Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yuma
Yuxa (ing. Yuha) — ABŞ ərazisində yerləşən Sonora səhrasının qərb hissəsini təşkil edən qumlu səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır (Arizona ştatı ABŞ və Aşağı Kaliforniya Meksika). Səhra Arizona ştatının cənub-qərbində, Hila çayından cənubda, Kolorado çayından isə şərqdə yerləşir. Səhranın cənubu Meksika sərhədinə yaxın Böyük səhra (ing. Great Desert, isp. Gran Desierto) adlandırılır. Yayı dəhşətli istiləri, qışı isə orta temperaturları ilə seçilir.
Ayumi
Ayumi — Yaponiya adı. Ayumi İvata — Yaponiyalı oxatan. Ayumi Kayhori — keçmiş Yaponiya qadın futbolçusu. Ayumi Tsuci — Yaponiya səs aktrisası. Ayumi Oya — Yaponiya qadın futbolçusu. Ayumi Hara — keçmiş Yaponiya qadın futbolçusu.
Fusuma
Fusuma (yap. 襖) — hər iki tərəfdən kağız yapışdırılmış taxta çərçivədən ibarət siyirməli qapı, yapon otaqlarını, böyük vasitsuları hissələrə ayırmq üçün istifadə olunur. Kağız kifayət qədər nazikdir və işığı keçirir, adətən onun üzərinə rəsm çəkilir. Fusumanın ölçüləri təxminən tataminin ölçüləriylə eynidir. Fusuma yuxarıdan və aşağıdan taxta üzərində hərəkət edir. Yuxarı taxta kamoi, aşağı taxta isə sikii adlanır. Qədimdə bu taxtalara mum sürtürdülər, lakin müasir dövrdə sürtünməni asanlaşdırmaq üçün xüsusi vinil zolaqdan istifadə olunur. == Sözün etimologiyası == Versiyalardan birinə görə, bu söz ilk dəfə imperatorun əsas iqamətgahının yataq otağını — fusuma dokoronu (yap. 衾所?) bildirmək üçün istifadə olunmuşdur və yataq otağı sözünə sinonim olaraq istifadə olunmuşdur. Fusuma sözünün hərfi mənası uzanmaq üçün otaq mənasını verir.
Hyuna
Kim Hyuna (d. 6 iyun 1992) — Cənubi Koreyanın rəssam səsyazma, rəqqasə, mahnıyazar və modelidir.
Ulama
Upupa
Hop-hop (lat. Upupa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bucerotiformes dəstəsinin hop-hoplar fəsiləsinə aid heyvan cinsi.
Urumi
Urumi (sinh. ethunu kaduwa; malaya. uṟumi; hind āra) – əyilgən və qamçıyaoxşar tiyəsi olan hind qılıncı. Hindistanın Kerala ərazisində yaranmışdır. Bu qılınc növünün ilk dəfə Sanqam dövründə hazırlandığı düşünülür. Urumi polad qamçı hesab olunur və ondan istifadə etmək üçün xeyli təcrübə tələb olunur. Buna görə hind döyüş sənətlərində urumi ən sonda öyrənilən silahlardan biridir. == Etimologiya == "Urumi" sözü bu silahın malayalam dilindəki adıdır və silah ən çox bu adla tanınır. Malayalam dilində bu silaha "çuttuval" da deyilir. Bu söz hərfi tərcümədə "qıvrılan qılınc" deməkdir.
