Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kapital uçuşu
Kapital uçuşu və ya qaçışı — sərmayələrini daha etibarlı və gəlirli etmək, habelə özgəninkiləşdirilməsini, yüksək vergiyə cəlb olunmasını və inflyasiyadan gələn zərərləri qarşısını almaq üçün dövlət tərəfindən tənzimlənməyən kortəbii, hüquqi və fiziki şəxslər tərəfindən xaricə kapital ixracı. Ödəniş balansında kapital qaçışı iki maddədə əks olunur: "İdxal müqavilələri üzrə pul köçürmələri, uydurma qiymətli kağızlar əməliyyatları üzrə köçürmələr qarşı vaxtında alınmayan ixrac gəlirləri, mal və xidmətlər" və "Xalis səhvlər və səhvlər". Sərmayə axını və kapital axını qarışdırılmamalıdır. Böyük həcmdə kapital axını müsbət ticarət balansı olan bütün ölkələr üçün xarakterikdir və birbaşa ondan asılıdır. Məsələn, Çində kapital ixracatı ildə 1 trilyon dollara çatır. == Müzakirə == === Qanuni === Sərmayə axını milli qanunlara görə qanuni və ya qanunsuz ola bilər. Qanuni kapital qaçışı köçürmə həyata keçirən hüquqi və ya fiziki şəxsin kitablarında qeyd olunur və faiz, dividend və əldə edilmiş kapital qazancından əldə olunan gəlir ümumiyyətlə mənşə ölkəsinə qaytarılır. Qanunsuz maliyyə axınları olaraq da bilinən kapital uçuşu, mənşə ölkəsindəki hər hansı bir qeyddən yox olmaq üçün nəzərdə tutulmuşdur və ölkədən qeyri-qanuni kapital uçuşundan əldə edilən gəlir adətən mənşə ölkəsinə qaytarılmır. Bu, ölkənin tədiyyə balansında itkin pul kimi qeyd olunur. === Ölkə daxilində === Sərmayə axını, bəzən bir ölkənin daxilindəki bir şəhərdən və ya bölgədən sərvət və varlıqların axınını ifadə etmək üçün də istifadə olunur.
Çarter uçuşu
Çarter (ing. charter – gəmini və ya təyyarəni icarə etmək) – hava nəqliyyat vasitələrinin fraxtedilmə müqaviləsi, hava gəmilərinin bütün tutumunun və ya hissəsinin fraxt edilməsini nəzərdə tutur. Bir reys üçün nəqliyyat vasitəsinin gəmi, təyyarə və sair, sahibi ilə icarəçi (kirayəçi) arasında bağlanan saziş.
Metrojet 9268 uçuşu
Metrojet Hava Yollarının 9268 reysi — Rusiya Hava Yolları tərəfindən Metrojet Hava Yolları Rusiya Şarm əl Şeyx şəhərindəki eyni adlı hava limanından Rusiya Sankt-Peterburq Pulkovo hava limanına uçuşdur. 31 oktyabr 2015-ci ildə təyyarə Sinay yarımadasında olarkən təyyarə ilə siqnal kəsildi. Misir Aviasiya İdarəsinin açıqlamasında təyyarənin qəzaya uğradığı müəyyən edildi. Təyyarə Moskva vaxtı saat 7: 13-də. Təyyarə Airbus markalı idi A321 - 231. Təyyarədə 217 sərnişin və yeddi ekipaj üzvü olub. Ekipajda olduğu kimi 214 sərnişin rus, üç nəfər isə Ukrayna turisti idi. İŞİD qəzaya görə məsuliyyəti öz üzərinə götürdü. 224-cü bir tarixlə bu qəza Misir tarixindəki ən ölümcül təyyarə qəzası kimi tarixə düşdü. Ayrıca Airbus A321 ilə əlaqəli ən ölümcül qəzadır.
Gecə uçuşu (film, 2005)
Gecə reysi (ing. Red Eye) — 2005-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Bir-birindən xəbərsiz olan iki nəfər aeroporta gəlirlər və bir-birinə simpatiya hissi bəsləyirlər. N1019 reysi gəlir və onlar samolyot ilə uçmağa başlayırlar. Liza Rizert uçmaqdan bərk qorxur. Onun simpatiya hissi keçirdiyi Cekson Rippner əslində killerdir. Cekson onun atasını öldürmək hədəsi ilə gələrək Lizanın əli ilə məşhur biznesmeni öldürməlidir. Liza samolyotda olduğuna görə onun hal-hazırda başqa çıxış yolu qalmayıb...
