Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xərə Zirə
Xərə Zirə və ya Bulla — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Sahildən 13 km uzaqlıqda yerləşir. Sahəsi 3,5 km², uzunluğu 3,4, eni 2,6 km-dir. Vulkan mənşəlidir. İlk püskürmə 1810-cu ilə təsadüf edir. Adada fəaliyyətdə olan palçıq vulkanı var. Bakı şəhərindən 50 km-lik məsafəyə malikdir. == Ehtiyatları == Zəngin neft-qaz ehtiyatları mövcuddur Akvatoriasından 1968-ci ildən qaz çıxarılır . Şahdəniz yataqlarında kondensat qazlarda daxil 4 triloyon m³ qaz ehtiyatı var. Son zamanlar Ekologiya nazirliyi burada tədqiqatlar aparıb.
Xərə-Zirə adası palçıq vulkanı
Xərə-Zirə adası palçıq vulkanı - Azərbaycan Respublikasının palçıq vulkanlarından biri. == Haqqında == Xərə Zirə adası palçıq vulkanı Cənubi Xəzərdə neft və qaz yataqları ilə əlaqəsi olan vulkanik ada qurğularının xarakter nümunəsidir. Sahəsi 3,5 km² olan ada, dil və əlavə çıxıntısı istisna olmaqla, oval formaya malikdir və uzununa qırılmalarla mürəkkəbləşmiş pliosen-holosen çöküntüləri üzrə gömülmüş qalxımın tağında yerləşən nəhəng palçıq vulkanının krateri və krater bəndinə cavab verir. Krater meydançası dəniz səviyyəsindən yük­­səkliyə qalxmışdır və burada həm fəaliyyətsiz, həm də qaz və lilli palçıq ifraz edən qrifonları müşahidə etmək mümkündür. Adanın ətrafında və açıq dənizdə suyun üzərində qaz ifrazatları və zəif neft pərdəcikləri açıq-aydın görünür. Vulkanın ilk dəfə sənədləşdirilmiş püskürməsinin qeydə alınma tarixi 1810-cu ilə aiddir və o vaxtdan bu günə kimi onun aktivliyinin 13 parok­sizmi qeydə alınmışdır ki, onların da axırıncısı 2006-cı ilin payına düşür.
Xərək
Xərək (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri. Xərək (çörək bişirmə) – çörək bişirmə vasitələrindən biri.
Xərək (dəqiqləşdirmə)
Xərək (nəqliyyat) — ən qədim yükdaşıma qaydalarından biri. Xərək (çörək bişirmə) – çörək bişirmə vasitələrindən biri.
Xərək (nəqliyyat)
Xərək — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Sadə yük nəqliyyatının ən bəsit forması iki nəfərin qüvvəsi ilə hərəkətə gətirilən xərək olmuşdur. Xərəyi düzəltmək ucun 1,8-2 m. Uzunluğunda paralel qoyulmuş ağacın arasına "törpü" adlanan xırda ağacları 30-40 sm. aralı ip və ya sıyrıq vasitəsi ilə bərkidir üzərinə yük yığaraq daşıyırlar. Belə xərəklərin xeyli təkmiləşdirilmiş formasından Azərbaycanda indi də istifadə edilir.
Xərəqan-i Süfla
Xərəqan-i Süfla (fars. خرقان سفلي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 67 nəfər yaşayır (20 ailə).
Xərəzm türkçəsi
Xarəzm türkcəsi — türk dilinin tarixində danışılmış və yazılmış olub Qaraxanlı türkcəsindən sonra gələn tarixi dönəmlərdən biridir. == Tarix == Ceyhun çayının Aral gölünə töküldüyü bölgədə yerləşən Xarəzm XI əsrin əvvəllərində Qəznəvilərə bağlı bir vilayət idi. Buraya təyin edilən valilərə Xarəzmşah deyilirdi. Xarəzmşahlar sülaləsi Oğuzların Bəydili boyundan Anuş Təkin ilə başlamışdır. Anuş Təkinin oğlu Qütbəddin Məhəmməd (1097–1127), onun oğlu Atsız (1127–1156), onun oğlu El Arslan (1156–1172) Xarəzmi idarə etmişdir. El Arslan 1157-ci ildən etibarən müstəqil Xarəzm dövlətinin idarəçisi idi. 1172–1200-cü illər arasında El Arslanın oğlu Sultan Təkiş, daha sonra onun oğlu Əlaləddin Məhəmməd (1200–1220) ölkəni idarə etmişdir. Xarəzmşahlar dövlətinin varlığına Çingizilər son qoydu . İslam dininin gəldiyi ilk vaxtlarda Xarəzmdə danışılan dil farsca olmaqla bərabər digər fars ləhçələrindən fərqli olan Xarəzm ləhçəsi idi. XI əsrdə başlayan Xarəzmin türkləşməsi hadisəsi XIII əsrə qədər davam etmiş və Xarəzm ilə ona bağlı olan bölgələrdə yeni yazı dilinin yaranması türkləşmədən sonra baş vermişdir.