Uydurma
Fiksiya – uydurma, yalan. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Alp unutma
Alp unutma (lat. Myosotis alpestris) — Çoxillik, bozumtul-yaşıl bitkidir. == Qısa morfoloji təsviri == Kökümsovu qısa, qalın, sürünən; saplağı düz, budaqsız, yarımsıxılmış tükcüklərlə sıx sallanmış, hündürlüyü 15–30 sm-dir. Gövdə yarpaqları oturaq, enli özüllü uzunsov, gövdəni yarıməhatə edən, ölçü və formasına görə müxtəlifdir, hər iki tərəfdən yumşaq, uzun tükcüklərlə sıxılmış və ya yarımsıxılmış tükcüklərlə sıx sallanmışdır. Kasacığın uzunluğu çiçəkləmə dövründə 2,5 mm, meyvəsi ilə birgə isə 4–5 mm-dir, solğunbozumtuldur. Çiçək tacı tünd-mavi, iri, diametri 7–8 (9) mm, yumurtaşəkilli-dairəvi dilimlidir. Meyvə saplağı qısa, uzunluğu 3–5 mm, yuxarı çəpəki istiqamətlənmiş, sıxılmış və yarımsıxılmış seyrək tükcüklərlə sıx sallanmışdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Ayuka xan
Ayuka və ya Ayuki xan (1642, Cunqariya, Sincan-Uyğur Muxtar Rayonu – 1 (12) mart 1724) — Kalmık xanı. Onun hakimiyyəti illərində Kalmık xanlığı özünün çiçəklənmə dövrünü keçirmiş və iqtisadi, hərbi, siyasi baxımdan özünün ən güclü dövrünü yaşamışdır. Rusiya adına Ayuka xan imperiyanın cənub sərhədlərini qoruyurdu. O, həmçinin rus qoşunları ilə birlikdə müsəlman tayfalarına qarşı olan bir çox hərbi ekspedisiyalarda iştirak etmişdir. Bu ekspedisiyalar Mərkəzi Asiyaya, Şimali Qafqaza və Krıma qarşı olmuşdur. == Həyatı == O, özünün kalmıklardan ibarət ordusundan Kazanda və Orenburqdakı başqırd üsyanlarının yatırılmasında istifadə etmişdir. Rusiya imperiyası hökuməti danışıqlar üçün Knyaz Qolitsin Aleksey İvanoviçi göndərmişsə də, kalmıklara olan rus hücumları sonlandırılmamışdı. Rusiya imperiyası hakim dairələri Volqanın aşağı axarı boyunca öz mövqelərini daha da möhkəmləndirmək istəyirdilər. Buna görə də, onlar əllərindəki bütün imkanlarla Ayuka xanı dəstəkləyirdilər. Bunun qarşılığında Ayuke xan öz ordusu ilə daim rusların xidmətində olmuşdur.
Ayumi Hara
Ayumi Hara (d. 21 fevral 1979) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 42 oyun keçirib, 2 qol vurub.
Ayumi Kayhori
Ayumi Kayhori (d. 4 sentyabr 1986) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 53 oyun keçirib.
Ayumi Oya
Ayumi Oya (d. 8 noyabr 1994) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Ayumi Tsuci
Ayumi Tsuci (辻あゆみ, Tsuji Ayumi, d. 18 iyun 1984) — Yaponiya səs aktrisası. Ehime prefekturasında anadan olmuşdur. Mausu Promotion ilə əməkdaşlıq edir. == Filmoqrafiya == === Anime === 2004Melody of Oblivion - Qız C2005Best Student Council - Minamo Katsura2006Black Blood Brothers - Çan Red Garden - Roz Şidi Tona-Gura! - Niina İsokava2007Kaze no Stigma - Kanon Suzuhara Potemayo - Quçuko Prism Ark - Vel Sky Girls - Eliza fon Dietrix Venus Versus Virus - Lola2008Chaos;Head - Kozue Orihara The Familiar of Zero: Rondo of Princesses - Beatris2011Mashiroiro Symphony: The Color of Lovers - Yukari Amaişi2012Saint Seiya Omega - Line2013Noucome - Oka Yuuoci2014Cross Ange - Koko Rivi Rage of Bahamut: Genesis - Rafael Robot Girls Z - Barattak2015Aikatsu!
