1. QAÇMAQ [Tarverdi:] Barı qaçım, bəlkə evi yıxılmış tüfəngi mənə düzəldib atdı (M.F.Axundzadə); CUMMAQ (dan. birdən qaçmaq) Könül: Emin əvvəl sağa qaçdı, ardınca cumdum (S.Qədirzadə); DABAN ALMAQ (fr.v.) Daban aldı müxalifin qoşunu (M.Rahim); DABANINA TÜPÜRMƏK (fr.v.), ƏKİLMƏK Vəzir: Gedib həmin şah tənbəlini alovdan çıxanrlar, o birisi görür ki, bu xına o biri xınadan deyil, durub dabanına tüpürür, bir baş əkilir (S.Rəhimov); DIZIXMAQ (dan.) Balaxanım: Bu siçan-pişik padşahına bax sən allah, mənə eşqnamə oxuyur, dızıx buradan, çaqqal, mindirmə meni cin atına (Anar); GÖTÜRÜLMƏK (sürətlə qaçmaq) Qabaqca atılan bir qədər qaçaraq dayanır, o birisi gəlib çatdıqda yenidən götürülürdü (İ.Əfəndiyev); SİVİŞQULUYA DƏM VERMƏK (fr.v.) İblis de bundan istifadə edib, quyruğunu qısmış, yavaşca sivişquluya dəm verdi (Ə.Haqverdiyev); SİVİŞMƏK (xəlvəti qaçmaq) Bu fikirlə Mötəbərov kabinetinin dal qapısından sivişib, evinə yollandı.. (M.Hüseyn); SÜRÜŞMƏK (məc.) Talıbov: Sən mumla! Sən də sürüş.. (Y.Şirvan); VAZIMAQ (dial.) Rüstəm bəy: Əliqılınclı, qabağımdan dovşan tazı qabağından qaçan kimi vazıyırdı (N.Vəzirov); YÜYÜRMƏK Könül: Mən qollarımı geniş açaraq yüyürdüm, ona yetməyə can atdım (S.Qədirzadə); QAÇARAQLANMAQ, QOPARAQLANMAQ.
2. QAÇMAQ (əsgərlikdən və ya vəzifədən) [Vəzir:] Ordudan dağılıb qaçan da çoxdur (S.Vurğun); FƏRARİLİK ETMƏK/ ELƏMƏK Molla Sadıq: Bəylər də mən deyənə gəlmişlər, şəriət də bunu əmr edib, hifz bədəni vacib buyurmuş, bəla gəlməmiş, fərari et demiş (S.S.Axundov); DEZERTİRLİK ETMƏK