Mərə-mərə
Mərə-mərə və ya qığ mərə - Azərbaycanda əsasən uşaq və gənclər arasında geniş yayılmış ən qədim oyunlardan biri. == Oyunun qaydaları == Oyunda bir neçə nəfər iştirak edir. Onlar iki yerə bölünür. Oyunu keçirmək üçün adamların sayı qədər bir-birindən bir qarış aralı, balaca çalalar qazılır. Çöp tutulur, kim tapsa çalalardan birini mərənin hər iki üzündə məsafədə 5-6 addımlıqda cızıq çəkilir (və ya bir tərəfdə). Oyunçular ya bir tərəfdə və ya hər iki tərəfdə düzülüb oynayırlar. Halayçı birinci topu (yumağı) çalaların üzəri ilə diyirlədir. Top hansı oyunçunun mərəsinə düşsə, o cəld topu götürür, atmaqla dağılışıb qaçan oyunçulardan birinə vurmalıdır. Kimi vursa, o keşikçi dayanır. Əgər vurmasa, yenə özü durur.
Bərə
Bərə — iri çaylardan və göllərdən ağır yükləri keçirmək üçün istifadə olunan su nəqiliyyatı vasitəsi. Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu. Bərənin işlədiyi yer keçid adlanırdı. Adətən keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi. Bu dövrdə Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində həmçinin Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Culfa keçidindəki bərə ilə keçib Təbrizə, Abbasabad keçidindəki bərə ilə isə Məkkəyə getmək mümkün idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi. Körpülərin salınması mümkün olmayan yerlərdə bərə indi də su nəqliyyatı vasitəsi kimi öz əhəmiyyətini saxlamaqdadır. Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərdən istifadə olunur.
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər.Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Nərə
Nərə (lat. Acipenser) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Tərə
Tərə (lat. Chenopodium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Xəmrə
Xəmrə - buğda unu, maya və sudan hazırlanan, müəyyən hissəsi xəmirin yoğrulmasına, qalan hissəsi isə xəmrənin özünün təzələnməsinə (yenidən istehsalına) sərf olunan yarımfabrikatdır. == Xəmrənin hazırlanması == Qatılığına görə xəmrə iki cür olur: qatı xəmrə, çox qatı xəmrə və maye xəmrə. Bütün xəmrələr əvvəlcə becərmə dövründə, sonra isə istehsalat dövründə hazırlanır. Çovdar unundan, çovdar və buğda unları qarışığından çörək istehsalı zamanı xəmir çox qatı xəmrə ilə; dəm tətbiq et-məklə maye xəmrə ilə; dəm tətbiq etmədən maye xəmrə ilə; qa-tılaşdırılmış mayasız süd turşulu xəmrə ilə hazırlanır. Xəmrələr tam becərmə dövrü üzrə hər bir müəssisədə müəyyənləşdirilmiş qrafik üzrə ildə 1÷2 dəfə, yaxud qaldırma qüvvəsi pisləşdikdə, turşuluğun toplanması kifayət etmədikdə, dadı və qoxusu pisləşdikdə, məcburi boş dayanmalar nəticəsində, yaxud müəyyənləşdirilmiş texnoloji rejimin pozulması zamanı digər qüsurlar meydana çıxdıqda yenidən hazırlanır .
Xərv
Xərv — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Zeberxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,931 nəfər və 3,181 ailədən ibarət idi.
