Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Versiya
Versiya (lat. versio — dəyişiklik) — hansısa faktın müxtəlif izahı. Versiya — cinayət işinin baxılmasında müstəntiqin və məhkəmənin düzgün qərar üçün təxmin etdiyi mülahizə. Versiya — 1)rəvayət, şayiə; 2)xəbər; 3)eyni hadisənin və ya faktın başqa variantda (bir-birindən fərqli), bir neçə cür ifadə və izah edilməsi; 4)müəyyən proqramlaşdırma dilinin hazırlanan və yayılan növbəti variantı; 5)ehtiyatların paylanması sisteminin əvvəllər alınmış ehtiyata (məsələn, yaddaş bloku, rabitə xətti və s.) qaytarılması; 6)proqram məhsulunun redaksiyası. Adətən, ədədlərlə ifadə olunur, məsələn 2.0 onu bildirir ki, bu, proqramın ilk buraxılışının ikinci redaksiyasıdır. == İstinadlar == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Versiya nömrəsi
Versiya nömrəsi (version number) – müəyyən mərhələdə konkret proqram təminatını identifikasiya etmək üçün onu hazırlayan tərəfindən təyin olunan nömrə. Versiya nömrələrindən həm proqramın buraxılışından öncə, həm də sonra istifadə olunur, ancaq buraxılışdan öncə verilmiş nömrələrin yalnız hazırlanma və testləmə mərhələsində dəyəri olur. Ümumiyyətlə, versiya nömrələri addan onluq nöqtə ilə ayrılır. Proqramdakı dəyişiklikləri, modifikasiyaları, düzəlişləri bildirən ardıcıl buraxılışlar daha yüksək versiya nömrəsinə malik olur. Proqramdakı başlıca dəyişikliklər, adətən, versiya nömrəsində önəmli dəyişikliklə qeyd olunur, məsələn, versiya 3.3 və versiya 4.0; cüzi dəyişikliklər isə versiya nömrəsində kiçik dəyişikliklərlə göstərilir, məsələn, 4.01, yaxud 4.1. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İcazə verilmiş versiya
"Kral Ceymsin Bibliyası" (ing. King James Bible, abr. KCB) və ya "Kral Ceyms versiyası" (ing. King James Version, abr. KCV) — Bibliyanın anqlikan kilsəsi üçün 1604-cü ildə yazılmağa başlanmış, 1611-ci ildə tamamlanmış və İngiltərə kralı VI və I Ceymsin maliyyəsi ilə nəşr edilmiş ingilis dilinə tərcüməsi. "Kral Ceymsin Bibliyası" bu vaxta qədər təsdiqlənmiş "İcazə verilmiş versiya" (ing. Authorized Version, abr. AV) statusunu daşıyırdı. "Kral Ceymsin Bibliyası" işinin kitablarına Yəhudi Bibliyasından 39 kitab, Apokrifdən 14 kitabdan ibarət bir vəsiyyətnamələrarası hissə və Əhdi-Cədiddən 27 kitab daxildir. Tərcümə yazısı "üslub əzəməti"nə görə qeyd edilir.
Drakula (film, 1931, İngiliscə versiya)
"Drakula" (ing. Dracula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Drakula (film, 1931, İspanca versiya)
"Drakula" (ing. Drácula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Kral Ceyms versiyası
"Kral Ceymsin Bibliyası" (ing. King James Bible, abr. KCB) və ya "Kral Ceyms versiyası" (ing. King James Version, abr. KCV) — Bibliyanın anqlikan kilsəsi üçün 1604-cü ildə yazılmağa başlanmış, 1611-ci ildə tamamlanmış və İngiltərə kralı VI və I Ceymsin maliyyəsi ilə nəşr edilmiş ingilis dilinə tərcüməsi. "Kral Ceymsin Bibliyası" bu vaxta qədər təsdiqlənmiş "İcazə verilmiş versiya" (ing. Authorized Version, abr. AV) statusunu daşıyırdı. "Kral Ceymsin Bibliyası" işinin kitablarına Yəhudi Bibliyasından 39 kitab, Apokrifdən 14 kitabdan ibarət bir vəsiyyətnamələrarası hissə və Əhdi-Cədiddən 27 kitab daxildir. Tərcümə yazısı "üslub əzəməti"nə görə qeyd edilir.
