Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ştollen
Ştollen (alm. Stollen‎ və ya alm. Christstollen‎) — alman mətbəxinə aid milad şirniyyatı. Ştollenin əsasən kişmiş və sukat içlikli forması geniş yayılmış, lakin lalə, qoz-fındıq və marsipandan olan forması da məşhurdur. Ştollenin hazırlanması üçün müəyyən proporsiyalara riayət etməklə ağır maya xəmiri lazımdır. Sukatlı ştollen üçün: 10 kq una — 3 kq-dan az olmayaraq kərə yağı və ya marqarin və 6 kq limon və ya portağal sukatı. Təbii ki hər bişirənin öz ədviyyat və əlavələr resepti vardır ki, bu da ştollenə müxtəlif dadlar verir. Ştollenin bişirilməsindən sonra üzərinə ərinmiş kərə yağı sürtülür və şəkər pudrası səpilir. Ştollenin yaranma tarixi isə orta əsrlərə gedib çıxır. Ştollenin müxtəlif növləri vardır: Butterstollen — yağlı ştollen; Dresdner Christstollen — Drezden ştolleni; Mandelstollen — badamlı ştollen; Marzipanstollen — marzipanlı ştollen; Mohnstollen — laləli ştollen; Nussstollen — qoz-fındıqlı ştollen; Quarkstollen — kəsmikli ştollen; Champagnerstollen — şampanlı ştollen; Rotweinstollen — qırmızı çaxırlı ştollen; Schokostollen — şokoladlı ştollen.
Woolls
Vilyam Vulls (ing. William Woolls; 30 mart 1814, Uinçester – 14 mart 1893, Sidney) — Avstraliya botaniki. Vilyam Vulls toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. The Voyage: A Moral Poem. 1832. Australia: A Moral and Descriptive Poem. 1833. A Short Account of the Character and Labours of the Rev. Samuel Marsden. 1841.
Kollen Furqeson
Kollen Furqeson (21 noyabr 1998) — Marşall adalarını təmsil edən üzgüçü. Kollen Furqeson Marşall adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kollen Furqeson birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.16 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Koolen gölü
Koolen gölü (çuk. Коолён, esk. КоглуЭльгыгытгын) — Rusiyanın uzaq Şərq regionunda, Çukot Muxtar Dairəsinin Çukot rayonu ərazisində yerləşən gölü. Adının mənası çuk. Коолён — «dərin uçurum» deməkdir. == Coğrafiyası == Çukot dənizinin sahilindən 13 km məsafədə, Çukot yarımadasının şərqindəki Aynan silsiləsinin kənarında yerləşir. Ən yaxın yaşayış məntəqəsi 44 km məsafədə yerləşən Lavrentiya kəndidir. Gölün yaxınlığındakı ən yüksək nöqtə Ittıvıt dağıdır (939 m). == Hiodrologiya == Göl tektonik mənşəlidir. Buradan yalnız bir çay axır.
La-Bollen-Vezübi
La-Bollen-Vezübi (fr. La Bollène-Vésubie) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokbiyer kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 35,57 km², əhalisi — 561 nəfərdir (2006) artım tendensiyası ilə: 552 nəfər (2012), əhalinin sıxlığı 15,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 550 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 552 nəfər.