşu (lat. Cygnus columbianus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Tundra zonası
Tundra qurşağı — subarktik qurşağın ərazisi olub sərt iqlimi, daim donuşluğun olması, meşəsizliyi, mamır və şibyələrin güclü inkişafı, yüksək rütubətliyi, heyvanat aləminin kasadlığı ilə səciyyələnir.
Dağ-tundra iqlimi
== iqlim tipləri == Planetimizin 11 əsas iqlim tipindən 8 - nə respublikamızda rast gəlinir. İqlim şəraitinin bu cür müxtəlifliyi və zənginliyi Azərbaycanın kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına əlverişli şərait yaradır. == Dağ tundra iqlimi == Dağ tundra iqlimi. Dəniz səviyyəsindən 2700 m-dən yuxarıda yüksək dağlıq zona üçün səciyyəvidir və Böyük və Kiçik Qafqaz vilayətlərində, qismən Naxçıvan MR-da (3200 m-dən yuxarıda) rast gəlinir; əsasən ifrat rütubətlənmə (Ə=150-200% və daha çox) ilə fərqlənir. Qış və yay sərin olur. 10º-dən yuxarı temperatur cəmi 0-4000, Naxçıvanda isə 0-800º arasında dəyişir.
Meşə-tundra zonası
Meşə-tundra zonası — subarktik qurşaqda tundra zonasından tayqa zonasına keçid ərazidə yerləşib hər iki zonanın flora və fauna elementlərinin birliyi müşahidə olunur.
Tundra landşaftının torpaqları
Bu torpaqlar - Antraktidada fraqmentar şəklində buzdan azad olmuş sahələrdə (Banqera, Viktoriya, Teylor-Rossa, Eymeri, Vestfoll və s.), Şimal Buzlu okeanın adalarında və materikin arktik və subartik iqlim qurşaqları daxilində meşəsiz landşaftda formalaşmışdır. Yer kürəsini quru hissəsinin 4%-in tutur. == Yayıldığı ərazilər == Tundra torpaqları - Avrasiya ərazisində enli qurşaq şəklində Şimal Buzlu Okeanın dənizlərinin cənub sahillərini əhatə edir. Geniş şəkildə bu torpaqlar alyaskada, Şimali Amerikanın qütb dairəsi arxası ərazilərində, İslandiyada, Qrelandiya adasının cənub kənarlarında yayılmışdır. == İqlimi == Nisbi rütubətliyin yüksək və temperaturun aşağı olması ilə səciyyələnir.
Dağ tundra iqlimi (iqlim tipləri)
== iqlim tipləri == Planetimizin 11 əsas iqlim tipindən 8 - nə respublikamızda rast gəlinir. İqlim şəraitinin bu cür müxtəlifliyi və zənginliyi Azərbaycanın kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına əlverişli şərait yaradır. == Dağ tundra iqlimi == Dağ tundra iqlimi. Dəniz səviyyəsindən 2700 m-dən yuxarıda yüksək dağlıq zona üçün səciyyəvidir və Böyük və Kiçik Qafqaz vilayətlərində, qismən Naxçıvan MR-da (3200 m-dən yuxarıda) rast gəlinir; əsasən ifrat rütubətlənmə (Ə=150-200% və daha çox) ilə fərqlənir. Qış və yay sərin olur. 10º-dən yuxarı temperatur cəmi 0-4000, Naxçıvanda isə 0-800º arasında dəyişir.
Acacia sundra
Acacia chundra (lat. Acacia chundra) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia catechu auct. non Willd. Acacia catechu (L.f.) Willd. var.
Tunika
Tunika (lat. Tunica) — Ağ yundan və kətandan qədim Roma geyimi. Qısa qollu uzun köynək idi. Üst paltarın altından geyilirdi. E.ə. 1-ci minilliyin əvvəllərinə aid aşşur təsvirlərində midiyalılar üstdən heyvan dərisi bərkidilmiş tunika ilə təsvir edilirdilər. == Mənbə == ASE, "Tunika", Bakı, 1986, səh. 373.
