Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Türkiyə
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.
ATV (Türkiyə)
ATV — 1993-cü ildə İstanbulda Dinç Bilgin tərəfindən qurulmuş, 2002-ci ildə Ciner Grubu-na keçmiş və indi Turkuvaz Medya Qrupuna bağlı olaraq yayımını davam etdirən özəl televiziya kanalıdır. 12 iyul 1993-cü il tarixində normal yayıma keçmişdir. Bir çox ilklərin ünvanı olan "ATV" Türkiyə televiziya tarixinə "Kaliteden ödün vermeden zirvedeyiz" şüarı ilə girmişdi. Bu günə qədər reytinqli serialların çoxunda "ATV"-nin imzası var. Qurulduğu ilk illərdə Ayşenur Yazıcı kanalın simalarından biri olmuş, telekanalın introlarında onun üz cizgiləri olmuşdu. 2007-ci ildə ATV; ATV Avrupa və Sabah qəzetinin sahibi Merkez Yayıncılık, Çalık Holding-in sahibi Turkuvaz A.Ş.-yə satılmışdır. ATV Ana Haber Bültenini həftə içi Cem Öğretir, həftəsonu isə Şebnem Sunar Küçük təqdim edirlər. 28 dekabr 2011-ci il tarixində ATV-nin bağlı olduğu Turkuvaz Medya Grubu, Ziraat Türkiye Kupası maçlarının yayım hüquqlarını almışdır. Maçlar ATV və A Xəbər kanallarında canlı yayımlanır. 4 sentyabr 2013-cü il tarixində 16:9 formatlı yayıma keçmişdir.
Ağcaqala (Türkiyə)
Ağcaqala (türk. Akçakale) — Türkiyənin Şanlıurfa ilində rayon və şəhər. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. == Coğrafiya == Ağcaqala Şanlıurfa şəhərinin 49 kilometr (30 mil) cənub-şərqində, Türkiyənin Suriya ilə olan sərhədində yerləşir. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. Şəhərin ilkin adı Təl-Əbyəz olmuşdur. == İqtisadiyyat == Ağcaqala rayonunun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. Pambıq və buğda ən çox yetişdirilən məhsullar arasındadır. Həmçinin, rayon ərazisində əhəmiyyətli dərəcədə qarğıdalı becərilir.
Biləcik (Türkiyə)
Biləcik — Türkiyənin Biləcik ilinin inzibati mərkəzi.
Boomerang (Türkiyə)
«Boomerang» — «Turner Broadcasting System Europe» şirkətinin sahibləndiyi və uşaqlar üçün yayımlanan Türkiyə telekanalı. == Tarixçə == 13 aprel 2016-cı ildə «Turner Broadcasting System Europe» şirkəti 23 aprel 2016-cı ildə Uşaqların Beynəlxalq Müdafiəsi Günü səbəbilə, «Boomerang» telekanalının Türkiyədə yayımına başlayacağını açıqlamışdır. Telekanal Türkiyədə həmin tarixdə yayıma başlayan ilk telekanal olmuşdur. HD kanalı Türkiyədə yalnız «Tivibu» və «D-Smart» operatorlarında yayımlanır.
Dinar (Türkiyə)
Dinar — Afyonqarahisar ilinin bir ilçəsidir.
FOX (Türkiyə)
FOX — "News Corporation" adlı şirkətin tabeliyində olan, Türkiyədə yayımlanan televiziya kanalıdır. TGRT kanalının bağlanmasından sonra həmin kanalın tezliyində 24 fevral 2007 tarixində yayıma başlamışdır. == Tarixçə == "TGRT" İhlas Holdinqin tabeliyində olan "Huzur Radyo TV A.Ş." şirkətinə aid telekanal idi. 17 dekabr 2004-cü ildə İhlas Holdinq kanalın satıldığını açıqladı. Nəticədə şirkətin 56.5%-i satılmış oldu. "TGRT" kanalını satın alan ABŞ-nin media şirkətlərindən biri "News Corporation"ın sahibi Rupert Keit Murdoç idi. Daha sonra "News Corporation" digər hissədarları ilə də razılaşaraq bu şirkətin bütün hissələrini satın aldı. İhlas Holdinq "TGRT" kanalını satsa da, "TGRT Haber" və "TGRT Belgesel" kanallarını satmadı. "News Corporation" şirkəti bu işi Ahmet Ertegün vasitəsilə həll etdi. Ahmet Ertegünün "Atlantic Records" şirkəti ilə xatırlanan şirkət 2007-ci ilin fevralından etibarən "FOX" adı ilə icarəyə götürülən, əvvəl "Ət və Balıq Qurumu"na aid olan binadan yayımlanır.
