Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abrest
Abrest (fr. Abrest) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03001. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2659 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1648 nəfər (15–64 yaş) arasında 1153 nəfər iqtisadi fəal, 495 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70,0%, 1999-cu ildə 70,2%) idi. Fəal 1153 nəfərdən 1045 nəfər (571 kişi və 474 qadın), 108 nəfəri işsizdir (65 kişi və 43 qadın). Aktiv olmayan 495 nəfər arasında şagird və ya tələbə, 177 nəfər pensiyaçı, 186 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Serest
Serest (fr. Céreste, oks. Ceirèsta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04045. 2008-ci ildə əhalinin sayı 1208 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 689 nəfər (15-64 yaş) arasında 463 nəfər iqtisadi cəhətdən, 226 nəfər hərəkətsiz (fəaliyyət göstərici 67.2%, 1999-cu ildə 62.6%) idi. Fəal olan 463 nəfərdən 381 nəfər (212 kişi və 169 qadın), 82 nəfəri işsiz (40 kişi və 42 qadın) idi.
Utreht
Utrext — Niderland Krallığının mərkəzində yerləşən Utrext əyalətinin paytaxtı. Niderland Krallığının dördüncü ən böyük şəhəri olsa da, Amsterdamdan sonra Niderland Krallığının mədəni tədbirlərin ən çox keçirildiyi ikinci şəhəridir. 2007-ci ilə olan məlumata görə əhalisi 300 030 nəfər olmuşdur. Bu şəhəri "Avropaya açılan qapı" adlandırırlar. Şəhərin əsas xüsusiyyətləri çoxsaylı körpülər, əvvəllər anbar rolunu oynayan bir-birinə birləşmiş evlər və ikiyaruslu kanallardır. Hal-hazırda birinci yarusun terrasları restoran, kafe, kanalın özü isə əyləncəli gəzinti üçün fəaliyyət göstərir. Orta əsrlər şəhəri olan Utrext tarixi abidələri və qədim kilsələri ilə məşhurdur. Utrext qədim universitet şəhəridir. Burada 1636-cı ildə yaradılmış Utrext Universiteti yerləşir.
Utrext

İnsest
İnsest (lat. incestus — «cinayətkar, təqsirli») — yaxın qan qohumları (valideynlər və uşaqlar, qardaşlar və bacılar) arasında cinsi əlaqə. Bu fərdlərin bir-biri ilə evlənməsi qanun və ya adət-ənənə ilə qadağan edilmişdir. İnsest cəmiyyətlərdə hüquqi problemdən çox emosional məsələ olduğuna görə bundan bəhs edərkən ümumi olaraq qadağa əvəzinə tabu termininə üstünlük verilir. İnsest antropologiyada universal olaraq qəbul edilir, baxmayaraq ki, bu, müxtəlif cəmiyyətlərdə fərqli şəkildə tətbiq edilir və onun pozulmasına dair məlumat cəmiyyətdən cəmiyyətə geniş şəkildə fərqlənən reaksiyalara səbəb olur. Ümumiyyətlə, iki insan arasında genetik əlaqə nə qədər yaxındırsa, onlar arasında cinsi əlaqəni qadağan edən və ya çəkindirən tabu bir o qədər güclü və daha yüksək yüklüdür. Belə ki, ata ilə qız, ana ilə oğul və ya qardaş ilə bacı arasında cinsi əlaqə demək olar ki, hər yerdə qadağandır. Əmi ilə qardaşı/bacısıqızı və ya xala ilə qardaşı/bacısıoğlu arasında cinsi əlaqə də ümumiyyətlə tabu hesab edilir. Bəzi cəmiyyətlərdə xalaoğlu, xalaqızı, əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı, bibioğlu və bibiqızı arasında münasibətlər də qadağandır. Кровосмешение // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Ernest
Ernest — ad. Ernest Heminquey — amerikalı yazıçı Ernest Şeklton - Ernest Rezerford — Yeni Zelandiyalı fizik Ernest-Anri Bayon — Fransa botaniki.