Ambroziyayabənzər tərə
Ambroziyayabənzər disfaniya (lat. Dysphania ambrosioides) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin disfaniya cinsinə aid bitki növü. == Sinonimləri == Ambrina ambrosioides (L.) Spach Ambrina ambrosioides var. anthelmintica (L.) Moldenke Ambrina anthelmintica (L.) Spach Ambrina incisa Moq. Ambrina parvula Phil. Ambrina spathulata Moq. Atriplex ambrosioides (L.) Crantz Atriplex ambrosioides f. minus Aellen Atriplex anthelmintica (L.) Crantz Blitum ambrosioides (L.) Beck Botrys ambrosioides (L.) Nieuwl. Botrys anthelmintica (L.) Nieuwl. Chenopodium album subsp.
Antesedent dərə
Antesedent dərə (rus. антецедентная долина, ing. antecedent valley) — qalxmaqda olan və dərənin özünə görə cavan dağ silsiləsini, yaxud yüksəkliyi uzanmna istiqamətinə köndələn kəsən dərə. Antesedent dərənin əmələ gəlməsi o zaman mümkündür ki, çay istiqamətini dəyişmədən qalxmanı kəsməyə dərə hər iki tərəfi açıq dar dərə görkəminə malikdir.
Asılı dərə
Asılı dərə - 1) dibi əsas dərənin dibi ilə bir səviyyədə birləməyib, ondan bir qədər yüksəkdə qurtaran, yan dərə; 2) dənizin sıldırımlı sahilində dəniz səviyyəsindən bir qədər yüksəkdə birdən qurtaran dərə. Dənizin abrazisiyaı nəticəsində yaranır.
Ağ nərə
Ağ nərə (lat. Acipenser transmontanus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü. Şimali AMerikanın qərb sahillərində Aleut adalarından Mərkəzi Kaliforniyaya kimi rast gəlinir. Şimali Amerikada nərəkimilərdən ağ balıq və kaluqadan sonra 3-cü böyük şirin su balığıdır. Bədəninin maksimal uzunluğu 6,1 m, maksimal kütləsi isə 816 kq-a çatır.
Ağımtıl tərə
Ağımtıl tərə (lat. Chenopodium album) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü. == Sinonimləri == Anserina candidans (Lam.) Montandon Atriplex alba (L.) Crantz Atriplex viridis (L.) Crantz Blitum viride (L.) Moench Botrys alba (L.) Nieuwl. Botrys alba var. pauper Lunell Botrys pagana (Rchb.) Lunell Chenopodium agreste E.H.L.Krause Chenopodium album var. album album Chenopodium album subsp. bernburgense Murr Chenopodium album var. candicans Moq. Chenopodium album subsp. collinsii Murr Chenopodium album var.
Başcıqlı tərə
Başcıqlı tərə (lat. Chenopodium capitatum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin tərə cinsinə aid bitki növü.
Dərə (Basarkeçər)
Pəmbək— İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər rayonunda kənd. == Tarixi == Pəmbək rayon mərkəzindən 22 km şimal-şərqdə yerləşir. Həmin ərazi vaxtilə Səmədağaya mənsub olmuş və burada salınan kənd «Səmədağa Dərəsi» adlandırılmışdır. Sovet hakimiyyəti dövründə kəndin adındakı birinci komponent «Səmədağa» ixtisar edilmiş və kənd Dərə kəndi kimi rəsmi sənədlərdə sabitləşmişdir. Toponim Azərbaycan dilində «iki dağ arasında, eləcə də düzənlikdə uzun dərin çuxur» mənasında işlənən dərə sözü (10, s.74) əsasında yaranmışdır. Kənd dərədə yerləşdiyi üçün Dərə kəndi adlandırılmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə Kəndin adı dəyişdirilib Daranak qoyulmuşdur. == Coğrafiyası və iqlimi == Səməd ağa dərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonu ərazisində kənd olmuşdur.
Dərə (dəqiqləşdirmə)
Dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir.Yaşayış məntəqələri Dərə (Basarkeçər) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Dərə Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.
Dərə Gilətağ
Dərə Gilətağ – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Tarixi == Dərə Gilətağ kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətağ kəndindən çıxmış ailələr salmışlar. Oykonim dərə (çökək) və Gilətağ (kənd adı) komponentlərindən düzəlib, "dərədə yerləşən Gilətağ kəndi" mənasındadır. Toponimin birinci komponenti onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək məqsədilə əlavə edilmişdir.
