Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ətsiz dovğa
Dovğa — Azərbaycanın milli yeməyi. Qatıq - 200q, xama - 40q, yumurta 1 əd., un - 8q, düyü - 20q, göy soğan - 18q, ispanaq - 40q, keşniş, şüyüd, kəvər - 30q, nanə - 15q, kərövüz - 10, duz. Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya-bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və duz töküb hazır olana qədər bişirirlər. Dovğa ətli və ətsiz hazırlanır. Ətli dovğa bişirmək üçün ayrı qazanda əvvəlcədən isladılmış noxud qaynadılır, ət qiyməsindən xırda küftələr hazırlanır və noxudla birlikdə hazır olana kimi bişirilir. Sonra bişmiş noxud və küftələr əsas dovğa ilə qarışdırılır.
Qulaqsız varanlar
Qulaqsız varanlar (lat. Lanthanotidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Qulaqsız dovşan
Qulaqsız dovşan (alm. Keinohrhasen‎) — 2007-ci ilin kinokomediyası. Rejissor Til Şvaygerin filmi. == Məzmun == Ludo (Til Şvayger) jurnalistdir və ulduzlar haqqında materialları sarı pressaya göndərir. Həmçinin onun əsas bir hobby'si qızları yoldan çıxarçasıdır. Ludo əsl kazanovadır... Kliçkonun nişanında uğursuz qizli çəkilişdən sonra (Ludo çəkilişi şüşəli tavan üzərində eləyən zaman şüşə sınır və o tortun üstünə düşür), şərti 8 ay həbs cəzasına məhkum edilir. Şərti — 300 saat uşaq bağçasında məcburi iş. Uşaq bağçasının (Kindergarte) tərbiyəçisi bir vaxtlar məktəbdə Ludo tərəfindən lağa və istehzaya məruz qalan qızdır. Ludo artıq bu insedenti çoxdan unutsa da, Anna bunu yaxşı xatırlayır və onun yeganə istəyi — ona dərs verməkdir.
Sənsiz
Sənsiz (romans)
Xəmsin
Xəmsin – Misirdə cənubdan əsən quru küləyin adıdır. Xəmsin yazda Aralıq dənizi üzərində havanın təzyiqi alçaq Nilin yuxarısında isə yüksək olanda əsir, özü ilə çoxlu toz və qum gətirir.
Zolaqlı balinalar
Zolaqlı balinalar (lat. Balaenopteridae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
Zolaqlı delfin
Zolaqlı delfin və ya Zolaqlı prodelfin(lat. Stenella coeruleoalba) — kifayət qədər araşdırılmayan, kiçik bir delfin növü. Əsasən Dünya okeanının bütün mülayim və tropik qurşaqlarında yayılmışdır. Təsnifatı mübahisə doğurur. 1999-cu ildə DNT analizləri onların müxtəlif delfin növləri arasında oxşarlıqlar müəyyən etmişlər Əsasən balıq, kril, osminoqlarla qidalanırlar. Yan zolaqlarına görə fərqlənirlər. Əvvəllər ovlanma səbəbi ilə sayları azalırdı. Hazırda isə torlar və okean sullarının kirlənməsindən əziyyət çəkirlər. ARKive — images and movies of the striped dolphin (Stenella coeruleoalba) Arxivləşdirilib 2006-03-22 at the Wayback Machine Whale and Dolphin Conservation Society Whale Trackers — An online documentary series about whales, dolphins and porpoises.
Zolaqlı diaqram
Zolaqlı diaqram– hər bir qiyməti düzbucaqlı zolaq şəklində təsvir olunmuş diaqram növü. İstifadəçinin seçdiyi parametrlərdən və müəyyən dərəcədə proqram təminatının imkanlarindan asılı olaraq, zolaqlı dioqramlar displeyə və çapa istər şaquli, istərsə də üfüqi formada verilə bilər və bir-birindən rənglə, kölgə ilə və ya naxışla fərqləndirilə bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Zolaqlı durnabalığı
Qara durnabalığı (lat. Esox niger) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin durnabalığı cinsinə aid heyvan növü.
