Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəşəmbül
Xəşəmbül bitkisi — Paxlalılar – Fadaceae fəsiləsindəndir. Dünya florasında xəşəmbül cinsinin 20-yə qədər növü yayılmışdır. Azərbaycanda isə yabanı halda 7 növünə təsadüf olunur. Xəşəmbül cinsinə daxil olan növlərin əksəriyyəti Qərbi Avropa, Kiçik və Mərkəzi Asiya ərazilərində yayılmışdır. Bundan başqa bitkinin bir neçə növünə Rusiyanın Avropa hissəsində, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərq ərazilərində, Orta Asiyada, Qafqazda, o cümlədən Azərbaycanda rast gəlmək olar. Xəşəmbül növlərinin əksəriyyəti dərman, ədviyyat, yem, boyaq və nectar təbiətli bitkiləridir. Xalq təsərrüfatının müxtəlif sahələrində isə ən çox I növündən sarı Xəşəmbüldən – Melilotus officinalis-dən istifadə edilir. Sarı Xəşəmbül ikiillik ot bitkisidir. Kökü budaqlanan saçaqlı olub, dikduran, qol – budaqlı, 100 – 150 sm hündürlükdə olangövdəyə malikdir. Uzun saplaqlı növbəli xırda mürəkkəb üçqat bizvari – itiləşmiş yarpaqları var.
Xəşənbül
Xəşənbül (lat. Melilotus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Brachylobus Dulac Melilota Medik.
Hündür xəşənbül
Hündür xəşənbül (lat. Melilotus altissimus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xəşənbül cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Medicago altissima (Thuill.) E.H.L.Krause Sertula altissima (Thuill.) Kuntze Trifolium altissimum (Thuill.) Loisel.
Ətirli xəşənbül
Ətirli xəşənbül (lat. Melilotus suaveolens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xəşənbül cinsinə aid bitki növü. Melilotus officinalis subsp. suaveolens (Ledeb.) H.Ohashi Melilotus officinalis f.
Dərman xəşənbülü
Dərman xəşənbülü (lat. Melilotus officinalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xəşənbül cinsinə aid bitki növü. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir. Azərbaycan florasında bu cins 7 növlə təmsil olunmuşdur, onlardan 4-ü dərman bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 100 sm və daha çox olan ikiillik, çılpaq ot bitkisidir. Yarpaqları ardıcıl, saplaqlı, üçqatlıdır. Çox xırda, açıq sarı rəngli çiçəkləri sıx salxım şəklində birləşmişlər. Qurudulmuş xammalda yarpaqlar yaşıl, çiçəklər isə sarıdır. Özünəməxsus güclü iyi yeni qurudulmuş otun iyini xatırladır. May-iyun aylarında çiçəkləyərək iyun-avqust aylarında meyvə verir.
Hind xəşənbülü
Hind xəşənbülü (lat. Melilotus indicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xəşənbül cinsinə aid bitki növü. Karl Linney tərəfindən 1753-cü ildə nəşr olunmuş Species plantarum əsərində təsnif olunmuşdur. Daha sonra isə 1785-ci ildə Xəşənbül cinsinə aid edilmişdir.