Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dart Vayder
Ulduz müharibələri obrazı.
Georgi Vayner
Georgi Aleksandroviç Vayner — Rusiya yazıçısı. == Həyatı == Georgi Vayner 10 fevral 1938-ci ildə Moskva şəhərində doğulub. O, qardaşı Arkadi ilə birlikdə bir çox detektiv romanı yazarıdır. Qardaşı ilə yazdığı 150-dən çox kitabın arasında "Ya sledovatel" ("Mən təhqiqatçıyam"), "Vizit k Minotavru", "Qonki po vertikali", "Çası dlya mistera Kelli" kimi ünlü əsərlər də var. 1979-cu ildə rejissor Stanislav Qovoruxin Vaynerlərin "Era miloserdiya" kitabı əsasında məşhur "Görüş yerini dəyişmək olmaz" filmini çəkib. 1990-cı ildən bəri ABŞ-də yaşayırdı. O, 11 iyun 2009-cu ildə vəfat edib. G. Vayner keçmiş SSRİ Yazıçılar İttifaqının və Daxili İşlər Nazirliyinin çoxsaylı mükafatlarına layiq görülüb.
Hayber-Paxtunxva
Hayber-Paxtunxva (urdu خیبر پختونخوا; puşt. خیبر پښتونخوا; ing. Khyber Pakhtunkhwa) — Pakistanda əyalət. Əsas əhali Hindukuş vadisindəki puştunlar, hind xalqları təmsil olunur, onların ən böyüyü Kho xalqıdır. 24 may 2018-ci ildə Pakistan Milli Assambleyası Federal Hökumətin Tribal Ərazisini (XPFU) və Hayber Paxtunxvanı (NWFP) birləşdirməyə razı oldu. Mayın 25-də Senat bu məsələyə baxdı. 31 mayda Federal Hökumət qəbilələrinin ərazisi vilayətə birləşdi. Əyalət Əfqanıstan (şimal-qərbdə), Qilgit-Baltistan (şimal-şərqdə), Azad Kəşmir (şərqdə), Qəbilə zonası (qərbdə), İslamabad (cənub-şərqdə) ilə həmsərhəddir. Vilayət inzibati mərkəzi Peşəvardır. Əsasən İran yüksəkliklərində, Avrasiya tektonik plitəsinin Hindu Kuş silsiləsinin yamacları indus hövzəsindəki Hindustan plitəsinin təpələrindən daha aşağı olduğu bir yerdə yerləşir.
Paul Rayber
Paul Rayber (alm. Paul Reiber‎; 15 noyabr 1904 – 1992) — almaniyalı Yunan-Roma güləşçisi, Almaniya çempionu və Avropa Çempionatının mükafatçısı. 1904-cü ildə anadan olmuşdur. 1922-ci ildə Vürtemberq torpağının çempionu oldu. 1925-ci ildə Almaniya çempionatında qızıl medal qazandı və Avropanın Çempionatında 4-cü yeri tutdu. 1926-cı ildə Avropa Çempionatının gümüş mükafatçısı oldu və Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya çempionatının bürünc mükafatçısı oldu. 1929-cu ildə yenidən Avropan çempionatında iştirak etdi, amma orada yalnız 6-cı oldu.
Vilyam Vayler
Vilyam Vayler (ing. William Wyler; 1 iyul 1902 – 27 iyul 1981) — ABŞ kino rejissoru, "Oskar" mükafatı (1942, 1946, 1959) laureatı. == Həyatı == Vilyam Vayler 1 iyul 1902-ci ildə isveçrəli yəhudi baqqalın ailəsində anadan olmuşdur. 1922-ci ildə o, skripka dərslərinə gedərkən, Parisdə təsadüfən "Universal Pictures" studiyasının əsasını qoymuş qohumu Karl Lemle ilə rastlaşır. Onun təklifi ilə 20 yaşlı Vayler ABŞ-yə yollanır. 1925-ci ildə ona qısametrajlı vestern filmə quruluş vermək tapşırılır. İkinci dünya müharibəsi zamanı ordu sıralarına mayor kimi daxil olur. Müharibə zamanı böyük bir risk edərək döyüşlərdə sənədli görüntülər çəkir. Müharibədən sonra isə Konstitusiyaya birinci düzəlişi müdafiə edən komitəyə rəhbərlik etmişdir. Vilyam Vaylerin fikrincə, rejissor mizanları düzgün növbələməli və kadrların kompozisiyalarına xüsusi diqqət yetirməlidir.
