UZUNBIĞLI

прил. длинноусый
UZUNBIĞ
UZUNBOĞAZ
OBASTAN VİKİ
Uzunbığlı qumlaqçı
Uzunbığlı qumlaqçı (lat. Romanogobio ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Azsaylı, yerli (aborigen) növdür. Bədəni nisbətən hündürdür. Boğazında 8-10 ədəd dağınıq yerləşən tünd ləkələr olur. Bığları uzundur və bədən uzunluğunun orta hesabla 10%-ni, başın uzunluğunun 50%-ni təşkil edir. Xarici görünüşünə görə Kür qumlaqçısına oxşayır, lakin ondan başının qısa olması ilə fərqlənir. Azərbaycan sularında yaşayan fərdlərinin uzunluğu 13.7 sm-ə qədər olur. Şirin su balığı olub, dibi qumlu, daşlı, axar sularda yaşayır. Ömrün uzunluğu orta hesabla 2-3 il olur.
Uzunbığlılar
Uzunbığlılar (lat. Nematocera) – ikiqanadlılar dəstəsinə aid həşərat yarımdəstəsi. Yarımdəstənin nümayəndələri bığcıqlarının çoxbuğumlu olması ilə səciyələnirlər. Əksəriyyətinin sürfəsində baş vardır, Pupları açıq və ya azad tipdədir. Növlərinin çoxu suda və rütubətli yerlərdə olur.

Digər lüğətlərdə