Ayumi İvata
Ayumi İvata (7 fevral 1993) — Yaponiyalı oxatan. Ayumi İvata Yaponiyanı 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Ayumi İvata birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 31-ci yeri tutdu və 1/64 finala vəsiqə qazandı. Ayumi İvata 1/64 final mərhələsində İranın nümayəndəsi Ebrahim Rəncbər ilə üz-üzə gəldi. Həmin görüşdə Ayumi İvata rəqibinə 5:6 hesabı ilə uduzdu.
Barnett Nyuman
Barnett Nyuman (ing. Barnett Newman) (29 yanvar, 1905 - 4 iyul, 1970) - Məşhur amerikan rəssam, abstrakt ekspressionizm cərəyanı və Rəngli Sahə rəssamlığının nümayəndəsi.
Bəradər (uydurma)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu.Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir. == Müqayisələr == Müsbət xarakterli personajlardan fərqli olaraq, hansısa bir caninin yoldaşına quyruqbulayan (hençman), nökər (lakey) və ya xidmətçi deyilir.
Dyoma çayı
Dyoma (başq. Dim dinlə; həmcinin başq. Күгиҙел) —Başqırdıstan və Orenburq vilayəti ilə axaraq Ağidel çayına tökülən çay. == Etimalogiya == А. А. Kamalovun fərziyyəsinə görə Dyoma sözü başqısdcada Dim sözündən götürülmüş, «çayın dərin yeri» mənasını verir. Çayın digər adı Kuk-idel (başq. Күгиҙел) olaraq adı çəkilir. Mənası «göy çay» mənasını verir. Bu isə «rəng + çay» sistemi üzrə müşahidə edilən digər adlardan fərqlənir. Belə ki, Başqısdıstan ərazisində Ağ çay və Qara çay çay adı ilə çaylar olsada, səma rənginə uyğun digərinə rast gəlinmir. Bununla belə digər türk ölkələrinin ərazisində o cümlədən vətənimizdə bu adlı çay vardır == Axını == Çay başlanğıcını Obşiy Sırt yüksəkliyindən, Başqırdstanın Fyodorov rayonu Alyomşkin kəndinin 2 km şimal-şərqindən başlayır.
Dyula Andraşi
Gyula Andraşi (alm. Gyula (Julius) Graf Andrássy von Csík-Szent-Király und Kraszna-Horka‎; 8 mart 1823[…] – 18 fevral 1890[…]) — Macar dövlət adamı. Avstriya- Macarıstan İmperiyasının qurulmasında və Avstriya-Alman ittifaqının yaradılmasında böyük pay sahibi olmuşdur. == Həyatı == Hersoq Gyula Andraşi 1823-cü ildə Koşitsedə anadan olmuşdur. Ailəsi dönəmin varlı ailələrindən biri idi. Gənc yaşlarında mülayim islahatçı Stephen Schenyini dəstəkləsə də, sonralar radikal yönümlü Macar islahatçı partiyasına üzv olmuşdur. Partiya başçısı Lajos Kossuz Macarıstanın Avstriya nəzarəti altında olmasına qarşı çıxaraq, millətçi siyasət tərəfdarı idi. == Siyasi fəaliyyəti == Siyasi kariyerasına 1844-cü ildə başlayan Andraşi, 1848-ci ildə isə Macar azadlıq hərəkatının iştirakçısı olmuşdur. 1849-cu ildə Lajos Kossuzu tərəfindən İstanbula göndərilmişdir. Eyni il Avstriyaya qarşı üsyanda bir tabora komandanlıq etdiyinə görə haqqında ölüm hökmü verilir.
