Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Umayra Tağıyeva
Umayra Tağıyeva (tam adı: Umayra Rauf qızı Tağıyeva; 3 aprel 1968, Bakı) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru (2018–2023). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər ekologiya və təbii sərvətlər nazirinin müavini (2023-cü ildən). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun sabiq müdiri (2018), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi. Coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Tağıyeva Umayra Rauf qızı 3 aprel 1968-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.1985-ci ildə Bakı şəhəri 6 saylı məktəbi bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-fizika fakültəsinə daxil olmuş, 1990-cı ildə Universiteti Fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1990-cı ildə əmək fəaliyyətinə Azərbaycan Hidrometereologiya İdarəsinin (1992-ci ildən Azərbaycan Dövlət Hidrometereologiya Komitəsi) Proqnozlar bölməsində texnik-sinoptik vəzifəsindən başlamış, sonra mühəndis, aparıcı mühəndis, 1993-cü ildən Uzunmüddətli proqnozlar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1998-ci ildə Azərbaycan Qadınlarının Birinci Respublika Qurultayının nümayəndəsi olmuşdur.2001-ci ildə Respublika Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007–2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2008–2011-ci illərdə Birləmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi olmuşdur. 2007-ci ildən hazırkı vaxtadək Ümumdünya Metereologiya Təşkilatında Azərbaycanın Daimi nümayəndəsidir.
Umara
Umara adası — Oxot dənizində, Odyan körfəzi ərazisində, Koni yarımadası yaxınlığında yerləşən ada. Ada sahil ilə çəkilmə zamanı qumlu bərzəxlə birləşir. Sahəsi 0,3 km², uzunluğu isə 0,9 km təşkil edir. Kni yarımadası iləarasında məsafə 1 km-dir. Bitki örtüyü nisbətən zəngindir. Burada 145 növ bitkiyə rast gəlmək olur. Dəniz quşlarının kütləvi şəkildə yuva qurduğu ərazi vardır. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında qərarlaşan kiçik Vdovuşka və Şelikan adası ilə birlikdə materikə yaxın yerləşir.
Umayta mühasirəsi
Umayta mühasirəsi — Paraqvay müharibəsinin mühüm döyüşlərindən biri. Mühasirə Braziliya və Argentina qüvvələrinin Paraqvay çayı sahilində Paraqvaya məxsus qalanı ələ keçirmək məqsədi ilə həyada keçirilən əməliyyat. Humaita 2 noyabr 1867-ci ildən qurudan, 2 noyabr 1868-ci ildən isə sudan mühasirəyə alınmışdır. Qala 25 iyul 1868-ci ildə müttəfiqlər tərəfindən fəth edilir. == Tarixi == 1 avqust 1867-ci ildə Argentina generalı Bartolome Mitre Braziliya İmperiya donanmasına Kurupaita və Humaitadan keçid etməyi əmr edir. 15 avqustda beş linkor Kurupaitanı keçsə də, artileriya atəşləri altında Humaita yaxınlığında qoşun durmalı olur. Bu hadisə müttəfiqlər arasında fikir ayrılığı yaradır. Sudan hüçumlar əmək sərfiyyatından başqa bir şey deyildi. Bu səbəbdən 18 avqustdan əməliyyatlar quruya keçir. Tuyukuedən müttəfiqlər şimala istiqamətlənir.
Mayra Aqiyar
Mayra Aqiyar (tam adı: Mayra Aguiar da Silva; d. 3 avqust, 1991, Braziliya) — Braziliya cüdoçusu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2012, 2016), Dünya çempionu (2014) və beş dəfə Pan Amerika çempionu (2008, 2010, 2012, 2013, 2015). == Həyatı == 2012-ci ildə məşhur polşalı cüdoçu Darya Pogorzelesə London Olimpiadasında dörddəbir finalda qalib gəldi, amma yarımfinalda o, nəticədə qızıl medal qazanan Amerikalı Kylie Harrisonu məğlub etdi, üçüncü yer uğrunda mübarizə aparan təcrübəli Hollandiyalı cüdoçu Marhinda Werkerkə qalib gəldi və bürünc medal qazandı. 78 kq çəki dərəcəsində bürünc medal qazanmışdır.
