Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəlilik
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Ağ Xəlili
Ağ Xəlili — üzüm növü. İran mənşəlidir. Dağıstanda, Stavropol diyarında, Özbəkistanda və Türkmənistanda müxtəlif adlarla yayılmışdır. Ancaq heç bir yerdə sortun təmiz əkinləri yoxdur. Sort Azərbaycanda naməlum vaxtdan ən çox Gəncəbasarda becərilmişdir. Hazırda onun əkinləri xeyli azalmışdır. Kolları güclüdür. Çiçəkləri öz-özünü tozlayandır. Salxımı orta-iri, konusvari və yaxud silindrik-konusvari, əsasən sıx və orta sıxdır. Salxım saplağı uzundur, oduncaqlaşmır.
Möhsün Xəlili
Möhsün Xəlili (fars. محسن خلیلی‎; 14 fevral 1981, Tehran, İran) — İran futbolçusu, Saba Kom klubunun hücumçusu.
Samir Xəlili
Samir Əhməd oğlu Xəlili (6 sentyabr 1997, Bakı, Azərbaycan — 1 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Xəlili 1997-ci il sentyabrın 6-da Bakıda doğulub. Nizami rayon 62 saylı məktəb-liseydə təhsil alıb. 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunub. Su mühəndisliyi üzrə aldığı təhsilini 2018-ci ildə tamamladıqdan qısa müddət sonra hərbi xidmətə yollanıb. 2018–2019-cu illərdə Goranboyun "N" saylı hərbi hissəsində qulluq etmişdir. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Samir Xəlili Füzulinin azad edilməsində savaşıb. Samir Xəlili 2020-ci il 1 oktyabrında Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən qəhrəmancasına şəhid olub. II Şəhidlər Xiyabanı'nda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Xəlili ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Xəlilli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəlili (şair)
Xəlili (1407, Təbriz – 1485, İznik) — Osmanlı imperiyasında yaşamış XV əsrin azərbaycan dilli şairi. == Həyatı == Xəlil İbrahim bəy və ya Şeyx Xəlili adı kimi tanınır. 1407-ci ildə Təbriz və ya Diyarbəkirdə anadan olub. Əsərlərindən və memuar müəlliflərinin yazdıqları məlumatlardan belə çıxır ki, Xəlili gəncliyində hürufilik ideyalarını təbliğ edən şeirlər yazıb. Hürufiliyi yaymaq məqsədi ilə Osmanlı imperiyasına köçüb.Gəncliyində İznikə gələrək İstanbulda keçirdiyi 1465-ci il istisna olmaqla, ömrünün sonuna qədər bu şəhərdə yaşayıb. Özünün qurduğu xanəgahda şeyx olub.Xəlil 1485-ci ildə İznikdə vəfat edib. == Yaradıcılığı == Xəlilinin şeirlərində Əvhədi Marağalı və İmadəddin Nəsiminin təsiri hiss edilir. Onun özü isə Həbibi və XVI əsrin başqa şairlərinin yaradıcılığına təsir göstərib. 1334 beytdən ibarət və müxtəlif üslubda (qəzəl, müxəmməs, mürəbbe və s.) şeirləri özündə əks etdirən "Fürkat-namə" (Fürkatnâme, Firkat-nâme və ya Firak-nâme) (1471–1472) məsnəvisi ilə məşhurdur. "Fürkat-namə"nin lirik qəhrəmanı Xəlilinin özü olmasına baxmayaraq, şeirin əsl qadın sevgisindən, yoxsa mistik məhəbbətdən bəhs etdiyi barədə tədqiqatçılar arasında yekdil fikir yoxdur: Bu mənə biçarə dərvişi dilruş Qərib bikəs biyar bihuş Onun cəsədi çarmıxa çəkilərək yarğılanıb Qəlbi Hicran əlindən təmizlənir Əcəm mülkündə idum elmlə məşğuldur Mən gah fiqh, gah məkul oxuyurdum Tarixi zuhdi muxtarı oldum Ey sülh əhli, mənə lütf edin Yurdum gah mədrəsə gah məscid Hikmət nuru dilimdə ləmi oldu Məgər, kimə nə etdim?