Brest
Brest (poles. Бе́ресть, belar. Брэст) — Belarusun cənub-qərbində şəhər, Brest vilayətinin və bu vilayətin Brest rayonunun inzibati mərkəzi. Brest şəhəri Brest rayonunun tərkibinə daxil deyil.
Crest
Crest - Procter & Gamble şirkəti tərəfindən yaradılmış diş məcunu markası. Amerika Birləşmiş Ştatları və Almaniya bazarları başda olmaqla bir çox ölkələrdə istehlakçılar tərəfindən ən çox üstünlük verilən diş məcunu markası. Marka Blend-a-Med adı ilə Avropanın Bolqarıstan, Almaniya, Serbiya, Rusiya, Polşa, Ukrayna, Macarıstan, Rumıniya, Latviya və Ukrayna kimi ölkələrində satılır. Şirkət 1987-ci ildə Procter & Gamble şirkəti tərəfindən satın alındıqdan sonra marka üçün digər bir ad Blend-a-Med adıda əlavə edilmişdir. Şirkət P&G-nin tərkibinə daxil olduğu ilk zamanlarda mərkəz kimi Almaniyanın Mayns şəhərini istifadə edirdi. == Tarixi == Şirkət Crest adı ilə 1955-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmışdır. İstehsal edilən diş məcunlarında ilk dəfə olaraq qalay florid istifadə edilirdi və bu yeni məhsul bazara Floristan adı altında təqdim edilmişdir. Müxtəlif bazarlarda bu ad Floristanlı Crest formasında əvəz olunmuşdur. İnsanlar üçün daha effektli bir diş məcunu yaradılması üçün laboratoriyalarda qızğın araşdırmalar aparılırdı. Aparılan araşdırmaların nəticəsində İndiana Universitetinin alimləri Muhler, Harry Day və Vilyam Hergel tərəfindən diş məcunu Crest yeni tərkibinə qovuşur.
Orest
Orest (q.yun. Ὀρέστης, "dağlı"; lat. Orestes) — Troya müharibəsində vuruşan Mikena kralı Aqamemnon və Klitemnestranın oğlu. Onun dəliliyi və təmizlənməsi bir çox Qədim Yunan oyunu və əfsanəsinin mövzusu olmuşdur. Orestes yunanca "oreibates" ("ορειβάτης") sözündən gəlir. Mənası alpinistdir. Metaforik olaraq, dağları fəth edə bilən biri kimi istifadə olunur. Homer hekayəsində Orest Tantal və Niobe ilə birbaşa əlaqəli olan Atreyin lənətlənmiş evinin üzvüdür. Troya müharibəsinə gedən yolda yaxşı bir külək üçün tanrıça Artemisə dua edən Aqamemnon, ilahənin işarəsi ilə qızı İfiqeniyanı qurban vermək istəyir, amma arvadı buna qarşıdır. Buna baxmayaraq, qərarından vaz keçməyən Aqamemnon qızını qurban verərkən ilahə tərəfindən xilas edilir, bunun əvəzinə bir dişi maral qurban edilir.
Trest
Trest — Kartel və sindikatla müqayisədə nisbətən yüksək inhisar formasıdır. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqillikləriini tam itirirlər. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur.. Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.339.
Ernest Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Ernest Buş
Ernest Vilhelm Bernard Buş (alm. Ernst Wilhelm Bernhard Busch‎; 6 iyul 1885 – 17 iyul 1945, Olderşot[d], Hempşir qraflığı[d]) — alman hərb xadimi, Vermaxtın general-feldmarşalı (1943).
Ernest Heminquey
Ernest Miller Heminquey (ing. Ernest Miller Hemingway; 21 iyul 1899[…], Ouk-Park[d], İllinoys – 2 iyul 1961[…], Ketçum[d], Aydaho) — amerikalı yazıçı və jurnalist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954), Pulitser mükafatı laureatı. == Həyatı == Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu. Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıxan "Star" qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Xaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı "Əlvida, silah" (1929) romanındakı bir sıra hadisə və personajları şəxsən görüb müşahidə etmişdi.