Mayra Məhəmmədqızı
Mayra Məhəmmədqızı (qaz. Майра Мұхамедқызы; 5 sentyabr 1965, Külcə, Sincan-Uyğur Muxtar Rayonu) — bir qazax opera müğənnisidir.O, "Paris Operası"nda ilk qazax qadın idi. Qazaxıstan Respublikanın əməkdar artistidir. == Həyatı == Mayra Məhəmməd qızı Çində anadan olub. Babaları 1930-cu illərdə Sovet hakimiyyətinin özbaşınalığından qaçaraq Qazaxıstan çöllərindən Çinə köçmüşdü. Musiqiçi valideynləri ona fortepiano çalmağı və oxumağı öyrənməsi üçün yerli musiqi məktəbinə yazdırmışdı. 1987-ci ildə Çin Xalqları Mərkəzi Universitetinin musiqi fakültəsini, daha sonra Quo Şu Cen ilə birlikdə oxuduğu Pekin Konservatoriyasını bitirdi. 1987-ci ildən Mayra ölkədə fəal iştirak etməyə başladı. "Qızıl Əjdaha" ümumittifaq vokal müsabiqəsində iştirak etdi və 6 il müddətində universitetdə dərs verdi. Lakin Çində fəaliyyət göstərən "Pekin Operası" ildə yalnız iki Avropa operası nümayiş etdirirdi.
Mayra Məhəmməd Qızı
Mayra Məhəmmədqızı (qaz. Майра Мұхамедқызы; 5 sentyabr 1965, Külcə, Sincan-Uyğur Muxtar Rayonu) — bir qazax opera müğənnisidir.O, "Paris Operası"nda ilk qazax qadın idi. Qazaxıstan Respublikanın əməkdar artistidir. == Həyatı == Mayra Məhəmməd qızı Çində anadan olub. Babaları 1930-cu illərdə Sovet hakimiyyətinin özbaşınalığından qaçaraq Qazaxıstan çöllərindən Çinə köçmüşdü. Musiqiçi valideynləri ona fortepiano çalmağı və oxumağı öyrənməsi üçün yerli musiqi məktəbinə yazdırmışdı. 1987-ci ildə Çin Xalqları Mərkəzi Universitetinin musiqi fakültəsini, daha sonra Quo Şu Cen ilə birlikdə oxuduğu Pekin Konservatoriyasını bitirdi. 1987-ci ildən Mayra ölkədə fəal iştirak etməyə başladı. "Qızıl Əjdaha" ümumittifaq vokal müsabiqəsində iştirak etdi və 6 il müddətində universitetdə dərs verdi. Lakin Çində fəaliyyət göstərən "Pekin Operası" ildə yalnız iki Avropa operası nümayiş etdirirdi.
Amasra
Amasra — Bartın ilinin ilçəsi. Dənizə doğru uzanan bir burnu, burnunun hər iki tərəfində sığınacaq limanı olaraq xidmət edən Amasra və materiklə əlaqəli müstəqil adalar 3000 illik tarixə, cazibədarlığa və balıq ovuna əsaslanan yerli sənətlərə, habelə ətraf meşə ərazilərinə sahib bir yaşayış məskənidir. Amasra qədim zamanlardan bəri unikal balıq restoranları, otellər və yataqxanalar mərkəzi olan bir turizm bölgəsi olmuşdur.Həmçinin, Amasra, sənətçi Barış Akarsunun doğma şəhəridir. Akarsu son lentini 2007-ci ilin yanvar ayında Amasra xalqına həsr etmişdir. == Tarix == Fateh Sultan Mehmetin başçılığı ilə Osmanlı İmperiyası orduları, 1360-cı ildə, 1460-cı ilin oktyabrında Genoylar tərəfindən ələ keçirilən Amasraya ekspedisiya təşkil etdi. Rəvayətə görə, Fateh Sultan Mehmet şəhərə açılan bir təpəyə gəldikdə heyranlığını göstərmək üçün bu ifadəni işlətmişdir: Rəvayətin davamına görə, Amasra qalasının komandiri, Fatehin olduğu təpənin açarını gətirir və şəhər mübarizəsiz alınır. Şəhər ələ keçirildikdən sonra Karabük-Eflani bölgəsində yaşayan qıpçaq türkləri burada məskunlaşdılar. Daha sonralar, bölgədə yaşayan yunanların böyük bir hissəsi İstanbula köçmək məcburiyyətində qaldı.
Humeyra
Pərvane Əmir Əfşari(farsca:پروانه امیر افشاری), Humeyra(farsca:حمیرا) adıyla tanınan İran müğənnisi == Həyatı == Humeyra 17 mart, 1945-ci ildə Tehran şəhərində zadəgan bir ailədə dünyaya gəlib. Əmir-Avşari soyundan, Avşar elindəndir. Əslən Zəncanlıdır. Nəcib bir ailəyə mənsub bu qızın birdən-birə oxumaq istəməsi qohum-qəbilənin narazılığına səbəb oldu.Lakin o, oxumağa üstünlük verdi.
