DAŞIMAQ

f.
1. Bir yerdən başqa bir yerə aparmaq, nəql etmək. Yük daşımaq. Yeşikləri daşımaq. Daş daşımaq.
– Ahıl ilə daş daşı, cahıl ilə bal yemə. (Məsəl).
Zəhmət bədən üçün lazımdır.
Hər kəs daş daşımağı, odun yarmağı özünə layiq bilmirsə, gəzsin, seyr etsin. H.Zərdabi.
Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qantər içində yük daşıyan fəhlələrdir. S.S.Axundov.
Yük maşınları, arabalar taxılları xırmana daşıyırdı. S.Rəhman.

2. Üstündə olmaq, daim özü ilə saxlamaq, özü ilə bərabər gəzdirmək. Pasportu cibində daşımaq. Silah daşımaq.
3. məc. Malik olmaq, sahib olmaq. Onlar eyni familiya daşıyırlar.
4. məc. Bir şeyi təmsil edən, ehtiva edən, özündə cəmləşdirən. Şairin qoşma və gəraylıları dərin dünyəvi mahiyyət daşıyır.
5. İfa etmək, yerinə yetirmək. Məsul vəzifə daşımaq.
– Zeynal dövləti müəssisələrin birində orta bir vəzifə daşıyırdı. S.Hüseyn.
Hərə öz cəbhəsində bir vəzifə daşıyır. M.Rahim.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAŞIMAQ DAŞIMAQ (bir yerdən başqa yerə aparmaq) Gördülər bir qarınca bir mələxi; Daşıyır qarşısında sürət ilə (M
  • DAŞIMAQ aparmaq — gətirmək

Etimologiya

  • DAŞIMAQ Taşqar feili mənbələrdə “удалять” kimi şərh olunub, daşımaq da “bir yer­dən uzaqlaşdırılıb başqa yerə aparmaq”dır
DAŞIMA
DAŞINDIRMA

Digər lüğətlərdə

-евск-(ий) безрезульта́тный мэр приче́лина скользя́щий телео́лог тоно́метр широкодо́нный апроби́ровать деви́з неза́нятость подсо́лнечная потрошки́ каштан brewis jungled prothonotary Rockwell hardness ropeable spiriform split-up unscented вред ирод отстригать