Kayzer
Kayzer (alm. Kaiser) — alman dilində imperator titulunu ifadə edir. Bu söz öz mənşəyini Roma imperatorlarının daşıdığı latın dilindəki caesar titulunun, o isə öz növbəsində Yuli Sezarın (Julius Caesar) adından götürmüşdür. Kayzer alman dilində imperator mənasını verdiyinə görə almanlar Rusiya çarlarından başqa bütün imperatorları bu sözlə ifadə edirlər. Lakin digər xalqlar kayzer sözünü əsasən Avstriya-Macarıstan və Avstriya imperatorlarına və vahid Almaniyanın yaranmasından sonra (1871-1918) hakimiyyətdə olmuş I Vilhelm, III Fridrix və II Vilhelmə şamil edirlər. Eyni zamanda hind və urdu dillərində "keysər" sözündən istifadə olunur. Əvvəllər "Hindistan İmperatoru" titulunu daşıyan Britaniya monarxlarını yerli xalq "Keysər-i-Hindi" adlandırırdı. Lakin bu sözün alman dili ilə heç bir əlaqəsi yoxdur və yunan dilindəki "Kesar" sözündən yaranmışdır.
Taybey
Taypey (/ˌtaɪˈpeɪ/), rəsmi olaraq Taypey Şəhəri, Tayvanın paytaxtı və xüsusi bir bələdiyyəsidir. Tayvanın şimalında yerləşən Taypey Şəhəri, şimal liman şəhəri Kiilunq'dan təxminən 25 km (16 mil) cənub-qərbdə yerləşən Yeni Taypey Şəhər bələdiyyəsinin bir anklavıdır. Şəhərin çoxu qədim göl yatağı olan Taypey hövzəsindədir. Hövzə, şəhərin qərb sərhədi boyunca Tamsui çayını meydana gətirən Kiilunq və Xindian çaylarının nisbətən dar vadiləri ilə həmsərhəddir. Taypey, Tayvanın siyasi, iqtisadi, təhsil və mədəniyyət mərkəzidir və Şərqi Asiyanın ən böyük mərkəzlərindən biridir. Qlobal bir şəhər olaraq qəbul edilən və GaWC tərəfindən Alfa-Şəhər olaraq qiymətləndirilən Taypey, yüksək texnologiyalı əsas sənaye sahəsinin bir hissəsidir. Dəmiryolları, magistral yollar, hava limanları və avtobus xətləri Taypey'i adanın hər tərəfi ilə birləşdirir. Şəhərə iki hava limanı — Sonqşan və Taoyuan xidmət göstərir. Taypey, Taybey 101, Çan Kay Şi Memorial Zalı, Dalonqdonq Baoan Məbədi, Hsinq Tian Konq, Manka Lunqşan Məbədi, İmperator Saray Muzeyi, Prezident Ofisi Binası, Taipei Qonaq Evi, Ximendinq və bir neçə gecə bazarı şəhərin hər tərəfinə səpələnmişlər. Maokonq, Yanqminqçşan və isti bulaqlar kimi təbii xüsusiyyətlər də beynəlxalq ziyarətçilər tərəfindən yaxşı tanınır.
Taymer
Taymer (timer) – akustik sistemi idarə etmək, tarix və zamanı izləmək və başqa işlərlərdə gərəkli olan zaman intervallarını ölçmək üçün istifadə olunan hesablama sistemində: registr (yüksəksürətli yaddasaxlama sxemi), xüsusi sxem (kristal), yaxud sistem proqramı. Taymerin impulsları sinxronlaşmanın sistem tezliyi əsasında alına bilərsə də, o, sistem saatı deyil. Sistemlərin çoxunda kəsilmə taymerləri olur ki, onlar cari proqramın icrasını dayandırır və idarəetməni əməliyyat sisteminə verir Taymerlər == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Valbel
Valbel (fr. Valbelle, oks. Vaubèla) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-syur-Jarbon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04229. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 235 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 146 nəfər (15-64 yaş arasında) arasında 105 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə 76.0%). Fəal olan 105 nəfərdən 93 nəfər (58 kişi və 35 qadın), 12 nəfər işsiz (1 kişi və 11 qadın) idi.
Valser
Valser (fr. Valserres, oks. Vauserres) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05176. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 217 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 133 nəfərin (15-64 yaş arasında) 101-i iqtisadi cəhətdən, 32-i fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.9%, 1999-cu ildə 76.8%). Fəal olan 101 nəfərdən 95 nəfər (56 kişi və 39 qadın) işləyir, 6 nəfər işsizdir (4 kişi və 2 qadın).
