Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ucarma
Ucarma (gürc. უჯარმა) — Gürcüstanda kənd. Kaxetiya ölkəsinin Saqareco bələdiyyəsi ərazisindədir. Dəniz səviyyəsindən 770 m yüksəklikdə yerləşir. Bir zamanlar Qafqaz Albaniyası ilə Gürcüstanın sərhədini müəyyən edirdi. Əhalisi 445 nəfərdir (2014).
Yermak
Yermak Timofeyeviç (1532/1534/1542 – 6 avqust 1585, Sibir xanlığı) —Kazak atamanı. Ural tacirləri və sənayeçiləri Stroqanovların vəsaiti hesabına onun başçılığı ilə kazakların Sibir xanlığına işğalçı yürüşlər təşkil edilmişdir. 1581-ci ildə Yermak Sibir xanlığının işğalına başladı. 1582-ci ilin payızında kazaklar hücumla Sibir xanlığının əsas istehkamı — paytaxtı Kaşlıkı tutdular və qarət etdilər. Sibir xanı Küçüm xan müqaviməti davam etdirdi. 1585-ci ildə başda Kuçum olmaqla tatarların kazaklara gözlənilməz gecə hücumu zamanı Yermak öldürüldü. Атаман Ермак Йармак (Ермак) Кольцо Сибири. Ермак, освоение Сибири Сказ о казаке-разбойнике Arxivləşdirilib 2007-10-27 at the Wayback Machine Ермак — человек — ледокол Кто же ты, Ермак Аленин? Arxivləşdirilib 2010-01-06 at the Wayback Machine Казаки. Походы Ермака (фигурки) Arxivləşdirilib 2011-12-27 at the Wayback Machine Савельев Е. П. Кто был Ермак и его сподвижники.
Yarma
Yarma – dənli, qarabaşaq və paxlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, orqanizm tərəfindən mənimsənilməyən və ya pis mənimsənilən hissələrdən, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, xırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur. Yarma yüksək qidalılıq dəyərinə malik olan, orqanizmdə yaxşı mənimsənilən kalorili məhsuldur. Yarma uşaqların və bir çox xəstələrin qidası üçün əvəzedilməz yeyinti məhsulu hesab edilir. Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müxtəlif vitaminlər və mineral maddələr (kalium, kalsium, dəmir, fosfor, maqnezium) vardır. Yarmalardan kulinariyada, uşaq və pəhriz qida məhsulları, həmçinin yeyinti konsentratları və müxtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur. Yarmalar növlərə (məsələn, buğda, arpa, qarabaşaq və s.), tiplərə (məsələn, düyü) və bəziləri əmtəə sortlarına (məsələn, düyü, darı) və iriliyindən asılı olaraq nömrələrə (arpa, perlova, poltava yarmaları) ayrılır. Müxtəlif yarma növləri biri digərindən xarici əlamətlərinə (formasına, ölçüsünə, rənginə), toxumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, biokimyəvi xassələrinə, tərkibində olan zülalların, karbohidratların (xüsusilə nişastanın), yağların, mineral maddələrin, vitaminlərin miqdarına görə fərqlənirlər. Əhmədov Ə. I. Ərzaq malları əmtəəşünaslığı. Ali məktəblər üçün dərslik. Yenidən işlənmiş və tamamlanmış ikinci nəşr.
Con Karmak
Con Karmak (ing. John D. Carmack; d. 20 avqust 1970, Kanzas, Missuri, ABŞ) — Amerika proqramçısı; O, First-person shooter (FPS) - Birinci şəxs atıcı janrında "Wolfenstein 3D", "DOOM", "Quake" kimi kompüter oyunlarının təqdimatı ilə məşhurdur. "Id Software" və "Armadillo Aerospace" şirkətlərinin həmtəsisçisi olaraq da tanınır. == Həyatı == Con Karmak 20 avqust 1970-ci ildə Missuri ştatının Kanzas şəhərində dünyaya gəlib. O, kiçik yaşlarından kompüter texnologiyaları ilə maraqlanıb. Devid Kaşner "Masters Of Doom" kitabında onun uşaqlıq dövrünü belə təsvir edir: "Karmak 14 yaşında olarkən bir neçə həmyaşıdına "Apple II" kompüterlərinin oğurluğu üçün dərsdən sonra məktəbə daxil olmağa kömək edir, amma bu zaman səssiz siqnalizasiya işə düşür. Con həbs edilir və psixoloq konsultasiyasına göndərilir və nəticədə çətin tərbiyə olunan uşaqlar üçün olan mərkəzdə 1 illik məhkum edilir". Sonradan Con iki semestr ərzində Missuri Universitetində oxuyur, sonra müstəqil proqramçı karyerasına başlayır. Tezliklə Con Karmak ehtiyac duyulan mütəxəssis oldu.
