Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aerodinamika
Aerodinamika — fizikanın bölməsi. Əsasən havanın hərəkətini öyrənir. Aerodinamikada səs sürətinə (340 m/san) qədərki hərəkətlər öyrənilir. Aerodinamika uçuş aparatlarının və müxtəlif bir neçə elmlərdə tətbiq olunur. Aerodinamika müstəqil elm kimi XX əsrin əvvəllərində aviasiyanın tələbi ilə yaranmışdır. Böyük olmayan sürətlərdə havanı sıxılmayan fərz etmək olar. İdeal maye nəzəriyyəsinə görə maye təbəqələri arasında və cisimlə maye arasında sürtünmə qüvvəsi nəzərə alınmır. Bunun nəticəsində məlum Dalamber-Eyler paradoksu (havanın hərəkət edən cismə müqaviməti sıfırdır) yaranır. Buna baxmayaraq bəzi tətbiqi aerodinamika məsələlərinin həllində ideal maye nəzəriyyəsindən istifadə edilir (qanadın qaldırıcı qüvvəsinin təyini və s.). == Aerodinamik enmə == Aerodinamik enmə — göy cisminin səthinə oturmazdan əvvəl aerodinamik müqavimət və qaldırıcı qüvvədən istifadə etməklə kosmik aparatın atmosferdə enmə zamanı uçuşu.
Geodinamika
Geodinamika — Yerin təkamülü ilə əlaqədar olaraq onun daxilində və üst örtüklərində enerjinin paylanmasına səbəb olan qüvvə sahələrinin yaranma prosesləri haqqında elm. Geodinamika tədqiqatlarda Yer sisteminin istənilən daxili (nüvə, mantiya, litosfer) və xarici (hidrosfer, atmosfer, yerətrafı kosmik fəza) geosferləri, habelə hər hansı mühüm əlamətinə (biosfer, rift zonaları) və ya müxtəlif təbii proseslərə (hidrotermal sistemlər, tufanlar və b.) görə ayrılan dinamikası öyrənilə bilər. Geodinamika geofiziki, tektonik, petroloji və geokimyəvi tədqiqatlara əsaslanır. Geodinamika tədqiqatlarda litosfer plitələrin kinematikasının tədqiqinə xüsusi əhəmiyyət verilir. Xain, Ryabuxinə (1997) görə, geodinamika, litosferin dəyişilməsinə səbəb olan və onun quruluşunun təkamülünü müəyyən edən bütün dərinlik endogen prosesləri öyrənir. == Həmçinin bax == Yer Dinamika Geosferlər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.