Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vakxanaliya
Vakxanaliya (lat. bacchanalia) — Qədim Romada e.ə. V–II əsrlərdə Yunanıstan və Kiçik Asiyadan mənimsənilmiş Dionisin (Vakx) şərəfinə mistik şənliklər. E.ə. II əsrdən bu şənliklər orgiya xarakteri almışlar. Vakxanaliya əvvəlcə ilin üç günü gizli şəkildə keçirilirdi və burada yalnız qadınlar iştirak edirdilər. Sonralar kişilər də şənliklərə qatılmağa başladı və onlar ayda beş dəfəyə qədər keçirilməyə başlandı. E.ə. 186-cı ildə Roma senatının xüsusi fərmanı ilə vakxanaliya qadağan edilmişdir. Buna baxmayaraq, İtaliyanın cənubunda gizli şəkildə keçirilməyə davam edilmişdir.