Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uçurdağ
Uçurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2573,0 m). Zəngəzur silsiləsinin Azərməsçid aşırımından (3474,7 m) cənub-qərb istiqamətdə ayrılan eyniadlı qolunun suayırıcısında zirvə. Pəzməri kəndindən 1,5 km cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin yuxarı hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşib, şimal-şərqdən və cənub-qərbdən şimal-qərb istiqamətli qırılma pozulmaları ilə kəsilmişdir.
Uçmaq
Uçmaq - türk və altay mifologiyasında cənnət. Uçmağ (Uçmak, Ocmah, Uçmax) olaraq da deyilər. Əleyhdarı Tamaqdır. Ölümdən sonra yaxşı insanların mükafat olaraq gedəcəyi yer. Yaşıllıqlarla və nemətlərlə doludur. İşıq dolu bir məkandır. Hər inancda ölümdən sonra yaxşı insanların gedəcəyi gözəl bir dünya və ya məkan vəd edilir. Uçmaq sözü türk mədəniyyət tarixində bir dövr "cənnət" sözündən çox daha çox istifadə edilmişdir və daha məşhurdur. Yunus Əmrənin sətirlərində tez-tez rast gəlinən bir sözdür. Anlayışın əsasında, ruhun bədəni tərk etdiyi zaman "uçan quş" qılığında olduğuna dair köhnə türk inancları vardır.
I Saurmaq
I Saurmaq — I Parnavazın tək oğlu idi. Əyanlar o hakimiyyətə gələndə birləşib ona qarşı üsyan edirlər, Saurmaq isə qonşuları olan Vaynaxlardan kömək alaraq üsyanı yatırır. O Selevkilərlə dost münasibəti yürüdürdü və Aynina tanrıçasına sitayiş edirdi. E.ə.159-ci ildə vəfat etdi, oğlu olmadığı üçün yerinə kürəkəni I Mirian keçdi.
Uçurtma qalxanı
Uçurtma qalxanı uçurtma şəklində olan orta əsr qalxanıdır. Uçurtma qalxanı bir çox cəngavər və insanlar tərəfindən qorunmaq üçün istifadə edildi, lakin iki əlli silahlar və daha çox hərəkətlilik üçün imtina edildi. Uçurtma qalxanlarının qalxan formasının səmərəliliyi süvari döyüşü baş verən zaman işə düşdü, bədənin çox hissəsini çiyinlərdən ayaqlara qədər qorumaq üçün faydalıdır və cəngavərə döyüşdə daha çox seçim imkanı verir.
Çərpələng uçuran
Çərpələng uçuran (ing. The Kite Runner) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı. Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası müharibə, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış bucağı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlaşdırma, cinsi münasibətlər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan təmizlənmə haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir.
Təyyarə uçurtma sistemi
Sara Marşallı unutmaq
Sara Marşallı unutmaq (ing. Forgetting Sarah Marshall) — Nikolas Stollerin rejissorluğu ilə 2008-ci ildə çəkilmiş amerikan romantik komediya filmi. Filmin ssenari müəllifi Ceyson Siqel, icraçı prodüseri isə Cadd Apatoudur. Filmin çəkilişləri 2007-ci ildə Havay adalarında yerləşən Turtle Bay Resort-da baş tutub. Filmin davamı və spin-offu olan "Onu Yunan Teatrına apar" 2010-cu ildə işıq üzü görüb. Musiqi bəstəkarı Piter Bretter, Sara Marşall adlı teleserial ulduzu ilə münasibətdədir. Beş il davam edən münasibətdən sonra Sara ondan ayrılır. Piter, ayrılığı unutmaq üçün Havay adalarına istirahət üçün getmək qərarına gəlir. Lakin o, tətildə olarkən təsadüfən Sara və onun yeni sevgilisinin də orada olduğunu öyrənir. Forgetting Sarah Marshall — Internet Movie Database saytında.
Çərpələng uçuran (film)
Çərpələng uçuran rejissor Mark Forster tərəfindən ekranlaşdırılan ABŞ filmi. Filmin süjet xətti əfqan əsilli yazıçı Xalid Hüseyninin eyni adlı romanından götürülmüşdür.
Çərpələng uçuran (roman)
Çərpələng uçuran (ing. The Kite Runner) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı. Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab edirlər. “Çərpələng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası müharibə, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış bucağı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlaşdırma, cinsi münasibətlər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan təmizlənmə haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir.
Çətinliyə baş vurmaq
Breaking Bad – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür. "Breaking Bad" bütün dövrlərin ən yaxşı seriallarından biri kimi göstərilir.