Mona Liza (Prado versiyası)
Mona Lizanın Prado versiyası (isp. Mona Lisa del taller de Leonardo da Vinci) — Leonardo Da Vinçinin Luvr muzeyində saxlanan "Mona Liza" adlı portretinin Madriddəki Prado muzeyində saxlanan versiyasıdır. Portret Prado muzeyində 1819-cu ildən nümayiş etdirilsə də, onillər ərzində əhəmiyyətsiz kopya hesab edilmişdir. Lakin, 2012-ci ildə həyata keçiriən bərpa işlərindən sonra Prado Mona Lizasının Leonardonun məşhur şah əsərinin ən erkən versiyalarından biri olduğu elan edilmişdir. "Mona Liza"nın XVII–XVIII əsrlərə aid olan və dövrümüzə çatmış onlarla nüsxələrinin olmasına baxmayaraq, Prado Mona Lizası elmi baxımdan tarixi əhəmiyyətə malik ən mühüm nüsxə hesab edilir. Həmçinin müəyyən edilmişdir ki, Prado Mona Lizası Leonardonun öz əsərini işlədiyi vaxtda və onun studiyasında, tələbələrindən biri tərəfindən çəkilmişdir. Leonardonun tələbələri arasında Salai və Françesko Melzi Prado Mona Lizasının mümkün müəllifləri arasında əsas namizədlər kimi qeyd edilsələr də, bəzi tədqiqatçılar əsərin müəllifinin Leonardonun ispan tələbələrindən biri olması ehtimalını da irəli sürmüşlər. == Tarixi == Prado Mona Lizasının mənşəyi Leonardonun "Mona Liza"sı ilə eyni köklərə malikdir, çünki, onlar ehtimal ki, eyni studiyada və eyni vaxtda işlənmişlər. Madriddəki Alkazar Mediodia Qalereyasının 1666-cı il invertarına aid olan sənəddə əsər haqqında ilk dəfə məlumat verilir və o, "Mujer de mano de Leonardo Abince" (Leonardonun əlli qadını) kimi qeyd edilir. Lakin, əsərin İspaniya Kral Kolleksiyasına nə vaxt daxil olması bu günə kimi naməlum qalmaqdadır, lakin, XVII əsrin əvvəllərində portret artlq İspaniyada ola bilərdi.
Nə? Harada? Nə zaman? (idman versiyası)
Nə? Harada? Nə zaman? (NHN) (rus. Что? Где? Когда?, qısaca ЧГК)) oyununun idman versiyası rəsmi olaraq 1989-cu ildə SSRİ-də IAC-nin Mariupoldakı ilk təsis qurultayından sonra meydana gəlmişdir, 1983-cü ilin sonunda Odessanın "Erudit" klubunda oxşar qaydalara uyğun oynanılmağa başlanmışdı . Oyun, 1975-ci ildə Vladimir Voroşilov və Natalia Stetsenko tərəfindən yaradılan"Nə? Harada? Nə zaman?"oyununun əsasında yaradılmışdı, lakin bir çox fərqlər mövcuddur: məsələn, eyni suallar üzrə komandaların bir-birinə qarşı yarışması dünyanın bir çox ölkəsində eyni vaxtda həyata keçirilir.
Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu
Şotlandiya Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə ilin oyunçusu (ing. Scottish Football Writers' Association Footballer of the Year) — Şotlandiya futbolunda ilin ən yaxşı futbolçusuna verilən mükafat. Mükafat ilk dəfə 1964-65 mövsümünün yekunlarına əsasən təqdim olunub. Laureat Şotlandiya Futbol Jurnalistləri Assosiasiyası (ŞFJA) (ing. SFWA) üzvləri arasında səsvermə yolu ilə müəyyən edilir. Bu assosiasiyaya bütün ölkə üzrə işləyən yüzdən çox mətbuat nümayəndəsi daxildir. Bu mükafatı almış ilk qeyri-şotland — həmin vaxt "Reyncers" klubunda hücumçu mövqeyində çıxış edən ingilis Mark Heytlidir. Mükafatın hazırkı sahibi "Seltik"in hücumçusu Kyoqo Furuhaşidir. İndiyədək yeddi futbolçu mükafatı iki dəfə qazana bilmişdir. Mükafatı üç dəfə qazana bilmiş yeganə futbolçu, qapıçı mövqeyində çıxış edən Kreyq Qordondur.