Vaqner
Vaqner — Almaniya soyadı.
Vauçer
Vauçer (ing. voucher — «qəbz, zamin») — yazılı sertifikat, qəbz, malların alınmasını təsdiqləyən sənəd, mal və ya xidmətlər üçün endirimlər. Rusiyada 1992-1994-cü illərdə vauçer özəlləşdirmə proqramı çərçivəsində əhaliyə verilən və özəlləşdirilən müəssisələrin varlıqları ilə mübadilə edilən özəlləşdirmə çek adlanırdı. == Turizmdə vauçer == Turizm fəaliyyətində vauçer turistin pullu turun bir hissəsi olan xidmətlər (transfer, otel, yemək və s.) almaq hüququnu təsbit edən sənəddir . Kupça tur operatoru tərəfindən fərdi turistlərə və ya qrup rəhbərinə ev sahibliyi etdiyi şirkətdə göstərilən xidmətləri almaq hüququnun təsdiqlənməsi kimi verilir. Təyinat yerinə çatdıqdan sonra çeki ev sahibinə təhvil verilir. == Ticarətdə vauçer == Ticarətdə vauçer sahibinə məhsul, xidmət və ya endirim almaq hüququ verən sənəddir. == İnnovasiyalı vauçer == İnnovasiyalı vauçerlər əvvəlcə tədqiqat çekləri deyilirdi. 1990-cı illərin sonlarında Hollandiyanın Limburg əyalətində ortaya çıxdılar. Tədqiqat vauçeri kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətini dəstəkləmək və təmin etmək üçün yaradılmışdır.
Vayqeo
Vayqeo (ind. Pulau Waigeo) — Raja Ampat adalarının ən böyük 4 adasından biri. Misool, Salavati və Batanta ilə birlikdə "4 kral" adlandırılırlar. Sahəsi 3153,7 km²-dir. Ən yüksək nöqtəsi 993 metr; sahil xəttinin uzunluğu 691,5 km-dir. == Məskunlaşma == Əhalisi təxminən 10 min nəfərdir.
Vayxır
Vayxır (Babək) — Azərbaycanın Babək rayonunda kənd. Vayxır (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Vayxır — Babək rayonunda mineral bulaqlar.
Tayler
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Amber
Amber (Fransızca tələffüz: [ɑ̃bɛʁ]; Auvergnat: Embèrt, fr. Ambert) — Fransanın mərkəzində yerləşən Overn regionun Püi-de-Dom departamentinin kommunası (əsas şəhəri). == Coğrafiyası == Amber Alye çayının bir qolu olan Dore çayın kənarında yerləşir.
Adam Rayner
Adam Rayner (alm. Adam Rainer‎; d. 1899 - ö. 4 mart 1950) – tarixdə qeydə alınmış həm karlik, həm qiqant olan yeganə şəxs. Akromeqaliyadan əziyyət çəkdiyi güman olunur. == Bioqrafiya == Rayner Avstriya-Macarıstan imperiyasının Qrats şəhərində anadan olmuşdur. 1917-ci ildə 18 yaşı olarkən boyu 122,55 sm olaraq ölçülmüşdür. 1918-ci ildə 19 yaşında olarkən isə boyu 111,5 sm olaraq ölçülmüşdü. Yetkinlik yaşında boyu 147 santimetr idi. Lakin hipofiz vəzindəki şiş onun boyunun qəfil və sürətli artmasına səbəb olmuşdur.
