Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səhiyəddin Abbasov
Səhiyəddin Abbasov (d. 11 mart 1968, Zəngilan - ö. 11 aprel 1994, Ağdərə) — Azərbaycan Milli Ordusunun giziri, 1-ci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səhiyəddin Abbasov 11 mart 1968-ci ildə Zəngilan rayonunun Gənlik kəndində anadan olub. 1985-cu ildə Zəngilan rayonu Genlik kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra Səhiyəddin Abbasov 114 saylı texniki peşə məktəbini bitirib. 1992-ci ildə isə Bakı Politexnik Məktəbini bitirib. Səhiyəddin Abbasov hərbi xidmətini Əfqanıstanda keçib. Səhiyəddin Abbasov subay idi. == Qarabağ müharibəsi == Səhiyəddin 1 mart 1993-cü il tarixində Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına qatıldı.
Şeyx Vəhidəddin Xan
Şeyx Vəhidəddin Xan (1 yanvar 1925, Azamqarh[d] – 21 aprel 2021, Dehli) — İslam alimi. == Həyatı == Şeyx Vəhidəddin Xan 1925-ci ildə Hindistanın Əzmağar bölgəsində dünyaya göz açmışdır. Ömrünün 60 ilini dinə dəvətə və İslam fikrini yaymağa həsr etmişdir. Öz gözəl, elmi üslubu ilə qeyri-müsəlmanlara xitab etmişdir. Məhəmməd peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun!) belə buyurmuşdur: "Xeyir qiyamət gününə qədər məndə və ümmətimdədir." Bəli, bu şəxs Allahın xüsusi qabiliyyət verdiyi və öz məziyyətləri ilə seçilən bir İslam mütəfəkkiridir. Yazdığı əsərlər qeyri-müsəlmanların daha çox yaşadığı bir ölkədə — Hindistanda rəğbət qazanmışdır. Müxtəlif mövzularda 200-ə yaxın əsəri vardır. Əsasən düşüncə, dəvət, təfsir, hədis, fiqh, "sirət" və başqa mövzularda əsərlər qələmə almışdır. "Yeni əsrin qapısında" adlı ilk əsərini 1950-ci ildə yazmışdır. Son kitabı 2006-cı ildə qələmə aldığı "Hindistan və Pakistan gündəlikləri"dir.
Vahidəddin köşkü
Vahidəddin köşkü və ya Çəngəlköy köşkü — İstanbulun Üsküdar rayonunda yerləşən tarixi köşk. == Haqqında == Üsküdarın Çəngəlköy səmtində yerləşən köşk Krım müharibəsi illərində italyan əsgərləri üçün hospital kimi istifadə edilmişdir. Ardından Sultan Əbdülməcid köşkü satın alaraq oğlu Burhanəddin Əfəndiyə hədiyyə etdi. Burhanəddin Əfəndinin gənc yaşda vəfat etməsinin ardından köşk Sultan Əbdülhəmid tərəfindən qardaşı Vahidəddin Əfəndiyə bağışlandı. Vahidəddin Əfəndi taxta çıxdığı 1918-ci ilədək bu köşkdə yaşadı və bu səbəblə köşk Vahidəddin köşkü olaraq anılmağa başlandı. Köşkdə məskunlaşan Vahidəddin Əfəndi fransız memar Aleksandr Vallaurinin rəhbərliyi ilə köşkü yenidən təşkil etdi. Ögey anası Şayəstə xanım üçün köşkün yaxınlığında başqa bir mülk də inşa etdirdi. Səltənətin ləğvindən sonra Sultan Vahidəddin ölkəni tərk etməyə məcbur oldu. Ölkəni tərk etməzdən öncə şəxsi mülük olan bu köşkü Zəhra adlı kənizinə bağışladı. Cümhuriyyət dövründə baxımsız qalan köşk 1988-ci ildə dövrün baş naziri Turqut Özalın təlimatıyla bərpa edildi və dövlət tərəfindən mənimsənildi.
Zəhirəddin Maraşi
Seyyid Zəhirəddin bin Nasirəddin bin Kəmaləddin əl-Hüseyni əl-Maraşi (1413 və ya 1412, Amul, Mazandaran ostanı – 1488 və ya 1489) — İranlı dövlət adamı və tarixçi. I Şah Abbas Səfəvinin ana tərəfindən qohumudur. == Həyatı == Mir Zəhirəddin bin Nasirəddin 1412-ci ildə Təbəristanın Amul şəhərində doğulmuşdu. Həzrət Əli soyundan olub, Mərəşiyyyə seyidləri kökənlidir. Təriqət şeyxi olan babalarından Qəvaməddin müstəqil bir idarəçilik qurmaq amacıyla 1349-cu ildə qiyam qaldırdı; oğulları və müridlərinin yardımı ilə Mazandaranın böyük bir qismini ələ keçirdi və Mərəşilər xanədanını qurdu (1359). Qəvaməddinin yerinə keçən oğlu Kəmaləddin, Əmir Teymur tərəfindən uşaqları və qardaşlarıyla birlikdə Mavəraünnəhirə sürüldü (1393). Kəmaləddinin 1398-ci ildə Kaşqarda ölümünün ardından ailənin sürgünə göndərilmiş olan mənsubları geri dönüb Mazandaranı təkrar ələ keçirdilər. Nasirəddin, Saridə hökm sürən qardaşı Seyyid Əlinin idarəsi altında qaldı. Seyyid Əli tərəfindən iki dəfə elçi olaraq Teymurlu Şahrux mirzəyə göndərilən Nasirəddin 1432-ci ildə vəfat etdi. Yerinə keçən oğlu Zəhirəddin Maraşi, 1456-1461 illər arasında Rüstəmilər xanədanı içindəki anlaşmazlıqları yoluna qoymağa çalışdı.
