Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Altından Qazıma
Altından Qazıma - abrazion sahillərdə, meandrlar əmələ gətirən çayın batıq sahillərində dalğadöyən oyuğun, qalıq tropik karst yüksəkliyində yamacın aşağı hissəsində korrozion oyuğun əmələgəlməsi prosesidir.
Yumurta yazmaq
Yumurta yazmaq Azərbaycan folklorunda bir dəb dir. Azərbaycanda bayram süfrəsinə boyanmış yumurtanı yazıb qoyma dəbi vardır. Belə ki, yumurtanı soğan qabığında qaynadarlar, qırmızı-qovur (qırmızı-qəhvəyi) boyanar. Sonra isə boyanmış yumurtanın qabığını bıçaq ucu ilə cızıb üstündə şəkil çəkərlər. Bunun adı yumurta yazma dir. Yazmağın mənası, əslində, üzdən yarmaqdır. Yazı sözü də oradan qalıbdır. == Yazılmış yumurtalardan örnəklər == Bu yazılmış yumurtalar Nasir Mənzurinin yazdığı yumurtalardan dırlar. == Həmçinin bax == Çərşənbə Xatın Bayram Yeli AVAVA (roman), Nasir Mənzuri.
Nazima
Nazimə Canibəyova (21 oktyabr 1990, Çimkənd), daha çox Nazimə təxəllüsü ilə tanınan (çox vaxt NAZIMA və ya Nazima kimi stilizə olunur) – rus hip-hop müğənnisi.
Kazımağa Kərimov
Kazımağa Möhsün oğlu Kərimov (1 sentyabr 1951, Qubadlı – 15 iyun 1992, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərimov Kazımağa Möhsün oğlu 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur. Kazımağa ailənin səkkiz oğul övladından biri idi. Atası Möhsün müəllimin və anası Səmər xanımın ən ümdə arzusu övladlarını düzgün tərbiyələndirmək, onları xalqına-milllətinə layiqli övladlar olaraq böyütmək olmuşdur. Çətin də olsa Möhsün müəllim və Səmər xanım övladlarının təhsili ilə bağlı arzularına çatmış, onların hər birinin istədikləri peşənin arxasınca getməsi üçün lazımi şərait yaratmışdılar. Ailənin yeddinci övladı olan Kazımağa digər qardaşları kimi orta məktəbi doğulub boya-başa çatdığı Qubadlıda bitrirdikdən sonra ali təhsil almaq qərarına gəlir və bu arzu onu Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə gətirir. Kazımağa beş il müddətində təhsil aldığı universitetin bütün ictimai işlərində fəal iştirak edir və dövri mətbuatda öz qələmini tez-tez sınayırdı. Sevərək arxasınca getdiyi peşəsində püxtələşsin, yazılarında oxşarlıq olmasın, quru sözçülükdən uzaq olsun deyə çalışan Kazımağanın həmin zamanlar ağlına belə gəlməzdi ki, nə vaxtsa qələmini silahla əvəz edəcək. Çünki Kazımağa son dərəcə peşəsinə bağlı bir insan idi. Görünür bu da Kazımağa taleyinə yazılmış bir qismət, bir alın yazısı imiş.