Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
VİBrant (albom)
vİBrant – Azərbaycanlı musiqiçi İbrahim Babayevin albomudur.
Varrant
Səhm üçün varrant (və ya sadəcə varrant) – firmanın öz səhmləri üçün yazdığı call-opsiondur. Adətən, varrantlar tipik call-opsionlara nisbətən daha uzun müddətə (məsələn, 5 il və daha çox) emitasiya olunur. Eləcə də müddətsiz varrantlar da buraxılır. Varrantlar adətən, Amerika opsionları kimi müddəti bitmədən də icra oluna bilərlər, lakin onların bəziləri üzrə mümkün ödəmə anınadək müəyyən ilkin müddət keçməlidir. == Varrantın icra qiyməti == Varrantın icra qiyməti fiksə oluna və ya varrantın müddəti dövründə artma istiqamətində dəyişə bilər. Varrantın buraxılma anında icra qiyməti adətən, baza aktivinin bazar qiymətindən daha yüksək təyin olunur. Buraxılma anında bir varrant adətən, sahibinə bir səhmi müvafiq icra qiymətinə almaq hüququ verir. Varrantların əksəriyyəti səhmlərin bölünməsi və dividendlərin səhmlərlə ödənilməsindən müdafiə olunurlar, yəni səhmlər bölündükdə və ya dividendlər səhmlərlə ödənildikdə varrant sərmayəçiyə dəyişmiş icra qiymətinə bir səhmdən daha az və ya çox səhm almaq hüququ verir. == Varrantın və call-opsionun müqayisəsi == Varrantın call-opsiondan fərqləndirici cəhəti – varrantların məhdud miqdarda olmasıdır. Həmişə məhdud sayda varrant buraxılır və onların sayı varrantlar icra olunduqca azalır.
Ekoloji miqrant
Ekoloji miqrant — yerli mühitdə qəfil və ya uzunmüddətli dəyişikliklər səbəbindən öz bölgəsini tərk etməyə məcbur olan şəxsdir. Bu dəyişikliklər özlərinin və ya ailələrinin rifahını təhdid edir və onlara quraqlıq, səhralaşma, dəniz səviyyəsinin qalxması və mövsümi hava şəraitinin pozulması kimi təbii hadisələr daxildir. Ekoloji miqrantlar başqa ölkələrə və ya öz ölkələrinin digər bölgələrinə köçürlər. Hazırda ekoloji miqrasiyanın vahid və dəqiq tərifi olmasa da, siyasətçilər, ekoloqlar və sosioloqlar iqlim dəyişikliyinin və ətraf mühitin deqradasiyasının potensial sosial təsirlərini müəyyən etməyə çalışdıqca bu ideya daha çox diqqəti cəlb edir. == Tərif == “Ekoloji miqrantı” anlayışı qaçqınların qanunla müəyyən edilmiş təriflərinin heç birinə uyğun gəlmir. Tədqiqatçılar elmi əsaslandırmanın olmaması və əksər miqrasiyaların real siyasi səbəblərini gizlətmək üçün “miqrasiya təhlükəsini saxtalaşdırmaq” cəhdləri səbəbindən ekoloji miqrantlar ideyasını şübhə altına alırlar. Ekoloji fəlakətlərdən qaçan insanlar adətən müvəqqəti və qısa məsafələrə miqrasiya edirlər. "Ekoloji miqrant" termini ilk dəfə 1976-cı ildə Lester Braun tərəfindən istifadə edilmişdir. Beynəlxalq Miqrasiya Təşkilatı ekoloji miqrantların aşağıdakı tərifini təklif edir: == Ekoloji miqrantların növləri == Beynəlxalq Miqrasiya Təşkilatı ekoloji miqrantların üç növünü fərqləndirir: Ekoloji fövqəladə vəziyyətə görə miqrantlar ekoloji fəlakətdən və ya ani ekoloji problemdən müvəqqəti olaraq qaçmağa məcbur olan insanlardır. Məsələn, bu kateqoriyaya qasırğa, sunami, zəlzələ və s.-dən qaçmağa məcbur olan insanlar daxildir.
Miqrant işçi
"Əmək mühaciri" termini dünyanın müxtəlif yerlərində müxtəlif mənalarda işlədilir. Birləşmiş Millətlər Təşkilatı "Əmək mühaciri" dedikdə, öz vətənindən kənarda işləyən hər kəsi nəzərdə tutur. Onlar mühacir adlanır. Bir neçə ölkənin milyonlarla mühacir işçisi var. Bəzi ölkələrdə qeyri-leqal mühacirlər də çoxluq təşkil edir ki, onlar da əsasən iş üçün müxtəlif ölkələrə gedənlərdir. Bu termin eyni zamanda ölkə daxilində bir şəhərdən digərinə köç edənlərə də şamil olunur. Onlar mühacir adlanır. == Dünya ölkələrində mühacir işçilər == ===== Kanada ===== Kanadada şirkətlər mühacirlər üçün immiqrasiya proqramının genişləndirilməsi məqsədilə onları müvəqqəti işə cəlb edir. ===== Çin ===== Çin hökuməti iqtisadiyyatın inkişafında uzunmüddətli məqsədlərə çatmaqda, eləcə də, Çinin kənd əsaslı iqtisadiyyatdan şəhər əsaslı iqtisadiyyata keçməsində mühacirlərin rolunun böyük olduğunu vurğulayıb. Bəzi daxili şəhərlərdə pensiya və sosial sığorta da daxil olmaqla mühacirlərə sosial təminat verilməsinə başlanılmışdır.