Ernest Heminqvey

Ernest Qyoka
Ernest Qyoka (alb. Ernest Gjoka) — Albaniyanın "Kukesi" futbol klubunun baş məşqçisi (2016-cı ildən).
Ernest Renan
Yozef Ernest Renan (fr. Joseph Ernest Renan; 28 fevral 1823[…] – 2 oktyabr 1892[…], V arondisman) — fransız yazıçısı, tarixçi və filoloqu. == Həyatı == Jozef Ernest Renan 1823-cü il fevral ayının 28-də Fransada Bretani şəhərciyində anadan olmuşdur. Atası dənizçi idi və Ernest Renanın 5 yaşı olanda dünyasını dəyişib. Renana böyük bacısı Genrietta daha çox təsir göstərmişdir. O, ölümünə qədər bacısı ilə həm də dost olmuşdur. Onun həyatını kilsəyə həsr etməsini istəyən anası 1838-ci ildə Ernesti ruhani seminariyaya qoymuşdur. O, yerli ruhani seminariyadan daha sonra təhsilini Müqəddəs Nikolay adına Paris Seminarında davam etdirir. Məhz həmin seminariyada dünyəvi ədəbiyyatla tanış olmuşdur. Mişle, Viktor Hüqo, Lamartinin əsərləri onda dərin iz qoymuşdur.
Ernest Rezerford
Ernest Rezerford (ing. Ernest Rutherford; 30 avqust 1871[…] – 19 oktyabr 1937[…], Kembric) — Yeni Zelandiyalı fizik, atomun planetar modelinin müəllifi. 1908-ci il kimya üzrə Nobel mükafatı laureatı. Nüvə fizikasının "atası" hesab olunur. == Həyatı == Ernest Rezerford Şotlandiyadan Yeni Zelandiyaya köçüb gəlmiş fermer Ceyms Rezerfordun ailəsində, Yeni Zelandiyanın Nelson şəhəri yaxınlığındakı Sprinq-Qruv (hal-hazırda Braytvoter) adlanan yerdə dünyaya gəlmişdir. Anası Marta Tomson İngiltərənin Esseks əyalətindən idi. İlk ibtidai təhsilini əvvəlcə Havlok məktəbində, daha sonra Nelson kollecində almışdır. İbtidai təhsilini uğurla tamamalyan Ernest təhsilini Yeni Zelandiya Universitetinin Kanteberi kollecində davam etdirmık hüququ əldə edir. Universitet illərdinə o yerli tələbə debat cəmiyyətinin sədri olur. 1895-ci ildə bakalavr və magistr dərəcələrini alan Ernest daha iki il elektrik texnologiyaları sahəsində tədqiqatlarla məşğul olduqdan sonra doktorluq dərəcəsi almaq məqsədilə İngiltərəyə yollanır.
Ernest Telman
Ernest Telman (alm. Ernst Thälmann‎; 16 aprel 1886[…], Hamburq – 18 avqust 1944[…], Buhenvald həbs düşərgəsi, Türingiya[d]) — Almaniya komunistlərinin lideri. == Həyatı == Errnst Telman 1886-cı il aprel ayının on altısında Hamburqda İohann Telmanın ailəsində anadan olmuşdur. Ernst gənc yaşlarından işləməyə başlamışdır. O əvvəlcə günəmuzd fəhlə, sonra mebel daşıyan, yük daşıyan arabaçı, liman fəhləsi, dənizçi işləmişdir. Proletar şüuru getdikcə artan Ernst 1902-ci ildə Almaniya Sosial-demokrat Partiyasının (ASDP) sıralarına, iki ildən sonra isə Hamburq nəqliyyat işçiləri həmkarlar ittifaqına daxil oldu. Hamburqun fəhlə kütlələrinin kapitalist zülmkarlara qarşı apardıqları amansız mübarizə ona daim inqilabiləşdirici təsir göstərirdi. Axı Avqust Bebelin reyxstaqda Hamburqun nümayəndəsi olması nahaq deyildi. Telman nəqliyyatçı fəhlələri müdafiə etmək üçün tez-tez həmkarlar ittifaqlarının yığıncaqlarında çıxış edir, həmkarlar ittifaqlarındakı bürokratlara kəskin hücum edirdi. Bürokratlar hələ o zaman Telmana barışmaz üsyançı və inqilabçı kimi baxırdılar.