Yüzillik Kosmos Uçuşu layihəsi
Yüzillik Kosmos Uçuşu layihəsi (ing. 100 Year Starship və ya qısaca ing. 100YSS) — NASA və Pentaqonun DARPA adlı qurumunun insanları Yer kürəsindən kənardakı planetlərə yerləşdirmək strategiyasının həyata keçirilməsi layihəsi Layihənin əsasında insanları yad planetlərə aparıb, orada buraxmaq durur. Yəni insanların geri qaytarılması mümkün olmayacaq. İnsan yerləşdirilməsi nəzərdə tutulan ilk planet Marsdır. 2010-cu ildə bu layihə ictimaiyyətə təqdim olunan zaman NASA İdarə Heyətinin üzvü Simon Vorden deyib ki, layihə qarşıdakı 20 ildə həyata keçiriləcək: "2030-cu ildə Marsda olacağımızı düşünürəm". 2010-cu ilin oktyabr ayına qədər qədər NASA bu layihəyə 100 min dollar, Pentaqon 1 milyon dollar ayırıb. Layihə haqqında detallı məlumat verilmir. == Mənbə == Yad planetlərə insan aparılacaq Arxivləşdirilib 2010-10-29 at the Wayback Machine.
Beynəlxalq insanın kosmosa uçuşu günü
Beynəlxalq İnsanın Kosmosa Uçuşu Günü (ing. International Day of Human Space Flight) — BMT-ın sülh hədəflərində kosmik sahədən istifadədə Beynəlxalq əməkdaşlıq Baş məclisinin 65-ci sessiyasının qərarı üzrə 12 apreldə Kosmosa İnsanın Uçuşunun Beynəlxalq Günü elan edilmişdir və hər il beynəlxalq səviyyədə qeyd edilir. Bu günün keçirilməsi tarixi 12 aprel 1961-ci ildə Yuri Qaqarinin "Vostok-1" gəmisində kosmosa ilk uçuşuna görədir.
Tənha durna uçuşu (film, 2003)
Film-tamaşa uğursuz məhəbbət haqqındadır. Məktəb illərində bir-birini sevən, lakin, yolları ayrılan Nəsiblə (Ötkəm İsgəndərov) Gülgəz (Həmidə Ömərova) uzun illər sonra məzunların görüşündə rastlaşırlar və bütün xatirələr xəyallarda canlanır. Filmdə Nəsibin digər məzunlara göstərdiyi ailəvi şəkildəkilər aktyor Ötkəm İsgəndərovun öz ailəsidir.
Yüz İllik Kosmos Uçuşu layihəsi
Yüzillik Kosmos Uçuşu layihəsi (ing. 100 Year Starship və ya qısaca ing. 100YSS) — NASA və Pentaqonun DARPA adlı qurumunun insanları Yer kürəsindən kənardakı planetlərə yerləşdirmək strategiyasının həyata keçirilməsi layihəsi Layihənin əsasında insanları yad planetlərə aparıb, orada buraxmaq durur. Yəni insanların geri qaytarılması mümkün olmayacaq. İnsan yerləşdirilməsi nəzərdə tutulan ilk planet Marsdır. 2010-cu ildə bu layihə ictimaiyyətə təqdim olunan zaman NASA İdarə Heyətinin üzvü Simon Vorden deyib ki, layihə qarşıdakı 20 ildə həyata keçiriləcək: "2030-cu ildə Marsda olacağımızı düşünürəm". 2010-cu ilin oktyabr ayına qədər qədər NASA bu layihəyə 100 min dollar, Pentaqon 1 milyon dollar ayırıb. Layihə haqqında detallı məlumat verilmir. Yad planetlərə insan aparılacaq Arxivləşdirilib 2010-10-29 at the Wayback Machine.
Udullu
Birinci Udullu
Umudlu
Umudlu — Soyad və təxəllüs. Şəxslər Vidadi Umudlu – tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı. Yaşayış məntəqələri Umudlu (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd.
Usublu
Yusifli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. Kəndin adı Qarabağda yaşamış Kəbirli elinin Qərvəndli tayfasının Yusifli tirəsinin adındandır. Qərvəndli tayfası Ətyeməzli, Yusifli, Səfilər, Ballılar, Mərəbasanlar və Bozallar tirələrindən ibarət idi.