Kunda
Kunda (est. Kunda) — Estoniyanın şimalındakı Lyaene-Virumaa bölgəsində şəhər. == Əhali == Əhali əsasən: estonlar — 58,55 %, ruslar — 32,78 %, digərləri — 8,67 %. == İqtisadiyyat == Kunda - şimali Estoniyanın mühüm sənaye və liman şəhəridir. Burada sement zavodu (2006-cı ildə 943 min ton), kommersiya portu (2007-ci ildə 1.7 milyon ton), 2006-cı ildə 140 min ton fəaliyyət göstərir.
Tudar
Tudar — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Tudar kəndi Ağdərə kənd Sovetinin tərkibinə verilmişdir.
Tunxa
Tunxa (isp. Tunja [ˈtuŋxa]) — Kolumbiyanın qərbində yerləşən bir şəhərlərdən biri, 1539-cu ildə əsası qoyulmuşdur. == Coğrafiyası == Tunxa, ölkənin ortasında 2800 m yüksəklikdə Rio Çiçamoçanın Rio-Cordan çaylarının birləşdiyi yerdə, ekvator yaxınlığında yerləşir. Bu yüksəklikdə yerləşməsinə baxmayaraq Tunxada hər il mülayim bir iqlim şəraiti hökm sürür. Ən yüksək temperatur günorta 20 °C, ən aşağı temperatur gecə 3 °C çatır. Orta temperatur 14 °C səviyyəsindədir. Şəhərdə yalnız iki növ hava vardır: quru və nəmli. Quru (iyun-sentyabr)yay mövsümü, nəmli (oktyabr-may) isə qış mövsümüdür. == İqlimi == Tunxanın iqlimi onun yeri və hündürlüyüdən təsirlənir. Demək olar ki, 3000 m məsafədə olan, Kolumbiyanın yüksək şəhərlərdən biridir.
Tuğra
Tuğra (ərəb. طغراء‎) — Gerb, dövlət nişanı. Osmanlı dövlətində sultanın şəxsi imzası və möhürü kimi istifadə olunan ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanəsi. == Tarixi == Tuğra (və ya təğma) xətti (monqol mənşəli sözdür) – Bu xətt növünü monqolların quş toteminə və simurq kimi əfsanəvi quşlara olan inam və etiqadlarının yadigarı hesab etmək olar. Toğrul bəyin hakimiyyəti dövründə tuğra xətti xəttatların diqqətini cəlb etməyə başlamışdır. Özünəməxsus üslub və elementlərlə yazılan tuğra xətti özündə əfsanəvi quşların qanadlarını əks etdirir. Meydana gəldiyi ilk dövrdən müxtəlif tuğra növləri yaranmış və görünüşünü daha da gözəlləşdirən elementlər əlavə olunmuşdur. Tuğradan daha çox hökmdarların möhür və adlarının yazılmasında istifadə olunmuşdur. Bəziləri bu xətti "asılı xətlər", "turə", "hilalvari" və "qərğan" da adlandırmışlar. == Osmanlı sultanlarının tuğraları == == Xarici keçidlər == TUĞRA NƏDİR?
Tında
Tında (rus. Тында) — Rusiya Federasiyasında yerləşən şəhər, Amur vilayətinə daxildir.
Acacia chundra
Acacia chundra (lat. Acacia chundra) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia catechu auct. non Willd. Acacia catechu (L.f.) Willd. var.
Aparine tenera
Galium spurium (lat. Galium spurium) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparine spuria (L.) Fourr. Aparine tenera (Gren. & Godr.) Fourr. Aparine vaillantii (DC.) Fourr. Galium adhaerens DC. [Invalid] Galium agreste Wallr. Galium agreste var. echinospermum Wallr. Galium agreste var.
Capsella tenera
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Dalbergia funera
Dalbergia funera (lat. Dalbergia funera) — paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Devi Sandra
Dewi Sandra Kilik (3 aprel 1980, Braziliya) aktyor, aparıcısı və müğənni İndoneziya. Dewi qarışıq qan var İngiltərə və İndoneziya və vətəndaşlığı olmayan qalır İndoneziya. Həmişə onun makiyaj bag içərisində Givenchy ətir və Lady Speed ​​Stik Dezodorant gətirən qadın, adlı bir aktyor evli Surya Saputra. Onlar sonra boşanmış və sonra evli müğənni Dewi Barry Manilow-də 3 aprel 2006, 2009-cu ildə, Barry Manilow boşanma Dewi Sandra üçün sue. On 11 dekabr 2011 Goddess üçüncü dəfə evləndi. O, Agus Rəhman-ci ildə London ilə evlənmişdi.
