Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
LibreOffice Writer
LibreOffice Writer – açıq kodlu və pulsuz mətn prosessorudur. LibreOffice Writer, LibreOffice ofis proqramları ailəsinin bir qoludur. LibreOffice Writer mətn prosessoru üçün bütün tələblərə cavab verir. == Xüsusiyyətlər == Micorosft Word ilə uyğunlaşa bilir. Sizə göndərilər .doc uzantılı faylları aça və redaktə edib elə .doc uzantısı ilə saxlaya bilərsiniz. Hazırladığınız sənədləri PDF və HTML formatda saxlaya bilərsiniz. Həmçinin, HTML tənzimləyicisi kimi də istifadə etmək mümkündür. Avtomatik tamamlama (AutoComplete) sayəsində uzun sözləri daha tez yaza bilərsiniz. Hazırladığınız sənədi bir kliklə e-poçt vasitəsi ilə göndərə bilərsiniz.və s.
That's How You Write a Song
That's How You Write a Song (azərb. Mahnını bu cür yazmalısan‎) — Norveçin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Aleksandr Rıbak "That's How You Write a Song" mahnısı ilə Norveçin Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Fank üslubunda ifa olunan mahnı Rıbakın özü tərəfindən bəstələnmişdir.
Driver
Sürücü (ing. Driver) — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM),video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluettoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. === Sürücülərin xassələri === Adətən sürücülərin həcmi 2-20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Friker
1970 - Telefon Frikerləri və Cap'n Crunch Frikerlər yerli və beynəlxalq telefon şəbəkələrini (setlərini) qıraraq (virtual yolla), pulsuz danışıq əldə edirlər. Onlardan ən məşhurlarından biri - ”Frikerlərin atası” Con Dreyperdir. Con Dreyper frikerlik aləmində “Cap'n Crunch” ləqəbiylə məşhurdur. Günlərin birində Con Dreyper Cap'n Crunch adlı bir məkanda qutuda fit suvenir tapır, hansı ki, bu saatda 2600 hers (fizikada: rəqs tezliyi ölçü vahidi) səs yayır və AT&T kimi telefon şəbəkələrində elektrik siqnalları ilə üst-üstə düşürdü. O, ilk mavi qutunu (BLUE BOX) fitin içində yerləşdirir, hansı ki, telefonun mikrofonundakı fıştırıq pulsuz danışıq üçün şərait yaradırdı. Amma tezliklə Esquire jurnalı “Mavi qutunun kiçik sirləri” adlı məqalə dərc edir. Həmin məqalədə onun quruluşu və istifadəsi göstərilmişdi. ”Mavi qutuların” ev şəraitində istehsalına və onların satışında kollecdəki tələbə dostlar - Stiv Voznyak və Stiv Cobs məşğul idilər. Hansı ki, bu iki məşhur şəxs sonralar Alma kompüterlərin (Apple Computer) əsasını qoyanlardan biri idilər.
Frimer
Frimer (fr. frimaire, fr. frimas — şaxta) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793-cü ilin oktyabrından 1 yanvar 1806-cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən III ay (21/23 noyabr - 20/22 dekabr).
Krater
Krater (vulkan) — Yer kürəsi və digər nəhəng səma cismlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Krater (qab) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Orbiter
Orbiter — planet və ya başqa səma cismi ətrafında dövr edən kosmik gəmidir.
Printer
Printer – kompüterin xarici qurğularından biridir. Verilən məlumatı (yazı, şəkil və s.) çap etmək üçündür. Kompüter üçün ilk printer 1834-cü ildə Çarl Bebbic tərəfindən ixtira edilmiş mexaniki “Fərqlər aparatı” üçün dizayn olunub. Hal-hazırda printerlərdən geniş istifadə olunur. Müasir İBM tipli kompüterlərə printerlər əsasən LPT (ing. Line Printer Terminal) və ya USB portu vasitəsi ilə qoşulur. LPT portu vasitəsi ilə 50Kbit/san sürətlə məlumat ötürülə bilir. Lakin USB portu 12Mbit/san sürətlə məlumat ötürə bilir. Bu baxımdan USB portu ilə qoşulan printer daha tez məlumat alıb-ötürə bilir. Bunlardan başqa hal-hazırda şəbəkə vasitəsi ilə də printerləri qoşmaq mümkündür.