Jandarma (Türkiyə)
Jandarma — (türk. Jandarma Genel Komutanlığı), Türkiyədə el və mahal bələdiyyə sərhədləri xaricində qalan yerlər ilə polis təşkilatı olmayan yerlərdə özünə 2803 saylı Jandarma Təşkilatı Vəzifə və Səlahiyyətləri Qanunu ilə 2559 saylı Polis Vəzifə və Səlahiyyət Qanununda və digər qanunlarda verilən vəzifələri yerinə yetirən Əsgəri təhlükəsizlik və qolluq qüvvətidir. Bu qurum Türkiyə sahəsnin 92 %-ini əhatə etməkdədir. Jandarmanın vəzifəsi təhlükəsizlik və asayiş ilə cəmiyyət nizamının qorunmasını təmin etmək, digər qanun və nizamların özünə verdiyi vəzifələri yerinə yetirməkdir. Jandarma personalı; zabit, ehtiyat zabit, mütəxəssis jandarma, mütəxəssis ərbaş, əsgəri şagird, ərbaş və çatlar ilə vətəndaş məmur və işçilərdən ibarətdir. Hərbi vəziyyət, Səfərbərlik və Döyüş hallarında lazımlı olan hissəsi ilə Türkiyə Silahlı Qüvvələri əmrinə girər, qalan hissəsi ilə Jandarma Ümumi Komandanlığı əmrində normal vəzifələrinə davam edər. Barış vəziyyətində təhlükəsizlik və asayiş vəzifələrindən ötəri Türkiyə Cümhuriyyəti Daxili İşlər Naziriyinə qarşı məsul olan Jandarma, silahlı qüvvələrlə əlaqədar vəzifələri təhsil baxımından isə Baş qərargah başçılığına qarşı məsuldur.2015-ci il 13 avqust tarixindən Jandarma Ümumi Komandanı vəzifəsinə ordu generalı Qalib Mendi təyin edilmişdir. == Haqqında == Jandarma emblemi qurulduğu 1839 tarixindən bu günə qədər 6 dəfə dəyişmişdir. Edilən ən son dəyişiklik 2004-cü ildə bugünkü istifadə edilən emblemde olan 1846 — quruluş ilinin 1839 — şəklində dəyişdirilməsidir. 2803 Saylı Jandarma Təşkilat, Vəzifə və Səlahiyyətləri Qanunu lazımınca Jandarmanın Vəzifələri; Mülkü, Ədliyə, Əsgəri və Digər Vəzifələr olmaq üzrə dörd ana başlıq altında toplanmaqdadır.
MTV Türkiyə
MTV Türkiyə - 23 oktyabr 2006 tarixində yaradılan musiqi kanalı.
NTV (Türkiyə)
NTV (Nərgiz TV) – Türkiyənin ilk xəbər kanalı. Təqaüddə olan siyasətçi və biznesmen Cavit Çağlar tərəfindən qurulmuş və ilk yayımını 1 noyabr 1996-cı il tarixində etmişdir. 1999-cu ilin yanvarında "Doğuş Qrupu" tərkibinə qatılmışdır. 2000-ci ildən ABŞ-nin MSNBC kabel televiziya kanalı ilə əməkdaşlıq edir.