Dondra burnu
Dondra burnu (tam. தேவேந்திரமுனை, ing. Dondra Head) — Şri-Lanka adasının cənub qutaracağı. Burundan bir qədər aralıda Dondra şəhəri yerləşir.
Emilia tenera
Emilia tenera (lat. Emilia tenera) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Hendra Purnama
Hendra Purnama (12 noyabr 1997) — İndoneziyalı oxatan. Hendra Purnama İndoneziyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hendra Purnama birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Ukraynanın nümayəndəsi Viktor Ruban ilə üz-üzə gəldi. Həmin görüşdə Hendra Purnama rəqibinə 3:7 hesabı ilə uduzdu.
Milan Kundera
Milan Kundera (çex. Milan Kundera; 1 aprel 1929[…], Kralovo Pole[d], Çexoslovakiya – 11 iyul 2023[…], Parisin 7-ci dairəsi[d]) — Çexiya yazıçısı. == Həyatı == Milan Kundera 1 aprel 1929-cu ildə Çexoslovakiyanın Brno şəhərində doğulub.1968-ci il hadisələrinin fəal iştirakçısı olub. 1975-ci ildən Fransada yaşayıb. 11 iyul 2023-cü ildə vəfat edib. Kundera 1975-ci ildə Fransaya sürgünə gedib, 1981-ci ildə vətəndaşlıq alıb. Onun Çexoslovakiya vətəndaşlığı 1979-cu ildə ləğv edilib, lakin 2019-cu ildə ona Çexiya vətəndaşlığı verilib. M. Kundera yaradıcılığa şair kimi başlayıb. "İnsan: Böyük bağ"(1953), "Sonuncu may"(1955), "Monoloqlar"(1957) adlı poetik toplularını nəşr etdirib. 1962-ci ildə "Açarların sahibləri" adlı pyesini yazıb.
Mimosa chundra
Acacia chundra (lat. Acacia chundra) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia catechu auct. non Willd. Acacia catechu (L.f.) Willd. var.
Munira məscidi
Munira məscidi — Başqırdıstanın Ufa şəhərinə daxil olan Leninski rayonu ərazisində Nijeqorodka yaşayış məntəqəsində cümə məscidi. Şəhərin bu hissəsinin yeganə məscididir. Dolqoe gölünün sahilində yerləşir. == Tarixi == Munira məscidi Munira Bayqildinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. O, müsəlman qadınları cəmiyyətinin sədridir.Məscid 100 nəfərlikdir. Məscidin memar Vəkil Davleçtindir. O, həmdə Lalə-Tülpan Kafedral məscidinin memarıdır. Məscidin tikintisinə 2002-ci ildə başlanılır. Təntənəli açılış 2011-ci ildə baş tutur. İslam bayramlarında burada çoxlu sayda müsəlman Nijeqorodkalılar yığışır.
