dağ-tayqa
dağ-yarımsəhra
OBASTAN VİKİ
Dağ-tundra iqlimi
== iqlim tipləri == Planetimizin 11 əsas iqlim tipindən 8 - nə respublikamızda rast gəlinir. İqlim şəraitinin bu cür müxtəlifliyi və zənginliyi Azərbaycanın kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına əlverişli şərait yaradır. == Dağ tundra iqlimi == Dağ tundra iqlimi. Dəniz səviyyəsindən 2700 m-dən yuxarıda yüksək dağlıq zona üçün səciyyəvidir və Böyük və Kiçik Qafqaz vilayətlərində, qismən Naxçıvan MR-da (3200 m-dən yuxarıda) rast gəlinir; əsasən ifrat rütubətlənmə (Ə=150-200% və daha çox) ilə fərqlənir. Qış və yay sərin olur. 10º-dən yuxarı temperatur cəmi 0-4000, Naxçıvanda isə 0-800º arasında dəyişir.
Tundra
Tundra — Yerin təbii zonası. Tundra Yer kürəsinin tayqadan şimalda olan hissəində yerləşir. Xarakterinə görə tundra bataqlıq, torflu və daşlıqlı olur. Tundranın aşağı sərhəddi arktikanın başlanğıcı hesab edilir. == Ərazisi == Tundra Şimali Amerikanın şimal hissəsinin, Kanada arxepelaqını, Qrenlandiyanın buz örtməyən yerlərini və Avrasiyanın şimal zolağını tutur. == İqlimi == Tundra bitkinin həyatı üçün şərait olduqca sərtdir. Yay qısa və soyuqdur. Ən isti ayın orta temperaturu 10 – 12 C-dən yuxarı qalxmır. İllik yağıntının miqdarı 200 – 300mm-dir. Qış uzun keçir və bərk küləklər əsir.
Dağ tundra iqlimi (iqlim tipləri)
== iqlim tipləri == Planetimizin 11 əsas iqlim tipindən 8 - nə respublikamızda rast gəlinir. İqlim şəraitinin bu cür müxtəlifliyi və zənginliyi Azərbaycanın kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına əlverişli şərait yaradır. == Dağ tundra iqlimi == Dağ tundra iqlimi. Dəniz səviyyəsindən 2700 m-dən yuxarıda yüksək dağlıq zona üçün səciyyəvidir və Böyük və Kiçik Qafqaz vilayətlərində, qismən Naxçıvan MR-da (3200 m-dən yuxarıda) rast gəlinir; əsasən ifrat rütubətlənmə (Ə=150-200% və daha çox) ilə fərqlənir. Qış və yay sərin olur. 10º-dən yuxarı temperatur cəmi 0-4000, Naxçıvanda isə 0-800º arasında dəyişir.
Chelaseius tundra
Chelaseius tundra (lat. Chelaseius tundra) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chelaseius cinsinə aid heyvan növü.
Tundra ququşu
Amerika qu quşu (lat. Cygnus columbianus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Tundra zonası
Tundra qurşağı — subarktik qurşağın ərazisi olub sərt iqlimi, daim donuşluğun olması, meşəsizliyi, mamır və şibyələrin güclü inkişafı, yüksək rütubətliyi, heyvanat aləminin kasadlığı ilə səciyyələnir.
Meşə-tundra zonası
Meşə-tundra zonası — subarktik qurşaqda tundra zonasından tayqa zonasına keçid ərazidə yerləşib hər iki zonanın flora və fauna elementlərinin birliyi müşahidə olunur.
Tundra landşaftının torpaqları
Bu torpaqlar - Antraktidada fraqmentar şəklində buzdan azad olmuş sahələrdə (Banqera, Viktoriya, Teylor-Rossa, Eymeri, Vestfoll və s.), Şimal Buzlu okeanın adalarında və materikin arktik və subartik iqlim qurşaqları daxilində meşəsiz landşaftda formalaşmışdır. Yer kürəsini quru hissəsinin 4%-in tutur. == Yayıldığı ərazilər == Tundra torpaqları - Avrasiya ərazisində enli qurşaq şəklində Şimal Buzlu Okeanın dənizlərinin cənub sahillərini əhatə edir. Geniş şəkildə bu torpaqlar alyaskada, Şimali Amerikanın qütb dairəsi arxası ərazilərində, İslandiyada, Qrelandiya adasının cənub kənarlarında yayılmışdır. == İqlimi == Nisbi rütubətliyin yüksək və temperaturun aşağı olması ilə səciyyələnir.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi - Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1.Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
Abdal (dağ)
Abdal dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub Gəvək şaxəsində, Qaradərəçay-Gilançay suayırıcısında 1563 metr hündürlüyü olan dağ. Dağ Biləv kəndindən 1,5 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş, şərq yamacı sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadında yerləşir.
Alaqaya (dağ)
Alaqaya — Qarabağ dağ silsiləsinin şimalında, Kəlbəcər və Xocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m. == Toponimikası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.
Almalı dağ
Almalıdağ — Şahbuz rayonunda dağ. Almalı dağ — Şəki rayonu ərazisində dağ.
Amuduq (dağ)
Amuduq — Qubadlı rayonu ərazisində dağ. Dağın üstündə qədim yaşayış məskəninin yeri və təbii istehkamı xatırladan Amuduq məbədi var. Türkiyədə Van gölünun yaxınlığındakı Amid qalasının adı ilə eyni mənşəli olması ehtimal olunur. Xalq etimologiyasına görə, oronim Armudluq sözünun təhrif olunmuş formasıdır.
Avey (dağ)
Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur. == Avey sözünün mənası == Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub.