Microsoft Windows versiyalarının siyahısı
Microsoft Windows Microsoft tərəfindən hazırlanmış kompüter əməliyyat sistemidir. İlk dəfə 1985-ci ildə MS-DOS üzərində qurulmuş qrafik əməliyyat sistemi kimi istifadəyə verilmişdir. İlkin versiyanı bir neçə sonrakı buraxılış izlədi və 1990-cı illərin əvvəllərində Windows xətti iki ayrı buraxılış xəttinə bölündü: istehlakçılar üçün Windows 9x və müəssisələr və müəssisələr üçün Windows NT. Sonrakı illərdə Windows-un daha bir neçə variantı buraxılacaqdı: 1996-cı ildə quraşdırılmış sistemlər üçün Windows CE; Şəxsi rəqəmsal köməkçilər və daha sonra smartfonlar üçün 2000-ci ildə cib kompüteri (2003-cü ildə Windows Mobile və 2010-cu ildə Windows Phone olaraq dəyişdirildi); AR/VR qulaqlıqları üçün 2016-cı ildə Windows Holographic; və bir sıra başqa nəşrlər. == Fərdi kompüter versiyaları == Windows-un "şəxsi kompüter" versiyası son istifadəçilərin və ya OEM -lərin masaüstü kompüterlər , noutbuklar və iş stansiyaları da daxil olmaqla fərdi kompüterlərdə quraşdıra biləcəyi versiya hesab olunur. Windows-un ilk beş versiyası – Windows 1.0, Windows 2.0, Windows 2.1, Windows 3.0 və Windows 3.1 – hamısı MS-DOS-a əsaslanırdı və həm istehlakçılar, həm də biznes üçün nəzərdə tutulmuşdu. Bununla belə, Windows 3.1-in Windows xəttini ikiyə bölən iki ayrı varis var idi: Windows 95, Windows 98 və Windows Me-dən ibarət istehlakçı yönümlü "Windows 9x" xətti; və Windows NT 3.1, Windows NT 3.5, Windows NT 3.51, Windows NT 4.0 və Windows 2000-dən ibarət peşəkar Windows NT xətti. Bu iki xətt NT-əsaslı Windows XP ilə tək bir xəttə birləşdirildi; bu Windows buraxılışı həm Windows Me, həm də Windows 2000-də uğur qazandı və istehlakçı və peşəkar istifadə üçün ayrıca nəşrlərə malik idi. Windows XP-dən bəri, Windows-un bir çox əlavə versiyaları buraxıldı, ən sonuncusu Windows 11-dir.
Persiya–Roma müharibələri
İran–Roma müharibələri və ya Persiya–Roma müharibələri — Roma (sonralar Bizans) ilə Parfiya (sonralar Sasanilər) dövlətləri arasında baş tutan bir sıra müharibələrin ümumi adı. Birinci müharibələr ardığıllığı Parfiya ilə Roma arasında baş tutmuş, sonralar 226-cı ildə Parfiyanın ərazisində Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi ilə ikinci mərhələyə keçmişdir. Bu müharibələr dörd əsr ərzində davam etsə də, tərəflərdən heç biri əhəmiyyətli uğur əldə edə bilməmişdi. Hər iki imperiya sözügedən döyüşlərlə eyni vaxtda öz sərhədləri daxilində başqa müharibələr aparmış, həmçinin mürəkkəb daxili problemlərlə məşğul olmuşdur. Əsas əməliyyatlar Ermənistan və Mesopotamiya kimi sərhədyanı bölgələrdə aparılmış, buradakı şəhərlər, istehkamlar, vilayətlər tez-tez ələ keçirilir, talan edilir və əl dəyişdirirdi. Sərhəd II əsrdə Dəclə çayının yuxarı axınına keçdi və bundan sonra bir neçə dövr oldu ki, Ermənistanda və Qafqazda sərhəd kifayət qədər uzun müddət stabil qalmışdı. İran–Roma müharibələri zamanı resursların ifrat dərəcədə sərf edilməsi hər iki imperiya üçün son nəticədə fəlakətli olmuşdu. Bu müharibələrə üçüncü tərəf, yəni Ərəb xilafəti son qoymuşdur. Ərəb istilaları VII əsrin ortalarında İranı darmadağın etmiş və VII–X əsrlərdə Bizans-ərəb müharibələrinə çevrilmişdir.