Utuqlu
Şamaxı r-nu ərazisində Pirsaat çayının sol tərəfındəki Çobançatladan dağının şərq tərəfındə Əhmədli (Kürdəmic) kəndinin torpaq sahəsindədir. Utuq çayı Gilgilçayın qoludur. Kəndin ərazisindən axdığından Utuq çayı adlanmışdır.19 əsr mənbələrindən məlum olur ki, Utuqlular tarixən Şirvanda heyvandarlıqla məşğul olaraq yaşamışlar. Bakı quberniyası Şamaxı qəzasında Kürdəmir sahəsində Utuqlu köçü (26 ailə, 91 nəfər ) qeydə alınmşdır. Bəzi türk dillərində isə Utuq suvarılan biçənək, otlaq, tarla anlamında da işlədilir. 1921 Göyçay qəzasının Ucar icmasına tabe idi. 112 ev var idi.
Uyuqlu
Uyuqlu — Qubadlı rayonu ərazisində dağ. Azərbaycanla Ermənistan sərhədindədir. Əsli Oyuqludur. Yerli əhali arasında Oyuğun dağı adı ilə tanınır. Oyuq sözü burada “sərhəd nişanı” mənasındadır. XIX əsrdə bu dağda Ermənistanın Gorus rayonundakı Şumux və Azərbaycanın Qubadlı rayonundakı Seytas kəndlərinin sərhədini bildirmək üçün kömür basdırıldığına görə belə adlandırılmışdır.
Udulu
Udullu, Udulu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Çullu
Çullu (Ağdam) Çullu (İmamqulubəyli, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Maqsudlu, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Qafan) — Qafan rayonunda kənd.
Elmir Umudlu
Fəxri Uğurlu
Fəxri Uğurlu (Əliyev Fəxri Ağa oğlu; 5 sentyabr 1968, Bakı) — Azərbaycanlı yazıçı, jurnalist, nasir. "Multikulturalizm" jurnalının baş redaktoru (2016), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1995). == Həyatı == Fəxri Uğurlu 5 sentyabr 1968-ci ildə Bakıda doğulub. 1987–1989-cu illərdə sovet ordusunda xidmət edib. 1993-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. == Yaradıcılığı == Dövri mətbuatda ilk yazısı 1986-cı ildə "Azərbaycan gəncləri" qəzetində çap edilib. Həmin vaxtdan müntəzəm olaraq mətbuatla əməkdaşlıq edib, "Ulduz", "Pioner", "Gənclik" jurnallarında, "İlham", "Səs", "Novruz", "Dədəm Qorqud" qəzetlərində yazıları çap olunub. 1991-ci ildən "Novruz" qəzetinin müxbiri, 1992-ci ildən "Yol" qəzetinin redaktoru, 1994-cü ildən "525-ci qəzet"in şöbə müdiri vəzifələrini tutub. 1996-cı ilin əvvəlindən iyul ayınadək "Müxalifət" qəzetinin şöbə müdiri vəzifəsində çalışıb. 1996-cı ilin iyul ayından yeni nəşr olunan "Rezonans" qəzetində baş redaktor müavini kimi fəaliyyətə başlayıb.
Geriyə uyumlu
Geriyə uyumlu (Backward compatibility)– köhnə kompüter, yaxud əməliyyat sistemi üçün əvəzetmə imkanı. Məsələn, Windows XP əməliyyat sistemi DOS ilə geriyə uyumludur, belə ki, DOS proqramlarının əksəriyyəti orada çalışa bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Vikianbarda Geriyə uyumlu ilə əlaqəli mediafayllar var.
Umudlu (Ağdam)
Umudlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Umudlu (Ağdərə)
Umudlu — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Umudlu kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qaytarılmışdır. Umudlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Umudlu kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Akif Əzizov Əhəd Kərimov Unutmayacağımız işğal tarixləri: Ağdərə, Çərəkdar, Narınclar, Umudlu...
Uğurlu Məhəmməd
Uğurlu Məhəmməd (?-1477) — Ağqoyunlu şahzadəsi, Şiraz və Sivas valisi, Uzun Həsənin ən böyük oğlu, II Mehmedin kürəkəni. 1473-cü ildə Şiraz hakimi təyin olunmuş Məhəmməd, əmisi Üveysin köməyi ilə üsyana başladı. İsfahan ələ keçirildi, xalq Uğurlu Məhəmmədə dəstək oldu. Əslində Xəlil bəyin anası Səlcuqşah bəyim Uğurlu Məhəmmədin öldürülməsini daha çox istəyirdi və Uzun Həsəni qızışdırırdı. Kontarini özünün "Səyahətnamə"sində yazmışdı: "Təbrizə yetişdikdən sonra bir karvansaraya düşdük. Küçələrdə bərk çaxnaşma vardı. Məlum oldu ki, Uzun Həsənin oğlu Məhəmməd Şirazı tutub öz qayınanasına vermiş, Uzun Həsən də onu dəf etmək üçün Şiraz səmtinə qoşun göndərmişdir. Uğurlu Məhəmmədin tərəfdarlarından biri öz dəstəsi ilə Təbrizə qədər gələ bilmişdi. Təbrizdən hərəkət edib padşah ordusu olan yerə getmək istədim. Lakin gördüm ki, bu çox çətindir.
