Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vətəgə
Vətəgə — Azərbaycan Respublikasının İmişli rayon Sarıxanlı kənd inzibati ərazi vahidində qəsəbə.
Seçki vərəqəsi
Seçki vərəqəsi və ya seçki bülleteni — gizli səsvermə ucun seçki sənədi. Onun formasını müvafiq dövlət orqanları müəyyən edir. SSRİ-də seçki bülletenində həmin secki dairəsində qeydə alınmış deputatlığa namizədin (xalq məhkəməsinə seckilər zamanı xalq hakimliyinə namizədin) soyadı, adı, atasının adı və onu irəli sürmüş təşkilatın adı göstərilir. Seçki kecirilən binalarda bülletenləri doldurmaq ücün xüsusi otaqlar, yaxud kabinələr ayrılır. Smith, Sydney. Ballot . London: Longman, Orme, Brown, Green and Longmans. 1839.
Hüviyyət vərəqəsi
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az.-əski. هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? ==
Sədəqəçi ordenlər (Katolik kilsəsində)
Sədəqəçi və ya dilənçi ordenlər, Katolik kilsəsi daxilində XII-XIII -cü əsrlər arasında yaranan və öz üzərlərində ilkin olaraq yoxsulluq andının verilməsini tətbiq edirdilər. Özü də bu, təkcə ordenin ayrı-ayrı üzvlərinin şəxsi vəsaitinin deyil, həm də bütün ordenin özünün və bütün üzvlərinin sahib olduqları bütün əmlaklarından imtina etməsini nəzərdə tuturdu. Ordenin və onun üzvlərinin nə pulu, nə də əmlakı ola bilməzdi. Onlar, bütün vaxt və enerjilərini ancaq Allaha ibadətə sərf etmək üçün ruzilərini ancaq sədəqə toplamaqla əldə edirdilər. Bu ordenlərin üzvləri şəhərləri gəzir, xristian dinini yayır, vaizlər oxuyur, monastrlarda gecələyir, sədəqə ilə qidalanırdılar. Orden üzvləri rahib yox qardaş (frer və ya freder) adlanırlar. == Xristianlıqda sədəqəçi (dilənçi) ordenlər == === Fəaliyyət göstərən ordenlər === İkinci Lion məclisi (1274-cü il) XIII əsrin birinci yarısında yaranan dörd əsas ordeni qəbul etmişdir. Karmelitlilər (Karmelo dağı Müqəddəs Bakirə Məryəm qardaşları ordeni), tarixi mənbələrdə ilk dəfə 1155-ci ildə adı çəkilmişdir və onların islahatçı qanadı olan Ayaqyalın karmelitlər (XVI əsrdə yaradılmışdır); Fransiskanlılar (Kiçik qardaşlar ordeni), 1209-cu ildə yaradılıb; Dominikanlılar (Vaizlər ordeni), 1216-cı ildə yaradılıb; Avqustinlilər (Müqəddəs Avqustin təkliyə çəkilənlər), 1244-cu ildə yaradılmışdır. === Keçmişdə olan ordenlər === === Olub dağılanlar === Ambrozianlılar və ya Fratres Şanti Ambrosii ad Nemus, 1378-ci ilədək fəaliyyət göstərmislər, lakin 1650-ci ildə Papa X İnnokenti tərəfindən yetirilmişdir; Monte Malbeli Fratiçell ordeni, Peruca yaxınlığındakı Monte Malbedə XlV əsrdə yaradılmış, lakin əsrin sonunda dağılmışdır; San İppolito hospitalyerlər və ya San İppolito mərhəmət qardaşları ordeni, 1700-cu ildə Meksikada yaradılmış, Roma tərəfindən sədəqəçi orden kimi qəbul olunmuşdur. XVlll əsrdə başqa ordenə birləşmişdir; Jesuati və ya Clerici apostolici Sancti Hieronymim (Müqəddəs İeronim) ordeni, 1360-cı ildə yaradılıb, 1688-ci ildə Papa Klement tərəfindən ləğv olunub; Sakkati və ya "Kisə qardaşları" (Fratres Saccati) ordeninin tarixi məlum deyil; Səlibçi qardaşlar (Crutted Friars) və ya səlibçilər (Fratres Cruciferi) ordeni - çarmıxa cəkilmiş xaç təfsiri olan əsa gəzdirdiklərinə görə belə adlandırılmışlar, 1100-cu ilə qədər mövcud olmuş, 1656-cı ildə Papa Aleksandr tərəfindən ləğv edilmişdir.