Aerasiya
Aerasiya (q.yun. ἀήρ – hava) — havadəyişmə, havanı oksigenlə zənginləşdirmə. == Torpağın aerasiyası == Torpağın aerasiyası torpaq havası ilə atmosfer havası arasında qaz mübadiləsidir. Qaz mübadiləsi zamanı torpaqdakı hava bitki köklərinin və mikroorqanizmlərin tənəffüsunə lazım olan oksigenlə, yerə yaxın hava təbəqəsi isə bitkinin fotosintez prosesində istifadə etdiyi karbon qazı ilə zənginləşir. Torpaq xırda dənəvar strukturlu olduqda aerasiyaya əlverişli şərait yaranır və bitki daha yaxşı inkişaf edir.
Berqiya
Deysiya
Deysiya (lat. Deutzia) — zoğalçiçəklilər sırasının hortenziyakimilər fəsiləsinə aid bitki cinsi.
Mursiya
Mursiya (isp. Murcia) — Pireney yarımadasının cənub-şərq hissəsində, Aralıq dənizi sahilində yerləşən İspaniyanın muxtar icması. Sahəsi 11.313 km²-dır və 2020-ci ilin əvvəlində əhalisi isə 1,511,251 nəfər idi. Əhalinin təxminən üçdə biri paytaxt Mursiyada yaşayır. 2,014 m yüksəklikdə yerləşən Revolkadores massivindəki Los Obispos zirvəsidir bölgənin ən yüksək nöqtəsidir.
Persica
Adi şaftalı (lat. Prunus persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Şimali Çində geniş yayılmışdır. == Botaniki təsviri == Adi şaftalı ağacının hünd. 8 m-dək olur. Yarpaqları növbəli düzülür, çiçəkləri ikicinsiyyətli, meyvəsi çəyirdəkdir. Kütləsi 20-600 q olur. Adi şaftalı dağlıq rayonlarda becərilir. Meyvəsində 80-90% su, 6-14% şəkər, 0,5-1,2% pektin maddəsi, 0,08-1,02% üzvi turşu (əsasən, alma turşusu), 9,4-20 mq % C vitamini, 0,6-1 mq % karotin var. == Ekologiyası == == Azərbaycanda yayılması == Azərbaycanda bir neçə sortu yetişdirilir.
Serbiya
Serbiya (serb. Србија / Srbija) ya da rəsmi adı ilə Serbiya Respublikası (serb. Република Србија / Republika Srbija) — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlət. Serbiya şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır. == Tarixi == Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurdular. 1217-ci ildə Serbiya krallığı Roma və Konstantinopol tərəfindən müstəqil dövlət kimi tanındı. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başladı. 16-cı əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyası tərəfindən ələ keçirildi. Zaman-zaman Serbiyanın bir hissəsi Habsburqların nəzarəti altına düşürdü.
