Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Red Velvet
Red Velvet (kor. 레드벨벳; RR: Redeubelbet) SM Entertainment tərəfindən yaradılan Cənubi Koreyalı qız qrupudur. Qrup ilk olaraq 2014-cü il avqustun 1-də Ayren(ing. Irene), Seolci (ing. Seulgi), Vendi (ing. Wendy) və Çoy (ing. Joy)-un dörd nəfərdən ibarət heyəti ilə "Happiness" adlı sinqlı ilə debüt etdilər. Beşinci üzv Yeri qrupa 2015-ci ilin mart ayında ilk mini albomu "Ice Cream Cake" buraxıldıqdan sonra qoşuldu. Musiqi baxımından Red Velvet-in işi öz qrup adını əks etdirir: onların əsasən pop olan "qırmızı" tərəfi bəzən elektron, funk və hip-hop ilə təcrübələr aparır, "Velvet" tərəfi isə ballada və caz elementləri ilə 90-cı illərin təsiri altında olan R&B-yə diqqət yetirir. Qrupun Koreya dilli diskoqrafiyasına iki studiya albomu, bir təkrar buraxılış albomu, bir kompilyasiya albomu və on genişləndirilmiş pyes daxildir — bunlardan on biri Cənubi Koreya "Gaon Albom Cədvəl"-də birinci yerdədir.
The Velvet Underground
The Velvet Underground (The Velvets olaraq da tanınır) — 1965-ci ildə Amerikada qurulan rok qrupudur. Lu Rid qrupun ən məşhur üzvüdür. == Üzvləri == Uilli Aleksandr (klaviatura, vokal 1971–1972) Con Keyl (müxtəlif instrumentlər, vokal 1965–1968, 1992–1994) Anqus Maklays (zərb alətləri 1965) Sterlinq Morrison (gitara, bas gitara, bek vokal 1965–1971, 1992–1994) Volter Pauers (bas gitara, bek vokal 1970–1972) Lu Rid (vokal, gitara, piano 1965–1970, 1992–1994) Morin Taker (zərb alətləri, vokal 1965–1972, 1992–1994) Duq Yul (bas gitara, klaviatura, gitara, bateri, vokal 1968–1973) == İlk illər == Qrupun adı «The Velvet Underground» Maykl Leyin sadomazoxizm haqqında yazdığı bir kitabın adıdır. Lu Rid 1965-ci ildə öyrənmək üçün üçün Nyu-Yorkda Con Keyl ilə tanış olur. Lu ilə Con dostlaşır və qrup yaratmağa qərar verirlər. Qrup üçün əvvəl müxtəlif adlara müraciət etsələr də (The Warlocks, The Falling Spikes), sonradan «The Velvet Underground» adlandırmağa qərar verirlər. Lunun dostu Sterlinq Morrison ve Keylin dostu Anqus Maklaysın qoşulması ilə qrup yavaş-yavaş özünü göstərməyə başlayır. Qrup səhnəyə çıxmaq üçün verilən pulu qəbul edəndə Maklays qrupdan ayrılır. Sənət üçün qrupa qoşulduğunu, pulu qəbul etməyəcəyini deyir. Daha sonra 21 yaşında olan qız Morin Taker 1965-ci ildə qrupa daxil olur.
Vevetl
Vevetl (astek Huehuetl) — Meksika yerli zərb aləti. Asteklər və digər mədəniyyətlər tərəfindən istifadə olunur. Əllə və ya taxta çubuqla ifa olunur. == Alət == Bu zərb aləti Mezoamerikada yaranmış və tez-tez asteklər ilə tarasklar tərəfindən istifadə olunurdu. Vevetl döyüşçü yığıncaqları kimi festivallarda ifa olunurdu. Bu zərb alətinin özü çuxurlu ağac gövdələrindən hazırlanmışdır və buna görə də müxtəlif ölçülərdə olmuşdur. Davulun altına tez-tez heyvanların və döyüşçülərin oymaları da həkk olunurdu. Vevetlın üst hissəsi üçün istifadə olunan dəri əsasən oselotlardan əldə olunurdu. == İstinadlar == == Əlavə ədəbiyyat == Coe, Michael D. (2002); Mexico: From the Olmecs to the Aztecs London: Thames and Hudson.