Ernest Şeklton
Ernest Şelkton, (ing. Ernest Shackleton; 15 fevral 1874[…] – 5 yanvar 1922[…], Qryotviken, Britaniya dəniz əraziləri) İyirminci yüzilliyin əvvəlləridə həyata keçirtdiyi Antarktidanın kəşfi ilə tanınan irlandiyalı,ingilis səyyah. == Gənclik illəri == Səkkizi qız və ikisi oğlan olmağla on uşaqlı bir ailənin ikinci övladı olaraq dünyaya gələn Şelkton 17 yaşında ticarət gəmisində işə başladı. Üç dirəkli yelkənli gəmi ilə bir çox səfərə çıxdı. 24 yaşında leytenant rütbəsi aldı. == Kəşflər == 1901-ci ildə səyyah Robert Skott və həkim Eduard Vilson ilə ilk kəşf səfərinə çıxdı. noyabr 1902-ci ildə o günə qədər gediləsi mümkün olan ən cənubdakı nöqtə rekordunu (82°16') qırdılar. Askorbik (C vitamini çatışmazlığı) xəstəliyinə tutulan Skott onu Londona geri göndərdi. Bu səfərində şöhrət qazanan Şelkton, bir sonrakı kəşfinə 7 avqust 1907-ci ildə çıxdı, 1908-ci ildə Antarktidaya ikinci dəfə ayaq basdı. Bir çox sınağdan sonra səyyah 88°23' paralelinə çataraq daha bir cənuba enmə rekordu qırdı, amma Cənub Qütbünə 180 km qalmış geri dönmək məcburiyyətində qaldılar.
Ernest Şelkton

Forest Uitaker
Forest Uitaker (ing. Forest Whitaker; 15 iyul 1961[…]) — Amerika aktyoru, rejissoru və prodüseri. 2007-ci ildə "İskoçyanın Son Kralı" filmində aktyor "İdi Amin"ini reallıqla təsvir etdiyi üçün bir neçə mükafata layiq görülür. Aktyor həmçinin də, ən yaxşı kişi aktyoru kimi "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmy" mükafatları ilə qiymətləndirilmişdir. == Həyatı == O, futbol komandasının oyunçusu olduğu Paliseyd məktəbini bitirir, bir müddət idmanla məşğul olduqdan sonra musiqi ilə də maraqlanmışdır. Forest 1979-cu ildə orta məktəbi bitirir, daha sonra Dilana Tomasın istehsalı ilə "Süd meşəsi kölgəsi altında" filmində ilk rolunu oynayır və bu filmlə Forest, aktyorluq sənətinə ilk addımın atır. Bir müddət sonra Pomonadaki Kaliforniya Politexnik Universitetində onurğasından ağır zədə alır və buna görə Forestə təqaüd ayrılır. Bir müddətdən sonra 1996-cı ildə Forest "Atəşi yandırdı" filmində Keyşe Neşla tanış olur və onunla evlənir. == Film kariyerası == İdmanla əlaqəni kəsdikdən sonra qərara gəlir ki, başqa sahəyə üz tutsun və ele həmin ərəfələrdə Cənubi Kaliforniya Universitetində təhsil almaq üçün konservatoriyanın teatr fakültəsinə daxil olur. Həm də Forest, London Drama Studiyasında (Berkeley şöbəsini) oxudu.