Məhyəddin Abbasov
Məhyəddin Abbasov (tam adı: Abbasov Məhyəddin Paşa oğlu; d. 10 fevral 1910, Nuxa (indiki Şəki şəhəri) - ö. 28 dekabr 1974, Şəki şəhəri) — 1945-1974-cü illərdə "Şəki fəhləsi"/"Nuxa fəhləsi" və "Lenin bayrağı" qəzetinin redaktoru. == Həyatı == Məhyəddin Abbasov 1910-cu ildə Nuxa şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirmiş, Nuxadakı 1 №-li fabrikdə baramaaçan işləmişdir. Əmək fəaliyyətinin ilk illərindən «M.Paşa oğlu», «Görən», «Mübariz» imzaları ilə "Şəki fəhləsi" qəzetinin və respublika qəzetlərinin səhifələrində məqalə, oçerk, felyeton və məktublarla çıxış etmişdir. 1927-ci ildə Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. 1928-ci ildən "Şəki fəhləsi" qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində işləyir. İnstitutu bitirdikdən sonra, əvvəl Nuxanın ayrı-ayrı məktəblərində, daha sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyir. Böyük Vətən müharibəsində iştirak edir, 1944-cü ildə isə qəlpə yarasından sol qolunu itirərək arxa cəbhəyə tərxis edilir.
Məhyəddin Məmmədov
Məhyəddin Yaşar oğlu Məmmədov (17 avqust 1998; Ağdaş rayonu, Azərbaycan — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhyəddin Məmmədov 1998-ci il avqustun 17-də Ağdaş rayonunun Aşağı Nemətabad kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Məhyəddin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhyəddin Məmmədov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhyəddin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhyəddin Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səfiyəddin Qazi İsa
Qazı İsa Savəci (1436, Savə, Mərkəzi ostanı – 1492, Qarabağ) — Ağqoyunlu sədri, reformator, şair. == Həyatı == Səfiəddin Qazı İsa Savəcinin atası Şirullah Xacə Əlaəddin Məhəmməd Savəci, qələm sahiblərindəndi. Uzun Həsənin hökmdarlığı dövründə divanda mustofi (maliyyə vəkili) olmuşdu. "Əhsənüt-təvarix" əsərində Ağqoyunlu dövlətinin sədri Qazı Isa "sədarət mənsəbi və dini işlər vəzifəsinin sahibi" adlandırılır, lakin bir müddət sədrlik edən bu şəxsin dövlətdə "ixtiyar sahibi" sayılan və vəkil olan Sufi Xəlil Mosullunun fərmanı ilə öldürülməsi sədarət vəzifəsinin dövlətdə hələ o qədər də möhkəm mövqe tutmadığını göstərir. Yeri gəlmişkən, sədr Qazı İsa və onun səlahiyyətləri barədə bir neçə söz: Məşhur tarixçi Fəzlullah ibn Ruzbehan Xunci öz tarixi kitabında XV yüzilin II yarısında Ağqoyunlu dövlətinin quruluşu və dövlət başçılarının siyasi fəaliyyətləri barədə olduqca faydalı məlumatlar vermişdir. Onun "Tarixi-aləmarayı Əmini" adlı əsəri Uzun Həsən Ağqoyunlunun ölümündən sonrakı hadisələri, xüsusən Sultan Yaqubun (hakimiyyət illəri: 1478–1492) həyat və fəaliyyətlərini ətraflı işıqlandırır, dövrün ictimai-iqtisadi məsələlərini qabarıq verir. Fəzullah Xuncinin məşhur Ağqoyunlu sədri barədə dediklərindən bir neçə cümləni misal gətirmək maraqlı olardı. Müəllif yazır: "Qazı İsa sədrin Yaqub xan dövlətinin təməlinin qoyulmasında əvəzsiz iştirakı olmuşdur. Bütün vəzifə sahiblərinin təyinatı və işdən çıxarılmalarında onun sözü halledici idi. Hakimiyyətin cilovu tamamilə onun əlində idi… Qazı öz dərəcəsinin əhəmiyyətini olduqca qaldırdı.
VI Mehmed Vahidəddin
VI Mehmed Vəhidəddin (osm. محمد سادس وحیدالدین) (14 yanvar 1861[…], Konstantinopol – 16 may 1926[…], San-Remo, Liquriya) — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi.
Zəhirəddin Məhəmməd Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
VI Mehmed Vahideddin
VI Mehmed Vəhidəddin (osm. محمد سادس وحیدالدین) (14 yanvar 1861[…], Konstantinopol – 16 may 1926[…], San-Remo, Liquriya) — son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 14 yanvar 1861-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülüstü Qadınəfəndidir. 6 aylıqkən atası, 4 yaşında isə anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Şayəstə xanımın himayəsində böyümüşdür. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Cəlaləddin Əfəndi, Səlahəddin Əfəndi, İzzəddin Əfəndi və Münirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi. Aldığı saray təhsili və Fateh mədrəsəsində aldığı bəzi dərslərlə özünü yetişdirdi. Böyük qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra ona hədiyyə etdiyi Çəngəlköy köşkündə məskunlaşdı və taxta çıxanadək burada yaşadı. Bu səbəblə yaşadığı bu köşk Vahidəddin köşkü adlanmağa başlandı. Dövrün Osmanlı vəliəhdi Yusif İzzəddin Əfəndinin gözlənilməz ölümünün ardından (1 fevral 1916) Osmanlı taxtının rəsmi vəliəhdi elan edildi.