Aşıq Məhbub Xəlili
Aşıq Məhbub Xəlili — azərbaycanlı aşıq. == Həyatı == Aşıq Məhbub Xəlili 1963-cü ildə Qaradağın Xudafərin məntəqəsinin Oyru kəndində dünyaya gəlib. Öz fitri isteadı və musiqi duyumu ilə bütün saz havalarını öyrənib. Gözəl səsi, çalğısı, rəvan dastan danışığı var, onlarca dastanı sinədən bilir. Məhbub Xəlili həm də ustad aşıqdır, on nəfərdən çox şagirdi var. O, hazırda Tehran şəhərində yaşayır. == Mənbə == Tacir Səmimi. "Qaradağ aşıqları", "Elimiz. Günümüz" qəzeti, 2012.
Xan əl-Xəlili
Xan əl-Xəlili (ərəb. خان الخليلي‎) — Misirdə Qahirənin tarixi mərkəzində məşhur bazardır. Məmlüklər dövründə ticarət mərkəzi kimi qurulan və adını bir neçə tarixi karvansaraydan biri ilə alan bazar bölgəsi o vaxtdan Qahirənin həm turistlər, həm də misirlilər üçün əsas cazibə yerlərindən birinə çevrilib. Burada həm də ənənəvi sənətkarlıq və suvenirlərin istehsalı ilə məşğul olan bir çox Misir sənətkarları və emalatxanaları yerləşir. Xan əl-Xəlili adı tarixən ərazidəki tək binaya istinad edirdi; bu gün isə bütün alış-veriş bölgəsinə aiddir.
Elçilik
Elçilik — Qızbəyənmədən sonrakı xalq adətidir. Elçilik əsaən qızın və ya ailəsinin haqqında məlumat yığıldıqdan sonra olur. Azərbaycan adətlərinə görə elçilik prosesi çox zəngindir. Evlilik 2 mərhələdən ibarət olmuşdur. 1-ci mərhələ. Belə ki, qızı almağa qərar verildikdən sonra ana ata və ya yaxın adamlardan kimsə qız evinə gedər qız evinin ağzını yoxlayardılar. Buna “söz alma”, “hə alma deyilir”. Əgər qız evinin razılığı olarsa elçilik tarixi dəqiqləşdirilir. Yox əgər qız evi razı deyilsə bu oğlan evi üçün pis olduğundan bu hadisəni gizli saxlanılması istənilir. 2-ci mərhələdə isə qız evindən hə alındıqdan sonrakı mərhələdir.
Elçilik (film, 2017)
Elçilik (film, 2017) (qaq. Dünürcülük) — rejissorluğunu Ivan Patramanın etdiyi, senarisini Todur Marinoqlonun yazdığı ilk qaqauz filmi. Tarixi film qaqauz yazıçısı Nikolay Baboqlonun eyniadlı hekayəsi əsasında 2017-ci ildə ekranlaşdırılıb. Film iki gəncin sevgi əhvalatı fonunda qaqauz xalqının özgürlüyünü göstərib. Filmin çəkiliş dili qaqauzcadır.
