Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lego Mindstorms NXT
Lego Mindstorms NXT — Lego şikrəti tərəfindən istehsal edilən robot kitidir. Bu kitin hazırlanması və satışında şirkətin əsas məqsədi robototexnikaya yeni başlayanlar üçün ucuz və proqramlaşdırılması rahat mühit formalaşdırmaqdır. Bugünə qədər Lego robotlarının 3 versiyası satışa çıxarılmışdır. İlk dəfə 2006-cı ildə Lego Mindstorms, daha sonra Lego Mindstorms NXT 2.0 və 2013-cü ildə Lego EV3 platforması robototexnika həvəskarlarına təqdim edildi. == Haqqında == Bu kitlərdə toplanan robot hissələri əsasən 4 qismə ayrılır: proqramlaşdırma beyni aktivatorları sensorları digər mexaniki dizayn hissələri === Proqramlaşdırma beyni === Lego Mindstorm NXT kitlərinin əsas proqramlaşdırma hissəsi proqramlaşdırma beynidir. Bu beyin giriş portlarından aldığı məlumatları prosesləyərək çıxış motorlarına məlumat göndərir. Fərqli Lego Mindstorms robot kitlərinin fərqli sayda giriş-çıxış portları və texniki imkanları vardır. Ən geniş yayılmış Lego Mindstorms NXT 2.0 kitlərinin proqramlaşdırma beyinlərinin 1 proqramlaşdırma üçün USB, 4 sensor girişi və 3 motor çıxışı portu vardır. Beyinin üzərindəki 4 düymə beyinə yüklənmiş proqram təminatlarını idarə etməyə, işə salmağa-dayandırmağa və s. imkan verir.