Zolaqlı kaftar
Zolaqlı kaftar (lat. Hyaena hyaena) — yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsi. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilmə təhlükəsi var. Arealın kənarında olan nadir növdür. Bədəninin uzunluğu 110–120 sm, quyruğunun uzunluğu isə 30 sm-dir. Kütləsi 30–39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var.
Zolaqlı kefal
Zolaqlı kefal (lat. Liza tricuspidens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Zolaqlı kenquru
Zolaqlı kenquru, və ya Zolaqlı vallabi-dovşan (lat. Lagostrophus fasciatus) — kisəli məməlilərə aid kiçik kenquru növü. Kenqurular fəsiləsi, Zolaqlı kenqurular cinsinə aid tək növ. Bədəninin uzunluğu 40–45 sm, quyruğunun uzunluğu 37,5 sm, çəkisi — 1,3–2 kq təşkil edir. Yumşaq və uzun xəzi boz rəngdədir. Bel nahiyyəsindən qara zolaqlar keçir. Sifəti iti quruluşa malik olub tüksüzdür. Qulaqları qısadır. Uzun quyruğu isə bütünlüklə tüklə örtülüdür. Vallabi-dovşan adı ona dovşan yerişi ilə hərəkətinə görə verilmişdir.
Zolaqlı kərtənkələ
Zolaqlı kərtənkələ (lat. Lacerta strigata) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin yaşıl kərtənkələ cinsinə aid heyvan növü. Uzunluğu 25 sm çatır. Cavan kərtənkələlərdə adətən rəng qəhvəyi-zeytunu olur. 5 xətdən ibarət zolaq keçir. Böyüklərdə isə parlaq-yaşıl olur və üstəlik qara nöqtələr müşahidə edilir. Çütləşmə zamanı baş, boğaz mavi rəng alır. Otlaqlar, çöllüklər və su tutarlarının kənarlarını daha çox sevirlər. Əsasən Cücülər və Onurğasızlarla qidalanırlar. Sürətli canlıdır.
Zolaqlı lavrak
Zolaqlı lavrak və ya Zolaqlı xanı (lat. Morone saxatilis) — xanıkimilər dəstəsinə, Lavrakkimilər fəsiləsinə daxil olan növ. Atlantik okeanının Şimali Amerika sahillərində, Müqəddəs Lavrentiya çayı mənsəbindən Luizinannaya qədər olan ərazidə yayılmışdır. Xəzər dənizində yaşayan balıqların siyahısında adı çəkilir. Zolaqlı lavrak gümüşü rəngli uzadılmış bədən quruluşuna sahibdir. Maksimal uzunluğu 200 sm-dir. İndiyənə kimi qeydə alınan ən böuük nümunə 57 kq-dır. Yetkin fərdlərin böyük əksəriyyəti 120 sm olur. Belə ehtimal edilir ki, bu balıqların ömür müddəri 30 ildir. Miqrasitya edən balıq növüdür.
Zolaqlı siçanaoxşar
Zolaqlı siçanaoxşar (lat. Colius striatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin siçanaoxşarkimilər dəstəsinin siçanaoxşarlar fəsiləsinin siçanaoxşar cinsinə aid heyvan növü.
Zolaqlı suiti
Zolaqlı suiti (lat. Histriophoca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinə aid heyvan cinsi.
Zolaqlı tinamu
Zolaqlı tinamu (lat. Crypturellus casiquiare) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Zolaqlı çaqqal
Zolaqlı çaqqal (lat. Canis adustus və ya Lupulella adusta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Zolaqlı çılpaqgöz
Zolaqlı çılpaqgöz (lat. Ablepharus bivittatus) — çılpaqgözlülər fəsiləsinə aid növ. Kiçik kərtənkələ olaraq 6 sm uzunluğa malikdir. Quyruğu 1,5 dəfə böyükdür. Dişilərlər erkəklərdən həcmcə böyük olur. Göz qapağları yoxdur. Onlar əsasən dağlıq ərazilərdə qayaların üzərində, hündürlüyü 2100 m olan ərazilərdə yaşayırlar. Təklükə zamanı uçqunların altında gizlənirlər. Günlük aktiv həyat sürürlər. Əsasən Cücülərlə qidalanırlar.