Dərə Səbz
Dərə Səbz (fars. دره سبز‎; azərb. Qurd Dəliyi‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 40 ailədə 57 nəfəri kişilər və 69 nəfəri qadınlar olmaqla cəmi 126 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Əhalisinin sayı 36 nəfərdir.
Dərə hamamı
Dərə hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Hazırda yararsız haldadır.Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Dərə hamamı da Ümumdünya İrsinə daxildir. == Haqqında == 1870-ci illərdə sahibkar Məmmədnəbi 6 metr dərinlikdə torpağı qazdıraraq Dərə hamamını tikdirib. Hamam iki böyük zaldan və köməkçi otaqlardan ibarətdir. Hamamın çöl və ya bayır salon adlanan salonu, yuyunmaq üçün nəzərdə tutulmuş bir qrup başqa otaqları var. Soyunma otaqları köməkçi otaqlar vasitəsilə yuyunma salonuna birləşir. Hər salon yuxarıdan günbəzlə örtülüb.
Fövqəladə dərə
Fövqəladə dərə – obyektin insana oxşarlıq dərəcəsi ilə bu cür obyektə qarşı emosional cavab arasında əlaqə quran hipotez. == Etimologiya == Termin ilk dəfə Yaponiya robototexnika professoru Masahiro Mori tərəfindən "Bukimi no Tani Genshō" (不 気味の谷現象) adlı məqalədə işlədilmişdir. Mori bu fikri inkişaf etdirərkən Ernst Yentşin 1906-cı ildə yazdığı "Fövqəladəliyin psixologiyası" və Ziqmund Freydin 1919-cu ildə yazdığı "Fövqəladəlik" məqalələrindən istifadə etmişdir. == Hipotez == Hipotezdə adı çəkilən dərə robotun insana bənzərlik dərəcəsi ilə insanın bu robota verdiyi reaksiya arasındakı əlaqəni göstərir. (bkz. Şekil 1). Ümumi şəkildə, robotun xarici görünüşü və davranışları insanınkinə yaxınlaşdıqca müşahidəçi insanın robota qarşı göstərdiyi emosional reaksiya müsbət şəkildə artır. Lakin robotu sadalanan əlamətlərə yaxınlaşdırdıqca elə bir nöqtəyə çatırıq ki, bu reaksiya qəfildən müsbətdən mənfiyə çevrilir. Əgər həmin nöqtə aşılsa vvə robota insan xüsusiyyətləri əlavə edilməyə davam edilsə, müşahidəçinin gözündə "az qala insan"la "tamamilə insan" arasındakı fərqlər yox olar və hipotezdə adı çəkilən "fövqəladəlik" hissi ortadan qalxar.
Gecikən tərə
Gecikən tərə (lat. Chenopodium serotinum) — tərələr cinsinə aid bitki növü.
Hibrid tərə
Hibrid tərə (lat. Chenopodium hybridum) - tərələr cinsinə aid bitki növü.
Köndələn dərə
Köndələn dərə-(rus. поперечная долина, ing. transverse valley) qırışıq srukturaların uzanma istiqamətini düz və əyri bucaq altında kəsən, çay dərəsi. Eroziyaya qarşı davamlı süxurların növbələşdiyi sahələrdə köndələn dərələr bərk süxurlarda daralır, boş süxurlarda genişlənir. K. d. uzununa profili adətən pilləli olur. K. d. su anbarları və su elektrik stansiyalarının tikilməsi üçün əlverişlidir.
Wish You Were Here
Wish You Were Here — ingilis rok qrupu Pink Floydun 1975-ci ilin sentyabrında buraxılmış 9-cu studiya albomu. Bu albom üçün mahnılar qrupun Avropaya konsert turları zamanı hazırlanmış, səs yazıları isə Londondakı Ebbi Roud studiyasında yazılmışdır. == Mahnıların siyahısı == Bütün sözlər Rocer Uotersə məxsusdur tərəfindən yazılmışdır..
Xero
Xero - Linkin Parkın ilk yazılma kasseti. Linkin Parkın ilk yazdığı mahnılar bu kassetdədir. == Kassetdəki mahnılar == Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.