Sviter
Sviter- toxunma vasitəsi ilə düzəldilən geyim. Bədənin yuxarı hissəsini və qollarını əhatə etmək üçün nəzərdə tutulub. Bütün yaşlarda olan kişi, qadın və uşaqlar arasında populardır.
Walter
Volter Tomas (ing. Thomas Walter, 1740[…], Hempşir qraflığı[d] – 17 yanvar 1789, Cənubi Karolina) — İngilis mənşəli Amerika botaniki. == Elmi əsərləri == Flora caroliniana. 1788. == Ədəbiyyat == Robert Zander; Fritz Encke, Günther Buchheim, Siegmund Seybold (Hrsg.): "Handwörterbuch der Pflanzennamen". 13. Auflage. Ulmer Verlag, Stuttgart 1984, ISBN 3-8001-5042-5.
Ruter
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. == İş prinsipi == Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
3d printer
Üçölçülü çapetmə prinsipcə sinterləmə ilə oxşar olan bu üsul başqa birləşdirmə metodu ilə işləyir və fiziki əsasına görə adi çapetməyə (plotter üsulu) bənzədiyindən üçölçülü çapetmə - 3D Printing adlanır. İlkin material kimi burada qranulatlardan və tozlardan istifadə edilir. İşçi zonaya qat şəklində çəkilmiş toz, xüsusi birləşdirici komponentin püskürdülməsi ilə bir-birinə yapışdırılır. Bu işləmə prinsipi demək olar ki, birləşdirilən materialın xassələrindın asılı olmadığından material seçimini asanlaşdırır. == İşləmə prinsipi == 3D Printing qurğusu işçi zonada yerləşən iki çəndən, işçi kameradan və bunların üzərində düzxəttli hərəkət edən çapetmə mexanizimindən (plotterdən) ibarətdir. Bu çənlər proses zamanı işçi zonaya toz verilməsinə, kamera isə əsasən prosesin aparılması, yəni hissənin qurulmasına xidmət edir. Hər bir çən hərəkətsiz divarlardan və Z istiqamətində hərəkətli lövhədən (dibdən) ibarətdir. Toz çənlərinin dibi hər bir yeni qat çəkilməzdən əvvəl yuxarıya hərəkət etdirilərək lazımi miqdarda toz qarışığını işçi zonaya çıxarır. Sonra bu kütlə xüsusi diyircəyin vasitəsilə işçi platformanın üzərinə bərabər yayılır. İşçi kamera isə əksinə olaraq hər addımdan sonra aşağıya doğru hərəkət etdirilir.
Adlinda (krater)
Adlinda – Yupiterin təbii peyki Kallistoda yerləşən ən böyük üçüncü çoxqatlı struktur (zərbə krateri). Diametri təxminən 1000 kilometrdir. Kallistonun cənub yarımkürəsində yerləşir. Adını İnuit mifologiyasından almışdır. Nisbətən daha gənc olan böyük Lofn krateri Adlindanın üzərində yerləşir. Bu kraterin parlaq səthi Adlindanın səthinin 30%-ni tutur və onun ətraflı tədqiqini əngəlləyir. Lofn da zərbə krateridir.
Aeronautics Orbiter
Orbiter Mini UAV pilotsuz təyyarəsi hərbi və təhlükəsizlik məqsədləri üçün yığcam və yüngül qurğu olaraq dizayn edilmiş aparatdır. İlk çıxdığı gündən Yaxın Şərq bölgəsində əməliyyatlarda uğurlu olmuşdur. Aşağı təhlükəli toqquşmalarda və şəhər içi savaşlarda, eləcə də istənilən qısa məsafəli əməliyyatlarda kəşfiyyat üçün işlədilə bilər. İsrailin Aeronautics Defense Systems Ltd. adlı şirkəti tərəfindən istehsal olunub. 60 ədəd Orbiter Azərbaycan Silahlı Qüvvələrinin istifadəsindədir. Qurğu 15 km məsafəni qət edə bilir.
Angianthus whitei
Lemooria (lat. Lemooria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lemooria burkittii (Benth.) P.S.ShortSinonim Angianthus burkittii (Benth.) J.M.Black Angianthus whitei J.M.Black Gnephosis burkittii Benth.
Arkad (krater)
Arkad – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. Ölçüsü 60 kilometr təşkil edir. Mərkəzi çuxur zərbə krateri olduğu güman olunur. Kraterin yaxınlığında Qinandi adlı başqa krater yerləşir. Krater Yunan mifologiyasında Kallistonun oğlu Arkadın şərəfinə adlandırılmışdır.