Zolaqlı ördək
Zolaqlı ördək (lat. Salvadorina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Zolaqlı balina
Zolaqlı balina (lat. Balaenoptera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinə aid heyvan cinsi. Bura daxil canlıların 50–90 arası zolaq olur. Əsl balinalardan fərqli onların bel üzgəclərinə malikdir. Qozbel balinadan fərqli olaraq isə sinə ətrafında yerləşən üzgəcləri qısadır. Bu cinsə daxil olan Göy balina dünyanın ən nəhəng canlısıdır. Qidalarının əsasını xərçənglər və xırda balıqlar təşkil edir.
Xətasız ötüşmüs hadisə
Xətasiz ötüşmüs hadisə (təhlükəsizlik) — az qala, ölümə yaxın olan, səbəb ola biləcək, lakin əslində insan xəsarəti, ətraf mühitə və ya avadanlığın zədələnməsinə habelə normal işin dayandırılmasına səbəb olan planlaşdırılmamış və baş tutmayan hadisədir.
Xəmsi
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur. Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir.
Xətai
Xətai — Azərbaycanda daha çox işlədilən ad. Bu təxəllüsü olan tanınmış insanlar Şah İsmayıl Xətai — I İsmayıl Səfəvinin ədəbi təxəllüsü. Bu adı olan tanınmış insanlar Xətai Təbrizi — Azərbaycan yazıçısı. Xətai Quliyev — Yaşayış məntəqələri Xətai rayonu — Bakıda rayon. Xətai — Azərbaycanın Ağstafa rayonunda kənd. Xətai — Azərbaycanın Xocavənd rayonunda kənd. Xətai — Azərbaycanın Şərur rayonunda kənd. Xətai (Soyuqbulaq) — Xətai (Naxçıvan) Digər Xətai metrostansiyası — Bakı metropolitenində metrostansiyalardan biri. Xətai xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Riştə Xətayi — Təbrizdə hazırlanan ‏Ramazan ayına aid şirniyyat və desert.
Xətib
Xətib (ərəb. خطيب‎) — Cümə namazını qıldıran müsəlman din xadimi (cümə namazı). Cümə namazından öncə minbərin üçüncü pilləsindən nitq (xütbə) oxuyur. Minbər Məkkəyə baxan mehrabın sağında yerləşir. İki xütbə oxunur: birincisi xütbət-ül-va'z (ərəb. خطبة الوعظ‎) adlanır, yəni ibrətamiz məzmunlu nəsihət; ikincisi xütbət-ən-nat (ərəb. خطبة النعت‎) adlanır və etiqad, xəlifələrin tanınması, hökmdar və möminlər ordusu üçün duaları ehtiva edir. Xətib cümə xütbəsi ilə yanaşı, Qurban bayramı və ya Fitr bayramı (Ramazan ayında orucun bitməsi şərəfinə) kimi dini bayramlarda da çıxışlar edir. Encyclopaedia of Islam, tom IV, səh.
Eninə zolaqlı əzələ
Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir.
Gədəbəy ensiz dəmiryolu xətti
Gədəbəy ensiz dəmiryolu xətti - Cənubi Qafqazda ilk dəmir yol xətti (1868-ci il). == Tarixi == Gədəbəyin ən baxımlı yerlərindən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Simens qardaşları burada xeyli iş görüblər. 1865-ci ildə ilk zavod işə salınıb. 1883-cü ildə ikinci müəssisə - Qalakənd misəritmə zavodu tikildi. Bununla əlaqədar Gədəbəy - Qalakənd arasında yol çəkildi, körpülər inşa olundu. Daha da vacibi Gədəbəy zavodu ilə meşə zolağı olan, gələcəkdə zavod tikiləcək Qalakənd arasında 31 kilometrlik ensiz dəmir yol xətti çəkildi. Simens Gədəbəy rayonuna etdiyi ikinci səfərinə (1868-ci il) aid xatirələrində bu barədə belə yazırdı: Dağlıq relyefı olan ərazidə bu xəttin çəkilməsi üçün 50-yə yaxın müxtəlif layihəli körpü və keçidlər inşa edildi. Həmin xətt Cənubi Qafqazda ilk dəmir yol xətti oldu.