Vidadi Umudlu
Vidadi Umudlu (tam adı: Vidadi Umud oğlu Umudlu; 5 fevral 1959, İmişli) — Azərbaycan tarixçisi, AMEA Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı. Vidadi Umud oğlu Umudlu 1959-cu il fevralın 25-də İmişli rayonunun Otuzikilər kəndində anadan olmuşdur. 1976-cı ildə İmişli şəhər 1 saylı orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1976–1980 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil almışdır. 1980–1983 illərdə İmişli şəhər 2 saylı orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür. 1984-cü ildə Azərbaycan Neft və Sənaye Universitetinin Fəlsəfə kafedrasında baş laborant, Azərbaycan tarixi kafedrasında isə saat hesabı müəllim vəzifəsində çalışmışdır. 1985–1989 illərdə Nizami rayonu mənzil idarəsində təşkilatçı-müəllim işləmişdir. 1990-cı ildən Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycanın yeni tarixi" şöbəsində işləyir. 1989–1993 illərdə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun qiyabi aspirantı olmuşdur.
Birinci Udullu
Birinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Udullu Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sol sahilində, Ləngəbiz silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəlki adı Cəngan olmuşdur. Yaşayış məntəqəsinin adının şahsevənlərin udullu və ya xəzərlərin edilli tayfa adları ilə bağlı olması haqqında mülahizələr var. Hər iki halda etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2092 nəfər əhali yaşayır.
Udullu (Şabran)
Udullu, Udulu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Umudlu (Tərtər)
Umudlu — Azərbaycan Respublikasının Tərtər rayonunun Sarov kənd inzibati ərazi dairəsində kənd.
Umudlu (Xocalı)
Umudlu — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ilin fevral ayından Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Xocalı soyqırımı Ramiz Abbaslı. Umudlu qətliamı. Papravənd müharibəsi.
İkinci Udullu
İkinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. İkinci Udullu Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə Udullu (indiki Birinci Udullu) kəndindən köçmüş bir qrup ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Şahsevənlərin udullu tayfasının adı ilə bağlı olan kəndlərdəndir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1407 nəfər əhali yaşayır. Kənddə II Udullu Qubalı kənd məscidi dini icması fəaliyyət göstərir.
Quşlu (Pərsabad)
Quşlu (fars. گوشلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,680 nəfər yaşayır (355 ailə).
Çullu (Ağdam)
Çullu (İmamqulubəyli, Ağdam)
Çullu (Cəbrayıl)
Çullu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qazanzəmi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Dağ Tumas kənd Sovetindən Çullu kəndi Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir. 23 avqust 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Gümüşlü
Gümüşlü (Şərur) — Şərur rayonunda kənd. Gümüşlü (çay) — Quba rayonunda çay. Cimi çayının sağ qoludur. == Türkiyə == Gümüşlü (Besni) — Türkiyədə kənd. Gümüşlü (Korkuteli) — Türkiyədə kənd.
Müsüslü
Müsüslü (tarixi adı Müsüslü Şilyan) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Müsüslü yer adı kənddə əhalinin məskunlaşdığı dövrdən əvvəl yaranıb. Bu ərazilər ta qədimdən tərəkəmə qışlağı olub, hal-hazırda da əhalinin çox hissəsi əcdadlarının tərəkəmə olduğunu deyir. Müsüslü toponimdir. Bu söz iki sözün birləşməsindən əmələ gəlib. Müs ərəb sözü olub dayanıb durmaq, tərpənməz, dönməz anlamını, Süslü sözü isə sulu mənasını verir. Aydın olur ki, Müsüslü toponominin mənası dayanmış sulu ərazi anlamındadır. Müs-sulu sözündən bəzi səslərin düşməsi və ya əlavə olunması nəticəsində müsüslü sözü əmələ gəlib. Müsüslü ərazisinin əhalisi ayrı-ayrı səbəblərdən burada müxtəlif vaxtlarda bir neçə istiqamətdə məskunlaşmışlar.
Üzümlü
Kəndlər Üzümlü (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Üzümlü (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Üzümlü (Ərzincan) — Türkiyənin Ərzincan ilində kənd.