Asqard (krater)
Asqard — 1600 km diametri olan Yupiter ayının Callisto üzərində ikinci ən çox zəngin quruluşu kraterdir. Bu, Norveç mifologiyasında tanrıların əsası olan Asqard adlanır. Asqardın mərkəzi hissəsi qübbəli Doh təsir kraterinin üstünlük təşkil edir. Asqardın şimal hissəsində kiçik bir çox ringli quruluş üstünlük təşkil edir. O, Utqard (həmçinin Norse mifologiyasından) və 600 km diametrində tədbirlər görür. Utqard Callisto üzrə dördüncü ən çox ringli xüsusiyyətdir. Utqardın mərkəzi rayonunun əhəmiyyətli bir hissəsi nisbətən gənc Burr kraterinin yataqları ilə örtülmüşdür.
Canarium whitei
Canarium whitei (lat. Canarium whitei) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserkimilər fəsiləsinin canarium cinsinə aid bitki növü.
Dritero Aqolli
Dritero Aqolli (13 Oktyabr 1931 – 3 Fevral 2017) - Albaniya şairi və yazıçısı. 1973-cü ildən Albaniya Yazıçılar və Rəssamlar Birliyinin prezidenti idi. == Həyatı == Aqolli 1931-ci ildə Albaniyanın Qoritsa vilayətininin Menkulas kəndində anadan oldu. Orta təhsilini 1952-ci ildə Erqiridə tamamladıqdan sonra 1957-ci ildə Leninqrad Universitetindən məzun oldu. O dövrdə sosialist rejimlə idarə olunan Albaniyaya qayıaraq "Zëri i Popullit" ("Xalqın səsi") qəzetində işləməyə başladı. Eyni zamanda Tirana Universitetində dərs verirdi. 1973-1992-ci illərdə Albaniya Yazıçılar və Sənətçilər Birliyinin prezidenti oldu.Aqolli realist əsərləri ilə tanınır. Ən məşhur əsəri "Komissar Memo" romanıdır. Şair də olan Drietro Aqollinin şeirlərinin əsas mövzusu insanlıq problemləri və təbiətdir. Aqolli 3 fevral 2017-ci ildə Tiranada 85 yaşında uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Edqars Riters
Edqars Riters (6 iyun 1887 — ölüm tarixi məlum deyil) — Rusiyalı keçmiş peşəkar velosiped yarışçısı. Edqars Riters Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Edqars Riters birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Endimion (krater)
Endimion (ing. Endymion) — Ayın şimal-şərq hissəsində yerləşən krater. Krater Soyuq dənizin şərqində, Əbədiyyət gölünün şimalında yerləşir. Cənub-qərbində ondan bir az kiçik olan Atlas krateri yerləşməkdədir. Yerləşdiyi mövqeyə görə Endimion krateri perespektivdən ovalşəkilli görünüşə malikdir. Kraterin yaxınlığında Humbolt dənizi yerləşir. Kraterin döşəməsi az-albedolu lava ilə örtüldüyündən bu ona qara rəngli görünüş verir və yerləşdiyi yerin müəyyən edilməsini asanlaşdırır. Döşəmə demək olar ki, hamar və maraqsızdır, sadəcə bir neçə çox kiçik kraterlet vardır. Kraterin xarici istehkamı eroziyaya görə alçaq və genişdir. == Peyk kraterlər == Aşağıdakı kraterlər Endimiona yaxın yerləşdiyi üçün onun peyk kraterləri hesab edilir və hərflərlə işarə olunur.