Miyna Hyarma
Miyna Hyarma (est. Miina Härma 9 fevral 1864 – 16 noyabr 1941, Tartu) — Estoniya bəstəkarı, orqanist, xor dirijoru. Miyna Hyarma müəllim və musiqiçi ailəsində anadan olmuşdur. Tartuda məktəbə bitirir. 15 yaşından etibarən Estoniya bəstəkarı və yazıçısı Karl Avqust Hermandan (qohumu deyil) fortepiano və kompozisiya dərsləri alır. 1883 - 1890-cı illərdə Miyna Hyarma Sankt-Peterburq Konservatoriyasında (Lui Qomiliusdan) orqan və kompazisiya üzrə təhsil alır. Konservatoriyanı bitirdikdən sonra Sankt-Peterburqda qalır. Orada musiqi müəllimi və orqanist kimi işləyir. Xaricdə konsertlərdə çıxış edir. 1894-cü ildə Tartuya qayıdır.
Ucarma qalası
Ucarma qalası (gürc. უჯარმის ციხე) – Gürcüstanın Kaxetiya bölgəsindəki Saqaredsco bələdiyyəsində yerləşən orta əsrlərə aid gürcü kilsəsidir. İori çayının sahilində və Qombori dağ keçidinin yaxınlığında yerləşən qala Ucarma qəsəbəsinin təxminən 4 km şimalındadır. Qala iki hissədən ibarətdir: yuxarı qala və aşağı şəhər. Qalanın şərq qismində iki mərtəbəli binadan formalaşan kraliyyət sarayı vardır. Üst qala X əsrdə ərəb sərkərdəsi Əbülqasım tərəfindən dağıdılmış, ancaq XII əsrdə onu xəzinə olaraq istifadə edən kral III Georgi tərəfindən bərpa edilmişdir. Gürcü tarixçi Leonti Mroveliyə görə Ucarma qalasının təməl daşı III–IV əsrlərdə İberiya krallığı kralı Aspaqur tərəfindən ucaldılmışdır. Kral Vaxtanq Qorqasali dövründə qala genişləndirildi və yaşayış yeri olaraq istifadə edildi. Ucarma 914-cü ildə ərəblər Qafqaz dağlarını istila etdiyində fəth edildi. Döyüşlər zamanı binalara ciddi ziyan dəydi.
Yermak Timofeyeviç
Yermak Timofeyeviç (1532/1534/1542 – 6 avqust 1585, Sibir xanlığı) —Kazak atamanı. Ural tacirləri və sənayeçiləri Stroqanovların vəsaiti hesabına onun başçılığı ilə kazakların Sibir xanlığına işğalçı yürüşlər təşkil edilmişdir. 1581-ci ildə Yermak Sibir xanlığının işğalına başladı. 1582-ci ilin payızında kazaklar hücumla Sibir xanlığının əsas istehkamı — paytaxtı Kaşlıkı tutdular və qarət etdilər. Sibir xanı Küçüm xan müqaviməti davam etdirdi. 1585-ci ildə başda Kuçum olmaqla tatarların kazaklara gözlənilməz gecə hücumu zamanı Yermak öldürüldü. Атаман Ермак Йармак (Ермак) Кольцо Сибири. Ермак, освоение Сибири Сказ о казаке-разбойнике Arxivləşdirilib 2007-10-27 at the Wayback Machine Ермак — человек — ледокол Кто же ты, Ермак Аленин? Arxivləşdirilib 2010-01-06 at the Wayback Machine Казаки. Походы Ермака (фигурки) Arxivləşdirilib 2011-12-27 at the Wayback Machine Савельев Е. П. Кто был Ермак и его сподвижники.
Yarma (termin)
Yarma (rus. прорва, ing. cut-off) meandr boynunda əmələ gələn yeni məcra; çayın deltasında yeni qol; qum dilinin yuyulma yeri.
Yarma plov
Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Yarma-100 q, düyü-100 q, əridilmiş yağ-50 q, qurudulmuş kütüm-100q və tam üçün duz tökülür. Buğda yarması artlanıb yuyulur və yarıhazır vəziyyətə çatınca qaynar duzlu suda bişirilir. Sonra bunun içinə yuyulmuş düyü tökülür hamısı birlikdə hazır olunca bişirilir. Qurudulmuş kütüm suda bişirilir, dərisi və tıxları təmizlənir. Bəzən kütüm su buxarında bişirilir, xırda təpəciklər bölünür. Süfrəyə verilən zaman yarma plov boşqaba çəkilir, yağ tökülür və ayrıca yanına kütüm təpəcikləri qoyulur.
Üparlak
Üparlak (fr. Huparlac, oks. Uparlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Aman-de-Kot kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12116. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 45 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 155 nəfərin (15-64 yaş arasında) 124 nəfəri İqtisadi fəal, 31 nəfər hərəkətsizdir (fəaliyyət göstəricisi - 80.0%, 1999-cu ildə 77.3%).