Şükrü Birant
Şükrü Birant — Türkiyə futbolçusu. == Karyerası == === Klub === 1964-1974-cü illərdə Fənərbaxçada oynamışdır. Meydana çıxdığı 317 oyunda 7 qol vurmuşdur. === Milli === Türkiyənin müxtəlif milli komandalarında 26 dəfə meydana çıxmışdır.
İbrani dili
İvrit dili, həmçinin ibri dili və ya ibrani dili (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit ] ( dinlə) və ya [ʕivˈrit ] ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.
Avropa miqrant böhranı
Avropa miqrant böhranı və ya Avropa qaçqın böhranı — Avropa İttifaqına qaçqınların və miqrantların Aralıq dənizini və ya cənubi-şərq Avropadan nəticəsində yaranmışdır. == Zəmin == == Mühacirlik == === Statistika === ==== AB-yə dəniz və quru yolu ilə gələnlər ==== ==== Miqrant marşrutları ==== Avqust 2015-də, Frontex Avropa İttifaqına daxil olmaq üçün qeyri-qanuni miqrantların istifadə etdiyi dəniz və quru marşrutları qeyd edib: Qərbi Afrika marşrutu Qərbi Aralıq marşrutu Mərkəzi Aralıq Dənizi marşrutu Apulia və Kalabriya marşrutu Albaniyadan Yunanıstana keçən dairəvi marşrut Qərbi Balkan marşrutu. Şərqi Aralıq marşrutu Şərqi Avropa sərhədləri marşrutuBundan əlavə, Sentyabr 2015-ci ildə Arktika marşrutu yaranmışdır. ===== Macarıstan ===== 17 iyun 2015-ci ildə olan gərginlik Macarıstan öz səhədini bağlaması ilə qaçqınların şimala olan yolda digər marşrut tapmaq üçün Xorvatiya və Sloveniyaya üz tutmağa məcbur olması ilə artıb. == Reaksiya == == Sağlamlıq təlimatı == == Siyasi müzakirələr == === Avropa Birliyi === 19 aprel 2015-ci ildə İtaliyanın Baş naziri Matteo Renzinin reaksiyası Avropa miqrant böhranına belə idi: ”Əgər 40 min insan məsələsində razılığa gələ bilmirsinizsə, özünüzü avropalı kimi təqdim etməyə haqqınız yoxdur. Əgər sizin Avropa idealınız budursa, özünüzə saxlayın. Ya həmrəylik olmalı, ya da vaxtımızı boş yerə almayın”.
Sebastyan Brant
Sebestian Brant (1458[…] və ya 1458, Strasburq – 10 may 1521, Strasburq) — fransız alim, hüquqşünas, yazıçı-humanist. == Həyatı == Sebestian Brant (1457-1521) 1457-ci ildə və yaxud da 1458-ci ildə zəngin bir dükançı ailəsində doğulmuşdur. O, 1475-ci ildə ali təhsil almaq üçün o dövrdə Almaniya imperiyasına daxil olan, «azad şəhər» adlanan Bazelə getmişdir. Bazel ilk növbədə 1460-cı ildə yaradılan öz universiteti və nəşr işi ilə məşhur idi və ilk alman humanizminin ən mühüm mərkəzlərindən biri sayılırdı. Gənc Sebestian böyük uğurla burada hüquq elminin və bir sıra digər elm sahələrinin incəliklərini öyrənmiş, sonralar bu universitetin dini-kilsə və hüquq sahələri üzrə nüfuzlu professoru və hüquq fakültəsinin dekanı olmuşdur. O, həm də vəkil kimi də fəaliyyət göstərmişdir və bu peşə onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Sebestian eyni zamanda Bazel kitab naşirlərinin işində də yaxından iştirak etmişdir. Burada yaşadığı dövrdə Sebestian bir sıra hüquqi və dini ədəbiyyat mətnlərinin nümunələrini, o cümlədən də İtaliya humanizminin banisi Petrarkanın və Orta əsrlər alman azadfikirli şairi Freydankın əsərlərini çap etmişdir. 1499-cu ildə Brant uşaqlıq və yeniyetməlik illərini keçitdiyi Strasburq şəhərinə qayıtmışdır. Bu şəhərdə o, çox yüksək xidməti və ictimai fəaliyyəti sahəsində yüksək nüfuz qazanmış və 1521-ci ildə elə burada da dünyasını dəyişmişdir.
Tərk-i Viran (Sayınqala)
Tərk-i Viran (fars. ترك ويران‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (49 ailə).
Şəhr-i Viran (Urmiya)
Şəhr-i Viran (fars. ‎‎‎‎شهرويران‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (4 ailə).