Erebus (krater)
Erebus krateri — Marsın Margaritfer Sinu (MC-19) bölgəsi daxilində yerləşən bir kraterdir, bu xarici geoloji xüsusiyyət daha böyük krater Viktoria üçün yolda Opportüniti tərəfindən ziyarət edildi. Bu, 1841-ci ildə Ceyms Klark Ross tərəfindən istifadə edilən Polar Kəşfiyyat gəmisi HMS Erebus adına, artıq Ross şelf buzlağı olaraq bilinən Böyük Ays Barryeri tapmağa çağırıldı. Karyera təxminən 550- 750 arası (oktyabr 2005-mart 2006-cı il) kraterin yaxınlığında idi. Bunlara Payson Raid və Olimpiya Raid daxildir. Erebus daha əvvəl Opportüniti tərəfindən ziyarət edilən daha kiçik krater Vostok kraterindaən təxminən 2500 metr (8200 fut) cənubda yerləşir. Elm adamları Meridiani Planum qumunun altından süxurların gözdən keçirildiyi bir sahə olan "sürülmüş ərazi" kimi təsvir edirlər. Erebus, təxminən 350 metr (1150 ft) genişlikdə, kraterin dayanıqlığından iki dəfə böyükdür. Ancaq çox köhnə və aşındırılmışdır və yerdən görünə bilər; yalnız dünyanı əhatə edən bir sıra düz qayaüstü çöküntülər kimi görünür. == Xarici keçidlər == Grotzinger; Bell, J.; Herkenhoff, K.; Johnson, J.; Knoll, A.; McCartney, E.; McLennan, S.; Metz, J.; və b. "Sedimentary textures formed by aqueous processes, Erebus crater, Meridiani Planum, Mars".
Eugenia orites
Eugenia orites (lat. Eugenia orites) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
George Ritzer
Corc Raitzer (ing. George Ritzer) —amerikalı sosioloq, professor, və müəllifidir. == Bioqrafiya == Ritzer, Nyu-York şəhərinin yuxarı Manhettenhissəsində bir yəhudi ailəsində 1940-cı ildə anadan olub. == Əsas İdeyaları == Ritzerin Makdonaldlaşdırılma konsepsiyası Maks Veberin(1864-1920) müasir cəmiyyət və mədəniyyət səmərələşdirilmə klassik nəzəriyyəsinin bir uzantısıdır.
Har (krater)
Har – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. German-skandinav mifologiyasında baş tanrı Odinin adlarından birinin şərəfinə adlandırılmışdır. Zərbə krateri olduğu güman olunur.
Hellmut Ritter
Hellmut Ritter (alm. Hellmut Ritter‎; 27 fevral 1892[…], Lichtenau[d], Hessen – 19 may 1971[…], Oberurzel[d], Hessen) — Almaniya şərqşünası. == Həyatı == Hellmut Ritter 27 fevral 1892-ci ildə Lichtenauda doğuldu. Litseyi Kasseldə bitirdikdən sonra Halle Universitetində Karl Brokkelman və Paul Kahledən, Strasburq Universitetində Teodor Nöldeke, Enno Littmann, Landauer və Frankdan şərqşünaslıq və Şərq dilləri öyrəndi; eyni zamanda teologiya və kllasik filologiya dərslərinə qatıldı. 1913-cü ildə Hamburq Universiteti Şərq mədəniyyəti və tarixi bölümündə Karl H. Beckerin asissenti olaraq vəzifəyə başladı. Ertesi il Bonn Universitetində “Ein arabisches Handbuch der Handelswissenschaft” adlı dissertasiyasıyla (Isl., VII [1916], s. 1-91) doktorluq müdafiə etdi. Əsgərliyini 1914-1918 savaş illərində İstanbul və İraqda keçirməsi Türkcə və Ərəbcəsini inkişaf etdirməsinə səbəb oldu. Savaşın ardından Hamburq Universiteti Şərq dilləri kafedrasına professor təyin edildi (1919). 1926-cı ildə universitetdəki vəzifəsindən alınan H. Ritter, Hamburqda İran ədəbiyyatı və təsəvvüfünə dair başlatdığı çalışmalarına davam etmək üçün Alman Elm Yardım Dərnəyinin bursuyla İstanbula getdi.
Arilər
Arilər (hind ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə. IX əsrdə (bəzilərinin fikrincə, e.ə.
Britlər
Britlər — kelt tayfaları, e.ə. VIII əsrdən eramızın V əsrinədək Britaniyanın əsas əhalisi. Britlərin dəyanətli müqavimətləri və üsyanları romalıların Britaniyada istilalarını zəiflədirdi. Britaniyanın anql və saks german tayfaları tərəfindən istila edildiyi dövrdə britlər qismən məhv edilmiş, qismən də Uelsə, Şotlandiyaya və Qalliyanın şimal-qərbindəki yarımadaya (sonralar Bretan adlandırıldı) köçürülmüşlər.
Arilər (Ariyailər)
Arilər (hind ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə. IX əsrdə (bəzilərinin fikrincə, e.ə.