Getmək, yetişmək, çatmaq, gəlmək, gəlib çatmaq. (“Koroğlu” dastanının lüğəti)
Əcəli qoydum börkümə,
Büründüm çodar kürkünə,
Gəl min Qıratın tərkinə,
Varaq, a qəssabın oğlu!..
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Nigar dedi:
– Nə işimizə, gəl yolumuza varaq, çıxaq gedək. (“Koroğlunun qocalığı”)
*
Varıb gedib Çardaxlıda duralım,
Gələnün, gedənün halın bulalım,
Hər kim müxənnətdü, boynun vuralım,
Səri durna tellim, Eyvaz, ağlama.
(Paris nüsxəsi, 3-cü məclis)