Ay Veyvey
Ay Veyvey (çin. 艾未未; ing. Ai Weiwei; d. 28 avqust, 1957, Pekin, Çin) — Çinli müasir incəsənət rəssamı və fəal. == Həyatı == Ay Veyvey 1957-ci il avqustun 28-də Pekin şəhərində anadan olub. Rəssamın atası görkəmli Çin şairi Ay Qing, 1950-ci illərin sonuna kimi sürgündə olmuş və 1978-ci ildə reabilitasiyasına kimi çap edilməmişdir.
Canq Veyvey
Canq Veyvey (d. 7 sentyabr 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Veyvey, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Vəlvələ
Vəlvələ (alət) — pərsəngli əyircək. Vəlvələ (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Vəlvələçay — Quba və Xaçmaz rayonlarında çay. Xəzər dənizinə tökülür.
Davud Xəlvəti
Davud Xəlvəti — (داود خلوثى }) — xəlvəti şeyxi == Həyatı və təhsili == Türkiyənin Bolu şəhərində anadan olmuşdur. Bağdadda təhsil aldıqdan sonra Amasyaya getmiş, Seyid Yəhya Bakuvinin davamçılarında Həbib Qaramanininin (ö.1497) ardıcılı olmuşdur. === Vəfatı === 1507-ci ildə Mudurnu vəfat etmişdir. == Faəliyyət == === Xəlvətiyyə fəaliyyəti === Bir müddət sonra xəlvətiliyi yaymaq üçün öz şeyxi tərəfindən Mudurnuya göndərilmişdir. Davud Xəlvəti "Gülşəni-Tövhid" adlı məzmun əsərin müəllifidir. Əsərin dövrddə birini "ətvari-səbə"( (nəfsin mərtəbələri) mövzusu təşkil edir. Digər hissəsində Əli ibn Əbu Talibin və Əbu Seyid Əbülxeyr, Sührəvərdi.ş İbn Ərəbi, Cəlaləddin Rumi, Bakuvi, Həbib Qaramani kimi sufilərin kəlamları tərcümə və şərh edilir. Məsnəvi şəklində, yazılmış əsərdə qəzəl, qəsidə və rübailər, eləcə də təsəvvüfi-əxlaqi mövzular toplanmışdır.
Vəlvələ (Quba)
Vəlvələ — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Vəlvələ oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Vəlvələ çayının sağ sahilində, Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1942-ci ildən sonra yaranmışdır. İlk məskunları Zərqova,Əsparəsti,Kələnov,Xaspolad, İsnov və b. kəndlərdən çıxmış ailələr olmuşdur. Kəndin adı yaxınlığındakı Vəlvələçayın adı ilə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1482 nəfər əhali yaşayır.
Vəlvələ (alət)
Vəlvələ — kətan lifini əyirməyin bir səmərəli əmək aləti; pərsəngli əyircək. Əsasən Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində geniş istifadə olunmuşdur. Şahdağ xalqları keçmişdə vəlvələdən təkcə kətan (kəndir) lifi deyil, həm də lazım gəldikdə yun ip əyirərmişlər. == Quruluşu və istifadəsi == Vəlvələ bir qarış uzunluğunda ağac hərləncəkdən, onun ortasına keçirilmiş ox rolunu oynayan dəstəkdən, hərləncəyin hər iki ucunda açılmış gəzlərə siyirtmə bağlanan 25-30 sm uzunluğunda əyircək ipindən ibarət olurdu. Hərləncəyin sürətlə fırlanmasını təmin etmək üçün onun bir başına pərsəng daşı bağlanırdı. Çox vaxt uzunsov və hamar çaydaşından ibarət olan pərsəng hərləncəkdən 6-7 sm-ə qədər ondan aralı qalırdı.
