Unutmaməni
Unutmaməni (lat. Myosotis) — latın sözü olub, tərcüməsi "siçan qulağı" deməkdir.
Unutmaməninin yarpaqları balaca, heyvanın sallaq qulağına oxşadığına görə ona belə ad verilmişdir. Bitkinin Avropada, Asiyada, Amerikada, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada 50-yə yaxın birillik, ikiillik, və çoxillik növləri məlumdur. Yaşıllaşdırmada 10 növündən ikiillik bitki kimi geniş istifadə olunur. Azərbaycanda isə bu cinsin 9 növü bitir.
Alp unutmamənisinin (M.alpestris) hündürlüyü 35 sm-ə qədər olan, çoxşaxəli, gövdəli bitkidir.Yumurtavari yarpaqları boz tükcüklərlə örtülüdür. Mavi, göy, ağ ya da çəhrayı gülləri salxım hamaşçiçəklərə yığılmışdır. Alp unutmamənisinin vətəni Orta Avropanın dağ rayonlarıdır.Toxumları əkildikdə birinci ildə bitkinin qısa rozet yarpaqları və kökləri əmələ gəlir. Bitkini qələmlə də çoxaltmaq olar.