Albert Tayler
Albert Tayler (d. 4 yanvar 1872; Hamilton, Birləşmiş Ştatlar - ö. 25 iyul 1945; Kumberland, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Albert Tayler 1872-cü ilin 4 yanvar günündə Birləşmiş Ştatların Ohayo ştatının Hamilton şəhərində anadan olub. 1945-ci ilin 25 iyul tarixində isə Men ştatının Kumberland şəhərində ömrünün 73-cü yaşında vəfat edib. === Afina Olimpiadası === Albert Tayler 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Şüvüllə tullanma yarışlarında mübarizə aparan Tayler 3.30 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Armin Vamberi
Arminius Vámbéry (Latın və İngilis adı) (Macarca: Arminius Vámbéry və Almanca: Hermann Vámbéry) d. 12 və ya 19 mart 1832, Szerdahely/Macarıstan; öl. 15 sentyabr 1913, Budapeşt/Macarıstan (əsas adı: Hermann Wamberger, Bamberger ya da Vamberger), Macar əsilli bir şərqşünas və türkoloq, səyyah və yəqin Böyük Britaniya Krallığı əmrində bir casus. == Həyatı == Vamberi, fəhlə, dindar bir yəhudi ailəsinin uşağı olaraq dünyaya gəlib. Doğulanda qismi iflic olan Vamberi, on iki yaşından etibarən dolanacağı üçün işləmək məcburiyyətində qalıb, əvvəlləri dərzi şagirdi, sonraları xüsusi müəllim olaraq. Bundan əlavə etnoqrafiya və filologiya sahələrində tədqiqatlar keçirdi. Vamberi, Bratislava yaxınlığında Sveti Yur monastırında piyaristlərdən təhsil aldıqdan sonra öz üzərində işləyərək bir nəçə dili öyrəndi. Əvvəlləri Avropa dillərinə əhəmiyyət verən Vámbéry, daha sonra Ərəbcə, Türkcə (Osmanlıca) və Farsca dillərini yaxşıca öyrəndi. Macar xalqının türk kökənlərini tapmaq arzusu ilə 22 yaşında olanda Konstantiniyyəyə gəldi və orada Asıf Bey və daha sonra Rıfat Paşanın xidmətində frənk lisanları (Avropa dilləri) müəllimi olaraq işlədi. İstanbulda yaşadığı 1857–1863-çü illəri arasında, müxtəlif Türk ağız və ləhcələrini öyrənmə fürsətini də tapıb.
Armin Vambery
Arminius Vámbéry (Latın və İngilis adı) (Macarca: Arminius Vámbéry və Almanca: Hermann Vámbéry) d. 12 və ya 19 mart 1832, Szerdahely/Macarıstan; öl. 15 sentyabr 1913, Budapeşt/Macarıstan (əsas adı: Hermann Wamberger, Bamberger ya da Vamberger), Macar əsilli bir şərqşünas və türkoloq, səyyah və yəqin Böyük Britaniya Krallığı əmrində bir casus. == Həyatı == Vamberi, fəhlə, dindar bir yəhudi ailəsinin uşağı olaraq dünyaya gəlib. Doğulanda qismi iflic olan Vamberi, on iki yaşından etibarən dolanacağı üçün işləmək məcburiyyətində qalıb, əvvəlləri dərzi şagirdi, sonraları xüsusi müəllim olaraq. Bundan əlavə etnoqrafiya və filologiya sahələrində tədqiqatlar keçirdi. Vamberi, Bratislava yaxınlığında Sveti Yur monastırında piyaristlərdən təhsil aldıqdan sonra öz üzərində işləyərək bir nəçə dili öyrəndi. Əvvəlləri Avropa dillərinə əhəmiyyət verən Vámbéry, daha sonra Ərəbcə, Türkcə (Osmanlıca) və Farsca dillərini yaxşıca öyrəndi. Macar xalqının türk kökənlərini tapmaq arzusu ilə 22 yaşında olanda Konstantiniyyəyə gəldi və orada Asıf Bey və daha sonra Rıfat Paşanın xidmətində frənk lisanları (Avropa dilləri) müəllimi olaraq işlədi. İstanbulda yaşadığı 1857–1863-çü illəri arasında, müxtəlif Türk ağız və ləhcələrini öyrənmə fürsətini də tapıb.
Asad Qayser
Asad Qayser (urdu اسد قیصر;15 noyabr 1969) — Pakistanlı siyasətçi, 2018-ci ilin avqust ayından milli məclisin sədri.Vəzifədən əvvəl o, Milli Assambleyanın üzvü idi. == Həyatı == Qayser 15 Noyabr 1969-cu ildə Pakistanın Suvabi rayonunda anadan olmuşdur. (Pakistan qəzetlərinin birində yazılanlara görə o, 15 noyabr 1968-ci ildə Marquzda anadan olmuşdur.) İlk təhsilini Marquzdakı Hökumət ali orta məktəbindən almışdır. Daha sonra Peşəvər Universitetini bitirib, incəsənət bakalavr dərəcəsi almışdır.1995-ci ildə məzun olduqdan sonra Pakistanın Camaat-e-İslaminin bir hissəsi olan Pasbanın bölgü prezidenti oldu.