Sumatra
Sumatra (bəzən Sumatera) İndoneziyanın qərbində bir adadır. Sunda adalarının ən qərbində olanıdır. Dünyanın ən böyük altıncı adasıdır. Ayrıca tamamiylə İndoneziyaya aid ən böyük ada ünvanına da sahibdir (digər iki ada, Borneo ve Yeni Qvineya, qismən İndoneziyada yer alırlar). Ən böyük şəhəri 2.400.000 nəfərlik əhalisi ilə Medandır. == Etimologiyası == Sumatra qədim çağlarda adada olan bol miqdarda qızıl mədənlərindən ötrü Sanskritcə Swarnadwīpa ("Qızıl adası") və Swarnabhūmi ("Qızıl torpaq") adlarıyla bilinirdi. Sumatra adını ilk olaraq 1017-ci ildə Çinə elçi göndərən Srivijaya kralı Sumatrabhumi ("Sumatra torpaqlarının kralı") işlətdi. X-XIII yüzillərdə Ərəb coğrafyaçılar Açeyə yaxın bir krallıq olan Lamriyə ithafən Sumatra adası üçün Lamri (Lamuri, Lambri və ya Ramni) adlarını işlətdilər. XIV yüzilin sonlarında Samudra krallığının yüksəlişiylə adanın da adı Sumatra olaraq yayqın bir şəkildə işlənməyə başlandı.
İmatra
İmatra — Finlandiyanın şərqində şəhər və bələdiyyə. İmatranın əksər hissəsi Sayma gölü və Vuoksa çayı ilə əhatə olunmuşdur və Rusiya ilə sərhəddə yerləşir. Sahəsi 19128 km²-dir və əhalisi 31 avqust 2017-ci il tarixində siyahıyalınmasına əsasən 27357 nəfər təşkil edir.
Matra
Matra (Avstriya. Mátra) - Şimali Avstriyada dağdır. == Coğrafiyası == Ən hündür zirvəsi Qora Kekeşdir. Hündürlüyü 1014 m-dir. Bu zirvə yalnızca Matranın deyil həmçini bütün Avstriyanın ən hündür zirvəsidir. == Bitki örtüyü == Əsas bitkiləri palıd və vələsədir. Dağın ətəyində meyvə bağları xüsusilə üzüm bağları salınmışdır. == Turizm == Matra dağının yamaclarında dağ-xizəyin inkişafı üçün əlverişli şərait vardır və bu sahə genişinkişaf etmişdir. Byuksek, Parad və Matrafyured əsas kurort zonalarıdır. == Maraqlı faktlar == Matra Slovakiyanın bayrağında Tatr və Fatr dağları ilə həkk olunmuşdur.
Mayya
Mayya sivilizasiyası
Sayra
Sayra (lat. Cololabis saira) — Sayralar cinsinə daxil olan dəniz balığı. Mühüm sənaye əhəmiyyəti vardır. == Təsviri == Uzunsov formaya malikdir. Pulcuqları kiçik ölçülüdür. Alt çənəsi üst çənəyə nisbətdə uzundur. Beli tünd-yaşıl və ya mavi-yaşıldır. Böyür nahiyəsi gümüşüdür. Bədəninin maksimal uzunluğu 40 sm, çəkisi isə 180 q. Orta ömür müddəti 5—6 ildir.
Umbra
Umbra (lat. Umbra) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin umbralar fəsiləsinə aid heyvan cinsi.
Mayna
Mayna (lat. Acridotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda nominativ yarımnövü olan eyni adlı politipik növlə təmsil olunmuşdur. Adi sığırçından bir qədər kiçikdir. Rəngi əlvandır: başı, boynu, qanadları, və quyruğu qara, qarnı, qanadlarının üstündə və quyruğunun ucundakı zolaqlar ağdır, qalan lələkləri qonurumtul-çəhrayıdır. Dimdiyi ayaqları və gözünün altındakı xal sarıdır. Növün Arealı Asiya olsa da bir çox dünya ölkələrinə aparılmışdır. Yaşayış məntəqələrində oturaq yaşayan tamamilə sinantrop quşdur. Sürü halında gəzir və yuvalayır. Bakıda ilk dəfə yuvalanması 1983-cü ildə qeydə alınmışdır.
