Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Varrant
Səhm üçün varrant (və ya sadəcə varrant) – firmanın öz səhmləri üçün yazdığı call-opsiondur. Adətən, varrantlar tipik call-opsionlara nisbətən daha uzun müddətə (məsələn, 5 il və daha çox) emitasiya olunur. Eləcə də müddətsiz varrantlar da buraxılır. Varrantlar adətən, Amerika opsionları kimi müddəti bitmədən də icra oluna bilərlər, lakin onların bəziləri üzrə mümkün ödəmə anınadək müəyyən ilkin müddət keçməlidir. == Varrantın icra qiyməti == Varrantın icra qiyməti fiksə oluna və ya varrantın müddəti dövründə artma istiqamətində dəyişə bilər. Varrantın buraxılma anında icra qiyməti adətən, baza aktivinin bazar qiymətindən daha yüksək təyin olunur. Buraxılma anında bir varrant adətən, sahibinə bir səhmi müvafiq icra qiymətinə almaq hüququ verir. Varrantların əksəriyyəti səhmlərin bölünməsi və dividendlərin səhmlərlə ödənilməsindən müdafiə olunurlar, yəni səhmlər bölündükdə və ya dividendlər səhmlərlə ödənildikdə varrant sərmayəçiyə dəyişmiş icra qiymətinə bir səhmdən daha az və ya çox səhm almaq hüququ verir. == Varrantın və call-opsionun müqayisəsi == Varrantın call-opsiondan fərqləndirici cəhəti – varrantların məhdud miqdarda olmasıdır. Həmişə məhdud sayda varrant buraxılır və onların sayı varrantlar icra olunduqca azalır.