Çətinliyə baş vurmaq (teleserial, 2008)
Ucuncaq
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Üçbarmaq
Yatıqqanqal (lat. Bidens) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bidens acrifolia Sherff Bidens acuticaulis Sherff Bidens acuticaulis var. filirostris (P.Taylor) T.G.J.Rayner Bidens aequisquama (Fernald) Sherff Bidens ahnnei Sherff Bidens alata Melchert Bidens amplectens Sherff Bidens amplissima Greene Bidens andongensis Hiern Bidens andrei Sherff Bidens angustissima Kunth Bidens anomalus (Fernald) G.H.Loos & al. Bidens anthemoides (DC.) Sherff Bidens anthriscoides DC. Bidens aoraiensis M.L.Grant ex Sherff Bidens arbuscula Ant.Molina Bidens arenicola (S.Moore) Sherff Bidens aristosa (Michx.) Britton Bidens asperata (Hutch. & Dalziel) Sherff Bidens aspilioides (Baker) Sherff Bidens asymmetrica (H.Lév.) Sherff Bidens aurea (Aiton) Sherff Bidens australis Spreng. Bidens ballsii Sherff Bidens balsana Melchert Bidens barteri (Oliv. & Hiern) T.G.J.Rayner Bidens baumii (O.Hoffm.) Sherff Bidens beckiana (F.Br.) Sherff Bidens beckii Torr. ex Spreng. Bidens bicolor Greenm.
Ucarma
Ucarma (gürc. უჯარმა) — Gürcüstanda kənd. Kaxetiya ölkəsinin Saqareco bələdiyyəsi ərazisindədir. Dəniz səviyyəsindən 770 m yüksəklikdə yerləşir. Bir zamanlar Qafqaz Albaniyası ilə Gürcüstanın sərhədini müəyyən edirdi. Əhalisi 445 nəfərdir (2014).
Üçbarmaq daşdələn
Üçbarmaq daşdələn (lat. Saxifraga tridactylites) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin daşdələn cinsinə aid bitki növü.
Üçbarmaq qumluqca
Üçbarmaq qumluqca (lat. Calidris alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Üçbarmaq tinamu
Üçbarmaq tinamu (lat. Nothocercus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Üçbarmaq ərincək
Üçbarmaq ərincək (lat. Bradypus pygmaeus) — üçbarmaqlı ərincəklər sinfinə daxil olan məməli növü. Üçbarmaq ərincəklər yalnız Cənubi Amerikanın Qayana, Surinam, Fransa Qvianası, Venesuela, Kolumbiya və Braziliyada Amazon çayının şimalındakı ərazilər də daxilində yağış meşələrində aşkarlanmışdır. Üçbarmaq ərincəklərin uzunluğu 52 sm-ə çatır. Bunun 4 sm-i quyruğuna düşür. Çəkisi 3.2–6 kiloqramdır. Bu bacarıqsız heyvan, kiçik başa, sərt dodaqlara, kiçik ağıza, çox uzun boyna sahibdir. Barmaqları olduqca qısa və qalındır. Üstəlik üç yana yönəlmiş oraq caynaqları ilə silahlanmışdır. Başdakı tüklər aşağıya, bədənin digər hissələridəkilər isə əksinə aşağıdan yuxarıya istiqamətlənir.
Ucarma qalası
Ucarma qalası (gürc. უჯარმის ციხე) – Gürcüstanın Kaxetiya bölgəsindəki Saqaredsco bələdiyyəsində yerləşən orta əsrlərə aid gürcü kilsəsidir. İori çayının sahilində və Qombori dağ keçidinin yaxınlığında yerləşən qala Ucarma qəsəbəsinin təxminən 4 km şimalındadır. Qala iki hissədən ibarətdir: yuxarı qala və aşağı şəhər. Qalanın şərq qismində iki mərtəbəli binadan formalaşan kraliyyət sarayı vardır. Üst qala X əsrdə ərəb sərkərdəsi Əbülqasım tərəfindən dağıdılmış, ancaq XII əsrdə onu xəzinə olaraq istifadə edən kral III Georgi tərəfindən bərpa edilmişdir. Gürcü tarixçi Leonti Mroveliyə görə Ucarma qalasının təməl daşı III–IV əsrlərdə İberiya krallığı kralı Aspaqur tərəfindən ucaldılmışdır. Kral Vaxtanq Qorqasali dövründə qala genişləndirildi və yaşayış yeri olaraq istifadə edildi. Ucarma 914-cü ildə ərəblər Qafqaz dağlarını istila etdiyində fəth edildi. Döyüşlər zamanı binalara ciddi ziyan dəydi.