Forest Uiteyker

Ernest Gellner
Ernest Andre Gellner (ing. Ernest André Gellner; 9 dekabr 1925[…], Monruj – 5 noyabr 1995[…], Praqa) — Britaniya və Çexiya filosofu, sosial antropoloqu. "The Daily Telegraph" tərəfindən dünyasını dəyişdiyi zaman dünyanın ən güclü ziyalılarından biri, "The Independent" tərəfindən isə "tənqidi rasionalizm üçün birnəfərlik səlibçi" adlandırılmışdır. Onun ilk kitabı olan "Sözlər və şeylər" (1959) "The Times"da onun dil fəlsəfəsinə hücumu ilə əlaqədar məktublar səhifəsində bir ay davam edən yazışmalara səbəb olmuşdur. 22 il London İqtisadiyyat Məktəbində fəlsəfə, məntiq və elmi metod professoru kimi, səkkiz il Kembric Universitetində Vilyam Vayz sosial antropologiya professoru və Praqada milliyətçiliyin tədqiqi üzrə yeni mərkəzin rəhbəri olmuşdur. Gellner bütün yazılarında, tədrisində və siyasi fəallığında qapalı düşüncə sistemləri kimi gördükləri şeylərə, xüsusən də kommunizmə, psixoanalizə, relyativizmə və azad bazar diktaturasına qarşı mübarizə aparmışdır. Sosial düşüncədəki digər məsələlərlə yanaşı, modernləşmə nəzəriyyəsi və milliyətçilik onun mərkəzi mövzularından ikisi idi. O, milliyətçilik məsələsi üzrə aparıcı nəzəriyyəçilərdən sayılır. == Seçilmiş əsərləri == Words and Things, A Critical Account of Linguistic Philosophy and a Study in Ideology, London: Gollancz; Boston: Beacon (1959). Thought and Change (1964) Populism: Its Meaning and Characteristics (1969).
Ernest Şantr
Ernest Şantr (fr. Ernest Chantre; 14 yanvar 1843, Lion – 24 dekabr 1924, Ekülli[d]) — Fransa arxeoloqu və antropoloqu. 1878-ci ildən 1910-cu ilə qədər Lion Muzeyində geologiya və antropologiya dərslərinin təlimatçısı olmuş, eyni zamanda Lionda Elmlər Fakültəsində (1881–1908) antropologiya kurslarını tədris etmişdir. 1873–1888-ci illərdə "Matériaux pour l'Histoire primitive et naturelle de l'Homme" jurnalının redaktoru olmuşdur. 1873–1913-cü illərdə Kiçik Asiya, Şimali Afrika, Ermənistan və Qafqaz regionunda çoxsaylı elmi missiyalarda iştirak etmişdir. == Seçilmiş əsərləri == Études paléoethnologiques dans le bassin du Rhône. Âge du bronze; recherches sur l'origine de la métallurgie en France, 1875. Études paléontologiques dans le Bassin du Rhône, période quaternaire, 1880. Recherches paléoethnologiques dans la Russie méridionale et spécialement au Caucase et en Crimée, 1881. Recherches anthropologiques dans le Caucase (4 volumes) 1885–87.
Ernest Fenollosa
Ernest Fransisko Fenollosa (ing. Ernest Francisco Fenollosa; 18 fevral 1853[…], Salem[d], Massaçusets – 21 sentyabr 1908[…], London) – ABŞ pedaqoqu, sosioloqu və yapon incəsənətinin tarixçisi. Tokio Universitetinin professoru olmuşdur. Yaponiyada yapon incəsənətinin tədqiqi və mühafizəsi istiqamətində fəaliyyət göstərmişdir. == İlk illəri == Ernest Fenollosa 1853-cü ildə ABŞ-nin Massaçusets ştatının Salem şəhərində doğulmuşdur. 1874-cü ildə Harvard Universitetinin fəlsəfə və sosiologiya fakültəsindən məzun olmuşdur. Təqaüd qazanaraq fəlsəfə və teologiya təhsilinə davam etmişdir. 1877-ci ildə Harvard Universitetindəki təhsilini yarımçıq qoyaraq Boston Təsviri İncəsənət Muzeyində rəssamlıq öyrənməyə başlamışdır. == Yaponiyada həyatı == Tokio Universitetinin zooloqu olan Edvard Morze 1878-ci ildə onu Yaponiyaya dəvət etmişdir. Fenollosa Yaponiya hökumətinin təklifini qəbul edərək Tokio Universitetində fəlsəfə və siyasi iqtisadiyyat (1878–1880), eləcə də, fəlsəfə və məntiq (1880–1886) müəllimi olmuşdur.