Dyula Bençur
Dyula Bençur (mac. Gyula Benczúr; 28 yanvar 1844[…], Niredxaza – 16 iyul 1920[…], Bençurfalva[d], Noqrad) — portret və tarixi səhnələrin rəsm edilməsi üzrə peşəkar macar rəssamı, pedaqoq. == Həyatı == Dyula Bençur 28 yanvar 1844-cü ildə Macarıstanın Niredxaza şəhərində anadan olmuşdur. 1861-ci ildə Herman Ançuz və Conn Qeorq Hiltenspreqer ilə birgə rəsm təhsili almağa başladı. Artıq 1870-ci ildə bir çox beynəlxalq müsabiqələrdə uğurlar əldə etmiş, "Macarıstan Milli Rəsm" müsabiqəsində "Kral Stefanın vəftizi" təsvirinə görə qalib gəlmişdir. Bundan başqa Karl von Piloti ilə birgə Münhendə Maksimilenyum və Sürixdə Rathaus freskalarının hazırlanmasında çalışmışdır. Ona Bavariya kralı II Ludoviq tərəfindən Rokoko motivlərinin rəsm edilməsi tapşırılmışdı. Dəfələrlə Praqa və Veymar universitetlərindən müəllimlik təklifi alsa da, 1875-ci ildə Münhen İncəsənət Akademiyasının professoru olmuşdur. 1883-cü ildə isə Macarıstana qayıdalar müəllimlik fəaliyyətini davam etdirdi. Onun ən məşhur şagirdlərindən biri amerikan rəssam Adolfo Müller -Yuri olmuşdur .
Yuyulma
Yuyulma (rus. размыв, ing. wash-out, erosion) – süxurların parçalanması və parçalanma materiallarının su axınları, buzlaq, külək və b. vasitəsilə daşınması prosesi.
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
Dyula Krudi
Dyula Krudi (mac. Gyula Krúdy; 21 oktyabr 1878, Niredxaza — 12 may 1933, Budapeşt) — macar yazıçı və jurnalist. == Həyatı == Dyula Krudi Avstriya-Macarıstanın Niredxaza şəhərində anadan olmuşdur. Atası hüquqşünas, anası isə evdar xanım idi. Dyula 17 yaşına çatanadək valideynləri ailə həyatı qurmamışdılar. Məktəbli olarkən qısa hekayələr yazmağa və onları qəzetlərdə nəşr etdirməyə başlamışdır. Atası onun vəkil olmasını istəsə də, Dyula bir müddət əyalət qəzetlərində (Debreçen, Oradya) redaktor kimi çalışmış və 1896-cı ildə Budapeştə köçmüşdür. Krudi vərəsəlikdən məhrum edilsə də, həyat yoldaşını (o da yazıçı idi) və üç övladını qısa hekayələrin nəşrindən əldə etdiyi vəsaitlə dolandıra bilirdi; romanları, demək olar ki, həmişə dövri nəşrlərdə və gündəlik qəzetlərdə ardıcıl olaraq nəşr edilirdi. 1911-ci ildə nəşr olunan "Sindibadın gəncliyi" onun müvəffəqiyyətini sübut etdi və Krudi fəaliyyəti boyunca dəfələrlə Min bir gecə nağıllarının qəhrəmanı ilə eyni adı paylaşan obrazlardan istifadə etmişdir. Digər qəhrəmanı Kazmer Rezeda Krudinin onlarla romanında canlandırılmışdır.