Nabran ensiz dəmiryolu xətti
Nabran ensiz dəmiryolu xətti — Azərbaycanın Xaçmaz rayonu ərazisində mövcud olmuş ensiz dəmiryolu xətti (750 mm). Xətt 1951-ci ildə inşa edilmişdir. Xudat stansiyasından, Muxtadir qəsəbəsinə oradan isə Nabrana yönəlirdi. Üstəlik digər qollarıda var idi. Dəmir yolu Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə tabe idi. Əsasən Kolxoz və Solxozlara xidmət üçün nəzərdə tutulsa da Azərbaycanın bu hissəsinin turistik bölgə olması səbəbindən dəmir yolu turistlər tərəfindən də istifadə edilirdi. Dəmir yolu Xəzər dənizinin sahili boyunca uzanırdı. Xətt tələbatın olmaması səbəbindən 1990—1992-ci illərdə fəaliyyətini dayandırmışdır. Yollarda əsasən iki paravozdan istifadə edilirdi. Sonradan isə Tu4 teplovozları da istifadəyə verilmişdir.
Petsit
Petsit — mineral, Ag3AuTe2. Petsit - Kubik. Aqreqat: kip, dənəvəri. Ayrılması yoxdur. Rəngi poladı-bozdan dəmiri-qaraya kimi, çox vaxt dəyişən rəngli. Parıltısı metallik. Sərtliyi 2,5-3. Xüsusi çəkisi 9,02. Hidrotermal kvars Au-Ag damarlarında silvanit, kalaverit, hessit, sərbəst Te və sulfidlərlə birlikdə. Geologiya terminlərinin izahlı lüğəti.
Şetsin
Şetsin (polyakca: Szczecin) Polşanın şimal-qərbində Baltik dənizi sahilində yerləşən bir şəhər. 2013-cü ilin statistikasına əsasən əhalisinin sayı 409000 nəfərdir.Polşanın ərazisinə görə 7-ci ən böyük şəhəridir. Qəsəbənin əsasını VIII əsrdə qərbi-slavyan tayfalarından biri hesab edilən pomeraniyan tayfaları qoymuşdur. IX əsrdə Odeya çayı ətrafında artıq qala divarları tikilməyə başladı.Qəsəbədə artıq slavyanların tanrısı hesab edilən Triqlavın məbədi yerləşirdi. X əsrin 2-ci yarısında lyutiçlərlə gedən döyüşlər nəticəsində polşa knyazı I Meşko Pomeriyan ərazisini(indiki Şetsin şəhərinin yerləşdiyi ərazini) işğal etdi. Lakin işğal edilmiş ərazini I Meşko öz bölgəsinə qatmadığından,Şetsin Qərbi Pomeriyan bölgəsinin inzibati və iqdisadi mərkəzi şəhərinə çevrildi. Ikinci dünya müharibəsi zamanı şəhərin demək olar ki 2/3 hissəsi faktiki olaraq dağılmışdı. 26 aprel 1945-ci ildə sovet ordusu tərəfindən işğal olundu. Və beləliklə şəhərdə yaşayan alman əhalisinin sayı 20000 nəfərə qədər azaldı(müharibədən əvvəl alman əhalisinin sayı 275000 nəfər təşkil edirdi).May ayında isə artıq evakuasiya olunmuş əhali tədricən şəhərə geri qayıtmağa başladı və beləliklə iyul ayının əvvəllərində atıq Şetsin şəhərində yaşayan almanların sayı 100000 nəfərə çatdı. Şetsin şəhəri Polşanın ən böyük port şəhəri hesab edilir.