Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stock-keeping unit
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
Enigmatic Feeling
Enigmatic Feeling (azərb. Anlaşılmaz hiss‎) — Yaponiyanın Ling Tosite Sigure rok qrupunun sinqlı. Sony Music Entertainment Japan tərəfindən 5 noyabr 2014-cü ildə buraxılmışdır. Mahnı 2014-cü ildə "Psycho-Pass 2" anime serialının açılış mahnısı olmuşdur.
Sleeping Dogs
Sleeping dogs oyunu 14 avqust 2012-ci ildə United Front Games firması tərəfindən hazırlanmış və Square Enix şirkəti tərəfindən satışa çıxarılmışdır. Oyun açıq-dünya aksion-macəra janrındadır. Oyunda əsas döyüşə üstünlük verilir. Sleeping dogs oyunu True Crime seriyalarının davamıdır. Bu oyunun əvvəlki adı True Crime:Hong Kong olmuşdur. Activision şirkətində oyunun tam başa gəlməsi üçün lazım olan büdcə olmadığından 2011-ci ildə oyunun hazırlanması işi dayandırılmışdır. 6 ay sonra bu oyunu Square Enix firması aldı və adını Sleeping dogs olaraq dəyişdi. Bir müddət oyun üzərində işləyərək 14 avqust 2012-ci ildə satışa çıxardı. Microsoft Windows platforması üçün olan versiya Windows XP əməliyyat sistemini dəstəkləmir. Sleeping Dogs açıq dünya mühitində qurulmuş və üçüncü şəxs nöqteyi-nəzərindən oynanılan fəaliyyət-macəra oyunudur.
Wedding Peach
Wedding Peach (yap. 愛天使伝説ウェディングピーチ, azərb. Sevgi Mələyinin Əfsanəsi: Toy Şaftalısı‎) — Kunihiko Yuyama tərəfindən yaradılmış yapon anime serialı. == Personajlar == == Xarici keçidlər == Wedding Peach — Internet Movie Database saytında.
Dempinq
Dempinq — (ingilis dumping-azalma sözündəndir)- malların daxili və xarici bazarda süni surətdə endirilmiş, orta pərakəndə qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır. Dempinq bazara müdaxilə etmək, orada yer tutmaq, rəqibləri sıxışdırıb çıxarmaq məqsədilə həyata keçirilir. Hökumətlər və ya şirkətlər tərəfindən isə gələcəkdə dempinq hesabına bazarda möhkəm mövqeyə nail olunduğu halda cari xərclərin ödənilməsi üçün istifadə edilir. Dünya iqtisadiyyatı təcrübəsində bir çox ölkələrdə antidempinq qanunlarının qəbul edilməsi, xüsusi dempinqə əks rüsumların müəyyən edilməsi yolu ilə dempinqə qarşıdurma qəbul edilir.