I
(Goranboy, Ucar, Yevlax)
bax xakə . – Apar bu çayın xəkəsini at (Goranboy); – Çay içilənnən so:ra xəkəsin atırıx (Ucar)
II
(Qazax)
kimsəsiz, boş. – Hamı getdi, xəkə qaldı buralar
III
(Ağdam, Bakı, Göyçay, Naxçıvan, Şəki)
1. kömür ovuntusu, qırıntısı (Lerik, Təbriz, Şəki)
2. qənd ovuntusu, qırıntısı (Kürdəmir). – Şəkərin xəkəyin məyin kimi sahibsizzara verirsən?
Xəkə qoymax (Basarkeçər) – son qoymaq, yekun vurmaq. – Bu söhbətə xəkə qoy, qutarsın gessin