Bilal Dündar
Bilal Dündar (15 oktyabr 1946, Qars, Qars ili) — Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Avropa Azərbaycan Konqresinin vitse-prezidenti. == Həyatı == 1946-cı il oktyabrın 15-də Qars şəhərində anadan olmuşdur. 1970-ci ildə Ankara Ticarət və Turizm Yüksek Oğretmen Okulunu bitirmişdir.1970-1973-cu illərdə Çorum Ticarət liseyində, 1973-1978-ci illərdə İzmit Axşam və Gunduz liseyində, 1979-cu ildə isə Kocaelidə məslək yuxarı siniflərdə muəllim, Ədliyyə Nazirliyində ekspert, Anadolu Dərnəklər Birliyində sədr vəzifəsində calışmışdır. 1995-ci ildən "Kocaeli" qəzetinin muxbiridir. 2002-ci ildə "Yazdıqlarım", 2004-cu ildə "Sezdiklərim", 2008-ci ildə "Bildiklərim", 2009-cu ildə "Duşunduklərim", 2011-ci ildə "Gördüklərim" adlı kitabları nəşr olunmuşdur. 2004-cu ildən Kocaeli Azərbaycan Evi Dərnəyinin sədridir. 2006-cı ildən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, 2010-cu ildən isə Avropa Azərbaycan Konqresinin vitse-prezidentidir. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
Can Dündar
Can Dündar (türk. Can Dündar; 16 iyun 1961, Ankara) — Türkiyəli tədqiqatçı, jurnalist, televiziya və sənədli film istehsalçısı. Türkiyənin yaxın tarixi, siyasəti və məşhur mədəniyyət mövzularında hazırladığı sənədli filmləri ilə tanınmış istelsalçısıdır. Xüsusilə "Sarı Zeybek" (1993) sənədli filmi diqqəti cəlb etdi. 2015-ci ilin fevral ayında Cümhuriyət qəzetinin baş redaktoru olan Can Dündarın 29 may 2015-ci ildə imzasında dərc olunan Milli Kəşfiyyat Təşkilatının tırlarındakı silah xəbəri böyük əks-səda verdi və jurnalist bu xəbərə görə tutuldu. Məhkəmə nəticəsində cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımladığı üçün cəzalandırıldı. Apelyasiya məhkəməsi gedərkən hələ də azadlıqda olan C. Dündar təhlükəsizliyi ilə əlaqədar Almaniyaya getdi. O, Cümhuriyət gəzetinin baş redaktoru vəzifəsindən ayrıldı və eyni qəzetdə köşə yazarlığına davam edəcəyini açıqladı. 31 oktyabr 2016-cı ildə barəsində həbs qətimkan tədbiri görüldü. Oslo Sülh Araşdırma İnstitutu tərəfindən elan edilən 2017 Nobel Sülh Mükafatına namizədlər arasında üçüncü yerdə qərarlaşdı.
Dündar bəy
Dündar bəy (1210 – 1288) — Süleyman Şahın oğlu, Ərtoğrul Qazinin qardaşı və Osman Qazinin əmisi olmuşdur. 80 yaşına yaxın olarkən Osman Qazi tərəfindən şəxsən öldürülmüş və bu hadisə, Osmanlı imperiyasında idarəetmədə sülalə üzvlərinin nüfuz sahibi olmaq üçün bir-birlərini öldürmələrinin başlanğıcını qoymuşdur. Dündar bəyin öldürülməsini bir çox Osmanlı tarixçisi müxtəlif şəkildə nəql etmişdir. Nəşridəki rəvayətə görə; Biləcikdə Təkfurun əyləncəsinə qatılan Osman Qaziyə, Təkfur əlini öpdürmək istəmiş və bunu edən Osman Qazi özünün qürurunun Təkfur tərəfindən alçaldıldığını düşünmüşdür. Bu alçaldıcı davranışı unutmayan Osman Qazi, bəyliyinin başçısı olduqdan təkfurdan intiqam almaq istəmiş və təkfura qarşı hərbi kampaniyaya başlamışdır. Dündar bəy isə Osman Qazinin bu səfərinə qarşı çıxaraq "Germiyanoğulları və ətrafdakı kafirlər onsuz da bizə qarşı düşməndir və bu təkfuru da bizə qarşı çevirsən, onda bizim yaşayış yerimiz olmayacaq" demişdir. Bu sözlər Osman Qazini qəzəbləndirmiş və Osman Qazi Dündar bəyi kamanının taxtası vuraraq öldürmüşdür. Son dövr Osmanlı tarixçilərindən Xeyrullah Əfəndi isə hadisəni belə izah etmişdir: Dündar bəylə Osman Qazi arasında müntəzəm bir qarşıdurma yaşanmış və Dündar bəy istəmədən Osman Qazinin bəyliyini qəbul etməli olmuş və buna görə də mütəmadi şəkildə Osmana qarşı mövqe tutmuş, hətta Biləcik Təkfuru ilə də bu mövzuda razılığa gəlmiş və Osmana qarşı sui-qəsd hazırlamağa cəhd etmişdir. Onun bu cəhdi Osman Qazi tərəfindən öyrənilmiş və Dündar bəyin əfvi qəbul edilmədiyi üçün öldürüldüyünü bildirmişdir.