Nickelodeon (Türkiyə)
Nickelodeon (Türkiyə) — 10 dekabr 1997-ci il fəaliyyətə başlayan rəqəmsal peyk və kabel televiziyası.Kanal Türkiyə və Şimali Kipr Türk Respublikasında 24 saat Türk dilində fəaliyyət göstərir. == Həmçinin bax == Nickelodeon Sonic Nickelodeon News Azerbaycan Nickelodeon News Rusya Nickelodeon News Turkey Nickelodeon Azerbaycan == Tarixçə == Nickelodeon, 10 dekabr 1997-ci ildə Türkiyənin RTV şirkəti tərəfindən açıldı və Discovery Channel Türkiyə ilə təkrar dolduruldu. 2001-ci ildə Multi Channel Developers Nickelodeonun lisenziyasını əlinə aldı və bununla da 24 saatlıq bir kanal halına gəldi. 31 mart 2010-cu ildə Nickelodeon yeni identlər və yeni bir loqotiplə böyük bir rebrend keçirdi. 22 may 2010-cu ildə Nickelodeon və MTV Türkiyə, çox güman ki, fikir ayrılığı səbəbindən Digitürkdən götürüldü. 2 iyun 2010-cu ildə MCD və Viacom arasındakı mübahisə səbəbiylə Nickelodeon və MTV Türkiyənin saytları bağlandı. 31 avqust 2011-ci ildə Viacom MCD-nin iki kanalın lisenziyasını dayandırdı və bununla da yerli kanallar bağlandı. Nickelodeon və MTV Avropa daha sonra D-Smart-da ingilis dilində yayımlanmağa başladı. 2012-ci ilin fevralında Viacom Digiturk ilə razılaşdı və Nickelodeon və MTV-ni Türkiyəyə gətirdi. 1 Mart 2012-ci il tarixindən başlayaraq Nickelodeon bu gün yenə də türk dilində yayımlanır.
Qaraman (Türkiyə)
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
SAT (Türkiyə)
SAT - Su Altı Taaruz SAS - Su Altı SavunmaDünyanın ən yaxşı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı Taaruz (SAT) və Su Altı Savunma (SAS) xüsusi təyinatlıları istənilən şəraitdə, həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadir birlik kimi özünü doğruldub. Ekranlarda ilk dəfə 1996-cı ildə görünən, SAT komandoları baş nazir Tansu Çillərin "o əsgər gedəcək, o bayraq enəcək", - deməsindən sonra kiçik qayıqlarla Kardak adasına yaxınlaşıb, oradakı qayalıqlara qaldırılmış yunan bayrağını endirdilər. Kardakda yenidən Türk bayrağı dalğalandı. İş o yerə çatdı ki, kiçik bir SAT komando qrupu ərazidəki yunan hərbi gəmilərinə təhdid yaratdı. Məsələ beynəlxalq səviyyəyə çıxdı. Sonradan SAT komandolarından biri mətbuata müsahibəsində bildirmişdi ki, Kardak əməliyyatını uğurla reallaşdıran SAT qrupu ərazidəki 2 yunan hərbi gəmisini zəbt etmək üçün komandanlığın əmrini gözləyirmiş. SAT-çılara 1999-cu ildə PKK-nın lideri Abdullah Öcalanı İmralıya aparmaq həvalə olundu. Bir neçə il əvvəl isə SAT/SAS birliyi İsrailin Livana təcavüzü zamanı Beyrutdakı 200 nəfər türkün bu ölkədən təxliyyəsini həyata keçirməklə öz adını dünyanın hərb tarixinə yazdı. == Dünyanın ən təhlükəli əsgərləri == Türkiyə SAT-ı özünü dünyaya duyurduğundan xarici hərbi nəşrlərdə "dünyanın ən təhlükəli əsgərləri" adlanmağa başlayıb. İlk dəfə 1963-cü ildə amerikanlar tərəfindən Sovetlər Birliyinə qarşı yaradılmış SAT/SAS birliyi elə hazırlanmışdı ki, lazım gəldikdə dənizin içində qurulmuş "məftil çəpərlərin" o biri tərəfinə keçməklə təhlükələrə anında qarşılıq verməli idi.