Bernar Verber
Bernar Verber (fr. Bernard Werber; d. 18 sentyabr 1961, Tuluza, Fransa) — müasir fransız yazıçısı, publisisti, filosofu. == Həyatı == === Uşaqlıq illəri === Bernar Verber 1961-ci ildə Tuluzada yəhudi ailəsində dünyaya gəlmişdir. Gələcək yazıçının uşaqlığı nisbətən sakit keçmiş, beş yaşından o, rəsmə marağı ilə seçilmişdir. Onun bu marağını görən müəllimi uşağa xüsusi tədris mühiti yaradaraq rəssamlıqla məşğul olmasına şərait yaratmışdı. Hələ yeddi yaşında olanda Bernar sərbəst mövzu kimi özünün ilk əsərini - Birənin sərgüzəştlərini yazır. Burada birənin dilindən onun insan bədənində başına gələn hadisələrdən danışılırdı. Maraqlıdır ki, bu yaşlarında fransız ədəbiyyatı istisna olmaqla o, digər fənlərdə elə də uğur əldə etmirdi. Xüsusilə də Bernar çoxsaylı düsturları və mətnləri yadda saxlamaqda çətinlik çəkirdi.
Billi Vaylder
Billi Vaylder (ing. Billy Wilder) — ABŞ rejissoru, ssenaristi və prodüseri, "Oskar" mükafatı laureatı (1946, 1961). == Həyatı == Billi Uaylder keçmiş Avstriya-Macarıstan ərazisində yəhudi ailəsində anadan olmuşdur. O, sahibkar oğlu idi. Hüquqşünas olmaq istəyən Billi bu sahədə təhsil almaq üçün ,Vyana Universitetinə daxil olur. Lakin ,bir ildən sonra universiteti atıb Vyananın aparıcı qəzetlərindən birində işləməyi fikirləşir. 1920-ci illərdə Berlində jurnalist işləyir. Elə orada səssiz kinofilmlər üçün ssenarilər yazmağa başlayır. 1929-1933-cü illərdə onun ssenariləri əsasında "Emil və detektivlər", "Qatilini axtaran adam" kimi filmlər çəkildi. Nasistlər hakimiyyətə gələndən sonra Fransaya, oradan da Birləşmiş Ştatlara köçmüşdür.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Bonni Tayler
Bonnie Tayler (8 iyun 1951) — Uelsli müğənni. Yaradıcılığının ən aktiv dövrü XX əsrin 70–80-ci illəri olub. Bonnie Tyler 2013 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı "Believe In Me" mahnısı ilə təmsil etmiş və Böyük Britaniyaya 19-cu yeri qazandırmışdır.
Xeybər
Xeybər (ər:محافظة خيبر) Ərəbistanda, Mədinə şəhərinin yaxınlığında kiçik bir şəhərdir. Habelə Mədinə ilə levant yolunda keçmişdə yeddi qala və təsərrüfatı olan bir sahədir. Bu sahə 7-ci hicrət ilində islam peyğəmbərinin əmri ilə Əli ibn Əbu Talib tərəfindən fəth edilmişdir. Onun cəmisinə Xəyabir deyirlər. == Xeybərin qalaları == Həsni Naim(حصن ناعم) Həsni Təmus(حصن تموص) Həsnül Səlam(حصن السلالم) Həsnül Şəqq(حصن الشق) Həsnül Nətah(حصن النطاه) Həsnül Vətih(حصن الوطیح) Həsnül Kətibə(حصن الکتیبه)Adları keçən qalalar üstdən aşağıya bir-bir Əli əli-ilə Xeybər döyüşü əsnasında fəth edilmişlər. Bu qalaların sakinləri islam peyğəmbərinin fəthindən sonra ondan istədilər ki oranın bir bölməsinin idarəsini özlərinə qaytarsın və onlarda cizyə verməyi başlasınlar.bu anlaşma oranın sakinlərinin fəhşaya və müsəlmanlara əziyyət edənədək yeində idi və bu olaylardan sonra ömər oranı yəhudilərin əlindən alıb müsəlmanlar arasında paylamışdı.Xeybərin Fədək adlı sahəsi Hz.Fatiməyə peyğəmbər tərəfindən bağışlanmışdir. bunun üçün: baxa bilərsiniz. == Mənbə == Yaqut Höməvi,Möcəmül Bolda,9-ci cild,1990.(الحموی، یاقوت، ابوعبدالله ، (مُعجَم اَلبُلدان) ، دار الکتب العلمیة، بیروت، لبنان) Uyunül Əxbar,Əldinuri.(الدینوری ، أبی محمد، عبدالله، بن مسلم، بن قتیبه.
Abbər
Abbər (yerli xalqın dilində Obar) — İranın Zəncan ostanında şəhər,Tarım şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,918 nəfər və 1,358 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Tarım kəndistanında, Sirdan qəsəbəsindən 54 km şimal-qərbdədir.