Gümüşlü (Şərur)
Gümüşlü — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yaycı kənd inzibati ərazi dairəsi tərkibindəki Gümüşlü qəsəbəsi kənd statusuna aid edilərək Gümüşlü kəndi adlandırılmışdır. Gümüşlü kəndinin adı SSRİ zamanında orda yerləşən, gümüş rezervindən gəlir. Gümüşlü əhalisi öz ali savadlığı ilə Şərurda rayonunda önəm daşıyan qəsəbələrdən idi. Kənddə 4 restorant, 1 kinoteatr, 1 orta məktəb yerləşirdi. Əhalinin sözlərinə görə Gümüşlü kəndinə hər gün 5 dəfə avtobus reysi var imiş. Gümüşlü qəsəbə statusunu 91-də məcburi köç səbəbilə itirdi. 91-ə qədər aktiv bir qəsəbə olan Gümüşlü, köç verərək dinamikliyini itirməyə başladı və hal-hazırda kənd əhalisi əllə sayıla biləcək qədərdir. Kənddə yerləşən Arpaçay SES (su-elektrik stansiyası) Arpaçayın başlanğıcı olaraq bilinir və Arpaçay Su Anbarından (Yuxarı Göl) suyu Arpaçaya daşıyır. == Tarixi == 29 mart 2005-ci ildə Gümüşlü və Şahbulaq kəndləri Aşağı Yaycı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Gümüşlü kəndi mərkəz olmaqla, Gümüşlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Palıd cücüsü
Üçüncü Şrek
Üçüncü Şrek (ing. Shrek the Third) — 2007-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. Kral Harold xəstələndiyi üçün taxt üçün varis lazımdır. Bu vəzifə Şrekin üzərinə düşür, amma bunun əvəzində Şrek çox sevdiyi bataqlıqdan ayrılmaq məcburiyyətində qalacaqdır. Bu mövzuyla əlaqədar olaraq Eşşək ilə Çəkməli Pişiyi vəzifələndirir, taxt üçün ən doğru varis olan adamı seçmək lazımdır. Həmin adam Fionanın əmisi oğlu Şahzadə Arturdur. Digər tərəfdən çox uzaqlarda əvvəllər Fionanı əjdahanın əlindən xilas etmək istəyən, lakin Fionanın yerində başqa adamın olduğunu görəm Şahzadə Yaraşıqlı Çarminq, taxtı ələ keçirmək üçün pəri əfsanələrindən yığdığı pis adamlar ordusu ilə şəhəri ələ keçirir. Ancaq Çarminqin şəhəri müdafiə etməyə qərarlı olan Fiona ilə anası Kraliça Lillianın pəri nağıllarındakı yaxşı insanları yanlarına topladığından xəbəri yoxdur. Şrek, Eşşək və Çəkməli Pişiyin, "gələcəyin kralı" olaraq gördükləri Arturu daha mükəmməl olması üçün dəyişdirmə səyi davam edərkən, digər tərəfdən Fiona və şahzadələr ordusu isə Şahzadə Çarminqi dayandırmaq məcburiyyətindədir. Bunu bacarmasalar, ortada Artur hökm sürəcəyi adında bir krallıq qalmayacaqdır.
Üçüncü forma
Üçüncü forma və ya alternativ forma — Ev və səfər formalarına alternativ olaraq idman komandasının geyindiyi forma. Üçüncü forma 1930-cu illərdən İngiltərə futbolunda istifadə olunur. 1989–90 mövsümünə qədər FA Kubokunda belə bir qayda var idi: "İki rəqib klubun rəngləri oxşar olduqda, alternativ razılaşmalar rəqib klublar tərəfindən qarşılıqlı razılaşdırılmadığı halda, hər iki klub öz formalarını dəyişməlidir".
Üçüncü silk
Üçüncü silk (lat. tertius status, fr. tiers état) — köhnə rejim Fransasında (orta əsrlərin sonundan 1789-cu ilə qədər) imtiyazlılar, yəni ruhanilər (birinci silk) və zadəganlar (ikinci silk) istisna olmaqla, əhalinin bütün qrupları. İlk iki silkdən fərqli olaraq, üçüncü silk vergi ödəyirdi. Üçüncü silkin zirvəsi (burjuaziya) Baş Ştatlarda nümayəndəliyə malik idi, həmçinin Paris və əyalət parlamentlərində üstünlük təşkil edirdi. Классическое сочинение по истории третьего сословия — Огюстена Тьерри, «Essai sur la formation et les progrès du Tiers Etat» (1850, переведено на русский яз., M., 1899). Конский П. А. Третье сословие // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.