Axarbaxar (dağ)
Axarbaxar və ya Axar-Baxar — Azərbaycan Respublikasının qərbində, Kəlbəcər rayonunun qərb hissəsində, Qarabağ vulkanik yaylasında yerləşən yatmış vulkan. Vulkan dəniz səviyyəsindən 3047 metr yüksəklikdə yerləşir. Vulkan tipinə görə qarışıq vulkan və ya stratovulkanlara aiddir. Son püskürmənin e. ə. 782–773 illərdə baş verdiyi ehtimal edilir. == Etimologiyası == Axarbaxar sözünün bir neçə mənası vardır. Sözün birinci mənası hər tərəfi açıq və xoş mənzərəli yer, göz işlədikcə görünən yer, mənzərə deməkdir. İkinci mənası isə suayrıcı, iki çay və ya su hövzəsini bölən xətt anlamına gəlir. Bu da ounun yerləşdiyi ərazinin coğrafiyasına uyğun gəlir.
Ayuv Dağ
Ayıdağ (ukr. Аю-Даг, krımtat. Ayuv Dağ, Аюв Дагъ) — Krımda yerləşən dağ zirvəsi. Dağın hündürlüyü dəniz səviyyəsindən 571 metr (570,80 m) yuxardadı, şimal qərb istiqamətində dağ massivi 2400 metrədək azca uzanır. Ümumi sahəsi təxminən 4 kvadrat kilometrdi. Ayuv Dağ kompleksi dövlət təbiət yasaqlığı sayılır. == Geoloji mənşə == Ayu-Daq klassik lakkolitdir, yəni tam formalaşmamış vulkandı. Dağ təxminən 150 milyon il əvvəl yer qabığının sınıq yerlərinə maqmanın daxil olması nəticəsində orta yura geoloji dövründə yaranıb. Bugünə kimi burada 18 mineral aşkar edilmişdir. == Flora və fauna == Flora təmsilçilərindən bunları qeyd etmək olar: palıd ağaclarının növləri (Quercus petraea və Quercus pubescens), adi göyrüş,adi quşarmudu, bereka, adi zoğal, tikanlı qaratikan, həmərsin.
Ağababa (dağ)
Ağababa, Ağbaba — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində, Qarabağ silsiləsində dağ. Ağababa dağının hündürlüyü 2367 metrdir. Subalp çəmənliyi var.Ağababa/Ağbaba dağı Kəlbəcər rayonunun Şərq hissəsində, Qarabağ silsiləsində dağ. Hündürlüyü 2367 m. Türkcə akbaba "qartal" deməkdir. Oronim "qartal dağı, qartallı dağ" mənasını ifadə edir. Dağda Ağbaba piri var. Qərbi Azərbaycanın Amasiya rayonunda böyük bir ərazi də Ağbaba adlanır.
Ağburun (dağ)
Ağburun — Azərbaycanın Xocavənd rayonunda Ağcaqoşun çayının sağ sahildə dağ. Hündürlüyü 450 m (bəzi mənbələrdə: Hündürlüyü 196 m) == Toponimikası == Ağburun-rəng bildirən ağ və burun (dağın burun formalı çıxıntısı) sözlərindəndir. Ağburun dağının hündürlüyü 450 m-dir.
Ağlağan (dağ)
Ağlağan - İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Ağlağan dağının hündürlüyü 2992 m.-dir. == Toponimikası == Ağlağan İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Boz Abdal dağ silsiləsinin zirvələrindəndir. Hünd 2992 m.-dir. İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunda (IV boy) adı çəkilir. Türk dillərində rəng bildirən ağ və mənası məlum olmayan "laqan" sözlərindən ibarətdir. XIX əsrdə Eçmiadzin qəzasındakı Qızıl Laqan (bulaq adı), Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusundakı Laqan-Xuduk (dağ adı) və Dağıstan əyalətinin Teymurxanşura dairəsindəki Cakas-Lağan toponimləri ilə mənaca eynidir. XX əsrin 30-cu illərində fərmanla ermənicə Urasar adlandırılmışdır.
Ağoyuq (dağ)
Ağoyuq — Zəngilan rayonu ərazisində cənub-şərqində dağ. Hündürlüyü 548 m. Oronim ağ (kicik) və oyuq (çökək, kaha, mağara, zağa) sözlərindən düzəlib, "kicik kaha, mağara olan dağ" deməkdir.
Ağyataq (dağ)
Ağyataq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Kilsəli kəndi ərazisində, Kicik Qafqazda dağ. Hündürlüyü 2389 m. Oronim ağ (rəng) və yataq (burada faydalı material çıxarılan yer) sözlərindən düzəlib. Ağyataqda civə yatağı var. Ağyataq civə yatağı Moz çayı ilə Kilsəli kəndi arasındadır. Dağın adı da buradan götürülmüşdür.
Baba Dağ
Babadağ — Türk dilindən, "Baba" və "Dağ" sözlərindən yaranmışdır. Babadağ (şəhər) — Rumıniyada şəhər. Babadağ (dağ, Azərbaycan) — Azərbaycanda, Böyük Qafqaz dağlarının zirvələrindən biri. Babadağ — Baş Qafqaz silsiləsinin cənub-Şərqində, eyniadlı dağın yamacında aşırım. Babadağ (dağ, Türkiyə) — Türkiyədə dağ. Babataq — Orta Asiyanın cənubunda dağ. Babadağ (Denizli) — Türkiyədə şəhər.
Bahadur (dağ)
Bahadur dağ, İranın Həmədan ostanında dağ. Hündürlüyü 2812 m.
Balliqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Ballıqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.

Digər lüğətlərdə