Venesiya
Venesiya (it. Venezia) və ya Venedik — İtaliyanın şimal-şərqində şəhər. Adriatik dənizinin Venesiya körfəzi sahilindədir. Venesiya "Dənizlər kraliçası" adlanır. Veneto vilayəti və Venesiya əyalətinin inzibati mərkəzi. Bir-birindən 150 kanalla ayrılan 118 adada salınmışdır. Adalar arasında 400-ə qədər körpü var. Venesiyanın memarlığı Venesiya respublikasının ən yüksək inkişaf dövründə (14 əsr–16 əsrin əvvəlləri) formalaşmışdır. Zəngin bəzəkli kilsələr, dəbdəbəli fasadlı saraylar, yüngül körpülər, ətrafında 3–4 mərtəbəli evlər tikilmiş ensiz, dolanbac küçələr Venesiyaya ecazkar görkəm verir. Müqəddəs Mark kilsəsi (829–832; 1073–95 illərdə yenidən tikilmişdir) Venesiyanın ən gözəl memarlıq abidəsidir.
Versayö
Versayö (fr. Versailleux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şalamon kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01434. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 332 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 203 nəfər arasında (15-64 yaş) 155 nəfər iqtisadi cəhətdən fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 76.4%, 1999-cu ildə 80.5%). 155 fəal sakindən 142 nəfər (78 kişi və 64 qadın) işləyir, 13 nəfər işsizdir (3 kişi və 10 qadın). Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Verxiyan
Bəhmətli (əvvəlki adları: Verxiyan; Bəhmənli) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Zaqatala rayonunun Verxiyan kəndi Bəhmənli kəndi adlandırılmışdır. == Mədəniyyəti == Kənd 5 obadan ibarətdir. Kənddə 1 orta, 1 əsas məktəb, 3 kitabxana, kənd xəstəxanası, körpələr evi-uşaq baxçası, aptek, məscid, kənd mədəniyyət evi, futbol meydançası və poçt məntəqəsi vardır. Tarixi abidələr: 1 məscid, 1 hücrə vardır. == Coğrafiyası və iqlimi == Bəhmətli kəndi, rayon mərkəzindən 18 km məsafədə yerləşir. Şərq tərəfdən Lahıc, cənub-şərqdən Qındırğa, şimal və qərbdən Əliabad, cənub-qərbdən Mosul kəndləriylə, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəd olmaqla iki kəndi (Bəhmətli və Kürdəmir) birləşdirir. Kəndin ərazisi 3697 hektardir. == Əhalisi == Əhalisi 4286 nəfər (Bəhmətli - 4098 və Kürdəmir - 187), əsasən azərbaycanlılardır. Dini mənsubiyyəti müsəlman.
Veysiyan
Veysiyan— İranın Luristan ostanının Dövrə şəhristanının Veysiyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,817 nəfər və 429 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
İnversiya
Bergiya
Bergiya (lat. Bergia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin elatinaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Lancretia Delile Merimea Cambess. Sphondylococca Willd.
Perseya
Perseya (lat. Persea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Perseya həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir.
Vereya
Vereya — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Eriya
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Ligularia persica
Ligularia persica (lat. Ligularia persica) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Hamar deysiya
Hamar deysiya (lat. Deutzia glabrata) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Uzaq Şərq, Çin, Koreyada yayılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü 2 m olub, sıx budaqlara malikdir. Cavan kolların qabığı qırmızımtıl, qəhvəyi, sonradan boz və ya bozumtul-qonur olub, soyulandır. Yarpaqları uzunsov-ellips formalı, 3-6 sm uzunluqda, xırda mişardişlidir. Üst tərəfdən səpələnmiş ulduzvari tüklərə malik, alt tərəfdən isə çılpaqdır. Saplaqları 2-6 mm uzunluqdadır. Çiçək qrupu seyrək, süpürgə şəklindədir. Çiçəkləri ağ, 1,5 sm diametrindədir.