Rusiyanın Səfəvi sarayına göndərdiyi elçilik (1617)
Rusiyanın Səfəvi sarayına göndərdiyi elçilik — Şah Abbasın hakimiyyəti dövründə Rus çarlığının Səfəvi sarayına göndərmiş olduğu elçilik nəzərdə tutulur. == Elçilik == 1617-ci ildə Abbas Rusiyanın ilk Romanov sülaləsindən olan Mixailin göndərdiyi elçilər tərəfindən ziyarət edildi. Şah elçiləri qarşılaşamaq üçün taxtına çıxdıqdan sonra diplomatik fikir alış-verişi başladı. Rusların göndərdiyi heyət kiçik miqyaslı və əsasən kommersiya xarakteri daşıyırdı, bu dönəmdə Səfəvi tacirləri şahın şəxsi hesabına ipək satır və bunun müqabilində xəzlər, ov şahinləri və silahlar alırdılar. Həmçinin hər iki tərəfdə də Osmanlı imperiyasına qarşı ittifaq formalaşdırmaq düşüncəsi mövcud idi. Digər tərəfdən Abbasda rusların öz təsir dairələrini Qafqaza doğru genişləndirmələrinə görə narahatlıq mövcud idi. Bundan başqa, Səfəvi imperiyasının Rusiyaya olan marağı sonuncuda Mixailin taxta çıxmasına gətirib çıxaracaq qarışıqlıq dövrü başladıqdan sonra azalmışdı. İvan İvanoviç Çiçerinin başçılıq etdiyi bu sonuncu rus elçilik heyəti Abbasa hədiyyə olaraq ov şahinləri gətirmişdi və Abbas bu quşları Xan Aləmə hədiyyə etdi. Abbas rusların elçiliyi ilə o qədər dərindən maraqlanmadı, çünki bu zaman o, tezliklə hakimiyyətinin böyük zəfərlərindən birini gətirəcək Avropa ilə münasibətləri inkişaf etdirməkdə daha çox maraqlı idi. == Həmçinin bax == Səfəvi imperiyası == İstinadlar == == Mənbə == David Blow.
Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik
Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik — Səfəvi şahı Abbasın 1620-ci ildə Böyük Moğol imperatoru Sultan Cahangir şahın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. Elçiliyin əsas məqsədi Qəndəharın Səfəvi imperiyasına qatrarılmasını təmin etmək idi. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. Bu zaman ilk elçilik moğollar tərəfindən göndərildi. Elçiliyə moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir.
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619)
Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik —Böyük Moğol imperatoru Cahangir şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. == Elçilik == 1618-ci ildə Osmanlı imperiyasını bir daha məğlub edib sülhə məcbur edən Abbas hökmdarlığının ən möhtəşəm elçiliyini qəbul etmək üçün Qəzvinə qayıtdı. Bu elçilik heyəti Böyük Moğol imperatoru Cahangir tərəfindən göndərilmişdi və moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir. Alamı 800-ə yaxın xidmətçi və bir neçə yüz gözətçinin müşayiəti ilə Hindistan faunasının ekzotik kolleksiyası müşayiət edirdi.
Əkbər şahın Səfəvi sarayına göndərdiyi elçilik (1604)
Əkbər şahın Səfəvi sarayına göndərdiyi elçilik — Böyük Moğol imperatoru Əkbər şahın Səfəvi Şah Abbasın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. == Zəmin == Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. Bundan sonra Əkbər şah onun yanına elçilik göndərib onu təbrik etmək qərarına gəldi. == Elçilik == Əkbər göndərdiyi məktubda Abbası həm özbəklər, həm osmanlılar, həm də daxili düşmənlər üzərində qazandığı qələbələrə görə təbrik edirdi. Elçilik Əkbərin Abbas üçün göndərdiyi xeyli sayda qiymətli hədiyyələri də şaha təqdim etdilər. Şah hədiyyələrlə o qədər də maraqlanmadı, bircə hədiyyələr içində olan qılınc onun diqqətini çəkdi və Əkbərin Əmir Teymurun soyundan gəldiyi üçün qılıncı gələcəyə dair yaxşı bir işarə olaraq qəbul edib yaxından maraqlandı. Moğol elçisi İrəvan tutulana qədər şahın düşərgəsində qaldı və şəhər ələ keçiriləndən bir ay sonra geri dönmələrinə icəzə verildi.Abbas elçilik heyəti ilə dostcasına davransa da, onları qarşılamaq üçün xüsusi mərasim təşkil etmədi. O, hakimiyyətə yeni çıxan zaman Əkbərin sarayının buna reaksiyasından narahat olsa da, indi özünü daha güclü hiss edirdi və moğol imperatorunun Qəndəhara sahib olmasından da narazı idi. == Həmçinin bax == Cahangir şahın Səfəvi sarayına göndərdiyi elçilik (1619) Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik == İstinadlar == == Mənbə == * David Blow. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend.