Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səffah
Əbül Abbas Abdullah ibn Məhəmməd (ərəb. أبو العباس عبد الله بن محمد السفّاح‎) və ya Əs-Səffah (ərəb. السفّاح‎) (722 – 754, Əl-Anbar, Abbasilər) — İlk Abbasi xəlifəsi. == Həyatı == === İlk illəri === Hümeymə qəsəbəsində dünyaya gəldi. Doğum tarixiylə bağlı 718–726-cı illər arasında müxtəlif tarixlər verilsə də, 722-ci ildə doğulduğu güman edilir. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbül Abbas, uşaqlıq və gənclik illərini doğulduğu Hümeymə qəsəbəsində ailəsiylə birlikdə keçirdi. Böyük qardaşı İmam İbrahim, Əməvi xəlifəsi II Mərvan tərəfindən həbs edilmədən öncə qardaşı Əbül Abbası ailəsinin varisi elan etdi. Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında Əbül Abbas ailəsiylə birlikdə Kufəyə gəldi. Ancaq şəhərdə heç xoş qarşılanmadı. Belə ki, şəhərin hakimi və gizli Əməvi tərəfdarı olan Əbu Sələmə çevrilişi gecikdirməyə çalışırdı.
Şəffaf çömçəxul
Şəffaf çömçəxul (lat. Benthophilus ctenolepidus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. Orta və Cənubi Xəzər regionunda yayılmışdır. Uzunluqları 38—65 mm, çəkisi isə 1,2 - 6,7 q arasında dəyişir. == Yayılması == Xəzər dənizi: Abşeron yarımadasından Astaranın cənubuna qədərki sahil ərazisi.
Əmir əl-Səffar
Əmir əl-Səffar — əslən iraqlı Amerika cazmeni Əmir əl-Səffar əslən iraqlıdır. 1977-ci ildə Çikaqonun yaxınlığında, ABŞ-nin İllinoys ştatında anadan olub. Məktəb illərindən musiqi ilə məşğul olub, Çikaqonun De Paul Universitetində təhsil alıb. Sonra Nyu-Yorkda yaşayıb, cazı sevib. Truba alətində məşhur Daniel Barenboym və Sesil Teylorla konsertlər verib. Caz kompozisiyaları bəstələyib. Bacısı Dina əl-Səffar və onun həyat yoldaşı Tim Murla birlikdə "Salam" muğam üçlüyünü yaradıb. ABŞ dövlətinin ayırdığı qrantla Azərbaycan Milli Konservatoriyasında 3 ay muğam sənətini öyrənib.
Osman bin Əffan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. == Həyatı == Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Osman ibn Əffan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. == Həyatı == Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Neffa
Neffa (əsl adı Covanni Pellino, it. Giovanni Pellino 7 oktyabr 1967, Skafati, Kampaniya) — tanınmış İtalyan müğənnisi. == Həyatı == Neffa 7 oktyabr 1967-ci ildə İtaliyanın Skafati şəhərində doğulub.
Xənnas (film, 2017)
Xənnas — rejissor Elvin Abdulla tərəfindən 2017-cı ildə çəkilən Azərbaycan tammetrajlı bədii qorxu janrlı filmi. Azərbaycanın ilk qorxu (mistik,triller) filmi. == Məzmun == Ad gününü rayonda anasının yanında qeyd edən İlkin günlərlə gördüyü eyni yuxunun təsiri altında qalaraq, anasının qadağalarına məhəl qoymayıb babası və atasının naməlum səbəblərdən yoxa çıxdığı evə getmək istədiyini deyir. Həmin yuxuda İlkinin babası o evdə kimnənsə gizlənməyə çalışıb,onu köməyə çağırır. İlkinlə bərabər həyat yoldaşı və dörd dostu həmin evə baş çəkirlər. İlk baxışdan köhnə və atılmış məkan təəssüratı bağışlayan ev getdikcə öz qonaqlarını vahiməyə salır. İlkinin gözünə görünən molla meyitləri bu evdə dəhşətli bir hadisənin baş verməsinə dair işarə olur. Filmin gedişatında dostlar bu evin cinlərin məskəni olduğunu aşkar edir və məlum olur ki,bu cinlər İlkinin babasından başlayaraq nəslindəki bütün kişiləri öldürürmüş. Bunlara səbəb isə babasının sovet vaxtı bir qrup dindar insanları qətlə yetirməsi olub. Bu lənəti götürməyə çalışan dostlar həmin mollaların sümüklərini tapır və onları basdırmağa səy göstərir.Paranormal hadisələrlə onlara mane olan qara qüvvələr dostların gecəsini kabusa çevirir...
Abdullah ibn əl-Əftas
Abdullah ibn əl-Əftas (d.? - ö.1045) — Əftasilər dövlətinin qurucusu (1022-1045). == Həyatı == Bərbərilərdən Miknasə qəbiləsinə mənsubdur. Kurtubanın şimalındəkı Fahsülbəllutda doğulmuşdu. Atasının adı Məhəmməd ibn Məsləmə (İbn Əftas) idi. Kurtuba Əməvi xəlifələrindən II Hakəmin azad edilmiş qulu olub Batalyevsdə müstəqil bir əmirlik quran Sabur onu özünə xələf seçdi. Saburun 10 şaban 413-cü (8 noyabr 1022-ci) ildə ölümünə görə əl-Mənsur ləqəbiylə başa keçən Abdullah, Batalyevsdə Əftasilər xanədanını qurdu. Hökmdarlığının ilk illəri barış içində keçdi. Ancaq Abbadilərin qurucusu Qadi Məhəmmədin Bəcanı ələ kəçirərək torpaqlarını genişlətmək istəməsi, Abdullah ibn əl-Əftas ilə aralarının açılmasına səbəb oldu. Kadi Məhəmmədin oğlu İsmail ilə Karmunə (Carmona) əmiri Məhəmməd əl-Birzalinin birləşik qüvvələri Abdullahın oğlunun komanda etdiyi Əftasi ordusunu məğlub edincə, oğlu Məhəmməd əl-Əftas əsir alınaraq Karmunəyə göndərildi.