Cumeyra-Biç
Cumeyra-Biç (ing. Jumeirah Beach) — ağ qumdan ibarət olan çimərlik. Dubay şəhərinin Cumeyra rayonu ərazisində yerləşir. Cumeyra palması ilə kəsişərək Cumeyra-Biç-Rezidensə qədər uzanır.
Cumeyra palması
Cumeyra palması (ərəb. نخلة الجميرة‎) — Birləşmiş Ərəb Əmirliklərindəki Dubay əmirliyinin dəniz sahilinə yaxın süni ada. Nakheel developer şirkəti tərəfindən yaradılıb. Palma adalarından biridir.
Cənubi Sumatra
Cənubi Sumatra (ind. Sumatera Selatan, qısaldılmış olaraq Sumsel) — İndoneziya əyalətidir. Sumatra adasının cənub-şərqində yerləşən, əyalət 91.592.43 km² (35.364 kvadrat mil) əhatə edir və 2010-cu il siyahıyaalınmasında 7.450.394 əhalisi var; son rəsmi qiymətləndirmə 10,675,862 (May 2015-ci il tarixinə). Vilayətin paytaxtı Palembanqdır. Vilayət şimaldan Cambi, qərbdən Benqkulu və cənubdan Lampunq ilə həmsərhəddir. Şərqdəki Banqka boğazı Cənubi Sumatra və Banqka Belitunq Adaları əyalətinə daxil olan Banqka adasını ayırır. Bu əyalət təbii sərvətlərlə, məsələn, neft, təbii qaz və kömürlə zəngindir. Vilayət çox müxtəlif etnik qrupların yaşadığı üçün çox müxtəlifdir. Malaylar əyalətdə dominant etnik qrupdur. Onların əksəriyyəti həm İndoneziya, həm də siravi malay üçün qarşılıqlı əlaqəsiz olan Palembanq Malay dilində danışdılar.
Quayra şəlaləsi
Quayra şəlaləsi (isp. Saltos del Guairá, port. Salto de Sete Quedas) — Keçmişdə kaskad şəkildə Parana çayında mövcud olan şəlalə. Bu coğrafi obyekt Braziliya və Paraqvay arasında sərhədi təşkil edir. Şəlalənin ərazisində 1982-ci ildə su anbarı inşa edilmişdir. İtaypu 2 həftə ərzində tam doldurulmuşdur. Çayda naviqasiyanı təmin etmək məqsədi ilə qayalıqlar partladılmış və Quayra Milli Parkı ləğv edilmişdir. Dərc edilmiş rəqəmlərə görə su sərfiyyatı 13 min m³/s dən 50 min. m³/s qədərdir. Quayra su sərfiyatına görə Dünyada hacansa mövcud olmuş şəlalələrdən biridir.
Qərbi Sumatra
Qərbi Sumatra (ind. Sumatera Barat,qısaldılmış Sumbara) İndoneziya əyalətidir. Sumatra adasının qərb sahilində yerləşir. 2014-cü ilin yanvar ayına olan son rəsmi qiymətləndirmə 5,098,790 nəfər əhalini göstərir. Qərbi Sumatra 12 bölgəyə və yeddi şəhərə bölünür. Yava əyalətindən başqa İndoneziyanın digər əyalətlərinə nisbətən daha çox şəhərə sahibdir. Paytaxtı Padanqdır. Vilayət şimalda Şimali Sumatra (Sumatera Utara), şərqdə Riau və Cambi, cənub-şərqdə Benqkulu əyalətləri ilə həmsərhəddir. Buraya sahildəki Mentavai adaları daxildir. Qərbi Sumatra Minanqkabau xalqının vətənidir, baxmayaraq ki ənənəvi Minanqkabau bölgəsi Qərbi Sumatra əyalətinin indiki inzibati bölgəsindən daha genişdir, Şimali Sumatranın cənub bölgəsini, Riaunun qərb bölgəsini, Cambinin qərb bölgəsini və Benqulunun şimal bölgəsini əhatə edir.