Survivor Türkiyə
Survivor Türkiyə ümumi adıyla Survivor — məşhur realiti yarışma proqramı olan Survivor-ın yayımının 9-cu ilində, yəni 2005-ci ildə Türkiyədə ilk dəfə Kanal D-də Pelin Akadın təqdimatı ilə yayımlanan yarışma proqramı. Proqram adı əvvəlcə Survivor Türkiyə: Böyük Macəra olmuş, buradakı rəqib komandalar Quzey ve Güney adlandırılmışdır. Fərqli keyfiyyətləri ilə ayrılmayan qarışıq rəqiblər, Quzey və Güney komandalarına bölündü və müxtəlif yarışlarda bir-birlərinə qarşı mübarizə apardılar. Uzun müddətdir davam edən detektiv janrında rol alan Qız Qalasındakı 'emosional' Survivor Uğur Pəktaşın müvəffəqiyyəti Arxa Küçələr lirə və yalnız sağ qalanların mükafatları ilə nəticələndi. 2014-cü ildə istehsal olunan Survivor Məşhurlar-Könüllülər konsepsiyasında finala qalan Gökhan Kəsər ikinci, Turabi Çamkıran çempion olmuşdu. 2015-ci ildə istehsal olunan Survivor All Star yarışmasında finalda olan Mərvə Aydın ikinci Turabi Çamkıran isə 2-ci dəfə Könüllülərin çempionu olmuşdu. Sonrakı ildə isə Survivor 2016 Məşhurlar-Könüllülər konsepsiyasında finala qalan Sərkay Tütüncü ikinci, Çağan Atakan Arslan isə çempion olmuşdu. 2017 ilində finala qalan Adəm Kılıççı ikinci, Ogeday Girişkən çempion olmuşdu. 2018-ci ilə gələndə isə Survivor All Star-Könüllülər konsepsiyası olmuş, daha sonra ise bu konsepsiya dəyişdirilərək Survivor Məşhurlar-Könüllülər konsepsiyası olmuş, və bu ildə Damla Can altıncı, Turabi Çamkıran beşinci, Hilmi Cem İntəpə dördüncü, Anıl Bərk Baki üçüncü, və son finala qalan Nagihan Karadere ikinci, Adəm Kılıççı çempion olmuşdur. 2019-cu ildə yarışma Türkiyə-Yunanıstan olaraq başlasa da sonradan Siyah Taqım-Bəyaz Taqım halında qarışıq komandalarla olmuşdur.
TV8 (Türkiyə)
TV 8 — 22 fevral 1999-cu il tarixində MNG Medya Grubu şirkəti tabeliyində yayıma başlamış televiziya kanalı. 2013-cü ildən etibarən Acun Medya və Doğuş Yayın Grubu ortaqlığı ilə yayımlanan kanalın mərkəzi İstanbul Sarıyerdə yerləşir. Xəbər kanalı olaraq yayıma başlamış TV 8 2003-cü ildə format və loqo dəyişdirərək əyləncəli kanallar sırasına daxil olmuşdu. Proqramlar Aramizda Kalmasin, O Ses Türkiye, Survivor, Yetenek Sizsiniz Türkiye, Ver Firina, Aile Doktoru, 3 Adam, Hülya Show, Kel Alaska, Arda'nin mutfagi, Aslinda melee oluyor?, 8'de8, Seffaf Oda, Para Bende, Pazar Magazin, Oynat Bakalim, Ninja Warrier Turkey, O Ses Çoçuklar, 100 kisiye Sorduk, Iste Benin Stilim, Ütopya.