Dyula Mesaroş
Dyula Mesaroş (Macarca: Gyula Mészáros; 1883, Sakç, Macarıstan — 1957, Nyu-York) —Macarıstan türkoloqu, etnoqrafı. == Həyatı == D.Mesaroş 28 mart 1883-cü ildə Macarıstanın Sakç şəhərində anadan olmuş, burada ali-ibtidai məktəbi bitirmiş, sonra Budapeştə gələrək ötən əsrin əvvəllərində macar filologiyası ixtisası üzrə universitetdə mükəmməl ali təhsil almışdır. Məlumdur ki, XVI yüzilliyin ortalarında Avstriya-Macarıstan imperiyasının qərb əyalətləri, o cümlədən Kopan bölgəsinin Sakç nahiyəsi də Osmanlı İmperiyasının – Sultan Süleyman Qanuni hakimiyyətinin nəzarəti altında olmuşdur. Orta yüzilliklərdən üzü bəri zəngin türk mədəniyyətinin, etnoqrafiyasının, adət-ənənələrinin Macarıstanda geniş yayılması bu iki xalqı bir-birinə yaxınlaşdırmış və doğmalaşdırmışdır. Gənc Gyula Mesaroşun türk dilinə, ədəbiyyatına və mədəniyyətinə hələ yeniyetməlik illərindən dərin maraq göstərməsi təsadüfi deyildir. Bu sevgi ona ailədən və mühitdən gəlirdi. Beləliklə Mesaroş həyat və elmi yaradıcılıq yolunu qəti şəkildə müəyyənləşdirdi – türkoloq olmaq. O 1904-cü ildə Konstantinopol (indiki İstanbul – A.R) şəhərinə gələrək burada darülfünuna daxil olur, türk dilinin məziyyətlərinə və xalq yaradıcılığının incəliklərinə dərindən yiyələnməyə başlayır. G.Mesaroş təhsil illərində İstanbulda yaşayan, darülfünunda pedaqoji fəaliyyətlə məşğul olan görkəmli türkoloq alimlərlə səmimi ünsiyyət yaradır, türkologiya elminin sirlərinə böyük maraq göstərirdi. 1906-cı ildə o təhsilini bitirərək Budapeştə qayıdanda türk dilini, folklorunu və adət-ənənəsini mükəmməl bilirdi.
Dyula Mour
Dyula Mour (mac. Moór Gyula; 11 avqust 1888, Brаșоv – 3 fevral 1950, Budapeşt) — Macarıstan hüquqşünası, professor, millət vəkili. 1945-1946-cı illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti olmuşudr. == İstinadlar == == Mənbə == Szegedi egyetemi almanach: 1921–1995. Vol. I. (1996). Szeged, (ed. Rezső Mészáros). p. 53.
Büyura
Büyura (ərəb. البويرة‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 557 metr yüksəklikdə yerləşir.Büyura ölkənin paytaxtı Əlcəzairdən təxminən 85 kilometr şərq-cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 88,801 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Buira digər şəhərlərlə dəmir yolu və avtomobil yolu ilə bağlıdır. Ən yaxın hava limanı Əlcəzairdə yerləşir. == İqtisadiyyat == Kənd təsərrüfatı şəhər iqtisadiyyatının əsasını təşkil edir. Əsas şəhər ixracatı taxıl və zeytundur.
Cuyüm
Cuyüm – İranın Fars ostanının Laristan şəhristanının Cuyüm bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,396 nəfər və 1,397 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Düyüm
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir. Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.
Güyüm
Güyüm — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Güyüm kəndi Diyallı kəndinin yaxınlığında yerləşir. Təhlükəli sürüşmə zonasında yerləşir. Kənd 4 bir tərəfdən təbiətin gözəllikləri ilə əhatə olunub. == Əhalisi == Əhalisi 173 nəfərdir ki onunda 85 nəfəri kişi, 88 nəfəri qadındır.
Üləma
Üləma (ərəb. علماء‎) — islamda dini biliklərin, o cümlədən islam doktrinasının və hüququnun qoruyucuları, ötürücüləri və tərcüməçiləri.Tarixi ənənəyə görə, üləmalar dini müəssisələrdə, yəni mədrəsələrdə təhsil alırlar. Quran və sünnə ənənvi islam hüququnun müqəddəs qaynaqlarıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Guy Burak. The second formation of Islamic Law. The Hanafi School in the Early Modern Ottoman Empire. Cambridge, UK: Cambridge University Press. 2015. ISBN 978-1-107-09027-9. Robert W. Hefner; Muhammad Qasim Zaman, redaktorlarSchooling Islam: The culture and politics of modern Muslim education.