Sumatra barbusu
Sumatra barbusu, və ya Sumatra puntiusu (lat. Puntigrus tetrazona) sazankimilər fəsiləsinə aid şüa üzgəcli balıq növüdür. Populyar akvarium balığıdır . == Yaşayış arealı == Sumatra və Kalimantan adalarının sularında yaşayır. 1935-ci ildə Avropaya gətirilmişdir. == Təsviri == Çox aktiv və cəld balıqlardır. Başlayan akvariumçular üçün tövsiyə olunur.] Açıq sarımtıl-qəhvəyi rəngli gövdəsi və 4 ədəd vertikal qara zolağı var. Akvariumda saxlamaq üçün 22–24 °C temperatur, 17 ° -ə qədər sərtlik, pH 6.5–7.0 olan su tələb olunur. 15 °C-ədən aşağı temperaturda sağ qala bilir, amma belə şərait tövsiyə olunmur. Cinsi yetkinliyə 12 aylıq olanda çatırlar və bir dəfəyə 500-ə qədər kürü tökürlər.
Sumatra fili
Sumatra fili (lat. Elephas maximus sumatranus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinin adi asiya fili növünə aid heyvan yarımnövü. İndoneziyanın Sumatra adasında yaşayır. 2011-ci ildən etibarən Sumatran fili, son son 75-ildə ən azı 80% azaldığına görə, Təbiət və Təbii Sərvətlər Mühafizəsi üzrə Dünya Dərnəyi (IUCN) tərəfindən nəslikəsilmək ehtimalı olan heyvanlar siyahısına salınmışdır. Bu növlərə qarşı ən mühüm təhlükələrdən biri, yaşayış mühitinin məhv edilməsi və yaşayış sahəsinin parçalanmasıdır və son 25 ildə Sumatran filinin təbii yaşayış mühitinin 69% -i məhv olmuşdur. Qalan 250 km²-dən az meşə örtüyü filləri saxlamaq üçün kifayət deyil. == Özəllikləri == Asiya fillərində Afrika fillərindən daha kiçikdir. Hortumlarının sonunda bir barmaq kimi bir uzantı var. Onların arxası konveks və ya düzdür. Qadınlar kişilərə nisbətən daha azdır və ya qısa fildişi və ya heç biri yoxdur.
Sumatra kərgədanı
Sumatra kərgədanı (lat. Dicerorhinus sumatrensis) — Kərgədanlar fəsiləsinin Sumatra kərgədanı cinsinə aid növ. Sumatra kərgədanı, körpələrin doğum və tərbiyə dövrü istisna olmaqla, yalnız həyat tərzini sürür. Bu növ kərgədanlar vaxtilə Hindistan, Butan, Banqladeş, Myanma, Laos, Tayland, Malayziya, İndoneziya və Çinin yağış meşələrində, bataqlıqlarda və bulud meşələrində yaşayırdılar. Tarixin müxtəlif dövrlərində onlar Çinin cənub-qərbində, xüsusən Siçuanda yaşayırdılar. İndi vəhşi təbiətdə onlar yalnız beş əsas populyasiya ilə kritik təhlükə altındadır: dördü Sumatra və biri Borneo adasında. == Yarımnövləri == Şərq sumatra kərgədanı (D. s. harrissoni) Qərb sumatra kərgədanı (D. s. sumatrensis) † Şimal sumatra kərgədanı (D. s.
Sumatra pişiyi
Sumatra pişiyi (lat. Prionailurus planiceps) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü.
Sumatra pələngi
Sumatra pələngi (lat. Panthera tigris sumatrae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Sayı sürətlə azaldığına görə 2008-ci ildə adı "Qırmızı kitab"ın "Son həddə çatmışlar" siyahısına salınmışdır. Ümumi sayı 441–679 arasında dəyişən bu pələnglərin nəsil artırma qabiliyyətinə malik olan fərdlərinin sayı isə 50-dən çox deyildir. Bali və Yava pələnglərinin nəslinin kəsilməsindən sonra Sumatra pələngləri Zond adalarında yaşayan yeganə pələng qrupudur. == Xüsusiyyətləri == Sumatra pələngi öz kəllə quruluşuna, xəzinə və zolaqlarına görə Benqal və Yava pələnglərindən fərqlənir. O, öz xəzinin daha tünd rəngli olmasına və zolaqları arasındakı məsafənin daha geniş olmasına görə Yava pələngindən seçilir. Sumatra pələngi digər yarımnövlər arasında öz ölçülərinə görə ən kiçiklərdən biri hesab olunur. Onun bədən ölçüləri təqribən böyük bəbir və ya yaquarla bərabərdir. Erkək fərdlərin çəkisi 100–140 kq, uzunluğu 220–255 sm arasında dəyişdiyi halda, dişi fərdlərin çəkisi 75–110 kq, uzunluğu 215–230 sm arasında dəyişir.