Türkiyə (qəzet)
Türkiyə — Ənvər Örən tərəfindən 22 aprel 1970-ci ildən "Həqiqət" qəzeti adıyla nəşr etdirilən gündəlik qəzet. İhlas Holdinq şəbəkəsinin bir hissəi və ilk qurumudur. 29 mart 1972-ci ildən "Türkiyə" qəzeti adı ilə çap olunur. Dr. Ənvər Örənin 1978-ci ildə Yaponiyada qatıldığı FIEJ Konfransında tanış olduğu və "dünyanın ən çox satılan ikinci qəzeti" olan Asahi Şimbun qəzetinin "əldən-ələ yaymaq sistemi"ni tətbiq edən "Türkiyə" qəzeti 1980-ci ilə qədər axşam qəzeti kimi nəşr olunub. Əsasən İhlas Xəbər Agentliyinin inormasiyalarını yayan qəzet sağ meyilli elektoratın ən çox oxuduğu qəzetlərdən biridir. Türkiyədə ilk dəfə abunəlik sistemini tətbiq edən qəzetin 10 dekabr 1989-cu il tarixli sayının tirajı (1 424 350 nüsxə) bu günə qədər Türkiyədə qəzetlər arasında rekord tiraj olaraq qalmaqdadır.Qəzet 16 sentyabr 2013-cü ildə uzun illər istifadə etdiyi loqosunu dəyişmişdir. "Türkiye" yazısı sadələşdirilmiş, "t" hərfi ağ rənglə yazılmış və qırmızı dairənin içinə alınmışdır.
Türkiyə Cümhuriyyəti
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.
Türkiyə Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədi ilə 1962-1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980-1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992-1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 14 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-ci ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. == Bütün finallar == Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
Türkiyə Kürdüstanı
Türkiyə Kürdüstanı (kürd. Kurdistana Tirkiyê) və ya Şimali Kürdüstan (kürd. کوردستانا باکورئ/Bakurê Kurdistanê) — Türkiyənin Cənub-şərqi Anadolu regionunda, əsasən kürdlərin yaşadığı əraziyə verilən ad. Paris Kürd İnstitutunun təxminlərinə görə, Türkiyədə 20.000.000-a yaxın kürd yaşayır.Kürdlər Türkiyənin cənub-şərqi ərazilərini Kürdüstanın dörd hissəsindən biri hesab edir. Digərlərinə Rojava və ya Qərbi Kürdüstan (Suriya), Cənubi Kürdüstan (İraq) və Şərqi Kürdüstan (İran) aiddir.Vilayətin idarəedici bir kimliyi yoxdur və Türkiyə dövləti onu izah edərkən "Kürdüstan" sözünü istifadə edilməsini qınayır, rədd edir. Türkiyə Kürdüstanı termini kürd millətçiliyi ilə əlaqəlidir. Bu isə onu Türkiyə daxilində mübahisəli bir termin edir. Buna görə də, termin birmənalı deyil və mühitindən asılı olaraq, fərqli mənalar verir. Termindən Türkiyənin əhəmiyyətli bir kürd əhalisi olan cənub-şərqi ərazilərinə xitab etmək üçün elmi məqalələrdə və xəbərlərdə istifadə edilir. == Tarix == Osmanlı imperiyası dövründə Kürdüstan toponimindən istifadə edilirdi, ancaq Türkiyə Respublikasında Maarif Vəkalətinin (indiki Milli Təhsil Nazirliyi) yayımladığı 8 dekabr 1925-ci il tarixli "Türk birliyini parçalamağa çalışan cərəyanlar" başlıqlı xəbərdarlıq ilə Lazistan və digər bütün etnonimlər ilə qurulan toponimlər, o cümlədən "Kürdüstan" toponimi də rəsmi istifadədən qaldırılmışdır.