Vəlvələ bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ömər Xəlvəti
Ömər Xəlvəti (Avaxıl, Şamaxı rayonu – 1349, Avaxıl, Şamaxı rayonu) — Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi. == Həyatı == Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və qardaşı oğlu, xəlvətilik təriqətinin banisi, piri və mürşidi Əbu Abdulla Siracddin Ömər Xəlvəti şeyx nəslindən olub, soyu Şirvanın məşhur şeyx ailələrinə dayanır. Atası Şeyx Əkmələddindir. Pir Ömər Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür. Daha sonra Xarəzmə getmiş və orada Məhəmməd Xəlvətinin söhbətlərində yetişmişdir. Daha sonra əmisi ilə birgə Heriyə gəlmiş, ölümündən sonra onun yerinə səccadəyə oturmuşdur. Öncə Xoy şəhərində, sonra Misirdə, daha sonra Hicazda elm öyrənmişdir. Sultan Üveysin dəvəti ilə Təbrizə gəlmiş, orada bir versiyaya görə 1349-cu ildə, digər bir versiyaya görə isə 1397-ci ildə vəfat etmişdir. Mehmet Rıhtım birinci tarixi daha çox həqiqətə uyğun hesab edir. Ləmazatda onun qəbrinin Təbriz yaxınlığında, Mir Əli türbəsi adlanan yerdə olduğu bildirilir.
Şükrullah Xəlvəti
Şükrullah Xəlvəti (Zubovka – 1473, Bakı) - tanınmış xəlvəti şeyxlərindən biri, Seyid Yəhya Bakuvinin tələbəsidir. Şeyx Şükrullahın atasının adı Qasımdır. Atası Mədinəli olub ərəb əsillidir. Anadoluda Sandıqlıda doğulmuşdur. Qaramanoğulları ilə Zülqədəroğulları arasındkı müharibədə burdan köç edərək Bakıya gəlmişdir. Bakıda Seyid Yəhyaya biət edən Şeyx Şükrullah uzun illər Seyid Yəhyaya xidmət edərək xəlvətilik təriqətində şeyxdən sonra ən yüksək məqam olan pişuqədəm məqamına yetişmişdir. Seyid Yəhyanın vəfatı üzərinə Bakıdakı xanəgahda Seyid Yəhyanın ortancıl oğlu Fəthullah şeyxlik iddiası edib, ondan öncə posta oturmuşdur. O, dərvişlik ədəbi ilə "Şeyxin oğludur" - deyə onun bu hərəkətinə dözmüşdür. Tezliklə Seyid Yəhyanın oğlu Fəthullah vəfat etdiyinə və buradakı dərvişlərin təkidi ilə Bakıya gələrək uzun illər şeyxlik edən Şükrullah Xəlvəti həm təriqəti yenidən canlandırmağa çalışmış, həm də müridlərin tərbiyəsi ilə məşğul olmuşdur. Onun çox ədəbli, gözəl xasiyyətli, səkinət sahibi və kamali-fəqr üzrə bir halı varmış.
Xəlvət (Keşavərz)
Xəlvət (fars. خلوت‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 703 nəfər yaşayır (162 ailə).
Əxi Məhəmməd Xəlvəti
Əxi Məhəmməd Xəlvəti — sufi alimi, Xəlvəti adını alan ilk şeyxdir. == Həyatı == Xəlvətilik təriqəti Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və kürəkəni Pir Ömərin adından alınmışdır. Əxi Məhəmmədin ləqəbi Kəriməddin, künyəsi Əbülfüyuzatdır. Xarəzmdə doğulmuş Məhəmməd Xəlvəti alim bir şəxs olub. Gördüyü bir yuxudan sonra Azərbaycana gəlmiş, Şeyx İbrahim Gilanicnin yanında uzun müddət qalaraq mənəvi tərbiyəsini almışdır. Şeyxi tərəfindən Xarəzmə göndərilmiş və burada uzun müddət irşad etmişdir. O, daha sonra köçərək Azərbaycana gəlmiş,ömrünü sonuna qədər Heridə qalmışdır. Ləmazatda 1378-ci ildə vəfat etdiyi bildirilsə də tədqiqatçıların əksəriyyəti bu tarixi yanlış tarix kimi dəyərləndirir. Fəaliyyəti dövründə çoxlu sufi yetişdirmişdir. Xəlifələrindən ən önəmliləri Məhəmməd əl-Qarsi, Osman Şirvani, Qütbəddin Təbrizi və onun yerinə keçən xəlvətiliyin piri Ömər Xəlvətidir.
Meşə xəlvət... (film, 1988)
== Məzmunu == Film meşələrin kəsilməsi haqqındadır.