Hulthemia persica
Fars itburnusu (lat. Rosa persica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Karina Qarsiya
Karina Qarsiya (3 yanvar 1984) — Boliviyalı atıcı. Karina Qarsiya Boliviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karina Qarsiya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 405.6 xal toplayaraq 44-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Marsiya Kross
Marsiya Enn Kross (ing. Marcia Anne Cross; 25 mart 1962, Malboro[d], Massaçusets) — Aktrisa. == Həyatı == Marsiya Kross 25 mart 1962-ci ildə Malboroda (Massaçusets ştatı, ABŞ) Mark və Canet Kross ailəsində anadan olub. == Sənəti == Aktrisa "Melrose Place" (1992–1997) serialında doktor Kimberli rolu ilə tanınıb. Bundan əlavə Desperate Housewives (2004–12) serialında da Bri Van de Kamp rolunda böyük şöhrət qazanıb. Kross öz debütünü 1984-cü ildə The Edge of Night serialında edib. Daha sonra Nyu-Yorkdan Los-Ancelesə köçüb və orada kiçik rollarda televiziya filmlərində çəkilməyə başlayıb. 1986–1987-ci illərdə One Life to Live serialında çəkilib. Kross məşhurluğunu Aaron Spellinqin "Melrose Place" serialında əldə edir. Əvvəlcə serialın prodüserləri aktrisanı yalnız bir epizodda iştirak etmək üçün dəvət etdilər, lakin daha sonra Krossun əsas heyətə daxil edilməsinə qərar verdilər.
Morava (Serbiya)
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Breşiya
Breşia (it. Brescia) — İtaliyanın Lombardiya regionunda sənaye şəhəri. Şəhər Alp dağları ətəklərində yerləşir. Lombardiya region mərkəzi olan Milandan sonra, bölgənin ikinci böyük yaşayış mərkəzidir. Şəhər əhalisi (10.2010-cu ilə görə) 190.809 nəfərdir. Breşia vilayəti İtaliyada olan ən böyük vilayət olub əhalisi 1.2 milyondur. Brescia tarixində ən mühüm və mühüm müasir rəssam Francesco Filippini fransız impressionizminə qarşı italyan impressionizmi hesab edilən "Filippinismo" bədii cərəyanının banisi olmuşdur.
Bərdiya
Qaumata (e. ə. VI əsr, Pasargad, Fars ostanı – e.ə. 522, Pasargad, Fars ostanı) — kahin, üsyan rəhbəri, yalançı şahzadə, hökmdar. == Həyatı və fəaliyyəti == Fars epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi, İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır. Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir. Herodot bu etnik qarşıdurmanı Əhəmənilər sülaləsindən olan İran şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı fars əyanlarını yanına çağırıb deyir: "Şahların öcünü sürdürən Tanrıların adını anaraq, sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə aranızda olan əhəmənilərə deyirəm. Taxtın madalılara keçməsinə yol verməyin, əgər hiylə ilə ələ keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların əlindən alın.
Mərsiyə
Mərsiyə — ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur. Orta çağdan başlayan Azərbaycan əruz şerində İslama, məxsusən Həzrəti İmam Hüseynə (ə) olan sonsuz sevginin, məhəbbətin nəticəsindən əmələ gələn mərsiyə janrı geniş miqyasda formalaşmağa başladı. Bu baxımdan o dövrün imanlı şairləri əsasən mərsiyə yazmağa üstünlük verirdilər. Bu cərəyan Əruz şairləri arasında o dərəcədə olmasa da, bu gün də var.
Vərniyab
Vərniyab (fars. ورنياب‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (47 ailə).
Əşiya
Əşiya və ya Yeşaya (ivr. ‏יְשַׁעְיָהוּ‏‎, Yəšaʿyāhū; mənası – «Rəbb xilas edir»), həmçinin İsaiya — e.ə. VIII əsrdə yaşamış yəhudi peyğəmbər. «Əşiya peyğambərin kitabı» adını ondan götürmüşdür. «Əşiya peyğambərin kitabı» əsərində Əşiya peyğambər deyə xitab edilir, fəqət «Əşiya peyğambərin kitabı» ilə hər hansı bir tarixi Əşiya arasında dəqiq əlaqə qarışıqdır. Ənənəvi nöqteyi-nəzərə görə, «Əşiya peyğambərin kitabı»nın bütün 66 fəsli bir insan – Əşiya tərəfindən yazılmışdır. Ehtimal olunur ki, kitab iki dövrdə yazılıb – e.ə. 749-cı il və ya e.ə. 686-cı il. Kitabda Böyük Kirdən bəhs olunur və İsrail millətini Babiloniya əsarətindən xilas etmək üçün nəzərdə tutulmuşdur.