Türkiyə Ordusu
Türkiyə Silahlı Qüvvələri (türk. Türk Silahlı Kuvvetleri, TSK) — Türkiyə Respublikasını qorumaq məsuliyyəti daşıyan ordu. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Jandarma və Sahil Mühafizə isə sülh dövründə daxili təhlükəsizlik qüvvələrinin tərkib hissəsi hesab olunur və Daxili İşlər Nazirliyinə tabedir. Müharibə şəraitində isə həmin qurumlar da Ordu və hərbi dəniz qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərir. Türkiyə Prezidenti bütün silahlı qüvvələrin Ali Baş Komandanı hesab olunur. Silahlı Qüvvələrin hazırkı Baş Qərargah rəisi general Yaşar Gülərdi. Silahlı Qüvvələrə komandanlıq etmək və şəxsi heyətin döyüş hazırlığı, kəşfiyyat, əməliyyatlar, təşkilatlanma, təlim və lojistik xidmətlərlə əlaqədar siyasət və proqramların işlənib hazırlanması Baş Qərargahın məsuliyyətinə daxildir. Bundan əlavə olaraq, Baş Qərargah Türkiyə Silahlı Qüvvələrinin NATO üzvü olan və başqa müttəfiq ölkələrlə hərbi sahədə əlaqələrini koordinasiya edir. Ordunun müasir tarixi Osmanlı İmperiyasının dağılmasından sonrakı dövrə təsadüf edir.
Türkiyə Respublikası
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.
Türkiyə coğrafiyası
Türkiyənin coğrafiyası — Türkiyənin relyef formaları, əhalisi, dini və iqtisadiyyatının bölgələrə görə bölgüsünü ehtiva edir. Türkiyə torpaqları 36-42° Şimal paralelləri ilə 26-45° Şərq meridianları arasında yerləşir. Şərqlə qərb arasında 76 dəqiqə vaxt fərqi var. Təxminən düzbucaqlıya bənzəyir və eni 1660 kilometrdir. Onun əhatə etdiyi faktiki ərazi göllər və adalar daxil olmaqla 814.578 km², proyeksiya sahəsi isə 783.562 km²-dir. Türkiyənin bu iki səth sahəsi dəyəri arasındakı fərqin böyüklüyü dağlıq və engebeli relyefə görədir. Mərmərə Bölgəsi 8,5%, Ege Bölgəsi 12%, Aralıq dənizi Bölgəsi 16%, İç Anadolu Bölgəsi 18%, Qara dəniz Bölgəsi 18%, Şərqi Anadolu Bölgəsi 21%, Cənub-Şərqi Anadolu Bölgəsi 7,5%. Trakya ərazisinin sahəsi 24,370 km²-dir. Türkiyənin quru sərhədlərinin uzunluğu 2875 km, sahil xətti isə adalarla birlikdə 8333 kilometrdir. Quru kütləsinin ümumi sahəsi 770,760 km², su sahələrinin ümumi sahəsi isə 9,820 km²-dir.
Türkiye
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.Əhalinin təqribən 70–80%-i özünü etnik türk hesab edir. Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.
TLC Türkiye
«TLC Türkiye» — «Discovery Communications» şirkətinin 6 noyabr 2015-ci ildə «CNBC-e» telekanalının yerinə qurduğu teleseriallar və realiti şoular yayımlayan Türkiyə özəl telekanalı. Telekanalın günorta yayımı əsasən həyat tərzi mövzulu verilişlərdən, gecə yayımı isə Gəzən ölülər, Vikinqlər və Dolça kimi teleseriallardan ibarətdir.
Türkiye (qəzet)
Türkiyə — Ənvər Örən tərəfindən 22 aprel 1970-ci ildən "Həqiqət" qəzeti adıyla nəşr etdirilən gündəlik qəzet. İhlas Holdinq şəbəkəsinin bir hissəi və ilk qurumudur. 29 mart 1972-ci ildən "Türkiyə" qəzeti adı ilə çap olunur. Dr. Ənvər Örənin 1978-ci ildə Yaponiyada qatıldığı FIEJ Konfransında tanış olduğu və "dünyanın ən çox satılan ikinci qəzeti" olan Asahi Şimbun qəzetinin "əldən-ələ yaymaq sistemi"ni tətbiq edən "Türkiyə" qəzeti 1980-ci ilə qədər axşam qəzeti kimi nəşr olunub. Əsasən İhlas Xəbər Agentliyinin inormasiyalarını yayan qəzet sağ meyilli elektoratın ən çox oxuduğu qəzetlərdən biridir. Türkiyədə ilk dəfə abunəlik sistemini tətbiq edən qəzetin 10 dekabr 1989-cu il tarixli sayının tirajı (1 424 350 nüsxə) bu günə qədər Türkiyədə qəzetlər arasında rekord tiraj olaraq qalmaqdadır.Qəzet 16 sentyabr 2013-cü ildə uzun illər istifadə etdiyi loqosunu dəyişmişdir. "Türkiye" yazısı sadələşdirilmiş, "t" hərfi ağ rənglə yazılmış və qırmızı dairənin içinə alınmışdır.
Turkana gölü
Turkana və Rudolf gölü — Keniya və Efiopiyanın ərazisinə daxil olan göl. Göl Efiyopiyanın cənubunda yerləşir. == Coğrafiya == Böyük Rift dərəsi üzərində yerləşir. Göldə üç vulkanik ada vardır: Cənub adası, Kronkodayl-Aylend, Şimal adası. Cənub sahilində Teleki vulkanı yerləşir. Gölə çoxlu sayda çay tökülsədə ən irisi Omodur. Ono mənsəbə beş kilometr qalmış delta əmələ gətirir. Gölün özündən isə çay başlamır. == Tarixi == Göl ilk dəfə 1888 ildə macar səyahətçi qraf Samuel Teleki və Lyudvik fon Honsel tərəfinfən kəşf edilmişdir. Onlar gölə Avstriya şahzadəsi Rudolfun adını verirlər.
Türkiyə diasporu
Türkiyə diasporu (türk. Türk diasporası və ya Türk gurbetçiler) — dünyanın ən gənc (3 nəsil) və ən sürətlə böyüyən diasporlarından biridir. Hal-hazırda bir neçə milyon əhalisi var, əksəriyyəti Almaniyada yaşayır. Türkiyə diasporunun nümayəndələri Balkan yarımadası ölkələrinin türk irridləri ilə qarışdırılmamalıdır. == Tarixi == İlk dəfə, 1950-ci illərdə, Türkiyə diasporu, əsasən Almaniyanın, Avstriyanın, Hollandiyanın , az miqdarda Fransa və Belçika (böyük türkcə Brüsseldə bir toplum var) şəhərləşmiş və sənayeləşmiş bölgələrinə yönəldilmiş etnik türklərin (əsasən gənc və orta yaşlı kişilərin) kütləvi əmək köçü nəticəsində meydana çıxdı. Yaşayış icazəsi almış bu miqrantlar Türkiyədən gəlinlər dəvət etdilər. Nəticə etibarilə, hazırda Almaniyada yaşayan 2-ci və 3-cü nəsillərdən olan bir çox etnik türk var, baxmayaraq ki, bir çoxu hələ də vətəndaşı deyil. Böyük Britaniyada kiprli türklərin və onların nəsillərinin sayı çoxdur. ABŞ-də ilk müsəlman türklər XX əsrin əvvəllərində meydana gəldilər, halbuki o dövrdə Osmanlı İmperatorluğuna gələn bütün vətəndaşların (əksəriyyəti rumlar, yəhudilər və ermənilər idi) yalnız 15% -ni təşkil edirdilər . XX əsrin ikinci yarısında ABŞ-yə çox sayda türk tələbə gəldi, bunların çoxu universitetləri bitirdikdən sonra ölkədə işləmək üçün qaldı.
Türkiyə dilləri
Türkiyədə rəsmi dövlət dili türk dilidir. Danışılan çoxlu sayda dil olmasına baxmayaraq əhalinin 80%-dən çoxu məhz bu dildə danışır, yazır və ünsiyyət qurur. Dil ilə bağlı Türkiyə konstitusiyasının 42-ci maddəsində deyilir: Türkiyə vətəndaşları üçün istənilən təhsil müəssində türk dilindən əlavə heç bir dil ana dili kimi tədris edilməməlidir. Maarif və təhsil müəssisələrində xarici dilin keçirilməsi qaydaları qanunla tənzimlənir. Beynəlxalq müqavilələrin qüvvəsi saxlanılır.